Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə36/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   32   33   34   35   36   37   38   39   ...   227

və   Gəney   Azərbaycan   Türklərinə   münasibətdə   onların   hamısı   düşmənçilik

mövqeyindədirlər.

Bundan əlavə Güney Azərbaycanın müstəqilliyinə əngəl olan həm də

aşağıdakı əks arqumentlər gətirilməkdədir:

1)   Guya   Güney   Azərbaycanın   müstəqilliyi   və   deməli,   Iranın

parçalanması ilə öz mənafelərinin təmin edilməsi məqsədi ilə dünya siyasətini

müəyyənləşdirən dövlətlər regionda uzunmüddətli münaqişə ocaqları yarada

bilərlər.

Bizcə bu arqument inandırıcı deyil. Və hətta inandırıcı olsa belə bundan

çəkinməyə   dəyməz.   Birinci   ona   görə   ki,   onsuz   da   Fələstində,   Iraqda,

Qafqazda, Əfqanstanda və bütün ərəb dünyasında gedən proseslər Yaxın və

Orta Şərqdə balansı pozub. Bu bölgədə heç bir xalq öz evinin ağası deyil.

Deməli,   münaqişələr   bizdən   aslı   olmayaraq   var   və   yaranacaq   da.   Sabahkı

böyük   fəlakətlər   qarşısında   məğlub   duruma   düşməmək   üçün   indidən

hazırlaşmaq lazımdır.

Ikincisi,   ABŞ-ın   şərti   olaraq   adlandırılan   «Orta   Doğu   Projesi»   nin

Azərbaycana aid hissəsinin tam nədən ibarət olduğunu bilməsək də, görünən

budur   ki,   ABŞ,   Iran  ətrafında   həlqəni   daraltmaq,   Iranı   itaətkar   bir   dövlətə

çevirmək   və   Rusyanın   cənuba   uzanan   əllərini   kəsmək   əzmindədir.   ABŞ

həmçinin   Rusya-Iran-Suriya-Ermənistan   müttəfiqliyini   pozmağa   çalışır   və

yəqin   ki,   yaxın   vaxtlarda   buna   Ermənistana   təzyiq   vasitəsilə   nail   olacaq.

Bütün   bunların   ABŞ   üçün   əhəmiyyəti   nə   qədər   böyükdürsə,   Güney

Azərbaycanın müstəqilliyi üçün də az deyil.

2)   Güya   Güney   Azərbaycan   məsələsinin   qaldırılması   bu   regiona,

xüsusilə Irana qonşu olan müsəlman ölkələri olan Iraqa, Suriyaya, Türkiyəyə,

Körfəz ölkələrinə, Türkmənistana və Quzey Azərbaycana əlavə qayğılar və

yeni ziddiyyətlər gətirə bilər. 

Məlumat üçün bildiririk ki, onsuz da Iraq bu qayğıların məngənəsində

çabalamaqda,   Suriya   Iranla   xaricdən   gələn   həmlələrə   qarşı   birgə   alyans

yaratmaqda,   Körfəz   ölkələri,   Türkiyə   və   Quzey   Azərbaycan   özündən   aslı

olmayaraq bu proseslərə cəlb edilməkdədir. Və ən başlıcası, bu əlavə qayğı və

ziddiyyətlər onsuz da mövcuddur və həmçinin bu əlavə qayğı və ziddiyyətlər

nə qədər böyük olsa da zorla parçalanmış bir ölkənin və xalqın uzun müddətli

qayğı və iztirabları qarşısında çox zəif görünür. Bizcə, əksinə, əslində Güney

Azərbaycan probleminin birdəfəlik həlli regiona əbədi sülh və əmin-amanlıq

gətirə bilər və tarixi ədalət bərpa olunmuş olar.

3)   Güya   Iranın   Avropa   Birliyi   dövlətləri   ilə   müəyyən   sıcaq

münasibətləri   də   Güney  Azərbaycan   məsələsinin   həllinə   və   deməli,   Iranın

parçalanmasına mane ola bilər.



Ilk öncə onu qeyd edək ki, Avropa Birliyi ölkələri Iran qarşısında; 1)

Iran insan haqlarına əməl etsin; 2) Iran Israil-Fələstin məsələsinə qarışmasın;

3) Iran terrorizimlə mübarizədə dünya dövlətləri ilə əməkdaşlıq etsin; 4) Iran

Atom   silahı   istehsalından   imtina   etsin-kimi   qlobal   tələblər   qoyub   və   bu

tələblərdən   hər   hansı   biri   yerinə   yetirilməzsə,   Avropa   dövlətləri   Iranla

əməkdaşlıqdan imtina edəcək. Göründüyü kimi Iran bu tələblərdən hər hansı

birini belə yerinə yetirməyə qadir deyil.

Ikincisi,   Avropa   dövlətləri   ilə   Iran   arasındakı   indiyəqədərki   sıcaq

münasibətlər sırf iqtisadi amillərə dayandığından, Iran–Avropa siyasi ittifaqı

olmadığından   Avropa   birliyi   ölkələri   Iranın   geopolitik   və   daxili   siyasi

didişmələrində az maraqlıdır. Deməli, Avropa Birliyi Iranın parçalanması və

ya federallaşmasında ən azı bitərəf mövqedə dayana bilər. Və bizcə Avropa

ölkələri   təkcə   iqtisadi   mənfəətə   görə   əsrlərcə   formalaşmış   demokratik

dəyərlərindən   üz   döndərməz   və   əgər   üz   döndərərsə,onda   o   artıq   Avropa

olmaz.   Deməli,   Avropa   da   Iranda   bəşəri   dəyərlər   olan   azadlıq   və   insan

haqlarına əməl edilməsinin, milli hüquqlara hörmət bəsləməsinin, ən başlıcası,

demokratik   dəyərlərə   əsaslanan   müasir   dövlət   qurluşunun   yaradılmasında

maraqlıdır ki, bütün bunlar da Güney Azərbaycan Türklərinin istəkləri ilə tam

üst–üstə   düşür.   Həmçinin   bu   məsələdə   Avropada   müstəmləkəçiliyin   və

parçalanmanın   dadını   görən   xalqlar   və   xüsusilə,   Avropa   Birliyinin   aparıcı

dövlətlərindən olan Almaniya heç vaxt bunun əlyehinə olmaz. Digərləri isə ən

azı   Güney   Azərbaycan   məsələsində   neytral   mövqedə   dayanarlar   ki,   bütün

bunlar   da   bizim   xeyrimizədir.   Bizcə   artıq   Avropa   da   dərk   edir   ki,   Güney

Azərbaycan məsələsinin birdəfəlik müsbət həll edilməsi bölgədə əbədi sülh

deməkdir.

Bütün bunlar göstərir ki, Avropada Güney Azərbaycanın müstəqilliyi

problemini gündəmdə saxlamaq üçün münbit zəmin var və bundan maksimum

istifadə etmək gərəkdir. Bu yöndə Dünya Azərbaycanlıları Konqresi (DAK)

və digər təşkilatlarımız aktiv iş aparmalı, Güney Azərbaycanın müstəqilliyi

problemini   beynəlmiləlləşdirməyi   bacarmalı,   ağıllı   və   sistemli   informasiya

siyasəti   aparmalı   və   ən   başlıcası,   beynəlxalq   təşkilatlarda   Azərbaycanın

parçalanmış ölkə, Azərbaycan Türklərinin isə bölünmüş xalq statusuna nail

olmalıdırlar.

Deyilənlərdən   belə   bir   nəticəyə   gəlmək   olar   ki,   Güney   Azərbaycan

istiqlalının   əleyhinə   açıq   şəkildə   xaricdən   rus   şovinistləri,   rus   və   fars

şovinistlərinin əlaltısı olan ermənilər, daxildən isə fars şovinistləri və onları

təmsil edən iqtidarlar fəaliyyət göstərəcəklər. Yerdə qalan bütün arqumentlərin

isə məntiqi əsası yoxdur. 




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə