212
Abdullayeva Gülnar
magistr
NƏCİB FAZİL QISAKÜRƏYİN ƏDƏBİ MÜHİTİ
Cümhuriyyət dövründə Tənzimat, Sərvət-i fünun və Milli
ədəbiyyatın nümayəndəsi olan şairlərin əksəriyyəti həyatda idilər.
Bu şairlərdən Əhməd Hamid, Əli Əkrəm Bolayır, Məhməd Əmin
Yurdaqul və başqaları bu dövrdə də yaradıcılıqla məşğul idilər.
Gənclər də bu şairlərdən ilham alır, onların təsiri altında yazıb-
yaradırdılar. Onlardan əsasən Əhməd Haşimin, Yəhya Kamal Ba-
yatlının və Mehmed Akif Ərsoyun gənclər üzərində təsiri böyük
idi. Demək olar ki, bütün gənc şairlərin şeir zövqünün formalaş-
masında bu şairlərin rolu var idi.
İstanbul aşiqi Yəhya Kamalın yaradıcılığında əsas mövzu
sevgi, qəhrəmanlıq, sonsuzluq və ölümdür. Türk ədəbiyyatında ən
gözəl İstanbul şeirlərini o yazmışdır. O, şeirlərini "Kəndi göy
qübbəmiz", "Əski şeirin rüzgarıyla", "Rübailər" kimi kitablarda
toplamışdır.
Dövrün digər nüfuz sahibi şairlərindən biri də Mehmed
Akif Ərsoy idi. Onun "Korkma sönmez bu şafaklarda yüzen al
sancak (5, 147)" misralarıyla başlayan cahanşümul "İstiqlal
marşı" bu dövrün ilk ən qiymətli şeiri sayıla bilər. İslamçılığın
əsas nümayəndəsi olan Ərsoy şeirlərində dini lirizim ilə diqqəti
cəlb edir. "Küfə", "Çanaqqala şəhidlərinə" və s. şeirləri ilə mil-
yonların sevimlisinə çevrilən şair, rütbələri ilə də müharibə və
müharibədən sonrakı illərdə xalqına çox ciddi xidmət etmişdir.
Şair, bir neçəsi istisna olmaqla, bütün şeirlərini "Safahat" adı al-
tında toplamışdı. "Safahat''a daxil etmədiyi şeirlərdən biri yuxarı-
da adını çəkdiyimiz "İstiqlal marşı” idi. O, bu şeirini "Safahaf'a
daxil etməməsinin səbəbini belə izah edir ki, bu şeir artıq onun
deyil, yalnız millətinindir (1, 159).
Mehmed Akif Ərsoy və əsas tədqiqat obyektimiz olan
Nəcib Fazil Qısakürəyin poeziyası arasında bir çox səsləşmələr
vardır ki, bunlardan biri də qərbə münasibətlə bağlıdır. M.Akifin
213
fikrincə, Babaililəri basmaq və adam asmaqla inqilab olmaz.
Yenilik ancaq mədrəsələr, məktəblər, universitetlər açmaqla, elmə
və təhsilə yiyələnməklə olur. Şərq ruhuna sadiq qalan şair bu
mütərəqqi ideyalarını Asimin simasında gəncliyə tövsiyə edir:
Gezmeyin ortada oğlum, sokulun bir sapaya,
Varsa imkanı, yarın avdet edin Avrupa 'ya (4, 170 ).
Böyük şairin fikrincə, xalqın inkişafı üçün Asimlərin
Avropa elminə və texnologiyasına sahib olması çox önəmlidir.
Çünki elmin və texnologiyanın milliyyəti yoxdur:
Alınız ilmini Garb 'in, alınız sanatını,
Veriniz, hem de mesainize son süratini.
Çünki kabil değil, artık yaşamak, bunlarsız;
Çünki milliyyeti yok sanatın, ilmin yalnız. (4, 170)
M.Akif öz qərb düşüncələrini mərifət və fəzilət deyə iki ye-
rə ayırır. Mərifət qərbin elmi, sənəti, təhsili və texnologiyası, fəzi-
lət isə türkün mənəvi dəyərləri, inanc sistemidir. Bu baxımdan
Ərsoyla Qısakürəyin mövqeyi üst-üstə düşür. Onların hər ikisinin
fikrinə görə, türk xalqının nicat yolu öz mənəvi dəyərlərinə sahib
çıxması və eyni zamanda qərb mədəniyyətini öyrənməsiylə başla-
yır.
Bu dövrün türk poeziyyasında diqqəti cəlb edən əsas istiqa-
mətlərdən biri də məmləkət ədəbiyyatının yaranması idi. Bu cə-
rəyanın nümayəndələri əsasən xalq ədəbiyyatından bəhrələnirdi-
lər. Əvvəllər ədəbiyyatda əsasən İstanbuldan, İstanbullu insanla-
rın arzu və istəklərindən, kədərlərindən bəhs edilirdisə, artıq indi
yeni mövzular, Anadolu, bir sözlə məmləkət mövzusu poeziyaya
gəlirdi. Onu da qeyd edək ki, bu istiqamət təkcə poeziyada deyil,
nəsr sahəsində, xüsusən də Ömər Seyfəddin, Rəfıq Xalid Qaray
və Rəşad Nuri Güntəkinin əsərlərində daha çox özünü doğrult-
muşdur.
Yeni tipli ədəbiyyatda məmləkət, kasıb insanlar, onların
sevgisi, həyat tərzi, duyğu və düşüncələri ön plana gəlirdi. Ziya
Göyalp və Məhməd Əmin Yurdaqulun təsiri altında yaradıcılığa
başlayan məmləkətçi şairlər "sənət xalq üçün" devizinə sadiqlik
214
nümayiş etdirir, hamının başa düşəcəyi sadə bir dillə yazırdılar.
Heca vəznindən ustalıqla istifadə edən bu şairlərin əsərləri əsasən
didaktik xarakter daşıyırdı (3, 371). Bu cərəyanın əsas nümayən-
dələri "hecanın 5 şairi" adıyla məşhur olan Faruk Nafız Çamlıbel,
Enis Behiç Koryürək, Yusif Ziya Ortac və Xalid Fəxri Ozansoy-
dur.
Cərəyanın ən güclü təmsilçisi isə F.N.Çamlıbeldi. İlk yara-
dıcılığı illərində sevgi şairi kimi gənclərin sevimlisinə çevrilən
gənc şair, qısa müddətdən sonra öz sənət anlayışını, atacağı ad-
dımları müəyyənləşdirir:
Başka sanat bilmeyiz, önümüzdə dururken
Söylenmemiş bir masal gibi Anadolumuz.
Arkadaş, biz buyolda türküler tutturarken
Sana uğurlar olsun, ayrılıyor yolumuz (2, 16).
Şairin "Sənət" şeiri məmləkət ədəbiyyatının yaranmasında
bir növ təkan olur. Tədqiqatçı Necati Birinci haqlı olaraq bu şeirə
belə münasibət bildirir:
"Sənət" şeiri, milli şüurun, tam bir oyanışının ifadəsidir. Fa-
ruk Nafız bu şeirdə milli zövq və milli sənət anlayışını ölçü olaraq
almışdır" (7, 223).
Deməli, bu şeir məmləkətçi şairlər üçün simvolik xarakter
daşıyırdı. Faruk Nafiz xəlqi bir üslubda, nənələrimizin laylay de-
yib nağıl danışdığı bir dildə yazır, özü də bunu açıq etiraf edirdi:
Hangi sözlerle ninem gönlünü açmışsa bana,
Ben o sözlerle gönül vermedeyim sevgilime.
Sözlerime ninni kadar duygulu olmak yaraşır,
Bağlıdır çünki dilim gönlüme, gönlüm dilime (2,161)
Məmləkətçilərin əsas şeir dilinə çevrilən bu üslub şairin
bütün poeziyasında hiss olunur. O, "Xan divarları" (Karvansaray
divarları), "Həyəcan və Sükut', "Axar su", "Çoban Çeşməsi" və s.
kimi kitabların müəllifi idi.
Məmləkətçi şairlərdən Enis Behiç Koryürək də, digər "Beş
hecaçı'lar kimi ədəbiyyat aləminə əruzla qədəm qoymuşdur. İlk
şeirlərini Tofıq Fikrətin, Cənab Şəhabəddinin təsiri ilə yazan şair,
Dostları ilə paylaş: |