Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə10/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   6   7   8   9   10   11   12   13   ...   227

“Mu   qitəsi”ndə   yaradılmış   Günəş   İmperiyası   haqqında   fundamental

əsərlər yazan Ceyms Çörçvorda görə Mu qitəsinin Günəş İmperatorluğunda

qohum dillər olan Uyğur və Maya dillərindən istifadə edilmişdir. Ceyms yazır:

“Günəş   İmperiyasının   dili   Mayalıların   dilidir.   Qədim   Mayalıların   dili   isə

Uyğur (Oxu: Türk-A.M.) dili ilə demək olar ki, eynidir” (Ceyms Çörçvord,

göstərilən əsərləri).

Tədqiqatçılara görə Mu mədəniyyətinin ən böyük övladı Atlantida qitəsi

olmuşdur. Bu qitə quzey Atlantik okeanında qərbdə Şimali və Orta Amerika,

şərqdə Avropa və şimali qərbi Afrikaya yaxın böyük bir ərazini əhatə etmişdi.

Atlantida qitəsi də Mu qitəsi kimi qədim mədəniyyət mərkəzlərindən biri kimi

dünyanın   mühüm   bir   hissəsini   fəth   edərək   böyük   bir   İmperatorluğa

çevrilmişdi. Bu İmperatorluq haqqında Misir papirus yazılarında məlumatlar

verilmiş   və   göstərilmişdi   ki,   Atlantida   hökmdarları   13   min   900   il   hökm

sürmüşlər. Mütəxəssislərin fikrincə, Mu ilə Atlantida sivilizasiyaları arasında

geniş   əlaqə   olmuşdur.   Onlar   özlərindən   öncəki   böyük   “Kosmik

sivilizasiya”nın mərkəzi ilə əlaqədə olduqları üçün bir-biri ilə bağlı yaranmış,

çökmələri   də   bir-biri   ilə   bağlı   olmuşdur.   Mu   qitəsi   müəzzəm   şəhərləri,

sarayları, 64 milyon əhalisi ilə eradan 25 min il öncə zəlzələ nəticəsində Sakit

Okeana, Atlantida qitəsi isə eradan 11 min  500 il öncə Atlantik Okeanına

batmışlar.   Tədqiqatçıların   fikrincə,   bütün   insanlığın   mədəniyyət   adına

qazandığı   hər   şeyin   təməli   bu   iki   mərkəzdən   yayılmış   və   uzun   müddət

buralardan idarə olunmuşdur.

Mu qitəsində yaranan Günəş İmperatorluğu Mu qitəsi ilə bərabər Sakit

Okeana qərq olduqdan sonra dünyaya yalnız onun müstəmləkələri qalmışdır.

Bu müstəmləkələrin ən başlıcaları Böyük Uyğur İmperatorluğu (oxu: Böyük

Turan İmperatorluğu-A.M.), Misir, Babilistan, Hindistan, Birma, Anadolu və

Amerikadakı   dövlətləri   olmuşdur.   Mu   qitəsi   Sakit   Okeana   qərq   olduqdan

sonra   Böyük   Günəş   İmperatorluğu   da   yox   olmuş,   sonradan   Günəş

İmperiyasının   bütün   müstəmləkələri   öz   müstəqil   dövlətlərini   yaratmışdılar.

Günəş İmperiyası yox olduqdan sonra dünya bir xaos vəziyyətinə dönüşmüş,

sonradan yeni-yeni mədəniyyətlərin təməli qoyulmuş, dünya tarixinin yeni bir

dövrü başlamışdı.

Yetmiş min il öncə mövcud olmuş Günəş İmperiyasının ən böyük, ən

önəmli və ən güclü davamçısı Turan İmperatorluğu olmuşdur. Mu qitəsinə ən

yaxın olan Böyük Turan İmperiyası Günəş İmperiyasının süqutundan sonra

dünyanın   keçmiş   mədəniyyətlərinin   bütün   özəlliklərini   özündə   daşımışdır.

Böyük   Turan   İmperiyasının   doğu   sərhəddi   Sakit   Okeana,   batı   sınırı   Qara

dənizə, quzey sınırı Şimal Buzlu Okeana qədər uzanmış, güneydə Çin, Birma,

Hindistan,   Persiya,   Xəzər   dənizi   ətrafları,   Azərbaycan,   Ön   Asiya   və



Anadolunu öz içinə almış, Avropanın böyük bir hissəsi də bu İmperiyaya daxil

olmuşdu.


Yaşadığı   dövrün   (1886-1936)   siyasi   tələblərinə   əməl   edərək   qədim

Turan İmperatorluğunu “Böyük Uyğur İmperatorluğu” kimi tanıtmağa məcbur

olan ingilis alimi  Ceyms  Çörçvord Tibet monastrındakı yazılara dayanaraq

göstərir ki: “Uyğur rahibləri 70 min il öncə Ana vətənin (Mu qitəsi nəzərdə

tutulur-A.M.)   müqəddəs   mətnlərinin   surətini   Uyğur   (oxu:   Turan)   paytaxtı

Xora   Xotaya   gətirmişdilər.   Bu   əfsanəvi   tarix   Uyğurların   (Oxu:   Türklərin)

Asiyada   ilk   yerləşmələrindən,   bugünkü   Sarı   dəniz   sahillərində   yurd

saldıqlarından   xəbər   verir.   Onlar   buradan   da   hərəkət   edərək   Asiyanın

içərilərinə   doğru   yayılmış,   bundan   sonra   bütün   Orta   Asiyadan   Xəzər

dənizinədək ərazilərdə  yurd   salmışdılar  ki,  bu  yurd  İmperatorluq  dövründə

Orta Avropadan Atlantik Okeanına qədər böyük bir ərazini əhatə edirdi” (Bax:

Ceyms Çörçvord, Batık Kıta Munun Çoçukları, Çevirən Ercan Arısoy, İzmir

2008).

İlk əvvəllər Günəş İmperiyasının müstəmləkəsi olan Turan dövlətinin



din xadimləri  olan rahiblər  getdikləri  hər  bir  ölkədə dini  elmləri  öyrətmək

üçün məktəblər   açmış,  xalqı   maarifləndirmişdilər.  Günəş  İmperatorluğunun

müstəmləkələrində bu məktəblərdə öyrədilən dini elmlər sonradan “Müqəddəs

sirlər” adı altında toplanmış, gil lövhələrə həkk olunmuşdu. Bu “Müqəddəs

sirlər” insana öncə sonsuz, hər şeyə qadir uca bir Varlığın olduğunu, inasının

bu qadir Varlıq tərəfindən yaradıldığını və bu Varlığın insanın Səma Atası

(Göy  Tanrı)  olduğunu,  bu  Yaradıcı  Varlığın insan  yaradıldığı  zaman  onun

bədəninə əsla ölməyən, əbədi var olan bir Ruh yerləşdirdiyini, bədənin maddi

olduğundan   torpağa   dönməsini,   bütün   insanlar   Tanrı   tərəfindən

yaradıldığından onların bir-birinə qardaş olduğunu, insanın necə yaşamasını,

onun həyatdakı vəzifəsini, özünü əbədiyyətə necə hazırlamasını öyrədir. Bu

dinə görə “Ruh xeyri, maddi isə şəri yaradır”. “Müqəddəs sirlər”də göstərilir

ki: “İlahi sevgi olan yerdə şərə yer yoxdur”.

İnsanın və Dünyanın yaranması ilə bağlı qədim gil kitabələrdə göstərilir

ki: “Zəka (Tanrı nəzərdə tutulur-A.M.) dünyadakı hər şeyin yaradıcısı İnsanı

yaratdı və onun bədəninə diri və əbədiyaşar bir Ruh yerləşdirdi. Və İnsanın

idrak   qüvvəti   Yaradanın   bənzərliyində   oldu”.   Qədim   Maya   və   Turan

mənbələrinə əsaslanan Ceyms Çörçvord göstərir ki, doğrudur, İnsan məməlilər

sinfinə aiddir, ancaq onun bədəni Ruh ilə birləşdirildiyi üçün O, bütün başqa

canlılardan fərqli və seçilən bir məxluqdur və O, yer üzünə hakim olmaq üçün

göndərilmişdir. Bu yüksək məziyyət İnsandan başqa heç bir canlı varlığa bəxş

edilməmişdir.   Bu   da   İnsanın   İlahi   bir   gücə   sahib   olduğunun   dəlilidir.   Bu

mənada  İnsanın belə bir gücə sahib olmayan  başqa bir heyvandan-Darvinə



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə