Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə15/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   11   12   13   14   15   16   17   18   ...   240

~ 34 ~ 

 

vermişlər. Mətndə  yazılıb:  “Hökmdar!  Bu  otaq  sənindir! Sən rahat yat. 



Düşmən,sən də diz çök. Xaqan həlak olsa da xalqın azuqəsi olacaq.”  

Bu tapıntıda həmçinin yüksək sənətkarlıqla, bədii zövqlə işlənmiş qızıl 

zin

ət əşyaları ilə yanaşı əldə edilən əynində zərif ipək köynəyi,qısa qollu kişi 



geyimi,  qırmızı  zamşadan  dar  kişi  şalvarı,  ayağında  dabansız  uzunboğaz 

ç

əkməsi  olan,  qısa  qollu  kamzolun  üstündə  əfsanəvi maral və  sığın  başı 



şəklində metaldan tökmə üsulu ilə düzəldilmiş,ağır yığma  kəmər bağlanmış, 

hökmdarın  başında  uca  konusvari  üçağızlı  qalpaq-papaq,  boynunda  ucları 

p

ələng  başı  şəklində  olan  hörülmüş  boruvari  boyunbağı,  sağ  əlində 



barmaqlarında biri güzgü kimi parlaq qalxanvari, digəri başında radius formalı 

ç

ələng  şəklində insanın  profildən təsviri həkk  olunmuş  qaşlı  üzük,  sol  çiyni 



t

ərəfində ucu qızıl və üzərinə qızıl lent sarılmış rəmzi əsa, sağında qını qırmızı 

r

əngdə boyanmış, atlı döyüş sılahı olan qılınc, solda qınında sığın və at şəkilli 



d

əstəyi  qızıl  suyuna  çəkilmiş,  ikibaşlı  qrifon  şəklində  tiyəsi  qızıl  örtüyü  ilə 

müxt

əlif vəhşi  heyvanların  təsvirlər ilə  bəzədilmiş  dəmir xəncər  olan  “Qızıl 



geyimli xaqan” heyk

əli Türk maddi mədəniyyətini özündə cəmləşdirən nadir 

s

ənət nümunəsidir. 



Danılmaz faktdır ki, bütün bəşəri dəyərlərin əsası milli zəngnliklərdən 

yaranıb. Bu milli zənginlikləri yaradan millətin özüdürsə, hər bir milləti, onun 

milli z

ənginliklərini bəşəriyyətə  tanıtdıran  da  o  millətin içindən  çıxan 



hökmdarlar, dövl

ət xadimləri, dahilər və müdrik şəxsiyyətlər olmuşdur. Belə 

müdrik şəxsiyyətlər mənsub olduğu milləti dünyaya tanıtmaqla bərabər, həm 

d

ə o millətin gələcəyinə işıq tutmuşlar. 



Dünya, o cüml

ədən də Türk tarixində əfsanələşmiş, mifləşmiş, xüsusilə 

dastanlaşmış  tarixi  hökmdarlara  çox  nadir  hallarda  rast  gəlmək olar. Türk 

dünyasında  belə  şəxsiyyətlərdən biri və  birincisi Türklərin  ilk  fateh  atası, 

bütün milli nizam-

intizamın, idarəçiliyin və “Tufan”dan sonrakı İkinci Böyük 

Turan  İmperatorluğunun  qurucusu  sayılan  Oğuz  Xaqandır.  Oğuz  Xaqan 

əsrlərcə  Türk soyuyna yol göstərən kimi vəsfləndirilmiş,  haqqında  müxtəlif 

r

əvayət,  əfsanə  və  dastanlar  yaranmışdır.Qədim Türklərin tarixi fəthlərini 



dastan 

şəklində  əks etdirən ilk əsər də  məhz  “Oğuz  Xaqan  dastanı”dır.  Bu 

dastana elmi 

ədəbiyyatda “Oğuznamə” də deyilir. Ən qədim Türk dastanı olan 

“Oğuz  Xaqan  dastanı”na  daha  sonralar  İslam  motivləri də  daxil  edilmiş  və 

yeni bir İslami “Oğuznamə” yaranmışdır. 

Bu dastana gör

ə ilk Cahan hakimiyyətini quran Oğuz Xaqandır. Bir çox 

orta 

əsr mənbələri haqlı olaraq Oğuz Xaqanı “Tufan”dan sonra İkinci Böyük 



Turan İmperatorluğunu quran Alp Ər Tonqa, Alp Ər Tonqanı da “Avesta” və 

bir  çox  Şərq mənbələrində  adı  keçən Turan  İmperatoru  Əfrasiyabla 




~ 35 ~ 

 

eynil



əşdirirlər. Trklərin əfsanələşmiş hökmdarı olan Əfrasiyab (Oğuz Xaqan, 

Alp  Ər  Tonqa)  fars  mənbələrinə  görə  Nuh  peyğəmbərin  oğlu  Yafəsin  oğlu 

Türkün n

əvəsidir. Bu mənbələrə əsaslanaraq deyə bilərik ki, Çini, Hindistanı, 

Persistan

ı,  Azərbaycanı,  İraqı,  Suriyanı,  Misiri,  Anadolunu,  indiki Rusiya 

ərazisini,  hətta Firəng ölkələrini fəth edərək  İkinci  Böyük  Turan 

İmperatorluğunu yaradan Alp Ər Tonqa (Əfrasiyab, Oğuz Xaqan) olmuşdur. 

“Oğuz  Xaqan  dastanı”na  görə  də  Oğuz  Xaqan  altı  oğlu  –  Göy Xan, 

Gün Xan, Ay Xan, Ulduz Xan, 

Dağ Xan və Dəniz Xanla birlikdə dünyanı fəth 

edib  “Cahangir”  olduqdan  sonra  ana  yurdu  Türküstana  dönmüş,  böyük bir 

Qurultay  çağıraraq  İmperatorluğu  oğulları  arasında  bölüşdürmüş,  törəyə  və 

birliy


ə  bağlı  qalmalırını  vəsiyyət  etmiş,  hər birinə  aid hüquqi mövqe 

əyyənləşdirmiş,  tamğa  və  onqonlarını  bəlirtmiş,  hakimiyyəti təmsil edən 



“Yay”ı sağ qolu təşkil edən Gün, Ay və Ulduz Xana, “Ox”u da onlara tabe 

olan v


ə sol qolu təşkil edən Göy, Dağ və Dəniz Xana vermiş və demişdir ki: 

“Ey  oğullarım!  Mən  artıq  çox  yaşlandım,  çox  savaşdım.  Düşmənləri 

ağlatdım,dostları  sevindirdim.  Göy  Tanrıya  borcumu ödədim”  (Bax:  Oğuz 

Xaqan Dastanı, səh.32-33; Oğuznamə, səh. 343-344) 

Orta 

əsr mənbələrində İkinci Böyük Turan İmperatorluğunun paytaxtı 



M

ərv və Bəlx şəhərləri göstərilmişdir. Tarixi mənbələrə görə (Bax: Firdovsi, 

Şahnamə,  Mahmud  Kaşqarlı  Divan-ül-lüğət-it-Türk,  Yusif Xas Hacib 

Balasaqunlu Kutadqu-bilik;  M

əhəmmədtağı  Zeytabi,  İran  Türklərinin  əski 

tarixi  v

ə  s.)  Əfrasiyab  (Oğuz  Xaqan,  Alp  Ər Tonqa) Türküstan,  İran, 

Az

ərbaycan,  Hindistan,  Anadolu və  Rusiya ölkələrində  bir  çox  şəhərlər 



sal

dırmışdır  ki,  bunlardan da ən məşhuru  sonradan Kiçik Midiya dövlətinin 

paytaxtı olmuş Pərspə (indiki Təxti-Süleyman), Qəzvin, Çəncək-indiki Gəncə 

v

ə Şiz şəhərələridir. 



Türk mill

ətinin qəlbində  böyük  cahangir  olaraq  yaşayan,  Türk 

dövl

ətçilik və mədəniyyət tarixində əvəzsiz rol oynayan İkinci Böyük Turan 



İmperatorluğunun  qurucusu  Oğuz  Xaqan  (Əfrasiyab,  Alp  Ər  Tonqa)  sayğı 

əlaməti olaraq sonrakı bütün Türk hökmdarları, hətta Çingiz Xan belə özünü 

Oğuz  Xaqan  nəslindən  hesab  etmiş,  öz  şəcərələrini  ona  bağlamış,  özlərini 

Oğuz Xaqanın varisi və xələfləri saymış və bundan qürur duymuşlar. 

Q

ədim və  orta  əsr Türk mədəniyyətindən,  Türk tarixindən,  Türk 



dilind

ən, Türk ədəbiyyatından bəhs edən elə bir əsər yoxdur ki, orada bu və ya 

dig

ər dərəcədə bu böyük Turan İmperatoru Oğuz Xaqandan bəhs edilməsin. 



Bir çox t

ədqiqatçılar  “Tufan”dan  sonrakı  dünyanın  ilk qədim 

m

ədəniyyətini Şumer Türklərinin adı ilə bağlayırlar. 



 


Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə