Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə39/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   35   36   37   38   39   40   41   42   ...   227

Iranın parçalanmasının əleyhinə olan özlərini ən praqmatik adlandıran

Irançı   Türklər   dünyada   və   Güney   Azərbaycanda   gedən   prosesləri   özlərinə

məxsus   dəyərləndirərək   Istiqlal   əleyhinə   çıxmalarının   səbəblərini

əsaslandırarkən belə fikirlər irəli sürürlər ki, tarixən uzun müddət Türklərlə

farslar   bir   yerdə   və   hətta   bir   vahid   dövlətdə   yaşadıqlarından   onların   adət-

ənənələrində,   ümumi   dəyərlərində   yaxınlıq   və   bəzi   hallarda   eynilik

mövcuddur.   Həmçinin   Türk-fars,   fars-Türk   nigahları   əsasında   müəyyən

qruplar formalaşıb və ən başlıcası, Azərbaycan Türklərinin böyük bir qismi

Iranın   müxtəlif   ərazilərinə   köçmüş   və   köçürülmüşlər.   Güney   Azərbaycan

Irandan ayrıldığı təqdirdə bu soydaşlarımızın taleyi necə olacaq?

Ilk baxışda göstərilən bu arqumentlər əsaslı sayıla  bilər. Lakin bütün

bunlar Iranın ərazi bütövlüyünü müdafiə edən fars şovinizminin dəyirmanına

su   tökməkdən   başqa   heç   nəyə   yaramır.   Belələrinə   cavab   olaraq   Elçibəy

göstərirdi   ki;   «Bu   necə   vətəndir,   necə   qardaşlıqdır,   nə   cür   birlikdir,   necə

insanlıqdır   ki,   30   milyon   Türkün   öz   dilində   məktəbi   yox,   mədrəsəsi   yox,

sərbəst mədəni ocaqları yox, azad mətbuatı, ana dilli radio-televizyası yoxdur.

Nə üçün 30 milyonluq Türk xalqı fars namizədlərinə səs verməlidir?… Bu gün

Iran parlamentindəki Türk deputatlar tələb edə bilərlərmi ki, Azərbaycanda

Türk dilində məktəblər açılsın? Xeyr, edə bilməzlər. Əks təqdirdə başlarına

min   bir   oyun   açılar…   Bütün   bunlar   Iran   fars   şovinizminin   imperiya

siyasətidir».

Həmçinin   belələrinin   sadaladıqları   soydaşlarımız   Güney   Azərbaycan

Türklərinin heç beş faizini də təşkil etməzlər. O beş faizə doxsan beş faizi və

ana Vətəni qurban vermək olarmı?!

Başqa  bir  qrup  Iranda  yalançı  Pəhləvilərə  qədər  tarixən  olduğu  kimi

Türklərin   hakimiyyətini   istəyir   və   «Iran   Türklərindir   və   hakimiyyət   də

Türklərin   əlində   olmalıdır»   şüarı   ilə   çıxış   edirlər.   Onlar   bu   fikirlərini

əsaslandırmaq   üçün   bir   neçə   arqument   gətirirlər.   Onlara   görə   Azərbaycan

Iranın   tərkib   hissəsidir   və   onun   Ouzey   hissəsi   ruslar   tərəfindən   işğal

edildiyindən   indi   o   da   Irana   birləşməlidir.   Iranın   bütövlüyünün   və

dövlətçiliyinin sahibi Türklərdir və bu tarix yenidən bərpa edilməlidir. Bu fikri

irəli sürənlər Iran hökumətində təmsil olunan bir çox məşhur ziyalı və siyasət

adamları, Iran iqtisadiyyatında  əsas rol oynayan  iri sahibkarlar və bir qrup

tacirlər   təbəqəsi   olan   Türklərdir   ki,   onlara   Mərkəzçi   və   ya   daha   doğrusu,

xəyali Irançılar deyilir. Bunlara cavab olaraq bildiririk ki, tutaq ki, Türklər

Irana tam hakim oldu. Bəs sonra? Farslar, ərəblər, kürdlər, bəluclar buna razı

olarlarmı? Və ya Elçibəyin dediyi kimi: «Biz onların üzərində ağamı olmaq

istəyirik?   Yox,   biz   müstəmləkəçiliyin,   şovinizmin   nə   olduğunu   görmüşük.

