Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə34/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   30   31   32   33   34   35   36   37   ...   227

mərhələsinə qaldıran Rəfsəncani hökuməti və onun tərəfdarları heç bir əxlaqa

sığmayan   addımlar   atdı.   Belə   ki,   rəsmi   şəkildə   Azərbaycanla   müharibə

şəraitində olan Ermənistana yardım etdi, bəzi mətbu orqanları istisna olmaqla

türkcə bütün qəzet və jurnalları bağlatdı. Müharibə dövründə çökmüş Güney

Azərbaycan   iqtisadiyyatını   daha   da   çökdürdü,   xalqı   səfalətə   sürüklədi.

Acınacaqlı   haldır   ki,   bu   işə   vəzifəni   milli   maraqlardan   üstün   tutan   «sapı

özümüzdən olan baltalar» daha doğrusu, «içimizdəki şeytanlar» da rəvac verdi

və verməkdədir. Belə ki, şah rejimini devirmək üçün Qurani-Kərimin «Biz

insanları müxtəlif dillərdə və müxtəlif rənglərdə yaratdıq» ayəsinə söykənərək

yola çıxan Islam Cumhuriyyət Partiyası qısa zamandan sonra fars şovinizminə

dayanaraq   bu   müqəddəs   ayənin   də   əleyhinə   gedərək   Iranın   parçalanma

ehtimalını irəli sürdü. Fars şovinizminə dayanan bu partiyanın yetkililəri ilk

olaraq zərbəni onlarla eyni vaxtda yaranmış Müsəlman Xalq Partiyasına, onun

lideri   Şəriətmədariyə   və   ən   başlıcası,   Azərbaycan   Türklərinə   vurmağa

başladılar. Bu məqsədlə onlar «Rəhbərlik parçalanmaz» şüarını irəli sürərək

bütün   təbliğat   maşınlarını   işə   saldılar   və   Azərbaycan   Türklərinin   öndə

gedənlərini səhnədən sıxışdırıb çıxarmağa, onun təşkilatını məhv etməyə və öz

Fars hegomonluqlarını bərpa etməyə müvəffəq oldular. Bu işdə onlara əslən

türk olan və prezident olmaq istəyən doktor Bənisədr, Baş prokuror olmaq

istəyən Hüseyn Müsəvi, din adamları Ayətullah Qazi, Ayətullah Xalxali və

başqaları da yardımçı oldular. «Ağacı içindən qurd yeyər» demiş atalar. Bu

«qurdlar» da ulu Çinar Azərbaycanı içindən yedilər və «həşəratları» Vətənin

içinə   doldurub   onun   bütün   olan-qalan   qanını   da   sordular.   Şəriətmədarini

Vətəndən ayırıb məhv etdilər. Yüzlərlə millət və Vətən qeyrəti çəkənləri şəhid

etdiler, zindanlarda çürütdülər, ev dustağı etdilər. Vətəndən didərgin saldılar.

Milləti başsız qoydular.  Meydanı  boş görən fars şovinistləri, şah dövründə

olduğu   kimi   yenə   də   müqəddəs   vətənimizdə   at   oynatmağa   başladılar.

Pəhləvilərdən sonra hakimiyyəti ələ keçirən şovinist məzhəbçi islamçılar da

onlar kimi fars dilini bir məzhəb dili kimi yenə də dövlətin rəsmi dili olaraq

saxladılar. Hətta onlar şiəliyi belə fars məzhəbi kimi təqdim etməyə başladılar.

Bütün   bunların   da   nəticəsində   fars   dili   və   fars   şiə   məzhəbi   fars   kimliyini

hakim mövqeyə çıxardı.

  Uzun müddət dövlətmizin yoxluğundan istifadə edən xarici və daxili

düşmənlər,   ərazimizlə   yanaşı   milli   kimliyimizi   də   iki   ayrı-ayrı   parçaya

böldülər. Bir millət iki müxtəlif mədəniyyətin və əsarətin təsirinə məruz qaldı.

Bir   millətin   gələcəkdə   yenidən   bütünləşməməsi   üçün   bütün   mümkün

vasitələrdən hər iki tərəfdə istifadə edildi. Hər iki tərəfdə iki yabançı imperiya-

rus və fars imperiyaları xalqımızın Türk kimliyini, Türk mənəviyyatını yox

etmək   üçün   əlindən   gələni   əsirgəmədi.Şimalda   rus   mənafeyi   və   rus



psixologiyası   üzərində   qurulan   təhsil   sistemi   bizi   dünyadan   təcrid   etməklə

milli mənəviyyatımızı dağıdan ən güclü sülaha çevrilibsə, Cənubda təhsilsizlik

və ana dilində yazıb oxumağı yasaq etməklə məqsədlərinə çatmaq istəyiblər.

Bu gün belə iki əlifbamız, az qala iki ədəbi dilimiz, iki milli psixologiyamız,

iki mədəniyyətimiz, iki düşüncə tərzimiz yaranıb. 180 illik ayrılığın yaratdığı

bu şırım yaranı sağaltmaq ayrı-ayrı fərdlərin deyil, bütövlükdə ən böyük təbib

olan millətin işidir.

II Dünya müharibəsindən sonra uzun müddət davam edən soyuq savaş

nəhayət, dünyanı lərzəyə salan Sovet Imperiyasının dağılması ilə sona çatdı.

Bununla da dünya iki qütblü idarəçilikdən qurtuldu.

Qüzey   Azərbaycan   xalqı   nəhayət,   Elçibəyin   rəhbərliyi   ilə   Müstəqil

Azərbaycan   Dövləti   qurdu.   Bu   gün   artıq   9   milyonluq   Qüzey   Azərbaycan

Respublikasının bir çox iqtisadi, siyasi, hərbi sıxıntıları olsa da onun BMT-də,

Avropa Şurasında və bir çox Beynəlxalq qurumlarda öz kürsüsü, dünyada öz

səsi, siyasəti, öz strateji tərəfdaşları və s. var. Güney Azərbaycan isə hələ də

fars şovinistlərinin müstəmləkə zülmü altında inləməkdədir.

Iran   Islam   Respublikasında   1997-ci   ildə   Xatəmi   başda   olmaqla

«reformistlər» adlanan qrupun xalqın dəstəyi  ilə iqtidara gəlməsi həm ölkə

daxilində, həm də xaricdə molla rejiminin reformlar yolu ilə dəyişəcəyinə bir

inam yaratmışdı. Əslində isə Xatəmi də başda olmaqla bu «reformistlər» fars

şovinizminin   üçüncü   dalğasının   təmsilçiləri   idilər.   Bu   fars   millətçi   dalğa

təmsilçiləri digər iki şovinist dalğalardan fərqli olaraq Iranda etnik fərqlilikləri

qəbul  edir və  güya  bunun dövlət  tərəfindən də  qəbul  edilməsinə  çalışırlar.

Onlar Iranda güya həm milli kimliyi və həm də etnik kimliyi qəbul edir və

göstərirdilər   ki,   «Iranın   milli   kimliyi   farslar   və   fars   dili   çərçivəsində

şəkillənməli, etnik kimlik isə yalnız mədəni sahədə qalmalı, heç bir vəchlə

siyasi meydana gətirilməməlidir». Çox təəccübləndirici haldır ki, onlar Iran

deyilən   məmləkətin   əsas   etnosu   hesab   olunan   35   milyonluq   Azərbaycan

Türkünü  də   bu  etnik  kimliyə   daxil   edirlər.   Bütün  bunlara   bir   demokratiya

donu da geydirməyə  çalışaraq milli problemləri arxa plana keçirməyə  cəhd

edirlər.   Arada   bəzi   kosmetik   dəyişikliklərlə   millətimizi   çaşdırmağa   çalışan

Xatəmi   hökuməti   və   onların   «reformist»   düşüncələrinin   də   iç   üzü   tezliklə

açıldı və millətimiz bu əcaib və hiyləgər torun nədən ibarət olduğunu anladı.

Ilk   öncə   «reformistlər»lə   mühavizəkarların   mübarizəsinin   «islahatçılar»ın

qələbəsi   ilə   nəticələnəcəyinə   ümid   bağlayan   daxili   və   xarici   qüvvələrin

ümidləri   boşa   çıxdı.   Artıq   «reformistlər»   də   iflasa   uğradı   və   «Iran   siyasi

sistemi islah edilə bilən bir siyasi sistem deyil» mövqeyi düşüncələrə hakim

kəsildi.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə