Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə32/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   28   29   30   31   32   33   34   35   ...   227

olmuşdur.   Büyük   Güclər   neftin   hesabına   şovinist   fars   rejimlərinə   həmişə

güzəştə getmiş, neftə sahib çıxmaq üçün bir-biri ilə rəqabət apararaq hər biri

bu və ya digər dərəcədə amansız rejimləri belə müdafiə etmişlər. Uduzan isə

hər zaman bu neftin həqiqi sahibi Azərbaycan xalqı olmuşdur. Heç təsadüfi

deyildir   ki,   1945-1946-cı   illərdə   Pişəvərinin   başçılığı   ilə   yaradılan   Milli

Hökumətimizin yıxılmasının da əsas səbəblərindən biri məhz neft olmuşdur.

Belə ki, 5Aprel 1945-ci ildə Sovet Ittifaqı ilə Iran arasında gizli bir müqavilə

bağlanaraq   Güney  Azərbaycanda   neft   kəşfiyyatı   və   istehsalı   hüququ  Sovet

Ittifaqına verilmiş və bunun müqabilində Sovet Ittifaqı ordusunu Irandan, daha

doğrusu,   Güney   Azərbaycandan   geri   çəkmiş   və   Iranın   daxili   işlərinə

qarışmamışdır. Qərbi Avropa dövlətləri də neftin hesabına şahı və şah rejimini

dəstəkləyərək   öz   maraqlarını   həyata   keçirmişlər.   Qərbin   bu   dəstəyindən

istifadə edən Şah daha da irəli gedərək 27 oktyabr 1967-ci ildə heç bir tarixi

əsası olmayan Iran dövlətinin 2500 illiyini təntənə ilə qeyd edərək dünyanın

bütün «taclı başları»nı bu törənə dəvət etmiş və onların gözü önündə təntənəli

şəkildə   tacı   başına   qoymuşdu.   Beləliklə,   fars   hakimiyyətini   qorumaq   üçün

Azərbaycan ərazisi Böyük Dövlətlərin hərracına çevrilir. 

Millət milli mücadiləyə başlayanda isə hakim təbəqə ölkənin olan-qalan

xəzinəsini   öz   xəzinələrinə   çevirib  xaricə   qaçırlar.   Heç   təsadüfi   deyildir   ki,

Məhəmməd Rza Pəhləvi ölkədən qovulanda 25 milyard dollarlq bir sərvəti də

özü ilə aparmışdı.

Bəlli olduğu kimi hər əsr tarixə öz damğasını vurur. XX yüzil tarixdə

daha   çox   iki   Dünya   müharibəsi,   müəzzəm   imperiaların   çökməsi,   müstəqil

dövlətlərin yaranması, hərbi və elmi-texniki tərəqqi ilə anılacaq

I Dünya  müharibəsindən qalib çıxan bəzi Qərbi Avropa dövlətləri və

xüsüsilə, Böyük Britaniya ve Fransa yeni bir dünya xəritəsi cızdılar. Osmanlı

Imperatorluğu   əraziləri   Qərbi   Avropa   dövlətləri   arasında   bölüşdürüldü.   Bu

bölgüdə Amerika Birləşmiş Ştatları müəyyən payla razlaşmalı oldu. Bu azacıq

pay ABŞ-a gələcək böyük payları qazandırdı.

II   Dünya   savaşında   ABŞ   və   SSRI   dünyanın   yeni   xəritəsini   cızdılar.

Dünya  iki qütbə ayrıldı. Qərbi Avropa, Türkiyə,Səudiyyə  Ərəbistanı, Israil,

Iordaniya, Iran azacıq istisna olmaqla bütün Kəngər (Bəsrə və ya Fars) körfəzi

ölkələri,   Yaponiya,   Pakistan,   Cənubi   Koreya,   Skandanaviya   ölkələri   və   s.

ABŞ-ın, Şərqi Avropa, Iraq, Suriya, Fələstin, Afrikanın Liviya və qismən də

Misir,Yəmən, Əfqanıstan, Şimali Koreya, Kuba və s. kimi ölkələr də SSRI-nin

nüfuz dairəsinə keçdi.

