Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə42/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   38   39   40   41   42   43   44   45   ...   227

Türkləri   çox   ciddi   və   şərəfli   bir   tarixi   imtahan   qarşısındadır.   XXI   əsr

millətlərin «olum və ya  ölüm» əsridir. Güney Azərbaycan Milli Hərəkatına

qoşulan hər bir fərd öz məsuliyyətini dərk etməli, təşkilatdaxili dedi-qodulara

son   qoyulmalı,   milli   insanlara   böhtan   atanlara   yerindəcə   cavab   verilməli,

liderlik şəxsi ambisiya  ilə deyil,  əməllə  qazanılmalı, nəyin  bahasına olursa

olsun min zəhmətlə qurulan təşkilat qorunub saxlanılmalı, tarixi şərait düzgün

dəyərləndirilərək məqsədmizə çatmağa çalışmalıyıq. Güney Azərbaycan Milli

Hərəkatı öz mübarizəsini sistemli şəkildə davam etdirməlidir.

Beləliklə, Güney Azərbaycan Milli Hərəkatının qarşısında duran əsas

məsələlər aşağıdakılardır :

1)

Güney Azərbaycanda milli kimlik məsələsinin tam həll edilməsi;



2)

Fars   şovinizminin   assimilyasiya   siyasətinin   əsası   olan

«farslaşdırmaq», «Iraniləşdirmək» və «Iranlılaşdırmaq» və bununla da Güney

Azərbaycan   Türk   kimliyinin   yerinə   «fars»,   «Irani»   və   «Iranlı»   kimliyini

həyata   keçirmə   siyasətinə   qarşı   Güney   Azərbaycan   Türk   kimliyinin

qorunması, «Azərbaycanlı» və «Azərbaycançılıq» məfkurəsinin təfəkkürlərdə

hakim kəsilməsinə nail olmaq;

3)

Azərbaycanın



 

tarixi


 

coğrafiyasının

 

hüdudlarının



müəyyənləşdirilməsi və Azərbaycanın ostanlara bölünməsinin qarşısını almaq;

4)

Azərbaycan   ərazilərində   digər   etnik   qrupların   yerləşdirilməsinin



qarşısını almağa çalışmaq;

5)

Iran Mərkəzli Düşüncə Süstemi Fars Mərkəzli Düşüncə Sisteminin



eyni olduğundan və hər ikisinin də fars şovinizminə xidmət etdiyindən bunlara

alternativ olaraq Güney Azərbaycan Türklərinin Azərbaycan Mərkəzli Türk

Düşüncə Sisteminin ətrafında birləşdirməyə nail olmağa çalışmaq;

(Unudulmamalıdır ki, fars şovinizmi Fars Mərkəzli Düşüncə Sistemi ilə

Iran   Mərkəzli   Düşüncə   Sisteminin   nümayəndələri   olan   Rza   xan   Pəhləvini,

Mehdi   Bazarqanini,   Əhməd   Kəsrəvini,   Mahmud   Əfşarini,   Haşimi

Rəfsəncanini,   Məhəmməd   Xatəmini,   Əli   Şəritini,   Tağı   Əranini,   Əlirza

Nabdəlini, Biyən Cəzənini, Məhəmməd Həninəоadini, Məsud Rəcəlini, Fərrux

Negahdarini, Əbdülkərim Suruşini, Ibrahim Yəzdini, Əhməd Şamlunu və s.

Həmçinin   Pəhləvi   hakimiyyəti   ilə   Islam   Cumhuriyyətini,   Xalqın

Mücahidlərini,   Xalqın   Fədailərini,   Nehzəti-Azadini,   Səltənət   tələbləri   və

Iranda mövcud digər siyasi qüvvələri birləşdirən bir siyasi, iqtisadi, mədəni və

ideoloji   düşüncə   sistemidir   ki,   yarandığı   gündən   bu   günə   qədər   fars

assimiliyasiya siyasətinə xidmət etməkdədir.)

  Iranda artıq siyasi  şərait yeni  bir mərhələyə  qədəm qoyub.  Bu yeni

mərhələdə   artıq   sistemiçi   reform   axtarışlarına   olan   ümidlər   bitmiş   və   yeni

siyasi   axtarışlar   ortaya   çıxmışdır   ki,   bu   axtarışlardan   biri   də   Iranda   köklü



dəyişiklik,   yəni   sistem   dəyşikliyidir.   Bu   sistem   dəyşikliyi   Iranla   yanaşı

Irandakı bütün siyasi cərəyanların və xüsusilə, Iran deyilən ərazidə yaşayan

bütün xalqların da gələcək taleyini müəyyənləşdirəcək.

  Belə bir vəziyyətdə  bizi Iranın və ya  hər hansı bir siyasi  cərəyanın

-şahçıların, sol və ya sağ təşkilatların və ya Iran Islam Cümhuriyyətinə bağlı

təşkilatların,   həmçinin   yeni   yaranacaq   təşkilat   və   cərəyanların   taleyi   deyil,

yalnız Güney Azərbaycanın və onun milli təşkilatı olan Güney Azərbaycan

Milli   Hərəkatının   taleyi   maraqlandırır.   Deməli,   bu   yeni   mərhələyə   Güney

Azərbaycan   Milli   Hərəkatı   ciddi   hazırlaşmalı,   yeni   şəraitə   uyğun   təhlillər

aparmalı,   münasib   strategiya   və   taktika   hazırlamalı,   təşkilatdaxili   şəxsi

ambisiya və çəkişmələri bir kənara qoyub çirkin rəqabətdən əl çəkməli, bir-

birini vurub səhnədən çıxarmaq əvəzinə əl-ələ verib bütün sağlam və sədaqətli

qüvvələri   bir   araya   gətirərək   bir   yumruq   kimi   birləşməli   və   müqəddəs

məqsədə   nail   olmalıdır.   Bu   işdə   millətimizin   hər   bir   fərdi   də   hər   hansı

ideologiya və siyasi xəttə bağlı olmasından asılı olmayaraq Güney Azərbaycan

Milli Hərəkatı ətrafında sıx birləşməli, Güney Azərbaycanda gedən proseslərə

və ən başlıcası 50 milyonluq bir millətin milli müqəddəratının həlli məsələsinə

biganə qalmamalıdır. Unudulmamalıdır ki, Güney Azərbaycan Türkləri artıq

yüz ildir ki,öz siyasi enerjisini ya sağa, ya da sola - Islami məzhəbçiliyə və

sosializmə xərcləmiş, milləti daxildən parçalamışdır. Bilməliyik  ki, millətin

taleyini fərdi, qrup və ailə maraqlarına qurban vermək milli düşmənçilikdirsə,

xalqın içindən çıxmış bir təşkilatın ayrı-ayrı fərdlərini qarşı-qarşıya qoymaq,

onlar   haqqında   müxtəlif   şayiələr   yaymaq,   kimi   və   ya   kimləri   isə   müdafiə

etmək xatirinə şablon söz və ifadələrdən istifadə edərək digərlərini aşağılamaq

milli   hərəkatımıza   xəyanətdir,   ona   balta   çalmaqdır.   Unutmamalıyıq   ki,

«şayiəni  düşmən   yaradar,  dost  yayar».  Bütün şayiələrdən uzaq  durmalıyıq.

Əks təqdirdə, Milli hərəkatın illərlə qazandıqlarını bir anda itirə bilərik. Iranda

artıq köklü dəyişikliklərin zəngi çalınıb. Ciddi hazırlaşmalıyıq.

Unutmamalıyıq   ki,   Güney   Azərbaycan   Türkləri   və   onların   siyasi

təşkilatı   olan   Güney   Azərbaycan   Milli   Hərəkatı   tarixi   Ədalətin   bərpası

uğrunda mübarizə aparır. Istər Şərqin fəlsəfi anlayışı, istər Qərbin dünyəvi

düşüncəsi, istər səmavi və qeyri-səmavi dinlərin ilahi görüşləri, istərsə də bu

günkü dünyanın demokratik və liberal düşüncəsinə qədər bütün siyasi, ictimai,

iqtisadi   və   ilahi   düşüncə   anlayışlarını   ortaya   atanlar   bir   məsələdə

müştərəkdilər. Bu anlayışın adı ədalətdir. Ədalət uğrunda mübarizənin əsasını

isə müstəqillik, demokratiya və liberal dəyərlər təşkil edir. 40 milyonluq bir

xalqın   əsas   şüarı   «Insanlara   hürriyyət,   millətlərə   istiqlal»dır.   Ona   görə   də

təqribən 200 illik mübarizə tariximizdə dönüş nöqtəsi olan bu günkü şəraitdə

Güney Azərbaycan probleminin həll edilməsi özümüzlə yanaşı Ədalət naminə



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə