Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə41/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   37   38   39   40   41   42   43   44   ...   227

Belə bir yol tutan insan əbədi lənətlənməyə məhkumdur. Hərəkatın nüvəsi nə

qədər sağlam və güclü olarsa, onun təsir gücü də bir o qədər başarılı olar. 

Güney   Azərbaycan   Milli   Hərəkatı   Iran   Mərkəzli   fars   kimliyinin

Azərbaycan Türk kimliyinə qarşı assimilasiya siyasəti yeritdiyinə görə ortaya

çıxmış   və   Azərbaycan   Türk   kimliyini   qorumaq,   gücləndirmək   və   inkişaf

etdirmək   kimi   missiyanı   öz   üzərinə   götürmüşdür.   Fars   şovinizminə   qarşı

mübarizə aparan Güney Azərbaycan Milli Hərəkatı öz nəzəri platformasını

müəyyənləşdirmiş, yeni bir mübarizə mərhələsinə daxil olmuşdur. Bu Hərəkat

1906-11-ci   illər   Məşrutə,   1920-ci   il   Xiyabani,   1944-45-ci   illər   Pişəvəri

Hərəkatlarını   və   ümumən   1890-cı   ildən   başlayan   «Tənbəki   Hərəkatından»

günümüzə   qədərki   hadisələri   təhlil   süzgəcindən   keçirərək   sol,   sağ,   islam,

liberal   və   s.   kimi   «izimləri»   bir   kənara   qoyaraq   ilk   öncə   Azərbaycan

Türklərinin taleyini düşünməli, Iranlılıq anlayışından birdəfəlik əl çəkməlidir.

Çünki   Iran   dedikdə   fars,   fars   dedikdə   Iran   düşünülür   ki,   bu   da   böyük   və

əzəmətli   bir   millətin   -   Azərbaycan   Türklərinin   iqtisadi,   siyasi   və   mədəni

inkişafı üçün ən böyük təhlükədir. Artıq tarixi təcrübə göstərdi ki, Azərbaycan

Türkləri Iran içərisində heç bir zaman istədikləri azadlıq və inkişafı əldə edə

bilməyəcəklər.   Bu   baxımdan   Güney   Azərbaycan   Milli   Hərəkatının   gerçək

qayəsi Güney Azərbaycanın istiqlalına aparan yolu açmaq, Güney Azərbaycan

Türklərini əbədi hürriyyət və səadətə çatdırmaq olmalıdır.

1906-1911-ci   illər   Məşrutə   inqilabını   dəstəkləyən   (hətta   bu   yöndə

Azərbaycanlılar   tərəfində   vuruşaraq   şəhid   olan   Amerikalı   müəllim   Huvard

Baskervilin timsalında) ABŞ, 1945-ci ildə Güney Azərbaycanda qurulan Milli

Hökuməti SSRI-yə yaxın olması ilə əlaqədar olaraq nəinki müdafiə etməmiş,

hətta   onun   yıxılmasında   yaxından   iştirak   etmişdir.   ABŞ   Sovet   ordusunun

Güney   Azərbaycandan   çıxarılmasına   nail   olmuş   və   hətta   Iran   ordusu

Amerikalı   general   Şhnarzkopfun   komandanlığında   Azərbaycana   hücuma

keçmiş   və   Milli   Hökuməti   devirmişdir.   Şah   dövründə   Iran  demək   olar   ki,

ABŞ-ın nüfuz dairəsində olmuşdur. Lakin 1979-cu il Iran islam inqilabından

sonra   ABŞ-ın   Irandakı   nüfuzu   tamamilə   sarsılmış   və   sonda   ABŞ   Iran

qarşıdurmasına   gətirib   çıxarmışdır.   Indi   artıq   ABŞ   ən   azı   Iranda   rejim

dəyişikliyini   həyata   keçirməyə   çalışmaqdadır.   Bunun   üçün   ABŞ   Iran

daxilindəki   xalqların,   xüsusilə,   çoxluq   təşkil   edən   Azərbaycan   Türklərinin

qüvvəsindən   maksimum   yararlanmağa   çalışacaq.   Belə   bir   durumda   Güney

Azərbaycan Türkləri nə etməli və ABŞ-dan necə yararlanmalıdır?

Ilk öncə ABŞ-ın da xüsusi önəm verdiyi və Iran daxilində hələlik demək

olar ki, alternativi olmayan, xüsusi güc mərkəzinə çevrilməkdə olan Güney

Azərbaycan Milli Hərəkatını Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin

ideologiyası   ətrafında   birləşdirmək   və   Hərəkatın   vahid   mərkəzdən   idarə



olunmasını   təmin   etmək   lazımdır.   Bundan   sonra   vahid   mərkəzdən   idarə

olunan   Milli   Hərəkat   dünyanın   super   gücü   sayılan   ABŞ-la   öz   siyasətini

müəyyənləşdirməli, ortaya çıxa biləcək məsələlərin mahiyyətini ciddi şəkildə

analiz etməli və öz mövqeyini,  yəni  ABŞ-ın yanında  və ya  ondan kənarda

olmasını   dəqiqləşdirməlidir.   Güney   Azərbaycan   Milli   Hərəkatı   öz   strateji

hədəfini   müəyyənləşdirməli,   Güney   Azərbaycan   Türklərinin   maksimum

mənfəətlərini   nəzərə   alan   konkret   planını   hazırlamalıdır.   Artıq   Güney

Azərbaycan   Türkləri   Iranı   qorumaq   üçün   deyil,   Güney   Azərbaycanın

qurtuluşunu təmin etmək üçün səfərbər olmalıdır. Güney Azərbaycan Milli

Hərəkatı   öz   strategiya   və   taktikasını   region  və   dünya   siyasəti   çərçivəsində

formalaşdırmalı,   atacağı   konkret   addımları   müəyyənləşdirməlidir.   Iranı   ilk

öncə siyasi-coğrafi bölgə kimi formalaşdırıb Azərbaycanın Güneyini və digər

bılgələri özünə qatan, sonra Fars Mərkəzli Pəhləvi xanədanı yaradaraq fars

şovinizmini dövlət siyasəti səviyyəsinə qaldıran, daha sonra Şiyəliyi  bayraq

edərək   yenə   də   Fars   bürokratiyasının   ideologiyası   artıq   tamamilə   iflasa

uğramaqdadır. Fars Mərkəzli Irançılığın çöküşü ilə Iran Islam Respublikası da

çökməyə məhkumdur.

Bu gün artıq Güney Azərbaycan Milli Hərəkatı Azərbaycan Türklərini

Iranlılıq kimliyindən təcrid edərək onların Azərbaycan Türk kimliyinə sahib

çıxmaları   yönündə   hər   tərəfli   mübarizə   aparmaqdadır.   Milli   Hərəkat   bu

mübarizə   nəticəsində   bu   və   ya   digər   dərəcədə   Azərbaycan   Türklərinin   öz

tarixlərinə   (Doktor   Zehtabinin   «Iran   Türklərinin   tarixi»   adlı   ikicildlik

monumental  əsəri  milli  tariximizi  öyrənmək  baxımından  əvəzsiz  mənbədir.

Bütün   Azərbaycanlıların   bu   əsəri   oxuması   vacibdir),   öz   dillərinə,   öz

mədəniyyətlərinə,   Babək,   Səfər   Xan   Qəhrəmani,   Səttar   Xan   və   s.   kimi

qəhrəmanlarına, bir sözlə, öz milli kimliklərinə sahib çıxmalarına və bununla

da   «Irançılıq»   və   «Iran   Azərbaycanlısı»   anlayışlarını   özlərindən

uzaqlaşdırmış, onların Azərbaycançılıq və Azərbaycan Türkləri anlayışları ilə

əvəz   edilməsinə   nail   olmuşdur.   Indi   artıq   Güney   Azərbaycan   Türklərinin

böyük   əksəriyyəti   öz   keçmiş   tarixinə   və   bugününə,   özünə   və   ətrafına   bir

Azərbaycan   Türkü   gözı   ilə   baxmaqda,   Azərbaycan   və   Azərbaycan   Türk

kimliyinə   sahib   çıxmaq   yolunda   mübarizəyə   qoşulmaqdadır.   Fars

şovinizminin   məhsulu   olan   «Iranlılıq»   və   «Irançılıq»   dünya   görüşünə

alternativ  olaraq  ortaya   çıxan  və   öz   dünya   görüşünü  «Azərbaycanlılıq»  və

«Azərbaycançılıq»   üzərində   quran   Güney   Azərbaycan   Milli   Hərəkatının

qarşısını   ala   biləcək   heç   bir   qüvvə   yoxdur.   Çünki   onun   hədəfi   gələcək

Demokratik   Azərbaycandır.   Bu   ali   hədəfə   -Müstəqil,   Demokratik   Güney

Azərbaycan Respublikasına qarşı çıxan bütün siyasi cərəyanlar gec və ya tez

öz məğlubiyyətlərini görəcək və ya indidən görməkdədir. Güney Azərbaycan



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə