Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə37/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   33   34   35   36   37   38   39   40   ...   227

Lakin doğurudan da Güney Azərbaycan Türklərinin müstəqillik uğrunda

mübarizəsinə bu və ya digər dərəcədə mənfi təsir edə biləcək bəzi səbəblər

mövcuddur. Bizcə bunlar aşağıdakılardır;

1) Güney Azərbaycanın gələcəyi ilə bağlı Güney Azərbaycan Türkləri

arasında vahid mövqenin tam formalaşmaması.

2) Demoqrafiya və ölkə daxili miqrasiya. Dəqiqləşdirilməsi çətin olan

məlumatlara   görə   Iranın   mərkəzi   və   güney  əyalətlərində   güya   on   milyona

qədər Azərbaycan Türkü yaşayır və işləyir. Bunların əksəriyyəti əsasən ticarət

və kiçik sahibkarlıqla məşğuldurlar.

3)  Iri  sənaye   müəsisələrinin Azərbaycandan   kənarda,  xüsusilə,  Iranın

mərkəzi   və   güney   viyalətlərində   yerləşdirilməsi   və   onların   tam   dövlət

nəzarətində   olması   Azərbaycanın   mərkəzə   tətillər   vasitəsi   ilə   təsir   gücünü

azaltmışdır.

4)   Iran   ərazisində   xarici,   xüsusilə,   Qüzey   Azərbaycan   və   Türkiyə

ədəbiyyatlarına, mətbuatına,radio və televiziya verlişlərinə qadağa qoyulması.

Bu   ölkələrin   müsbət   keyfiyyətlərinin   Iran   daxilində   danışılması   və   onlar

haqqında   müsbət   yazılara   qadağa   qoyulması.   Və   ən   başlıcası,   Quzey

Azərbaycanın müstəqilliyini şübhə altına salmaq, onun haqqında həqiqətləri

təhrif   şəklində   çatdırmaqla   Güney   Azərbaycan   Türklərinin   müstəqillik

təsəvvürlərini dolaşdırmaq və s.

Sadalanan bu məsələlərdən üçü bizdən aslı olmayaraq fars şovinistləri

tərəfindən həyata keçirilib və bundan sonra da davam etdiriləcək. Lakin birinci

məsələ artıq bizim özümüzdən asılıdır. Ona  görə də nəyin  bahasına olursa

olsun Güney Azərbaycan Türkləri Güney Azərbaycan Milli Hərəkatı ətrafında

sıx birləşərək vahid mövqedən çıxış etməli, Güney Azərbaycanın istiqlalına

nail olmalıdırlar. 

  Güney   Azərbaycan   Türkləri   bütün   demokratik   dəyərlərə   hörmətlə

yanaşır, ana dilində ilk,orta və ali təhsil almaq, ana dilində azad mətbuat, radio

və   televiziya,   vicdan,   düşüncə,   din   və   inanc   azadlığı   istəyir.   Onlar   milli

iqtisadiyyatını   qurmaq   və   inkişaf   etdirmək,   öz   müqəddəratını   təyin   etmək,

azad   və   müstəqil   yaşamaq,   öz   Milli   Dövlətini   Qurmaq   istəyir.   Dünya

demokratiyası da bunu deyir.

Zaman   Güney   Azərbaycan   Türklərinin   xeyrinə   işləyir   və   Iranda

hadisələrin   necə   inkişaf   edəcyindən   asılı   olmayaraq   Güney   Azərbaycan

Türkləri öz müstəqilliklərini təmin etmək üçün bir araya gələrək bütün gücü

ilə hiyləgər və təcrübəli düşmənə qarşı mübarizə aparmalıdırlar.

Güney Azərbaycan Türklərinə Azərbaycan ərazisinin hüdudları bəllidir.