ABŞ,   Ingiltərə   və   Rusiyadan   fərqli   olaraq   II   Dünya   müharibəsi

dövründə   məğlub   durumda   olan,   özünə   hələ   Yaxın  Şərq  və   Iranda   strateji




maraqlarını   həyata   keçirmək   üçün   müttəfiq   tapa   bilməyən,   uzun   zaman

pusquda duran Fransa nəhayət, Xomeyni sayəsində aradığı fürsəti əldə etdi.

1978-ci ildə Parisə gələn Xomeyni Fransa hökumətinin yardımı ilə hər

cür   elektron   cihazlarla   təmin   edilərək   öz   mesajlarını   Irandakı   mollalara

çatdırmağa   nail   oldu.   Iranda   şah   əleyhinə   əsən   bu   qasırğa   nəhayət,   şahı

süpürüb atdı və Xomeyni qalib sərkərdə kimi 1 fevral 1979-cu ildə Irana daxil

oldu.   Fanatik   kütlənin   ekstaz   vəziyyətindən   istifadə   edən   mollalar   onları

Tehrandakı Amerika  sefirliyinə  hücuma  yönəltdi.  Və nəticədə səfirliyin  66

nümayəndəsini girov götürərək, Amerika ilə bütün diplomatik əlaqələri kəsdi.

Xomeyni hökuməti təkcə Amerika ilə deyil, keçmiş Sovet Ittifaqı, Iraq

və neft ixrac edən bütün ərəb dünyası ilə də vəziyyəti gərginləşdirdi. Bundan

istifadə   edən   Sovet   Ittifaqı   «bulanıq   suda   balıq   tutan   mahir   ovçu   kimi»

Əfqanıstanı işğal etdi. Irandan çıxarılan Amerika isə fürsəti əldən verməyərək,

Sovet silahı ilə silahlanmış və Sovet Ittifaqının nüfuz dairəsində olan Iraqla

yaxınlaşmağa   və   Iraqın   macərapərəst   lideri   Səddam   Hüseyinlə   iş   birliyi

qurmağa nail oldu.

Bir zamanlar Israillə aralarından su keçməyən Fransa da yeni fürsətlər

olduğunu sezərək, Iraqa yaxınlaşdı. Dərdi neft və bu neftdən gələn gəlirlər idi.

1970-ci   illərdən   əsas   silahlarını   keçmiş   Sovet   Ittifaqından   alan   Iraq

Israilin nüvə silahı istehsal etdiyini öyrənincə hərəkətə gəldi və neft şokunun

doğurduğu iqtisadi krizisi nəzərə alaraq, Fransa ilə yaxınlaşmağa çalışdı.

Bu məqsədlə Səddam Hüseyin 1975-ci ilin sentyabr ayında Fransa baş

nazirinin dəvəti ilə Parisə getdi.Üfüqdə milyardlarla franklıq işi görən Fransa

hökuməti çox keçmədən Iraqa raketlər, vertolyotlar, müdafiə üçün elektron

avadanlıqlar və bir nüvə reaktoru üçün ehtiyac duyulan avadanlığı satmağa

başladı.


Ərəb   dünyasının   lideri   olmağa   can   atan   Səddam   Hüseyn   nüvə

reaktorunun hələ təməli atılmamış gələcəkdə görüləcək işi dünyaya duyurdu.

Bir jurnalistə verdiyi müsahibəsində, Fransa ilə yaxınlaşmalarını «Ərəb atom

bombası istehsalı yolunda qəti addım atdı» - kimi dəyərləndirmişdir.

Fransa mətbuatı da Fransa-Iraq iş birliyini gizlətməmiş, bundan Ərəb

dünyasının   simpatiyasını   qazanmaq   üçün   yararlanmışdır.   Beləliklə,   nüvə

reaktoru   istehsalına   başlamadan   həm   Iraq,   həm   də   Fransa   reklamdan

yararlanmağa çalışmışlar.

1977-ci   ildə   Fransaya   Italiya   da   qoşuldu  və   əlli   milyon   dollarlıq  bir

müqavilə   bağlayaraq   Iraqda   plutonium   əldə   etmək   üçün   işlədilən   nüvə

avadanlığının test edilməsi üçün laboratoriya qurdular. Bu işdə Almaniya da

geri   qalmayaraq,   Iraqda   kimyəvi   və   bioloji   silah   zavodları   qurmaq   üçün

texnoloji avadanlıqlar göndərdi.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə