203
Abbasova İlahə
magistr
II SİNİFDƏ AD BİLDİRƏN SÖZLƏRİN
TƏDRİSİNDƏ MORFOLOJİ ELEMENTLƏRİN
MƏNİMSƏDİLMƏSİ YOLLARI
Bu gün orta məktəb şagirdlərindən əvvəlki dövrlərə nisbətən
daha fərqli keyfiyyət və bacarıqlar tələb olunur. Məlumdur ki,
onların formalaşması ibtidai təhsillə başlayır. İbtidai təhsil təməl
rolunu oynadığından müasir ibtidai sinif müəllimlərinin üzərinə
böyük məsuliyyət düşür.
Yeni fənn kurikulumları təlimin fəaliyyət üzərində qurulması-
nı tələb edir. Bu şagirdin həyati bacarıqlar qazanmasına xidmət
edir. Ona görə də dərslər şagirdin maraq səviyyəsinə uyğun qurul-
malıdır. Belə dərslərin təşkili isə asan başa gəlmir, çünki onlar
müəllimdən də bacarıq (yaradıcılıq, dünyagörüşü kompüterlə işlə-
mək, elektron resurslardan istifadə və s.) tələb edir. İkinci sinifdə
Azərbaycan dili fənni üzrə yeni təlim texnologiyasına uyğun təş-
kil edilən “Ad bildirən sözlər” mövzusunun tədrisinə diqqət yeti-
rək.
Əvvəlcə motivasiya yaratmaq məqsədilə “Dədə Qorqud”
filmindən Buğaca ad qoyulması səhnəsi seçilir və proyektorla
şagirdlərə nümayiş etdirilir.
Mövzuya başlamazdan əvvəl dərsə giriş vermək üçün uşaqla-
rın film haqqında təəssüratları öyrənilir. Bu məqsədlə əvvəlcə şa-
girdlərdən nə səbəbə bu filmin nümayiş etdirildiyi, sonra isə
məzmunu barədə soruşulur. Cavablardan məlum olur ki, şagirdlər
Dədə Qorqudun Buğaca ad verməsi məsələsinə diqqətlə yanaş-
mışlar. Ona görə də Dədə Qorqudun oğlana nə üçün Buğac adını
qoyması soruşulur. Cavablar dinlənildikdən sonra şagirdlərə mə-
lumat verilir ki, Azərbaycan xalqının qədimdə adqoyma adəti var
idi. Uşaq yetkinlik yaşına çatanda öz hünəri, biliyi və hazırcavab-
lığı ilə özünə uyğun ad qazanardı. Lakin müasir dövrümüzdə uşaq
anadan olanda ona ad qoyurlar. Siz heç adsız insana rast gəlmişsi-
nizmi?! Hər bir insanın adı olduğu kimi, bizi əhatə edən bütün
canlı və cansız varlıqların da adı var. Bu adları onlara kim qoyub?
204
Şagirdlər:
-
İnsanlar.
Müəllim izah edir ki, hər bir varlığın öz adı vardır. İnsanlar
okeanlara, çaylara, dağlara, hətta göydəki ulduzlara, planetlərə bir
sözlə, bütün varlıqlara ad qoymuşlar. Bütün bu adlar toplusu dili-
mizin lüğət tərkibinin əsas hissəsini təşkil edir. Bugünkü dərsimi-
zin mövzusu da “Ad bildirən sözlər”dir.
Şagirdlərə elektron lövhədə bir şəkil təqdim olunur və deyilir:
- Biz ağacı əkirik, ona qulluq edirik, illər keçdikcə ağac kö-
kündən qüvvət alaraq boy atır. Gəlin dilimizdəki sözləri köklü bir
ağaca bənzədək.
Ad bildirən sözlərin mahiyyətini açıqlamaq üçün şagirdlərə
adların mənasına yönəlmiş bir neçə yardımçı sualla müraciət
edilir. Şagirdlər sualların köməyi ilə anlayırlar ki, sözlər səslərdən
və hecalardan yaranıb.
- Lakin söz nə səs, nə də hecadır, onun mənası vardır. Bəs
sözlər nəyi ifadə edir?
Şagirdlər:
- Ətrafımızda olan əşyaları, yerləri, insanları, onların əlamət-
lərini, sayını və s.
Ona görə də sözlər müxtəlifdir. Onların bir qismi əlamət, bir
qismi hərəkət, bir qismi say, bir qismi də ad bildirir. Bəs onda ad
bildirən sözləri necə müəyyən edək? Bunun üçün şagirdlərə kim?,
nə?, hara? suallarına cavab verən şəkillər göstərilir. Sonra şagird-
lərə şəkildə gördüklərinə dair suallar vermək təklif edilir.
-
Bu nədir? – alma.
-
Bura haradır? – Azərbaycan.
-
Bu kimdir? – həkim.
Müəllim şagirdlərə müraciət edir:
-
Uşaqlar, gördüklərinizə ad verərkən siz nədən istifadə
etdiniz?
Şagirdlər:
-
Suallardan.
205
Deməli, ad bildirən sözlər kim?, nə?, hara? suallarına cavab
verir. İndi isə gəlin görək, biz özümüz ad qoya bilərikmi? Bunu
necə edəcəyik?
Şagirdlərə bildirilir ki, məhz suallar bizə gördüklərimizi ad-
landırmaqda köməkçi rolunu oynayır. Bunun üçün biz sualları
düzgün verməyi, eyni zamanda onları düzgün cavablandırmağı
bacarmalıyıq. Yeni dərsin qavranılmasını yoxlamaq üçün şagird-
lərə tapşırıqlar verilir. Əslində, bu dərsi qruplara bölmədən də ke-
çirmək mümkündür, lakin vaxta qənaət etmək, bütün şagirdləri
fəaliyyətə cəlb etmək və sinfi ümumi işə dəvət etmək üçün onları
qruplara bölmək faydalıdır.
I qrupa kiçik mətn verilir. Tələb edilir ki, onlar həmin mətnə
ad versinlər. Bu tapşırığı yerinə yetirərkən onlar ümumi bir fikrə
gələcəklər. Bu zaman onlar özləri də hiss etmədən kim?, nə?,
hara? sualları ilə axtarış aparmalı olacaq və həmin sözləri seçib
yazacaqlar.
II qrupa isə bir qədər fərqli tapşırıq verilir. Şagirdlər tapşırıqda
verilmiş cümlədə ad bildirən sözləri tapmalıdırlar. Onlar bu
sözlərin fərqini bilməlidirlər. Şagirdlər bu fərqi tapmaq üçün hər
bir sözə sual verməli olacaqlar.
III qrupun tapşırığı isə yaxın mənalı adlara aiddir. Şagirdlər
bilməlidirlər ki, elə adlar var ki, bir-birinə çox yaxın məna daşıyır.
Onlara kiçik bir şeir parçası verilir və həmin şeirdən eynimənalı
sözləri tapmaq tələbi qoyulur.
Məlum olduğu kimi dilimizdə həm canlı, həm də cansız
cisimlərin adlarını bildirən sözlər vardır. Bunları müəyyən etmək
üçün şagirdlər həm kim?, həm də nə? sualına cavab verən sözləri
cümlədə işlətməlidirlər.
IV qrupun tapşırığında şagirdlər ad bildirən sözlərin canlı və
cansız obyektlərini müəyyən etməyi bacarmalıdırlar. Yenə də on-
lara suallar kömək edəcəkdir. Bunun üçün elə bir cümlə seçmək
lazımdır ki, orada həm canlı, həm də cansız isimlər iştirak etsin.
Tapşırıqlar yerinə yetirildikdən sonra qruplar işlərini təqdim edir-
lər və iş vərəqləri nümayiş etdirilir. İnformasiyanın müzakirəsi za-
Dostları ilə paylaş: |