Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə31/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   27   28   29   30   31   32   33   34   ...   227

xüsusilə şəxsən Stalinin açıq xəyanəti nəticəsində 21 Azər hərəkatı qan içində

boğuldu.   Tеhran   hökuməti   Azərbaycan   Milli   hökuməti   ilə   bağladığı   sazişi

xaincəsinə pozaraq, 1946-cı ilin noyabr ayında ABŞ-dan aldığı böyük hərbi

tеxnika və 150 minlik qoşunla Azərbaycan üzərinə hücuma kеçmiş, Günеy

Azərbaycanı qan dənizində boğmuş, minlərlə Azərbaycan oğlu və qızlarını dar

ağacından asdırmış, zindanlara salmış, sürgünə göndərmiş, tərki-vətən еtmiş

və bununla da bir illik Günеy Azərbaycan Milli hökumətinə son qoymuşdu.

Üstündən 67 il kеçsə də 21 Azər hərəkatı və onun Azərbaycan xalqına

bəxş   еtdiyi   Azərbaycan   Milli   hökuməti   Günеyli-Quzеyli   Azərbaycan

Türklərinin qəlbində daim yaşayacaq.

“21 Azər” günü münasibətilə Azərbaycan Türklərini təbrik еdir, Günеy

Azərbaycan Milli Azadlıq hərəkatına haqlı mücadilələrində başarılar diləyirik.

Tanrı Türkü özünə qaytarsın! Amin!

Güney Azərbaycanın dünəni, bugünü, sabahı.

Hər   hansı   bir   xalqın   və   onun   yaşadığı   ölkənin   geosiyasi   vəziyyətini

onun   yerləşdiyi   coğrafiya,   yaşadığı   tarixi   hadisələr,   mənsub   olduğu

mədəniyyət və iqtisadi amillər müəyyən edir. Azərbaycanın Şərq-Qərb kecid

nöqtəsində olması bütün tarix boyu onun geopolitikasına əhəmiyyətli dərəcədə

təsir göstərmişdir. Keçid nöqtəsində yerləşməsi onu tarixən Şərqdən Qərbə,

Qərbdən Şərqə olan hücumlara  məruz  qoymuş  və onun tarixinə ciddi təsir



göstərmişdir.   Ölkədə   mərkəzləşmiş   güclü   dövlətlər   olan   dönəmlərdə

Azərbaycan   bu   hücumları   dəf   edərək   işğal   altına   düşməmiş,   əksinə,   güclü

dövlətlər   olmadığı   zaman   işğal   altına   düşmüş   və   sonda   müstəqillikdən

məhrum   olmuş,   bəzən   torpaqlar   itirmiş   və   hətta   ikiyə   bölünmüşdür.   Bu

anlamda,yəni   dövlətin   güclü   va   zəif   olması   baxımından   ümummilli   lider

Elçibəyin   siyasi   gündəmə   gətirdiyi   Bütöv   Azərbaycan   ideyasını   tarixi

ədalətsizliyin ortadan qaldırılması cəhdi kimi qiymətləndirməklə yanaşı, daha

çox bölgədə güclü bir dövlət qurmaqla xarici müdaxilələrdən qorunma kimi

strateji   hədəf   güdən   fikir   olaraq   qəbul   edə   bilərik.   Məhz   məsələyə   bu

baxımdan   yanaşan   Elçibəy   «Qarabağın   azad   edilməsinin   yolu   Təbrizdən

keçir»   şuarını   səsləndirmiş,   məsələnin   mahiyyətini   səthi   anlayanların

tənqidinə məruz qalmışdır. 

Tarixdən   bəllidir   ki,   çar   Rusiyası   ilə   müharibədə   məğlub   olan

Azərbaycan   Qacarlar   dövləti   Azərbaycanın   Qüzeyini   Rusyaya   güzəştə

getməyə   məcbur   olmuşdu.   Nəticədə   çar   Rusyası   Azərbaycanı   parcalamış,

Quzey Azərbaycanı və Quzey Azərbaycan xalqını öz əsarəti altına almışdı.

Güney   Azərbaycan   türkləri   öz   dövləti   olan   Qacarların   hakimiyyəti   altında

Persiya və farslarla birlikdə qalmışdır. Qacarların hakimiyyəti də devrildikdən

sonra xarici türk düşmənlərinin hərtərəfli yardımı ilə ata-anası, nəsli-nəcabəti

bəlli olmayan, pəhləvilərə heç bir dəxli olmayan, ilk öncə Mazandaranlı Rza,

daha sonra isə Rza şah pəhləvi adı ilə şahlıq taxtına ruslar tərəfindən oturdulan

və   ingilislər   tərəfindən   dəstəklənən   fars   şovinisti   Rza   ilə   nəhayət   Iran

adlandırılan   məmləkətdə   min   illik  türk  hakimiyyətinə   son  qoyuldu.   Güney

Azərbaycan türklərinin ən böyük faciəsi də bu dönəmdən başlandı. Onlar da

Quzey   Azərbaycan   kimi   müstəmləkəyə   çevrildi.   Qacar   dövlətinin   bütün

əraziləri,   o   cümlədən   də   Güney   Azərbaycan   tarixdə   heç   bir   zaman   adı

keçməyən   qondarma   bir   Iran   imperiyasının   tərkibində   qaldı.   1925-ci   ilə,

Mazandaranlı   Rzaya   qədər   Azərbaycan   tarixin   heç   bir   dönəmində   Iran

adlanmayıb. 1925-ci ilə qədər tarixdə nə Iran adlı dövlət və nə də Iran adlı

xalq olub. Bu gün Iran deyilən məmləkət XX əsr qondarma «Pəhləvilər»in

qondarma  imperiyasının   qondarma  adıdır  ki,   indi   də   bu qondarma   ad Iran

Islam Cumhuriyyətinin adında saxlanılıb.

Rza şah ilk olaraq Güney Azərbaycanla Türkiyə Cumhuriyyəti arasında

mədəni və ticarət əlaqələrini yasaqlamış və bununla da Azərbaycan türklərini

farslaşdırmaq məqsədi ilə onları fars bölgələrinə doğru köç etməyə  məcbur

etmişdi.


Raza şah Güney Azərbaycanı Türk dünyasından ayırmaq üçün 1934-cü

ildə fars dilini Iran Imperiyasının rəsmi dövlət dili elan etmiş, türkcə kitab,

qəzet və dərgi yayımlanmasını yasaqlamışdı. Türkcə yer adlarını dəyişdirtdirib



farslaşdırmış,   Türikyədə   oxumaq   üçün   tələbə   göndərilməsinə   son   qoymuş,

təhsil alıb gələnlərin maaşlarını kəsdirmişdi.

Irqçilik   nəzəriyyəsi   ilk   öncə   Çində   icad   edilsə   və   daha   sonra   Qərbi

Avropada   baş   qaldırsa   da,   onu   çinlilər   və   faşistlərdən   də   daha   çox   fars

şovinistləri həyata  keçirmişlər. Bu özlərini «ari» adlandıran fars şovinstləri

bütün tarixi saxtalaşdıraraq Iran adlı bir coğrafi məkan, bir dövlət, bir Iran

mədəniyyəti   deyilən   mədəniyyət   uydurdular,   ilk   öncə   Türk   əsilli   fars   dilli

mütəfəkkirlərin yaratdığı ədəbi-fəlsəfi əsərləri, imperiyaya  daxil olan bütün

xalqların,   xüsusilə,   Azərbaycan   türklərinin   min   illər   boyu   ərsəyə   gətirdiyi

bütün maddi-mədəni sərvəti farsların adına çıxdılar. Bu işdə rus və Avropa

tədqiqatçılarının da əməyi  az olmamışdır. Və beləliklə də Iran kimliyi  fars

kimliyi kimi təqdim edilməyə başlandı, yəni Iran tarixi, Iran mədəniyyəti fars

tarixi,   fars   mədəniyyəti   kimi   anladıldı.   Fars   dili   şer,   ədəbiyyat   dili

səviyyəsindən rəsmi dövlət dili səviyyəsinə qaldırıldı. Istər Rza şah, istərsə də

oğlu Məhəmməd Rza Pəhləvi xarici ağalarının yardımı ilə Türkiyə Türkləri ilə

Azərbaycan və Türküstan Türkləri arasında bir baraj yaratmış, ermənilər və

yunanlarla   siyasətlərini   uyğunlaşdıraraq   Türkiyəni   zəiflətmək   və   Türk

dünyasını bir–birindən təcrid etməyə çalışmış və zaman-zaman buna nail də

olmuşlar. Türk dünyasına və qarşılıqlı olaraq Türk millətinə qarşı bu gün də

izlənilən   siyasətin   əsasında   adı   çəkilən   dövlət   və   xalqların   hər   birinin   öz

strateji   məqsədləri  vardır.   Belə   ki,  farsların  və   rusların  əsas məqsədi   Türk

birliyini pozmaqla öz imperiyalarını qoruyub saxlamaqdırsa, ermənilərin əsas

məqsədi   bu   və   digər   qüvvələrə   arxalanaraq   əbədi   düşmən   hesab   etdiyi

Türklərdən   intiqam   almaq,   hər   an,   hər   fürsət   düşdükdə   onları   fiziki   məhv

etmək,   Türkiyədə  nifaq  toxumu  səpərək  kürdləri   də  bu  işə  sövq  etdirmək,

Türkiyəni   zəiflətməklə   Azərbaycanda   istədiyinə   nail   olmaq   və   bununla

ərazilərini   genişləndirməkdir.   Tehranda   nəşr   olunan   bir   erməni   qəzetində

oxuyuruq: «Daşnaqların yeganə məqsədi əbədi düşmənimiz olan Türkü məhv

etmək   və   onunla   qəti   hesablaşmaq   üçün   hər   gün,   hər   fürsətdə   onu

bıçaqlamaqdır.   Türkün   birliyini   pozmaq,   Türkiyəyə   nifaq   toxumu   səpmək,

Türkiyəni zəiflətmək. Vəzifəmiz məhz bunlardır. Bu məqsədlə kürdlərə dayaq

durmaq,   erməni   davasına   xidmət   etmək   deməkdir.   Əksinə,   Kürdçülük

hərəkatından uzaq durmaq erməni davasına xidmət etməmək deməkdir». 

Ingiltərənin əsas məqsədi isə ilk vaxtlar dünya imperatorluğu yaratmaq

idisə, indi dünyanın neft ilə zəngin ölkələrində iqtisadi hegemonluğa sahib

olmaqdır.

Səksən illik şovinist fars rejimi  Güney Azərbaycan Türklərinə dünya

tarixində   analoqu   olmayan   zərbələr   vurub.   Təbii   ki,   bütün   bu   zərbələrin

cavabsız   qalmasına   əsas   səbəb   Böyük   Güclərin   Strateji   neft   siyasətləri



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə