Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə33/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   29   30   31   32   33   34   35   36   ...   227

Iraqın fəaliyyətini yaxından izləyən Amerika Iraqı terroru dəstəkləyən

ölkələr   siyahısına   daxil   etdi.   Lakin   Xomeyninin   ortaya   çıxması   və   irəli

sürdüyü   sonsuz   tələblər   Amerikanın   Iraqla   bağlı   qərarlarında   köklü

dəyişikliklərə   yol   açdı.   Bunun  ilk  göstəricisi   isə   Iraqın   etdiklərinə   Reyqan

hökumətinin   göz   yumması   oldu.   Üstəlik   Ağ   Ev   yetkililəri   Iraqa   silah

göndərilməsi   haqqında   qərar   qəbul   etdilər.   Və   dünya   duymasın   deyə,   Iraq

təyyarəçilərini Iordaniya hərbi geyimində Amerikada yetişdirdilər.

Amerika   və   Avropa   müttəfiqləri   Səddamı   şirnikləndirərək,   onu   Ərəb

dünyasını qurtaracaq biricik lider kimi  təqdim etdilər və onu Iranla savaşa

sövq etdirə bildilər.

Səddam   Hüseyn   Iran   ordusunun   təcrübəli   zabitlərinin   şahla   birlikdə

ölkəni   tərk   etməsindən,   Xomeyninin   Amerika,   onun   Avropa   və   Ərəb

müttəfiqlərinə qarşı olmasından və qapısından ayrılmayan silah tacirlərindən

cəsarət alırdı.

Bu qədər güc və dəstəyə arxayın olan Səddam Hüseyn Müharibənin bir

neçə gündə qələbə ilə nəticələnəcəyinə əmin olaraq, 20 sentyabr 1980-ci ildə

Irana hücum etdi.

Fəqət, bəlli olduğu kimi «Qonaq umduğunu yeyə  bilmədi». Əvəzində

Iraq bütün müharibə dövründə çoxlu insan itgisi və milyardlarla dollar, Iran

isə milyonlarla gənc itirərək, Iraq və Iran xalqlarını səfalətə sürüklədilər. Belə

ki,   müharibənin   əvvəlində   yetmiş   milyard   dollar   ehtiyatı   olan   Iraq

müharibədən iki yüz milyard dollar borcla çıxdı.

Neft   dollarları   Şərqdən   Qərbə   bir   işıq   seli   kimi   axmağa   başladı.   Bu

dolların böyük bir qismi süni yaradılan «Qara bazar»da xərcləndi və xərclənir.

Buraya   narkotik   maddə   paralarını,   kirli   savaşların   kirli   gəlirlərini,   üçüncü

dünya ölkələrini idarə edən Qərb banklarının qurduğu şəbəkələri, rüşvətləri də

əlavə   etsək,   «Vətənsiz   para»ların   haraya   xərcləndiyi   haqqında   təsəvvür

yaranır.


Iraq-Iran   savaşının   ən   böyük   ağrısını   isə   Güney   Azərbaycan   türkləri

çəkdi. Bu savaş təkcə milyonlarla Azərbaycan türkünün məhv olması ilə deyil,

həm   də   onların   milli   müqavimətinin,   milli   gücünün,   daxili   enerjisinin

müvəqqəti olaraq zəifləməsi ilə nəticələndi.

Fars   şovinistləri   hələ   Imam   Hüseynin   qətlə   yetrilməsindən   sonra

ərəblərdən tarixi qisas almaq məqsədilə anası fars olan Imam Zeynalabdinin

sağ qalmasından istifadə edərək, xilafəti ələ keçirməyə can atmış, lakin buna

nail ola bilməmişlər.

Daha   sonra   Firdovsinin   heç   bir   tarixi   fakta   söykənməyən   və   yalnız

miflər əsasında uydurduğu «Şahnamə» əsəri, XIV əsrdə türk hakimiyyəti və

Islam dininə qarşı Nübuvvət, Imamət və Üluhiyyət ideologiyasını, XIX əsrdə



meydana çıxan və Ourana qarşı «əl-Bəyan» əsərini qoyan Babilik və ondan

nəşət edən Vəhabilik heç bir real nəticə verməsə də Fars şovinizminin ideya

qaynaqları olmuşlar.

«Özümə  yer   eyləyim,   gör  sənə  nə  eylərəm»  deyimini  özünün yaşam

kriteriyasına   çevirən  fars  şovinizimi   bütün  tarixi   boyunca   etdiklərini   islam

inqilabından sonra da Azərbaycan türklərinə qarşı tətbiq etməyə başladılar.

Dörd minillik tarixdə heç bir qəhrəmanlıq nümunəsi göstərə bilməyən

farslar,   münasibətdə   olduğu   bütün   xalqların,   xüsusilə   bu   ərazidə   Kəngər,

Makan, Elam, Aratta, Kuti, Lullubəy, Kas, Su, Subar, Turuk, Elumay, Manna,

Midiya,   Atarpaten,   Ağvan,   Saçlı,   Salarlı,   Atabəylər,   Elxanlı,   Qaraqoyunlu,

Ağqoyunlu,   Səfəvi,   Əfşar,   Qacar   kimi   türk   dövlətlərinin   yaratdığı   maddi

mədəniyyət və mənəvi dəyərlərini özününküləşdirmişdir, Türk hakimiyyətinə

gücü   çatmadıqda   isə   terrora   əl   atan   və   ölkə   daxilində   məzhəb   qovğaları

çıxaran,  yalnız  başqalarının yardımı  ilə dövlət  quran farslar – Əhəmənilər,

Sasanilər və yalançı Pəhləvilər budəfə də fars şoviniziminin qarantı şaha qarşı

islam   inqilabının  qələbəsini   və   Iraq-Iran  savaşında   milyonlarla   şəhid   verib

Iranın ərazi bütövlüyünü təmin etmiş Azərbaycan türklərinin əməyinə sahib

çıxmış   və   islam   dövlətini   məzhəb   dövlətinə   çevirərək,   fars   şoviniziminə

xidmətə yönəltmişlər.

Tarixən   islam   dinini   Fars   şovinizminə   xidmət   edən   məzhəbçiliyə

sürükləyən,  nəyin bahasına olursa-olsun, hakimiyyəti  ələ keçirməyə  əl atan

Fars   ideoloqları   Fars   bölgəsi   və   Azərbaycanda   ilk   dövrlərdə   imamlardan

yararlanırdılarsa, indi artıq «Mehdinin zühuruna qədər xalqı Ayətüllahlar idarə

etməlidir» – fikrini irəli sürmüş, bununla da minillik mübarizələrini müvəqqəti

qələbəyə ulaşdırmışlar. 

Şah dövründə Əhməd Kəsrəvi və onun davamçıları tərəfindən işlənib

sistemləşdirilən   Fars   şovinist   proqramının   tərkib   hissəsi   olan   türk

düşmənçiliyi, «ari» nəzəriyyəsi, erməni-fars, yunan-fars, kürd-fars, rus-fars iş

birliyi   Rəfsəncaninin   rəhbərliyi   ilə   Islam   Inqilabından   bu   günə   qədər   də

davam etməkdədir.

1988-ci   ildə   Iran-Iraq   savaşının   bitməsi   Iran   deyilən   məmləkətin

tarixində yeni bir səhifə açdı. Savaş əsnasında Iran şovinist hökuməti bütün

müxalifəti, o cümlədən də Azərbaycan Türklərinin aparıcı dini təşkilatı olan

Şəriətmədarinin   başçılıq  etdiyi   Müsəlman   Xalq  Partiyasını,   demək   olar   ki,

tamamilə   zərərsizləşdirməyi   bacardı.   Belə   bir   vəziyyətdə   təpədən-dırnağa

Türk   düşməni   olan   Haşimi   Rəfsancani   Iranın   hakimi-mütləqi   Xomeyninin

ölümündən sonra 1989-cu ildə Iran Islam Cümhuriyyətinin prezidenti seçildi.

Rəfsəncaninin başqanlığında Iranda totalitar bir rejim quruldu və bununla da

Türk kimliyi daha da geriləməyə başladı. Türk düşmənçiliyini dövlət siyasəti



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə