Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə40/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   36   37   38   39   40   41   42   43   ...   227

Bütövlüyü   isə   gələcək   problemdir.   Bu   çox   böyük   prosesdir.   Tez-gec

Azərbaycanın hər iki hissəsinin ayrı-ayrı müstəqil dövlətlər olaraq birləşməsi

beynəlxalq aləmdə, BMT-də, başqa təşkilatlarda müzakirə ediləcək… Bu gün

bu məsələ gündəliyə gətirilməlidir.

Mövcud siyasi-inzibati bölünməni qəbul etməyən, Vətəni öz ruhunda və

mənəviyyatında   birləşdirən   çağdaş   Azərbaycan   Türkü   artıq   təkcə   Güneyi,

yaxud  Quzeyi  yox,  Bütöv Azərbaycanı  Vətən sayır  və Bütöv Azərbaycana

sahib çıxmağı düşünür. Gedəcəyimiz yol da məhz budur. Böyük millətimizi

Müstəqil, Demokratik və Bütöv Azərbaycana aparacaq bu yol ilk mərhələdə

Azərbaycanın Güneyinin Istiqlaliyyətindən keçir».

Heç şübhəsiz ki, Elçibəyin də dediyi kimi Azərbaycanın Güneyi özü öz

müqəddəratını təyin edəcək. Ona heç kimin, nə Qərbin, nə mücahidlərin, nə də

şahın   oğlunun   muxtariyyət   vədləri   və   nə   də   kosmopolit   Irançı   metislərin

«demokratik   rejim»   xülyaları   lazımdır.   Güney   Azərbayucana   müstəqillik

lazımdır. Tarixi siyasi şərtlər və dünyada gedən siyasi proseslər də bunu diktə

edir.   Mövcud   vəziyyət   istiqlalçıların   xeyrinə   inkişaf   etməkdədir.   Bu   gün

Güney Azərbaycanın ən aparıcı təşkilatları istiqlalçı təşkilatlardır. Onların əsas

ideologiyası milliyətçilikdir. Belə təşkilatlardan biri məhz Güney Azərbaycan

Milli Hərəkatıdır.

Güney  Azərbaycanda  istiqlalçı   qüvvələr  Milli   Hərəkatın  dinamizmini

təşkil   edirlər.   Hərəkatın   əsas   gücü   istiqlalçı   qüvvələrdir.   Ona   görə   də

istiqlalçılar   Azərbaycan   Türk   kimliyini   qəbul   edən   və   bu   yöndə   mübarizə

aparan bütün təşkilatlarla, o cümlədən də Azərbaycanın Muxtariyyətini tələb

edən siyasi təşkilatlarla iş birliyində olmalıdırlar. Çünki əslində bu qüvvələr

milli   qüvvələrdir   və   onlar   Muxtariyyəti   Istiqlala   aparan   bir   mərhələ   hesab

edirlər. Onlar hər şeydən öncə Güney Azərbaycanı Iran coğrafiyası içərisində

görmür, milli səadəti Azərbaycan coğrafiyası tərkibində və xalqı Azərbaycan

Türk kimliyi çərçivəsində görürlər. Onlar özlərini Iranlı deyil, Azərbaycanlı

sayır,   Iran   üçün   deyil,   Azərbaycan   üçün   çalışırlar.   Bu   gün   istiqlalçılardan

sonra   Güney   Azərbaycanda   əsas   qüvvələrdən   biri   də   məhz   federalizm

tərəfdarlarıdır   ki,   onların   da   əsas   qüvvəsinin   məfkurəsində   son   olaraq

Azərbaycanın tam müstəqilliyi  və hətta Bütöv Azərbaycan ideyası dayanır.

Güney Azərbaycan Milli Hərəkatının siyasi xəritəsinə nəzər saldıqda biz ən

böyük   gücün   istiqlalçılarda   olduğunu   görürük.   Ona   görə   də   istiqlalçılar

mövcud   olan   və   gələcəkdə   yaranacaq   heç   bir   milli   təşkilata   qısqanclıqla

yanaşmamalı,   onlardan   ehtiyatlanmamalı,   əksinə,   onlarla   tam   iş   birliyində

olmalıdırlar. Çünki gec-tez həmin qüvvələr də istiqlalçılara qoşulmağa məcbur

olacaqlar. Yaranan hər bir milli təşkilat yeni bir qüvvə, yeni bir zənginlikdir.

Bu müqəddəs mübarizədə hər bir milli fərd belə dəyərlidir. Onların hamısına



milli sərvət kimi yanaşmaq istiqlalçıların şərəf borcudur. Unudulmamalıdır ki,

birlik o qədər də asan əldə ediləcək bir məsələ deyil. Insanlar fərqli olduğu

kimi onların düşüncələri yaratdıqları siyasi təşkilatlar, siyasi hərəkatlar, siyasi

cərəyanlar da müxtəlifdir. Fəqət bu müxtəlifliklərin içərisində xeyli eyniliklər

var. Ona görə də eynilikləri birləşdirmək, müxtəliflikləri isə təhlil edib ortaq

məxrəcə gəlmək lazımdır. Milli hədəf və Milli strategiya eyni olduğundan bu

sahədə   birlik   Milli   prinsip   halına   salınmalı   və   birgə   mübarizəyə

başlanılmalıdır.

Məşhur   Azərbaycanşünas   alim,   Kembric   Universitetinin   professoru

Tadeuş   Svyatoçovski   «Araz»   dərgisinə   verdiyi   müsahibəsində   göstərir   ki:

«Güney Azərbaycanın  istiqlaliyyəti  labüddür,  qarşısı alınmaz  prosesdir.  Bu

Azərbaycan xalqının tarixi hüququdur. ABŞ kimi dünya  siyasətində aparıcı

mövqe tutan bir ölkənin belə qlobal məsələyə (Güney Azərbaycan məsələsinə

- A.M) biganə qalması qeyri-mümkündür. Bütöv Azərbaycan məsələsi Güney

Azərbaycanın   istiqlaliyyətindən   bir   qədər   sonra   baş   verəcək.   Çünki   istər

Quzeydə,   istərsə   də   Güneydə   Imperiyalar   öz   işini   görüb.   Bütün   psixoloji,

tarixi və kulturoloji sədd və manelərin aradan qalxması üçün müəyyən zaman

keçməlidir» («Araz», 1997 №1 (2)). 

Güney   Azərbaycan   Milli   Hərəkatı   heç   bir   zaman   milli   kimlik

mübarizəsində   öz   milli   hədəfini   sistemli   şəkildə   ortaya   qoymamışdır.   Indi

artıq   Güney   Azərbaycan   Milli   Hərəkatı   vahid   gücə   çevrilib   Azərbaycan

Mərkəzli Türk Düşüncə Sisteminin ideoloji və siyasi doktrinlərini tam qəbul

edərək fəaliyyətə  başladıqca onun sıraları daha da genişlənəcək və bizə elə

gəlir ki, Vahid Iran tərəfdarları olan Türklər də son anda bu Hərəkata dəstək

verəcək və nəhayət, ona qoşulacaq. Bu işdə milli kimlik məsələsi ön planda

olacaq və məhz son sözü də bu milli kimlik deyəcək. Beləliklə, Azərbaycan

Mərkəzli böyük bir Siyasi Hərəkat yaranacaq.

Bu gün Güney Azərbaycanda  Milli Hərəkat xalq və xüsusilə gənclər

tərəfindən bu və ya digər dərəcədə dəstəklənir. Ona görə də strateji hədəfləri

eyni   olan  ayrı-ayrı   siyasi  qüvvələrin bu  Hərəkat  ətrafında   sıx  birləşməsinə

ehtiyac  duyulur. Əgər bu qüvvələr ayrı-ayrılıqda mübarizə apararsa və bir-

birlərini   sıradan   çıxarmağa   çalışarlarsa,   düşmən   qüvvələr   bundan   tam

yararlanaraq hər birini ayrı-ayrılıqda məhv edərlər. Hərəkat daxili çatışmalar,

liderlik savaşı Hərəkatı parçalayar və yaranan bu boşluğa düşmən qüvvələr

doluşar.   Xalqın   Milli   Hərəkata   olan   inam   və   etimadı   sarsılar.

Unudulmamalıdır   ki,   xalq   özü   müqəddəs   olduğu   üçün   mübarizəni   də

müqəddəs   saydığından,   ona   qatılır.   Belə   bir   müqəddəs   mübarizəni

çirkləndirməyə,   şəxsi   anbisiyaya   qurban   verməyə   kimsənin   haqqı   yoxdur.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə