Türkün tarixi həm Yerdə, həm də Göylərdədir”.
(Hüseyn Cavid)
Türk tarixini şərti olaraq üç böyük dövrə bölmək olar. Birinci dövr ən
qədim dövrlərdən başlayaraq “Tufan”a qədərki dövrü (“Nuh tufanı”na qədərki
dövrü), ikinci dövr “Tufan”dan sonra bizim eraya qədərki dövrü (Nuhdan İsa
Məsihə qədərki dövrü), üçüncü dövr isə bizim eranın başlanğıcından
günümüzə qədərki dövrü (İsa Məsihdən günümüzə qədərki dövrü) əhatə edir.
Dünya tarixşünaslığı səhv olaraq Türk tarixini eradan əvvəl IV əsrdə
böyük imperatorluq qurmuş Hun Türklərinə bağlayırlar. Bəzi tədqiqatçılar bir
az da irəli gedərək İskitləri də Türk hesab etmiş və Türk tarixini eradan əvvəl
VIII əsrə, bəziləri Şumerləri də Türk hesab edərək eradan əvvəl IV-II
minilliklərə, bəziləri Kür-Araz çayları və Urmiya gölü ətrafında eradan əvvəl
III minillikdə yaranan Aratta dövlətinə, bəziləri də Çayhun və Sayhun (Amu-
Dərya-Sır-Dərya) çayları ətrafında eradan əvvəl X-VI minilliklərdə yaranan
Turan dövlətinə bağlamışlar.
Dünyanın məşhur mədəniyyət və din tarixçiləri, arxeoloqları,
etnoqrafları, dilçiləri, geoloqları və digər tədqiqatçıları min illər boyu zaman-
zaman bəşəriyyətin yaddaşından silinən iki qitəni-Mu və Atlanta qitələrini
tarixin ən qədim sivilizasiya mərkəzləri hesab edirlər. Belə tədqiqatçılardan
biri də ingilis alimi Ceyms Çörçvoddur. Ceyms Çörçvord insanlıq tarixini
tədqiq edib üzə çıxaran nadir tədqiqatçılardandır. O, insanlığın ana yurdu
adlandırdığı “Mu mədəniyyəti”ni tədqiq və nəşr etməklə insanlıq tarixinə
əvəzsiz bir xəzinə bəxş etmişdir. Sakit okeanda batmış “Mu qitəsi”ni aşkar
etməklə Ceyms Çörçvord böyük bir bəşəri mədəniyyətin üzə çıxmasına nail
olmuşdur. (Bax: Churchward James, Kayıp Kıta Mu, Çevirən Rengin Ekiz,
İzmir 2007; Churchward James, Batık Kıta Munun Çoçukları, Çevirən Ercan
Arısoy, İzmir 2008; Churchward James, Munun Kutsal Sembolleri, İzmir
2006 və s.).
XIX əsrin sonu XX əsrin 30-cu illərində əlli il (1886-1936) yer
kürəsinin bütün qitələrini gəzmiş, ayrı-ayrı ölkələrdə tədqiqat aparan
arxeoloqlar, geoloqlar, antropoloqlar, etnoloqlar, hidroloqlar və tarixçilərlə
əlaqə yaratmış, Hindistan, Birma, Tibet, Amerika, Avropa və s. ölkələrdəki
monastırlarda çalışan rahiblərlə görüşmüş, çox zəngin litoqrafik, hiyeqrofik,
rəmzi və həndəsi yazıları toplamış, ayrı-ayrı ölkələrdə rast gəldiyi
xarabalıqların, ən qədim abidələrin, piramidaların, möhtəşəm sarayların
qalıqlarının şəklini çəkmiş, müxtəlif monastr və kilsələrdə saxlanılan gizli
lövhələrdəki rəmzi yazıların şifrələrini açmış, insanlığın ilk çağlarından
başlayaraq ayrı-ayrı qitələrdə yurd salan insanların tarixini, onların yaratdığı
maddi və mənəvi mədəniyyəti tədqiq etmiş məşhur ingilis alimi Ceyms
Çörçvord “Tufan”a qədərki dünya sivilizasiyasının sirlərini elm aləminə
açmışdır.
Ceyms Çörçvorda görə 70 min il öncə Mu qitəsindən dörd müxtəlif
yolla Asiya, Avropa, Afrika və Amerika qitələrinə yayılanlar bu qitələrə
özlərinin yüksək mədəniyyətlərini də aparmışlar. Alimin fikrincə birinci yol
“Maya” adı ilə Mu qitəsindən çıxaraq Asiyasnın şərq bölgələrinə yayılanlar
“Uyğur” (Oxu: Türk-A.M.) adı ilə tanınmışlar. İkinci yolla yayılanlar
gəmilərlə “Maya” adı ilə Hind-Çinə gəlmiş, burada “Nağa-Maya” adı ilə
tanınmışlar. Üçüncü yolla çıxan Mu qitəsinin insanları gəmilərlə Afrikanın
şərqinə gələrək Efiopiyada “Maya” adı ilə yurd salmışlar. Dördüncü yolla
gəmilərlə çıxanlar isə Amerika qitəsində qədim Mayya mədəniyyətini
yaratmışlar. Bu qədim Mu qitəsində tarixin ilk imperatorluğu olan Günəş
İmperatorluğu yaradılmışdı.
Bu Günəş İmperiyası bütün dünyaya hakim olmuş, qanunları bütün
xalqları idarə etmişdi. Günəş İmperiyasının müstəmləkələri olan Quzey, Orta
və Güney Amerika, Qərbi Avropa, Misir, Babilistan, Anadolu, Birma,
Hindistan və qədim Uyğurustan (Oxu: Türküstan-A.M.) mədəniyyətləri də
məhz Mu mədəniyyəti əsasında formalaşmışdır. Mu xalqı gəmilərlə Sakit
Okeanın doğusundan batısına, güneyindən quzeyinə yol açmış, qitənin
sənətkarları, memarları, arxitektorları, mühəndisləri həm öz ölkələrində, həm
də müstəmləkələrində daşdan məbədlər, saraylar tikmiş, şəhərlər salmış,
mərmər daşlar döşənmiş yollar çəkmişdilər.
Mu xalqı tikilmiş məbədləri, sarayları qabartmalarla bəzəmiş, məbəd və
saray divarlarında özləri haqqında bilgilər həkk etdirmişdilər. Tədqiqatçıya
görə Mu qitəsində yeddi böyük, xeyli miqdarda kiçik şəhər, qəsəbə və kəndlər
olmuşdu ki, bu yaşayış yerlərinin əksəriyyəti çayların dənizə və okeana
tökülən vadilərində salınmışdı ki, digər ölkələrlə gəmi ticarəti və alış-veriş
üçün əlverişli olsun. Ümumiyyətlə, Mu xalqı gəmiçilikdə mahir usta
olmuşdular. Alim Ceyms Tibet monastırlarından birində rastlaşdığı lövhələrdə
dünyanın müxtəlif bölgələrini özündə əks etdirən bir qədim xəritədə Güney
Amerikaya, hətta Aralıq dənizi yolu ilə Anadoluya belə rast gəldiyini qeyd
edərək göstərir ki, bu xəritəyə görə deyə bilərik ki, 25 min il öncə Mu
sakinləri müstəmləkələri olan Güney Amerikaya və Aralıq dənizi yolu ilə
Anadoluya belə gəmilərlə gedirlərmiş. Bu onu göstərir ki, Günəş İmperiyası
yox olmadan öncə Mayyalılar Güney Amerikada və dünyanın müxtəlif
yerlərində böyük bir mədəniyyət yaratmışdılar. Alimə görə Amerika qitəsinin
ortasında yerləşən, sərhədləri Meksikanın bir hissəsini, eləcə də Belize,
Qvatemala, Honduras və Salvadora qədər böyük bir ərazini əhatə edən Maya