Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə35/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   31   32   33   34   35   36   37   38   ...   227

Bu   gün   Iran   adlanan   məmləkət   neft   ölkəsi   olmaqla   yanaşı,   həm   də

dünyada  analoqu  olmayan   dövlət  qurluşu  sisteminə  malikdir.  Doğrudur  ilk

baxışda elə görünə bilər ki, bu dövlət qurluşu dayanaqlıdır. Belə ki, artıq 33

ildir   ki,   bu   sistem   Iranda   yaşamaqda,   bu   və   ya   digər   dərəcədə   öz

mövcudluğunu qoruyub saxlamaqdadır. Fəqət belə üsul-idarə ilə çoxmillətli

dövləti uzun müddət yaşatmaq mümkün deyil. Çünki bu günkü dünya siyasi

sisteminin   əsasını   demokratiya,   plüralizm,   liberalizm,   sərbəst   bazar

iqtisadiyyatı,   azad   söz,   dünyaya   inteqrasiya   və   dünyanın   sivil   ölkələri   ilə

ayaqlaşma təşkil edir ki, Iran adlanan bu məmləkət bütün bu sadalananlardan

məhrumdur.   Deməli,   bütün   bu   ali   keyfiyyətlər   olmadan   bugünkü   dünyada

dövlətin dayanaqlığını saxlamaq mümkün deyil. Ona görə də Irandakı bu sərt

idarəçilik   sistemi   dünya   demokratiyası   qarşısında   duruş   gətirə   bilməyəcək.

Deməli,   Iran   artıq   dəyişikliklər   astanasındadır.   Bu   dəyişikliyi   şərtləndirən

xüsusiyyətlər aşağıdakılardır;

-

Iran molla  rejiminin xalqın gözündən düşməsi, bu rejimin sivil



dünya ilə ayaqlaşa bilməməsi;

-

Ölkədə   iqtisadi   durğunluq   və   hətta   geriləmə,   xalqın   kütləvi



yoxsullaşması;

-

Milli münasibətlərin tam gərginləşməsi;



a)  Iran  mərkəzli  fars  siyasi-ideoloji  sistemi  ilə  Azərbaycan  Mərkəzli

Türk ideoloji-siyasi sisteminin qarşı-qarşıya gəlməsi;

b)  Iranda  mövcud  ayrı-ayrı  xalqların  milli-siyasi  təşkilatlarının

yaranması - Güney Azərbaycan Milli Hərəkatı, Pakistanda fəaliyyət göstərən

Bəluc Milli Ourtuluş Hərəkatı, Iraqda fəaliyyət göstərən Kürd Hərəkatı, Ərəb

Xalq Cəbhəsi - və müstəqillik uğrunda mübarizə aparması;

-

ABŞ-Iran münasibətlərinin daha da kəskinləşməsi;



-

ABŞ  və  digər  böyük  dövlətlərin  Iranda  rejim  dəyişikliyinə

çalışması;

-

Iranı dəstəkləyə biləcək dövlətlərin bu günkü zəif durumu;



-

Neoliberalizmin   millətlər   arası   sistemdə   güclənməsi   -

Qloballaşma;

-

Müttəfiq orduların Irana qonşu olan dövlətlərdə olması və NATO



qüvvələrinin Əfqanıstan və Orta Asyada yerləşdirilməsi;

-

Quzey Azərbaycan və Türkmənistanın müstəqil dövlət olmaları;



-

Quzey   Azərbaycan   və   xaricdə   yaşayan   Azərbaycan   türklərinin

(DAK, BAB, GAMOH) Güneydəki Milli Azadlıq Hərəkatına dəstək verməsi;

-

Bu günkü Iranı terrorizmin qalası sayan, nüvə silahı əldə etməyə



çalışmasının qarşısını almağa və bu irticaçı terrorist dövlətin xalqlarını xilas

etməyə çalışan beynəlxalq güclərin fəaliyyətə keçməsi;




-

Toplumu   mərkəzə   bağlayan   ideoloji-siyasi   və   məzhəbi   Islamın

iflası;

-

Reformistlərə olan inamın tamamilə itməsi.



Irandakı dəyişiklikləri şərtləndirən bu və digər səbəblərə baxmayaraq

Iranı düşdüyü vəziyyətdən çıxarmağa çalışanları da nəzərdən qaçırmaq olmaz.

Belə   ki,   fars   şovinizminə   əsaslanaraq   Iran   mərkəzli   fars   sistemini

formalaşdıranlar və Iranın həyatında söz sahibi olmağa  çalışanlar aşağıdakı

şəkildə qruplaşa, ABŞ-ın hədəfində olan bəzi dövlətlərlə, xüsusilə, Surya və

Rusya ilə iş birliyi quraraq öz planlarını həyata keçirməyə çalışa bilərlər;

1.  Islamçı sağ və solçular şovinist qüvvələri də öz tərəflərinə çəkərək

hakimiyyət uğrunda mübarizə apara bilərlər.

2.  Bu   və   bunlar   kimi   qruplar   Azərbaycan   Türklərinin   istiqlal

mübarizəsini   etnik   seperatizim   və   etnik   mübarizə   kimi   beynəlxalq

ictimaiyyətə   çatdıra   və   BMT-nin   sərhədlərin   dəyşilməzliyi   prinsipini   əsas

gətirərək   bu   mübarizəni   boğmağa   çalışarlar.   Bu   məqsədlə   onlar   öncədən

hazırladıqları   planlardan   -   etnik-coğrafi   məkan   olan   Azərbaycanı   ostanlara

bölərək  fars  əyalətlərinin  nəzarətinə  vermələrindən,  Güney  Azərbaycandakı

bütün   strateji   əhəmiyyətli   dövlət   idarələrini   farslaşdırmalarından,   Güney

Azərbaycanda   artırdıqları   hərbi   kontingentdən,   Güney   Azərbaycanın   əsas

iqtisadi  müəsisələrini   fars əyalətlərinə   köçürməklə   onun iqtisadi   və   kütləvi

gücünü zəiflətməsindən, Güney Azərbaycan Türklərinin kütləvi şəkildə fars

əyalətlərinə köçürmələrindən, türk-fars nigahı əsasında formalaşdırdıqları yeni

bir Irançı təbəqələrdən və s. maksimum yararlanmağa çalışa bilərlər.

3.  Bu qruplar həmçinin Kürdlərlə və digər etnik qruplarla Azərbaycan

Türkləri arasında etnik qarşıdurma yarada və bu xalqları bir-birinə qırdırmaqla

onları zəiflətməyə çalışa bilərlər.

4.  Şahın   xaricdəki   oğlu   şahçılarla   fars   millətçiləri   və   fars   milli

cəbhəçiləri   ilə   iş   birliyinə   girərək   fars   şovinizminin   xeyrinə   xaricdən   ala

biləcəkləri   maddi   və   siyasi   dəstəklə   Iranı   federallaşdırmaq   adı   altında

hakimiyyətə  gələ və ya  gətirilə bilərlər. Indiki halda bunu daha real hesab

edənlər var.

5.  Bunlardan   əlavə   Iranda   fəaliyyət   göstərən   «Azadlıq   nehzəti»,

«Hizbullah», «Islam fədailəri» və s. kimi qruplar, həmçinin xaricdə fəaliyyət

göstərən silaha və güclü təşkilatçılıq qabiliyyətinə malik «Xalqın mücahidləri»

qrupu da bu dönəmdə tam fəallaşa bilərlər.

Bütün bu güc mərkəzləri və qrupların arasında siyasi, ideoloji, ictimai,

iqtisadi   və   Islami   görüşlər   bir-birindən   köklü   şəkildə   fərqli   olsa   da,   onlar

zaman-zaman bir-biri ilə ölüm-dirim savaşına çıxsalar da Güney Azərbaycan



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə