görə meymundan əmələ gəlməsi və ya ondan çevrilmiş olması mümkün
deyildir. Bu qədim Uyğur və Maya abidələrinə əsaslanan Ceyms belə bir
qənaətə gəlmişdir ki, İnsana bu güclə birlikdə ondan necə yararlanmaq
bacarığı və Tanrının bir parçası olaraq bu Sonsuz Varlığa yaxınlaşmaq və ya
orta əsr sufilərinin də dediyi kimi “Tanrıya qovuşmaq qüdrəti” verilmişdir. Bu
alimlər bu baxımdan İnsanı Tanrının “övladı” saymışlar.
Müqəddəs mətnlərdə Yaradan haqqında deyilir ki: “İnsan üçün Yaradan
tam qavrana biləcək deyildir. Yaradan rəsm edilə bilməz, Ona ad verilməz. O,
adsız olandır”. Günəş İmperiyasında Yaradanın adını tələffüz etmək günah
sayıldığı üçün insanlar Günəşi tək Tanrının atributu, təmsilçisi saymışlar.
Günəş İmperiyasının dini mədəniyyətində insanlara heç vaxt Tanrıdan
qorxmaq öyrədilməyib, əksinə onlara Tanrıya sevgi və güvən öyrədilmişdi. Bu
təfəkkür Türklərdə İslamı qəbul edənədək davam etmiş və Türklərdə belə bir
ata sözü yaranmışdı ki: “Türklər öncə Tanrını sevərlərdi, İslamı qəbul
etdikdən sonra bu sevgiyə qorxu da əlavə olundu”.
Bu qədim kitabələrdə həmçinin göstərilir ki, İnsan erkək və dişi olaraq
yaradılmışdır. Onlar ilkin olaraq bitişik şəkildə yaradılmış, bu bitişik insanın
iki başı, dörd ayağı, dörd qolu, dörd əli, dörd gözü, dörd qulağı, iki burnu
olmuşdur. Bədənləri yuvarlaq olmuşdur. Bunu təsdiq edən Böyük Turan
İmperiyasının paytaxtı Xora-Xota şəhərindən qazıntı nəticəsində arxeoloqlar
tərəfindən tapılan və 20 min il bundan öncəyə aid ikibaşlı yuvarlaq insan
rəsmidir. Bu rəsm insanın ikili prinsiplə yaradıldığını yaşadan hələlik tarixə
bəlli ən qədim mənbədir. Tanrı sonradan bitişik insanı ayırmış, insan erkək və
dişi olaraq iki olmuş, bu ikidən üç, dörd və bütün insanlıq törəmişdir.
Ceyms Çörçvorda görə Uyğurlar (oxu: Turanlı Türklər) 70 min il əvvəl
Mu qitəsindən çıxıb Günəş İmperatorluğundakı böyük mədəniyyəti, dili və
dini sonradan dünyaya yaymışlar. Alimə görə, Atəşpərəstlik, Musəvilik,
Xristianlıq və İslamiyyət kimi tək Tanrılı dinlərin təməlində Günəş
İmperiyasının dini dayanır. Ceyms xüsusi olaraq qeyd edir ki, Musa
Peyğmbərin “Tövrat”ı Mu qitəsinin dili və yazısı olan Maya və Uyğur dili və
yazısı ilə qələmə alınmış Nağa-Maya mətnlərinin tərcüməsi, surətidir. Bunlar
sonradan Babildə həbsdə olan və dini xadim olmayan Əzra (üzeyir) tərəfindən
saxtalaşdırılmışdır. Alimin fikrincə, istər Tövrat, istərsə də İncil Günəş
İmperiyasının vəhy edilmiş müqəddəs mətnləri əsasında yaranmışdır.
Yuxarıda da qeyd edildiyi kimi zəlzələ nəticəsində Mu qitəsinin Sakit
Okeana qərq olması ilə Günəş İmperatorluğu da süquta uğramış, onun
müstəmləkələri öz müstəqilliyini elan etmiş və sonradan onların bəzisi yeni
İmperatorluqlar qurmuşlar ki, bu İmperatorluqlardan ən əzəmətlisi Böyük
Turan İmperatorluğu olmuşdur. Turan İmperatorluğunun paytaxtı Baykal
gölünün yaxınlığında yerləşən Xora-Xota (oxu: Qor Ata) şəhəri olmuşdur. Bu
şəhərin xarabalıqlarından arxeoloji qazıntılar nəticəsində xeyli miqdarda
maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində əslindən ipək
parça üzərinə köçürülmüş oturmuş vəziyyətdə qadın hökmdarı və onun ərinin
rəsmləridir. Mütəxəssislər bu şəkilləri XVIII-XVI minilliklərə aid edirlər.
Tədqiqatçı Ceyms Çörçvord göstərir ki, Çin əfsanələrinə görə Uyğurlar
(Turanlılar) 17 min il əvvəl mədəniyyətin zirvəsinə yüksəlmişlər. Bu, tarixi-
geoloji fenomenlərə də uyğun gəlir. Qədim Uyğurların (Turanlıların)
sivilizasiya və mədəniyyət baxımından xeyli irəlilədiklərini xüsusi qeyd edən
Ceyms göstərir ki, Uyğurlar (Turanlılar) astrologiya, mədənçilik, toxuculuq,
memarlıq, riyaziyyat, təhsil, oxumaq-yazmaq, tibb və.s kimi elmləri
mükəmməl bilmişdilər. Onlar ipək, taxta və metal üzərində dekorativ
sənətlərin ustası idilər. Onlar qızıl, gümüş, bürünc və gildən heykəllər
yapmışdılar ki, bu Misir tarixindən daha əvvəllər olmuşdur. Müəllifə görə,
Himalay dağları da daxil olmaqla Orta Asiyada mükəmməl inşa edilmiş şəhər
və qəsəbələr, bir-birindən gözəl inşa edilmiş yaraşıqlı binalar, saraylar,
məbədlər, xüsusi evlər, qədim caddələr və karvan yolları məhz Uyğur
İmperatorluğunun (oxu: Turan İmperatorluğunun) şah əsərləri olmuşlar.
Turan İmperatorluğunun Şərqdə yaratdığı müəzzən mədəniyyət qədim
Şumer abidəsi olan “Bilgəmiş dastanı”, “Tövrat” və “Quran”da xatırlanan
“Tufan” nəticəsində məhv olmuşdur. Çox təəssüflər olsun ki, qədim Türklərin
“Tufan”a qədər yaratdıqları bu müəzzəm mədəniyyət haqqında bu günə
qədərki dünya tarixşünaslığı susmuşdur. Bu maddi-mədəniyyət abidələrinin
xeyli hissəsi “Tufan” nəticəsində Türküstanın Qobu çöllərində qumluqlar
altında bu gün də qalmaqda, öz tədqiqatçılarını gözləməkdədir.
Bəllidir ki, Azərbaycan da qədim Turan İmperatorluğunun tərkibində
olmuşdur. Bunu nəzərə alan Azərbaycan alimi Qara Namazov göstərir ki:
“Uyğurların (Turanlıların) əhatə etdiyi coğrafi ərazi bizim Qobustanı da öz
içərisinə alır. Qədim Uyğur İmperiyasında (Turan İmperiyasında-A. M.) baş
verən “Tufan” Qobustandan da yan keçməmişdir... “Tufan”-dan qalma
təsvirlərlə Qobustan və Orta Asiya (Türküstan-A. M.) təsvirləri bir-biri ilə çox
səsləşir və belə deməyə əsas var ki, Qobustan təsvirlərinin də ən qədim
nümunələri elə Uyğur (Turan) qayaüstü təsvirlərinin demək olar ki, eynidir...
Hətta yer adları da bir-birlərinə bənzəyirlər. Bu maddi mədəniyyət
abidələrinin eyniliyi də bu torpaqlarda (yəni Azərbaycanda-A. M.) hələ 20
min il əvvəl Uyğurların-Türklərin yaşadıqlarını təsdiqləyən faktlardır”. Alim
sonra qeyd edir ki: “Bu səsləşmələr birbirini tamamlayırsa, deməli, bizim
arxeoloqlarımızın təxmin etdiyi Qobustan abidələri 5,8 min il əvvəl yox (Bəzi
müəlliflər Qobustan qayaüstü rəsmlərini eradan əvvəl VII minilliyə aid