İmperiyasının tarixini iki dövrə-qədim və yeni dövrə bölmək olar ki,
Mayyaların ən qədim dövrü də məhz Mu qitəsi və Günəş İmperiyası ilə
bağlıdır. Ceyms Çörçvord məşhur arxeoloq V. Nivenin Meksikada topladığı
2600-ə qədər gil lövhəni incələyərək belə qərara gəlmişdi ki, bu lövhələrin ən
azı 12 min ildən artıq yaşı var.
Mu xalqı qədim dünya mədəniyyətinin, maarifinin, elminin, təhsilinin
və ticarətinin də inkişafında əvəzsiz rol oynamışlar. Onların sayəsində onların
davamçıları olmuş Uyğur Türkləri Hind-Çində, Türküstanda,
Mesopatomiyada, Azərbaycanda qədim Mayalılar isə Orta Amerikada tarixdə
görünməmiş bir “Elm İmperatorluğu” qurmağa nail olmuşdular. Onlar
xüsusilə, riyaziyyat, astronomiya, həndəsə, fizika, kimya və memarlıq
sahəsində çox inkişaf etmiş, heyrətamiz irəliləyişlər əldə etmişdilər.
Tədqiqatçıların fikrincə “Mayyalıların öz zamanlarında yaratdıqları
rəsədxanalar XVIII əsrdəki Paris qülləsindən daha mükəmməl idi”.
Amerika Mayyalıları da Misirlilər kimi Günəş İmperatorluğundan əxz
etdikləri elm sayəsində sonsuzluq haqqında fikirlər yürütmüş, piramidaların
yaradıcısı olmuş, astronomik tablolar və riyazi bilgilərlə günün saatlarını və
ilin fəsillərini ölçüb-biçmişlər. Onlar dünya riyaziyyat tarixində “sıfırı” kəşf
edən, dünya tibb elmində ilk beyin əməliyyatı aparan xalq olmuşlar.
Mayyalıların mükəmməl Günəş və Ay təqvimləri, Veneranın vəziyyətini
göstərən dəqiq cədvəlləri olmuşdur. Tədqiqatçıların fikrincə Mayyalıların
müasir tibbin çox yaxın zamanlarda kəşf etdiyi “bakteriya” haqqında bilgiləri
olmuşdu. Mayyalılar kimya, biologiya və əczaçılıq elmləri sahəsində də çox
böyük uğurlar əldə etmişdilər. Ümumiyyətlə, Mayyalılar elmin müxtəlif
sahələrində mədəniyyətin ən yüksək zirvəsinə yüksəlmiş, xüsusilə tibb və
memarlıq sahəsində çox böyük uğurlar əldə etmişdilər. Mayyalıların ən
əzəmətli binaları Yükatanın ən böyük şəhəri olan Uxmaldadır. Arxeoloqlar
Yükatanda üst-üstə inşa edilən qədim 7 mərtəbəli binalara rast gəlmişlər.
Qədim Maya İmperatorluğu dövründə Mayalılar güclü mərkəzə sahib
deyildilər. İmperiya siyasi baxımdan ortaq din, mədəniyyət və yazıya malik
ayrı-ayrı ölkə və şəhər federasiyasından ibarət idi. Hər ölkə və şəhər öz
hökuməti tərəfindən idarə olunmuş, siyasətini özü tənzimləmiş, hər ölkə və
şəhər öz yaşayışını özü həll etmiş və hər ölkə və şəhərin sənətkarlıq
baxımından öz memarlıq üslubu olmuşdu. Bütün bunlarla yanaşı hər ölkə və
şəhər İmperiyanın bir hissəsi idi və bir təhlükə baş verdikdə bu federasiya
subyektləri mərkəzə tam bağlanır və İmperatorluğun iradəsinə tabe olurdu.
Qədim Mayalıların ən yüksək dini və siyasi gücü hökmdarda toplanmışdı.
Maya hökmdarı da Misir fironları kimi dini və hərbi hakimiyyətə malik idi.
Maya xalqı dini baxımdan öz hökmdarlarına böyük hörmət bəsləyirdi.
Hökmdardan aşağıda əsillilər sinfi, onlardan aşağıda elm adamları və
zadəganlar zümrəsi, daha sonra isə ən böyük zümrə olan sənətkarlar zümrəsi
gəlirdi. Qədim Mayyada köləlik olmamışdır. Maya İmperiyasının paytaxtı
Hiranipura şəhəri (Tədqiqatçıların fikrincə Hiranipura “Okeanda yaşayanların
yurdu” deməkdir-A.M.), əhalisi təqribən 30 milyon nəfər olmuşdu.
Ümumiyyətlə, Mayya mədəniyyəti və onların Türk tarixi ilə əlaqəsi
haqqında XX əsrin 20-30-cu illərində elmi araşdırmalar aparılsa da bu
araşdırmalar uzun zaman üzə çıxarılmamışdır. Bu baxımdan Türk alimi Sinan
Meydanın, Tatar alimləri Karamullin və Aribcanovun araşdırmalarını bu
pərdənin üstünü açan ilk təşəbbüslərdən saymaq olar. (Bax: Sinan Meydan,
Atatürk və Kayıp kıta Mu, Truva 2005; Vaprosı tyurkskoqo yazıkoznaniya,
Kazan 1976, səh. 129-143; M. Qordiyeva, İx toçka zreniya, Moskva 1976,
səh. 79-80).
Maya İmperatorluğunda yazıdan da istifadə edilmişdir. Tədqiqatçıların
fikrincə bu yazıların bəziləri Maya memarlığında simvolik rəsm ilə, bəziləri də
Uyğur-Maya hiyeqrafik yazı ilə yazılmışdır. Maya yazılarının ən önəmlisi
Mayalıların müqəddəs kitabı olan “Popol Vuh” əsəridir. Tədqiqatçılar
göstərirlər ki, dünyanın bütün dillərində qədim Maya sözləri vardır. Onların
fikrincə Yaponiyada işlədilən dilin yarısı, Meksika yerli dilinin yarıdan çoxu
Qara-Maya dilidir. Hindistanda yaşanan dilin də kökündə Nağa-Maya dili
dayanır. Misir dili də bu qəbildəndir. Qədim Misirdəki xalqlar Hindistandan
gələn Mayalılar və təxminən 16 min il öncə Atlantidadan gələn xalqlardan
ibarət olmuşdur. Qədim Misirlilər Günəş İmperiyasının müstəmləkəsi olmuş,
Günəş İmperiyası fəlakətə uğrayıb Sakit Okeana qərq olduqdan sonra Misir
müstəqil İmperiya olmuşdur.
Mu qitəsindən gəmilərlə, “Maya” adı ilə Hind-Çinə gəlmiş, burada
Nağa-Maya adı ilə böyük bir imperatorluq quraraq yüksək mədəniyyət
yaratmış Uyğurlar isə İmperiya dağıldıqdan sonra onların bir qismi gəmilərlə
Hindistandan qədim Kəngər körfəzinin (indiki Bəsrə və ya Fars körfəzinin)
şimalında, Fərat çayının sahillərində yerləşərək “Akkad”, daha sonra isə bütün
ətrafı tutaraq “Şumer” adını almışlar. Bəzi tədqiqatçılar Akkadları sami
xalqlardan hesab etsələr də Ceyms Çörçvord Akkadlarla Şumerləri eyni xalq
hesab edir və göstərir ki: “Akkad” sözü Nağa-Maya dilində “yumuşaq yer,
bataqlıq”, “Şumer” sözü isə “düz ərazi” deməkdir. (Bax: Ceyms Çörçvord,
göstərilən əsərləri). Alimin fikrincə qədim Yunanlıların yazılarında da Qara
Maya dilinə aid xeyli söz var. Əsl Yunanlar Ceymsin fikrincə-Atlantida yolu
ilə Orta Amerikadan gəlmiş, Anadolu, Balkan yarmadalarında və Egey
adalarında yurd salmışlar.