Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə43/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   39   40   41   42   43   44   45   46   ...   227

dünyanın bütün mütərəqqi qüvvələrinin və demokratik dövlətlərinin ana işi

olmalıdır.

Qeyd etməyi lazım bilirik ki, Güney Azərbaycan Türkləri bütün tarix

boyu   özlərini   Türk   adlandırıb   və   Türk   olaraq   tanıyıb.Lakin   artıq   yüz   ilə

yaxındır ki, yalnız Türk və Azərbaycanlı olmaq siyasi hərəkat və müstəqillik

üçün  yetərli   olmamışdır.Xalqımız   özünü  Türk  qəbul  etməsinə  baxmayaraq,

fars düşüncəli bir sistem içərisində yaşamış, bütün ağlını, zəkasını, əməyini və

yaratdığı bütün maddi və mənəvi dəyərlərini farslığın inkişafına sərf etmiş və

nəticədə təhqirdən başqa heç nə əldə etməmişdir.

Bəlidir ki, hərbir siyasi hərəkat üçün ilk nüvbədə ideolji proqram olmalı,

bu  ideoloji   proqramı   həyata   keçricək  siyasi   bir   təşkilat   yaradılmalı,   bu  bu

siyasi təşkilat siyasi bir səfərbərlik elan edərək siyasi hərəkata başlamalıdır.

Bütün  bunların məcmusuna   ideoloji-siyasi  düşüncə  sistemi   deyilir.  Bu  gun

Guney  Milli   Hərəkatını   istiqamətləndirəcək   belə   bir   düşüncə   sistemi   bizcə

hələlik məhz Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemidir.

Guney Azərbaycan  Milli Hərəkatını yünləndirmək  məqsədi  ilə Arif

Kəskin bəy tərəfindən ortaya atılan və tərəfdarları tərəfindən dəstəklənən bir

nəzəri proje olan Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi Azərbaycanın

qurtuluşu  yolunda   biz   kimik,   niyə   bu  günə   qalmışıq,   nə   etməliyik,   hardan

başlamlıyıq, nəyi əsas götürməliyik, hara gedirik, əsas problemlərimiz nədir,

qurtuluşmuz haradadır və s. kimi fundamental suallara cavab axtaramağa və

bu suallara bu və ya digər dərəcədə cavab verməyi özünə hədəf seçmişdir.

Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminə görə “siyasi düşüncələr,

siyasi, sosial, iqtisadi və tarixi hadisələrin təsiri ilə tez-tez dəyişə bilər. Siyasi

düşüncələr dəyişdiyi zaman siyasi tələblər də dəyişər. Dünən əhəmiyyətli olan

bu gün əhəmiyyətini itirə bilər və ya əksinə, dünən əhəmiyyətsiz görünən bu

gün əhəmiyyətli ola bilər. Hər bir siyasi dəyişiklik siyasi tələblərə təsir edər və

onu  kökündən  dəyişə   bilər.   Çünki   sistemli   olmayan   siyasi   tələblər   heç   bir

nəticə   verə   bilməz...   Heç   bir   dövlət   də   sistemsiz   tələblərdən   qorxmaz...

Sistemsiz   tələblərlə   insanlar   təşkilatlana   bilməzlər.   Ona   görə   ki,   sistemsiz

tələblərin   təşkilat   yaratmaq   gücü   yoxdur.   Belə   sistemsiz   tələblər   siyasi

proseslərə istiqamət verəcək və onu dəyişdirə biləcək gücə sahib deyil”. Ona

görə   də   xalqın   ümumi   tələblərini   yerinə   yetirə   biləcək   Güney  Azərbaycan

Milli Hərəkatını istiqamətləndirən bir Düşüncə Sisteminə ehtiyac duyulurdu

ki,   Azərbaycan   Mərkəzli   Türk   Düşüncə   Sistemi   də   məhz   bu   ehtiyacdan

yaranmışdır.

Bəllidir ki, hər hansı bir düşüncə sisteminə malik olamayan bir xalq və

ya millət Milli Dövlətə sahib ola bilməz. Sahib olsa belə onu qoruyub saxlaya

bilməz. Arif Kəskin bəyin irəli sürdüyü Azərbaycan Mərkəzli Türk Düşüncə



Sistemi   siyasi   ədəbiyyatda   göstərilməyən,   lakin   illərlə   real   həyatda   özünü

təsdiqləyən İran Mərkəzli Fars Düşüncə sisteminə alternativ olmaqla bərabər,

məhz Azərbaycan Türklərini bir araya gətirə biləcək elmi-nəzəri bir sistemdir

ki, xalqımızın haralı olduğunu, kim olduğunu, nə istədiyini, nə etməli və necə

etməli suallarını cavablandırmağa çalışır. 

Bu düşüncə sistemi bir nəzəri proqram olaraq həm Azərbaycan xalqının

yaşadığı tarixi fəlakətlərinin səbəbini və həm də xalqımızın qurtuluş yolunu

göstərməyə   çalışır.   Bu   nəzəri   fikrə   görə,   Azərbaycan   Türklərinin   Tarixi

fəlakətlərinin   əsas   səbəbi   onların   tarix   boyu   Azərbaycan   Türk   kimliyinin

yerinə farsların düşüncə, duyğu, hərəkat və strateji platformalarını qəbul edib,

siyasi, sosial, iqtisadi və mədəni enerjilərini farslara sərf etmələridir. Bu nəzəri

düşüncəyə   görə,   Azərbaycanın   qurtuluşu,   Azərbaycanı   mərkəz   qəbul   edən

duyğu, hərəkat və strateji platformaya sahib olmaqdan keçir. Bunun üçün Arif

Kəskin bəyin söylədiyi kimi, ilk növbədə “Biz Azərbaycanlıyıq, İranlı deyilik”

fikri düşüncələrə hakim kəsilməli, siyasi, sosial, iqtisadi, mədəni, beynəlxalq,

geopolitik   və   digər   sahələrdəki   bütün   təfəkkür   və   baxış   sistemimizin   əsas

təyinedicisi “Azərbaycan” olmalı, Azərbaycanı mərkəz qəbul edərək harmonik

bir bütünlük içərisində böyüməli, dərinləşməli və genişlənməliyik. 

İran   Mərkəzli   Fars   Düşüncə   Sisteminə   alternativ   olaraq   yaradılan

Azərbaycan Mərkəzi Türk Düşüncə Sistemi  Azərbaycanı  İranın bir parçası

deyil, konkret əraziyə malik bir bütün olaraq qəbul edir. Vətən adlandırdığı bu

məmləkətin - Azərbaycanın sahibi də onun qoruyucusu, uğrunda şəhid olmağı

özünə şərəf bilən Azərbaycan Türkləridir.

Bir insanın və xüsusilə, bir millətin İki Vətəni ola bilməz. Bir insanı iki

ana dünyaya gətirə bilməz. Güney Azərbaycan insanı bütün tarix boyu özünü

fars deyil, Türk olaraq qəbul edib və qondarma İranı deyil, real Azərbaycanı

özünün Vətəni sayıb. Çünki millətimiz bilib və bilir ki, vətən milləti təmsil

edən   insanların   üstündə   yaşadığı,   havasını   udduğu,   suyunu   içdiyi,   onda

doğulub, onda boya-başa çatdığı, onda əbədiyyətə qovuşduğu məkandır. 

Vətən millətin və dövlətin varlıq simvoludur. Vətənsiz bir millətin və

dövlətin var olması mümkün deyil. Millətin bir yerdə yaşaması ancaq Vətən

üzərində   gerçəkləşə   bilər.   Bu   anlamda   Vətən   millətin   bütün   fərdlərini

birləşdirmə gücünə malikdir. Vətən üzərində yaşatdığı insanları birləşdirərək

onları mədəniyyətin tacı sayılan dövlət qurmağa yönəldir. Bu anlamda Vətən

millləti və dövləti doğuran Anadır. 

Əsrlər boyu eyni ərazidə, bir arada yaşayan insanlar artıq o yeri Vətən

qəbul   edirlər.   Bu   ərazinin   maddi   nemətlərindən   yararlanaraq   gündəlik

ehtiyaclarını   ödəyir,   bütün   qabiliyyətlərini   Vətənin   qorunması   və




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə