206
manı dərsliklə iş aparılır.Şagirdlər – dərslikdəki “Cütləri müəyyən
et” və “Səhv söz birləşməsini tap” tapşırıqlarını yerinə yetirirlər.
1. Cütləri müəyyən et 2. Cütləri müəyyən et
Nümunə: uzun çay Nümunə: odun yarmaq
1. uzun A) meyvə 1. odun A) yemək
2. şirin B) yarpaq 2. süd B) yumaq
3. ətirli C) dağ 3. çörək C) yarmaq
4. yaşıl Ç) çay 4. paltar Ç) ələmək
5. uca D) gül 5. un D) içmək
3. Hansı sözlərin birləşməsi səhvdir?
A) maraqlı hekayə
B) uca dağ
C) qalın dəniz
Ç) sıx meşə
Tapşırıq yerinə yetirildikdən sonra R.Behbudovun “Azərbay-
can” mahnısı dinlənilə bilər. Şagirdlərdən mahnını diqqətlə dinlə-
yib və mahnıda ad bildirən sözləri deməyi tələb etmək məqsədə-
uyğundur. Beləliklə, dərsin sonunda ad bildirən sözlər haqqında
şagirdlər aşağıdakı nəticəni əldə edirlər.
1) Ad bildirən sözlər həm canlı, həm də cansız varlıqların
adını bildirir.
2) İnsan bildirən sözlər – kim?, heyvan və cansız əşyalar bil-
dirən sözlər – nə?, yer bildirən sözlər – hara? suallarına cavab
verir.
Bu bölmənin tədrisindən əldə olunan şagird nailiyyətlərini
belə ümumiləşdirmək olar:
a) şagirdlər “Ad bildirən sözləri” digər sözlərdən fərqləndirir,
bu sözlərin hansı suala cavab verdiyini təyin edirlər; b) ad bildirən
sözlərin canlı və ya cansız varlıq bildirdiyini müəyyən edir.
Sonda çalışmaq lazımdır ki, bu nəticələri şagirdlər öz nailiy-
yətləri kimi dərk edib təcrübi şəkildə istifadə etməyi bacarsınlar.
207
Ədəbiyyat
1. Veysova Z. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait, Bakı.
2. Tağıyev B. Ana dili ibtidai təhsil pilləsində. Dərs vəsaiti. Bakı,
2008.
3. II sinif “Azərbaycan dili” dərsliyi. Bakı, 2012.
4. II sinif müəllimlər üçün metodik vəsait. Bakı, 2012.
Xülasə
Məqalədə ibtidai məktəbin II sinfində ad bildirən sözlərin mə-
nimsədilməsi metodikasından bəhs edir. Bu mövzunun tədrisində
morfoloji elementlərin öyrədilməsində yeri nəzərə çatdırılır.
Açar sözlər: mənimsəmə, ad bildirən, suallar, qruplarla iş.
Резюме
В статье говориться о методике восприятие существи-
тельное. В обучении этой тематике привлекается ко внима-
нию изучение морфологических элементов.
Ключевые слова: приобрение, обозначение имени,
вопросы работа с группами.
Summary
In this article it deals with the methods of learning the words
which are known about the name in the second form of primary
school. In the Teaching of this theme the learning of morphologi-
cal elements is explained.
Key words: Learning, name knowing, questions, work with
groups
208
Zahidzadə Afət
magistr
MİR CƏLAL ŞƏXSİYYƏTİ
Hər şey şəxsiyyətdən başlayır. Sənətkarlıq da, alimlik də,
tənqidçilik də, hər şey. Yaradıcılıqla məşğul olan hər bir kəsin tər-
cümeyi-halı, dünyagörüşü, fərdi xarakterləri onun əsərlərində öz
əksini tapır. Çünki kənardakılara başqa cür görünmək müəyyən
qədər mümkün olsa da, insan özündən qaça bilmir və üstündə ça-
lışdığı əsərlərində özünü həqiqi şəkildə təqdim edir.
“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mənəviyya-
tını dünyaya nümayiş etdirirlər” – H.Əliyev demişdir.
Bəli, bizim də mədəniyyətimizi, elmimizi, ədəbiyyatımızı
dünyaya nümayiş etdirən görkəmli şəxsiyyətlərimizdən biri də
Mir Cəlal Paşayevdir.
Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının gör-
kəmli yazıçısı, ədəbiyyatşünas alim, ədəbi tənqidçi, pedaqoq kimi
tanınmışdır. Mir Cəlalın istər bədii yaradıcılığı, istərsə də elmi-
nəzəri fəaliyyəti yeni dövr Azərbaycan ədəbiyyatinda mühüm yer
tutur. O, ziyalılarımızın elə bir nəslinə mənsubdur ki, bizdə yeni
estetik fikrin, müstəqil bədii təfəkkürün inkişafında öz bədii
əsərləri və nəzəri fəaliyyəti ilə bilavasitə iştirak etmiş və böyük
rol oynamışdır. Mi Cəlal Paşayev ölməz nəsr əsərləri, heç bir za-
man dəyərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədə-
biyyatşünas və pedaqoji kadrlar yetişdirərək öz xalqını istər mə-
nəvi cəhətdən, istərsə də elmi cəhətdən yüksək zirvəyə qaldır-
mağa çalışmışdır.
Mir Cəlal ədəbi fəaliyyətə 20-ci illərin sonlarından başla-
mışdır. Onun yaradıcılığa başlamasında Gəncə ədəbi mühitinin
mühüm rolu olmuşdur. Bu zaman o,Darül-müəllimində təhsil alır,
ictimai-təşkilati işlərdə fəal çalışır, pedaqoji texnikumu bitirib
müəllimlik edir, direktor isləyirdi. Eyni zamanda məqalə və
şeirlər yazır, ədəbi münaqişə və müzakirələrə qoşulur, bəzi qəzet
və jurnallarda iştirak edir. Mir Cəlal 1928-ci ildən etibarən
mətbuatda çıxış etməyə başlamışdır.