Sevindirici  haldır  ki,  Pişəvərinin rəhbərliyi  ilə  1945-ci  ildə  yaradılan  Milli

Hökumət   dönəmində   Güney   Azərbaycanın   dövlət   sərhədləri,   dövlət   dili,



vətəndaşlıq və s. barədə sənədlər tərtib və təsbit edilmiş və bütün bunlar o

dövr Iranın mərkəzi hakimiyyət  rəhbərlərinin imzası ilə təsdiqlənmişdir. Bu

sənədlərə   əsasən   Güney   Azərbaycan   etnoqrafik   sərhədləri   Türkiyə   ərazisi

sərhədlərindən başlayaraq Xəzər dənizinədək uzanan böyük bir sahəni ahatə

edir.   Milli   Hökumət   həmçinin   Güney   Azərbaycan   məsələsinin   siyasi   həlli

yolunu sübuta yetirmişdir. Güney Azərbaycan Türkləri bir əsrdə üç inqilab

etməklə   əslində   Irandakı   bütün   demokratik   və   milli   azadlıqlar   uğrunda

mübarizələrin   bayraqdarı   olmuşdur.   Bu   da   unudulmamalıdır   ki,   Güney

Azərbaycan Türklərinin Indi Iran adlanan məmləkətdə təxminən beş min illik

bir dövlətçilik ənənəsi var.

Bütün bunları və digər məsələləri nəzərə alan ABŞ, Böyük Britaniya və

Avropa Birliyi  ölkələri, həmçinin Rusya  və Çinin hər birinin Irana dair öz

xüsusi və bir-birindən fərqli planları mövcuddur. Bu planların nədən ibarət

olduğunu söyləmək bizim imkanımız xaricindədir. Fəqət bizə bəlli olan budur

ki, ABŞ şərti adı «Orta  doğu Projesi» adlı bir plan hazırlayıb və mərhələ-

mərhələ   həyata   keçirmək   əzmindədir.   Və   bu   planda   Iran   ön   cərgələrdən

birindədir. Deməli, Iranda rejim dəyişikliyi qaçılmazdır və bu dəyişiklikdə çox

guman ki, Iran ən azı federallaşacaq və federallaşmaqla da indiki gücünü xeyli

itirəcək. Bu dəyişikliklərdə bizlər üçün ən mühüm məsələ Güney Azərbaycan

və Gyney Azərbaycan Türklərinin taleyi məsələsidir. Əgər bizlər indidən o

dəyşikliklərə hazır olub öz gələcəyimizi müəyyənləşdirməsək, gələcəkdə bu

günkü durumumuzdan heç nə ilə fərqlənməyən bir vəziyyətdə qala bilərik. Öz

milli çıxarlarını nəzərə alan kürdlər, ərəblər və hətta bəluclar belə bizlərdən

daha   çox   səlahiyyətlər   əldə   edə   bilərlər.   Ona   görə   də   biz   öz   gələcəyimizi

indidən müəyyənləşdirməliyik.

Bəllidir   ki,   XXI   əsr   ilkin   başlanğıcından   tarixə   Demokratikləşmə,

Millətləşmə və Oloballaşma düşüncəsi ilə daxil olub. Artıq dünya xalqlarının

bir qismi «Millətləşmə» dövrünü başa vurmuş, öz Milli Dövlətlərini quraraq

demokratik   dəyərlərə   yiyələnmiş   və   daha   da   gəlişmiş   dövlətlərlə

Oloballaşmaya   doğru   qorxmadan   can   atmaqdadırlar.   Eyni   zamanda

demokratik dəyərlərin günü-gündən güclənən üçünçü dalğası  Milli Azadlıq

Hərəkatlarına təkan verərək Imperiyaları və imperiyacıqları çökdürməklə və

yeni-yeni   Milli   dövlətləri   tarix   səhnəsinə   çıxarmaqdadır.   Millətləşmə   və

Demokratikləşmə   Milli   dövlətlərin   yaranmasını   gerçəkləşdirən   və   çağdaş

qlobal siyasəti tamamlayan iki mühüm hadisədir.

Bəllidir ki, Azərbaycan ikiyə  bölünmüş və zaman-zaman parçalanmış

bir məmləkət, Azərbaycan xalqı da ikiyə  bölünmüş bir xalq olduğundan o,

hələ də Millətləşmə dövrünü tam başa çatdırmayıb. Baxmayaraq ki, XIX əsrin

ikinci yarısından başlayaraq Azərbaycanda maarifçi milliyətçiliyin və irminci



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə