edirlər-A. M. Bax: Azərbaycan tarixi, Bakı 1994, səh. 27), daha qədimlərə-
Uyğur İmperiyasının (Turan İmperiyasının-A. M.) yaşadığı dövrlərə, yəni 20
min il əvvəllərə gedib çıxır. Bu yöndə Uyğurların, yəni Türklərin güney
Qafqazda 20 min il öncə bir İmperiya kimi yaşamaları nəticəsinə
gəlinməlidir”. Alim davam edərək göstərir ki: “Naxçıvandakı Gəmiqayanın
tarixinə də III-I minilliklərin mədəniyyəti kimi yox, həmin dövrlərin tarixi
kimi, yəni Uyğur İmperiyasınin (Turan İmperiyasının) zamanına (yəni 20 min
il əvvələ) dayanmasını qəbul etmək daha doğru olardı”. (Bax: Qara Namazov,
C. Çörcvodun tarixi kəşfləri Bakı 2010, səh. 98, 99, 100).
Bəzi tədqiqatçıların fikrincə “Günəş-dil nəzəriyyəsi”də Mu qitəsindəki
Günəş İmperiyasının adı ilə bağlıdır. Bu nəzəriyyəyə görə dünyanın ilk dili
Türk dili olmuşdur.
Ceyms Çörçvorda görə Böyük Uyğur İmperatorluğunun (Böyük Turan
İmperatorluğunun -A. M.) dağılması “Böyük Tufan” fəlakəti zamanında-
prototarixdə baş vermişdir. “Böyük Tufan”dan sonra Uyğur (Türküstan)
Türkləri başqa-başqa bölgələrə, o cümlədən də Hindistana, Çinə, Əfqanıstana,
Xəzər dənizinin quzey və güney sahillərinə, Qafqaza və Azərbaycan yolu ilə
Mesopotamiya və Anadoluya, oradan da Şərqi və Qərbi Avropaya köç
etmişlər. Müəllifə görə qədim Keltlər, Totonlar, Slavyanlar, Bretonlar,
İrlandlar və başqalarının da hamısı Uyğur (Turan) soyludurlar. Bu soydan
olanlar “Böyük fəlakət”dən sonra sağ qalanların törəmələridirlər. Çörçvorda
görə Midiyalılar Uyğurların (Turanlıların) son köçü olub İmperiyanın
çökməsindən 8-10 min il sonra ortaya çıxmışdılar. Midiyalılar Xəzər dənizinin
cənubu, Zaqros dağlarının şərqində (yəni Azərbaycanda-A. M.) yerləşmişdilər.
Böyük Uyğur (Turan) İmperatorluğunun o dövrdəki (“Tufan”dan
öncəki) bütün Asiya və Avropanı əhatə edən xəritəsini tərtib edən Ceyms
Çörçvord onu da qeyd etmişdir ki, bugünkü (XX əsrin əvvəllərindəki)
Amerika Birləşmiş Ştatları dövlət quruculuğu baxımından Uyğur (Turan)
İmperatorluğunun bənzəridir.
“Tufan” nəticəsində Turan İmperatorluğunun çökməsindən 8 min il
sonra Asiyada müxtəlif dövlətlər meydana gəlmişdir. Bu dövlətlərə Şumer,
Aratta, Lullu, Kuti, Su, Elam, Akkad, Assur, Babil, Manna, Midiya, Hitit,
Urartu, Əhəməni, Saka və s. kimi dövlətlər daxildir.
Ceyms Çörçvorda görə Uyğur (Türküstanlı Türk) xalqının tarixi “ari
irq”lərin tarixidir. O yazır: “Həqiqətən də ari irqlərin toxumu Uyğurların
(Türküstan Türklərinin) soyundan gəlmədir. Çünki, ən qədim dövrlərdən
Uyğurlar Hindistanı və Avropanı zəncirvari şəkildə öz içərisinə almışdı”. Ari
irq olan Uyğurların (Turanlıların) Hindistana gəlişini eradan əvvəl 1500-cü
illərə aid edən Ceyms Çörçvord göstərir ki: “Uyğurlar Hindistana gəldikdən
sonra “ari irq” kimi tanındılar. Hindu ariləri Uyğurların bir qolunun soyundan
qələnlərdi. Midyalılar da onların davamı sayılırlar” (Ceyms Çörçvord,
göstərilən əsəri, İzmir 2008).
Turanlıların “Tufan”a qədər yaratdığı zəngin maddi və mənəvi
mədəniyyət Yer kürəsinin bir çox ərazilərinə yayılmış, ayrı-ayrı xalqların
mədəniyyətinin yaranması və təkamülündə əvəzsiz rol oynamışdır. Bir çox
müasir tədqiqatçılar qədim Şumerləri, Akkadları, Kutiləri, Turukkiləri,
Lulluları, Suları, Sakaları və Amerikanın yerli xalqları sayılan Maqavları,
Mayyaları, İnkləri, Keçuaları Türk hesab edir və onların “Tufan”dan sonra
yaratdıqları mədəniyyəti Türk mədəniyyəti sayırlar. Bu sadalananların qədim
Türklərlə etnik və dil qohumluğu barədə tədqiqatçılar mühüm elmi
mülahizələr irəli sürmüşlər.
İlk öncə Günəş İmperatorluğunun, daha sonra Böyük Turan
İmperatorluğunun süqutundan sonra 25 min illik həyatı ayrı-ayrı coğrafi
ərazilərdə və ayrı-ayrı coğrafi şərtlər içində keçən Türklər zaman-zaman
özlərinə məxsus milli mədəniyyətlərinin müəyyən bir qismini itirmişsələr də
əvəzində müəzzəm bir bəşəri mədəniyyətlər yaratmışlar.
Bəzi tarixçilər qədim Türklərin ana yurdunu Mu qitəsi və bu qitənin
Sakit okeana qərq olduqdan sonra Turan ovalığı, Baykal gölü, Ceyhun və
Sayhun çayları (Amu-Dərya və Sır-Dərya çayları) ətrafını, bəzilər Ural-Altay
və ya Kinqan dağları silsiləsinin doğu və batısını, bəzi antropoloqlar Tanrı
dağları bölgəsni, bəzi mədəniyyət tarixçiləri Baykal gölünün güney-batı
bölgəsini, bəziləri Xəzər dənizi ətraflarını, bəziləri indiki Monqolustan
ərazisini, bəziləri Orxon-Yenisey çayları hövzəsini, bəzi etnoloqlar İç
Asiyanın quzey bölgələrini, bəzi sənət tarixçiləri quzey-batı Asiyanı, bəziləri
Urmiya gölü ətrafı və Kür-Araz ovalığını, bəziləri qədim Mesopotamiyada
yerləşən Mosul və Kərkük bölgələrini və s. göstərmişlər. Bizcə bu
tədqiqatçarın hamısı haqlıdır. Çünki bütün bunlar Türklərin hələ ilk çağlardan
etibarən geniş bir sahəyə yayılmış olmaları və bu göstərilən ərazilərdə öz
bəşəri mədəniyyətlərini yaratması illə bağlıdır.
Həqiqətən də tarixən Türklərin böyük bir qismi Asiya qitəsində, kiçik
bir qismi isə Avropa, Afrika və hətta Amerika qitəsində yaşadığından və bu
geniş ərazidə, bu dörd qitənin hər birində dövlət və imperatorluqlar
qurmuş,bəşər mədəniyyətinə önəmli töhfələr vermişlər.
Türklər tarixən Ceyhun-Sayhun, Orxon-Yenisey, Kür-Araz, Volqa,
İrtış, Ob, Lena, Dunay, Dəclə və Fərat kimi böyük, Tobol, Anabar, Olenek,
Yana, İndiqirka, Kolumna, Abakan, Kürək, Qızılirmak, Çoruh, Sakarya,
Böyük və Kiçik Menderes, Nazlı, Çağata, Zərəfsan, İli, Çu, Sarısu, Qızılsu,
Narın, Qara Dərya, Çirçik, Aris, Anqren, Tekes, Kungəz, Keriya-Dərya,