Müstəmləkəçilik,   şovinizim   həmin   xalqın   özünü   faciəyə   aparır…   Bu   bizə



lazım   deyil…   Bizə   öz   azadlığımız,   öz   müstəqilliyimiz   yetər.   Biz   fars

şovinizminin əleyhinəyik, farsların yox».

Yararsız   hədəflər   bizi   müqəddəs   ideallardan   yayındırmamalıdır.

Azərbaycan xalqı ayağa qalxıb öz azadlığını qazanmalı, öz torpaqlarına sahib

çıxmalı, öz dövlətini qurmalı və demokratik cəmiyyətə doğru irəliləməlidir.

Başqa   bir   qrup   Irançılar   da   Iranda   millət   deyil,   insan   amilini   əsas

götürərək   Iranda   demokratik   bir   rejimin   hakimiyyətə   gəlməsinə,   bütün

xalqlara bərabər haqlar verilməsinə  tərəfdar olan beynəlmiləlçi  Irançılardır.

Bunlar   qan   etibarilə   farslarla   qaynayıb   qarışmış,   qohumluq   münasibətləri

yaratmış, Iranın ictimai siyasi-həyatında iştirak edən bir qrup ziyalı, vaxtilə

solçu hərəkatlarda içtirak etmiş markisistlər və mücahidlərin bir qismini təşkil

edən metislərdir.

Bu iki qrup bir-birlərinin tam əleyhinə olduqlarına baxmayaraq hər ikisi

də   Güney   Azərbaycanın   Irandan   ayrılıb   tam   müstəqil   dövlət   qurmalarının

əleyhinədirlər.   Əgər   birinci   qrup   bu   və   ya   digər   dərəcədə   Iranda   və

Azərbaycanda yaşayan Türklərin mənafeyini müdafiə edir və Iran deyil, sanki

xəyali   Turan   dövləti   yaratmaq   istəyirlərsə,   ikincilər   demokratiya   pərdəsi

altında tamamilə fars şovinizminə xidmət edirlər.

Hər   iki   qrupu   tənqid   edən   Elçibəy  göstərir   ki:   «Bu   tamamilə   yanlış

baxışdır… Bu gün Iran-Azərbaycan birliyini ortaya atanlar xalqı aldadırlar…

O vaxt da Azərbaycan və başqa Türk dövlətləri Sovet Ittifaqının tərkibindən

çıxanda Türk-Slavyan birliyinin yaranmasını təklif edənlər vardı. Bu, baş tutan

iş deyil».

Məlumat üçün onu da bildirək ki, vaxtilə Lenin də Türk-Slavyan birliyi

təklifini bəyənmiş və sonda Türk sosyalistlərini aldatmışdı.

Başqa bir qrup isə Güney Azərbaycanın tam müstəqilliyini tələb edir və

bu   yolda   fəaliyyət   göstərir.   Bunlar   təklif   edirlər   ki,   Güney   Azərbaycan

məsələsinə tarixi dərslərdən nəticə çıxararaq millətin pəncərəsindən baxmaq

lazımdır. Bu qapalı pəncərə isə yalnız tam müstəqilliyə açılmalıdır.

Elçibəy   bütün   bu   qrupların   irəli   sürdüyü   fikir   və   mülahizələrin

mahiyyətini şərh etdikdən sonra belə bir qərara gəlir ki: «Mən mü\stəqillik

fikirini   üstün   tuturam…   Güneyin   azadlığı   mənim   idealımdır…   Məsələnin

bircə   yolu   var:   Güney   Azərbaycan   Dövlətinin   yaranması!…   Azərbaycan

müxalifəti,   AXC   bütövlükdə   bir   təşkilat   kimi   Azərbaycanın   Güneyinin

azadlığı, özünün tam müstəqil dövlətini yaratması uğrunda mübarizə aparan

bir   təşkilatdır.   Bu   mübarizəni   aparmışıq,   aparırıq,   aparacağıq   da…

Azərbaycanın   Güneyi   Irandan   ayrılıb   müstəqil   olmalı   və   iki   müstəqil

Azərbaycan dövləti birləşib Bütöv Azərbaycana çevrilməlidir… Mən əminəm

ki, Güneyli soydaşlarımız öz gücləri ilə öz haqlarını alacaqlar. Azərbaycanın



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə