Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə38/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   34   35   36   37   38   39   40   41   ...   227

əsrin   əvvəllərində   ideoloji-siyasi   milliyətçiliyin   meydana   gəlməsi   Quzey

Azərbaycan   Xalq   Cumhuriyyətinin   yaranması   ilə   nəticələnmiş,   artıq   Milli

Dövlətin milli ideologiyası formalaşmışdı. Yetmiş illik sovet-rus müstəmləkə

rejimi   bütün   cəhdlərinə   baxmayaraq   bu   ideologiyanı   məhv   edə   bilməmiş,

nəhayət, bu ideologiya XX əsrin sonunda Quzey Azərbaycan Respublikasını

yenidən tarix səhnəsinə çıxarmışdır. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət

bayrağı   ilə   yanaşı   bayraqda   ifadə   olunan   «Türkləşmək,   Müasirləşmək,

Islamlaşmaq»   prinsipləri   Milli   Hökumət   dönəmində   Müstəqil   Ouzey

Azərbaycan Respublikasının milli ideologiyası kimi qəbul edilmişdir.

Tarixən   bəllidir   ki,   son   iki   min   illik   tarixdə   min   il   Azərbaycan   və

Persiyanı Türklər idarə etmişlər. Ona görə də Avropada başlanan milliyətçilik

hərəkatı hətta XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə Türklər olduğundan

Güney   Azərbaycanda   milliyətçilik   olmamış,   milliyətçi   təşkilatlar

yaradılmamışdır. Əvəzində sosial-demokratiya ideyalarını əsas götürən sosyal

yönümlü   təşkilatlar  və  hətta  komunist  partiyası  yaradılmış   və  bütün  Iranın

yeniləşməsini   nəzərdə   tutan   yeniləşmə   hərəkatları   baş   vermişdir.   Lakin

bütövlükdə XX əsr «Millətləşmə əsri» olduğundan Güney Azərbaycanda olan

Səttarxan, Xiyabani və Pişəvəri hərəkatları güney Azərbaycanın Muxtariyyəti

ilə nəticələnmiş və sonda bu Muxtariyyətlər də ləğv edilərək hərəkatlar qan

içində boğulmuşdur.

Bu gün belə vahid milli ideologiya olmadığından Güney Azərbaycanın

və   Güney   Azərbaycan   Türklərinin   müqəddəratı,   siyasi   statusu   ilə   bağlı

müxtəlif baxışlar, cərəyanlar və təşkilatlar mövcuddur. Bu baxış, cərəyan və

təşkilatları aşağıdakı kimi qruplaşdırırlar;

1)   Güney   Azərbaycanın   Iran   tərkibində   mədəni   muxtariyyət

qazanmasını istəyənlər və bu istiqamətdə çalışanlar;

2) Güney Azərbaycanın mərkəzə bağlı məhəlli və ya milli muxtariyyət

qazanmasını istəyənlər və bu yöndə çalışanlar.

3)   Bütün   Iranda   hakimiyyətin   Türklər   tərəfindən   idarə   olunması   və

Quzey Azərbaycanın da bu dövlətə birləşdirilməsini istəyənlər və bu yöndə

çalışanlar;

4)   Güney   Azərbaycanın   müstəqillik   qazanması,   Güney   Azərbaycan

Demokratik Respublikasının yaranmasını istəyənlər və bu yöndə çalışanlar.

Göründüyü   kimi   bunlardan   ikisi   milli   muxtariyyətə,   biri   tam

müstəqilliyə, biri isə imperiyaya əsaslanır və hətta Quzey Azərbaycanı da bu

imperiyanın   tərkibində   görmək   istəyir.   Bunlardan   üçü   Milli   müqəddəratın

təyini   ilə  bağlı   bir-birini   ardıcıllıqla   məntiqi   baxımdan   tamamlayan  inkişaf

prosesidir və demək olar ki, XX əsrin birinci yarısında bunlardan birinci və

ikincisi   bu   və   ya   digər   dərəcədə   əldə   edilmişdi.   Fəqət   onlar   dayanıqlı



olmadığından  fars  şovinizmi  və   xarici   müdaxilə   nəticəsində   minlərlə  şəhid

verərək sonda məğlubiyyətə düçar edilmişlər. Güney Azərbaycanda olan milli

inqilabların   ən   böyük   tələbi   milli   dil   və   Azərbaycan   əyalətlərinin   iqtisadi

cəhətdən   inkişaf   etdirilməsi   uğrunda   mübarizə   təşkil   etsə   də,   Iranın   fars

şovinistləri   bunu   bir   siyasi   məsələ   kimi   qəbul   etmiş   və   xarici   ağalarının

birbaşa   müdaxiləsi   ilə   bunları   beşiyindəcə   boğmuşlar.   Indi   də   Güney

Azərbaycanla bağlı bu cərəyanın tərəfdarları tarixdən ibrət dərsi almayaraq

yenə   də   Iranda   federasiya   və   bu   federasiyanın   tərkibində   Azərbaycanın

Güneyinə   milli   Muxtariyyət   verilməsi   tələbi   ilə   çıxış   edirlər.   Bu   Güneyli

qardaşlarımız və onların Quzeyli tərəfdarları federasiyaya  ümid bağlayır və

hətta   sübut   etməyə   çalışırlar   ki,   dünyanın   super   dövləti   olan   ABŞ   da   bu

ideyanı dəstəkləyir. Ilk baxışda federasiya çox cazibədar və hətta mütləq həll

olunası bir məsələ kimi görünür. Bu federasiya tərəfdarları unudurlar ki, bütün

həyatını   Iranda   Islam   inqilabına   sərf   etmiş   Şəriətmədarinin   istədiyi   və

dəfələrlə   vəd   edilən   məhdud   muxtariyyəti   belə   Azərbaycan   Türklərinə

vermədilər   və   fürsət   düşən   kimi   Şəriətmədarini   və   onun   tərəfdarlarını

şərlədilər və ABŞ-la gizli əlaqədə ittiham edərək «Müsəlman Xalq Partiyası»

nı qanundan kənar elan etmiş və özlərini də məhv etmişlər. Bütün bu tarixi

faktları   bilən   ümummilli   lider   Elçibəy   göstərirdi   ki,   «Iranda   demokratik

federasiya   yaranarsa   (belə)   onun   ömrü   uzun   olmayacaq.   Ya   tamamilə

dağılacaq, ya da yenidən diktaturaya çevriləcəkdir».

Ən qəribəsi budur ki, Elçibəyin sağlığında bizim tanıdığımız Quzeyli və

Güneyli   bəzi   siyasətçilərimiz,   hətta   Elçibəyin   yaxınları   kimi   tanınanlar

istiqlalçı kimi tanındıqları halda bu gün Güney Azərbaycan məsələsinə xarici

dövlətlərin «pəncərəsindən» baxmağa başlayıblar. Bu «pəncərədən» baxanda

isə   Güney   Azərbaycanın   müstəqilliyi   görünmür.   Onların   gözündə   görünən

Iranda   rejim   dəyişikliyi   və   ya   ən   yuxarısı   Iranın   federallaşmasıdır.   Bunlar

federalistlər adlanır. Bəziləri hətta öz siyasi karyeraları xatirinə bu məsələyə

də   loyal   yanaşırlar.   Belələri   sanki   böyük   mücahid   Şeyx   Məhəmməd

Xiyabaninin «And olsun şərəfimə! Istiqlalı olmayan bir millət yaşaya bilməz.

Ey qeyrətli Azərbaycan Türkləri! Ey azadlığın qorxu bilməyən qəhrəmanları!

Ey   öyülməyə   ehtiyacı   olmayan   igidlər!   Sizlərdən   düşmənlərinizə   qarşı

mücadilə, cəsarət və qeyrət istənilir».

Deməli, tarix özü bizlərə diktə edir ki, Güneyli qardaşımız Rəhman bəy

Əsədullahinin dediyi kimi; «Bəziləri düşünür ki, Iranda demokratiya olarsa,

federativ   dövlət   yaranacaq   və   farslar   özləri   Azərbaycana   milli   hüquqlar

verəcək. Bu cəfəngiyatdır… Yalnız istiqlaliyyət yolu ilə milləti qorumaq olar.

Nə qədər ki, Güney Azərbaycan müstəqil deyil, biz çətinliklərdən xilas ola

bilməyəcəyik».



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə