Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   17   18   19   20   21   22   23   24   ...   133

 
42 
 
Monteskyö yazırdı ki, hüquqi dövlətdə hamı qanun qarĢısında bərabər olmalı və qanuna ciddi Ģəkildə riayət 
edilməlidir: ―Azadlıq qanunun imkan verdiyi hər Ģeyi etmək hüququdur‖. Hakimiyyət tərəfindən özbaĢınalığın 
qarĢısını almaq üçün dövlət hakimiyyəti bir əldə cəmləĢdirilməməlidir; hakimiyyət dövlətin qanunverici, 
icraedici və məhkəmə orqanları arasında bölünməlidir və qoy onlardan hər biri digərinə nəzarət etsin və yanlıĢ 
addımlardan saxlasın. 
 
Monteskyönün konsepsiyası dövlət hüququ nəzəriyyəsinə böyük təsir göstərdi. O, Böyük Britaniyada 
konstitusyon inkiĢafa təsir etdi, sonra ABġ Konstitusiyasında öz parlaq əksini tapdı və daha sonralar müasir 
dünyanın, demək olar ki, bütün demokratik dövlətlərinin konstitusiyalarında öz yerini tutdu. 
 
 
 
ġARL DE MONTESKYÖ 
Ġngiltərənin dövlət quruluĢu haqqında (1748) 
 
 
Əgər hakimiyyətin bu üç növü: qanunları yaradan hakimiyyət... qərarları icra edən hakimiyyət 
və cinayətləri... mühakimə edən hakimiyyət eyni bir adamın şəxsində, yaxud əyanlardan, zadə-
ganlardan və ya sadə insanlardan təşkil edilmiş eyni bir idarənin şəxsində birləşsəydi, o zaman 
hər şey məhv olardı. 
 
 
Hər bir dövlətdə üç hakimiyyət növü var: qanunverici hakimiyyət, beynəlxalq hüquq məsələləriylə məĢğul olan 
icraedici hakimiyyət və mülki hüquq məsələlərinə baxan icraedici hakimiyyət. 
 
Birinci hakimiyyətin əsasında hökmdar, yaxud idarə müvəqqəti, yaxud daimi qanunlar yaradır, qanunlarda 
düzəliĢlər aparır, yaxud mövcud qanunları ləğv edir, ikinci hakimiyyətin əsasında müharibə elan edir, yaxud sülh 
bağlayır, səfirləri göndərir, yaxud qəbul edir, təhlükəsizliyi təmin edir, basqınların qarĢısını alır, üçüncü 
hakimiyyət əsasında  cinayətləri cəzalandırır və fiziki Ģəxslərin ixtilaflarını həll edir. Axırıncı hakimiyyəti 
məhkəmə hakimiyyəti, ikincisini isə sadəcə olaraq dövlətin icraedici hakimiyyəti adlandırmaq olar. 
 
VətəndaĢ üçün siyasi azadlıq onun öz təhlükəsizliyinə olan inama əsaslanan ruhi sakitliyi deməkdir. Belə bir 
azadlığa malik olmaq üçün elə bir idarəetmə zəruridir ki, onun dövründə bir vətəndaĢ o biri vətəndaĢdan 
qorxmaya bilsin.  
 
Əgər qanunverici və icraedici hakimiyyətlər bir Ģəxsin, yaxud idarənin timsalında birləĢsə, bu zaman 
azadlıq olmayacaqdır, belə ki, bu hökmdarın, yaxud senatın müstəbid qanunlar yaradacağı və bunları 
müstəbidcəsinə tətbiq edəcəyi təhlükəsi yaranacaqdır.  
 
Məhkəmə hakimiyyəti qanunverici və icraedici hakimiyyətdən ayrılmadığı halda da azadlıq 
olmayacaqdır. Əgər o, qanunverici hakimiyyətlə birləĢdirilibsə, bu halda vətəndaĢların həyatı və azadlığı 
özbaĢınalığın hakimiyyəti altına düĢəcəkdir, çünki hakim həm də qanunverici olacaqdır. Əgər məhkəmə 
hakimiyyəti icraedici hakimiyyətlə birləĢibsə, bu halda hakim müstəbid olmaq imkanı əldə edəcəkdir.  
 
Əgər hakimiyyətin bu üç növü: qanunları yaradan hakimiyyət, ümumdövlət xarakterli qərarları icra edən 
hakimiyyət və cinayətləri, yaxud xüsusi Ģəxslərin mülki iddialarını mühakimə edən hakimiyyət eyni bir adamın 
Ģəxsində, yaxud əyanlardan, zadəganlardan və ya sadə insanlardan təĢkil edilmiĢ eyni bir idarənin Ģəxsində 
birləĢsəydi, o zaman hər Ģey məhv olardı.  
 
Avropa dövlətlərinin əksəriyyətində mötədil idarə üsulu qurulmuĢdur, çünki onların hökmdarları ilk iki 
hakimiyyəti öz əllərində saxlasalar da, üçüncü hakimiyyəti idarə etməyi öz təbəələrinin ixtiyarına vermiĢlər.  
 
Bu üç hakimiyyətin sultanın Ģəxsində birləĢdiyi Türkdə dəhĢətli istibdad hökm sürür. Bu üç hakimiyyətin 
birləĢdiyi Ġtaliya respublikalarında da azadlıq bizim monarxiyalarımızdakından azdır. Buna görə hökumətin 
özünü qorumaq məqsədilə türklərdəki kimi qəddar tədbirlərə ehtiyacı vardır — dövlət inkvizitorları və hər bir 
xəbərçinin hər hansı vaxt öz ittihamedici qeydini sala biləcəyi qutu da buna dəlalət edir. 
 


 
43 
Təsəvvür edin ki, belə bir respublikanın vətəndaĢı necə vəziyyətdədir. Orada hər bir təsisat qanunların icraedicisi 
rolunda qanunverici kimi özünə verdiyi tam hakimiyyətə malikdir. O, hamıya məcburi olan qanunlar 
formasındakı iradəsiylə bütün dövləti dağıda bilər; bundan əlavə, məhkəmə hakimiyyətinə malik olmaqla, tək-tək 
hökmlər formasına salınmıĢ iradəsiylə hər bir vətəndaĢı məhv edə bilər.  
 
Hakimiyyətin hər üç təzahür forması burada qırılmaz vəhdətdədir; burada müstəbid hökmdarı fərqləndirən zahiri 
dəbdəbə olmasa da, onun ruhu hər an hiss edilir. Buna görə müstəbidliyə can atan hökmdarlar həmiĢə ayrı-ayrı 
hakimiyyətləri öz Ģəxslərində birləĢdirməkdən, Avropanın bir çox kralları isə dövlətdəki bütün baĢlıca vəzifələri 
öz əllərinə keçirməkdən baĢlayırlar... 
 
Məhkəmə hakimiyyəti daimi fəaliyyət göstərən senata deyil, ilin müəyyən dövrlərində qanunda göstərilmiĢ üsul 
üzrə, fəaliyyəti zərurilik tələbləriylə müəyyən olunan məhkəmənin təĢkil edilməsi üçün xalqın içindən cəlb 
olunmuĢ Ģəxslərə həvalə edilməlidir.  
 
Beləliklə, insanlar üçün bu qədər qorxulu olan məhkəmə hakimiyyəti nə məlum vəziyyət, nə də məlum peĢə ilə 
bağlı olacaqdır; o, necə deyərlər, gözəgörünməz və sanki qeyri-mövcud olacaqdır. Ġnsanlar hakimləri gözləri 
qarĢısında daim görməyəcəklər və artıq hakimlərdən deyil, məhkəmədən qorxacaqlar.  
 
Hətta zəruridir ki, mühüm ittihamlar zamanı cinayətkarın qanun əsasında öz hakimlərini  seçmək hüququ olsun
yaxud heç olmazsa onları elə əhəmiyyətli sayda rədd etmək hüququ olsun ki, yerdə qalanlarına özünün seçdiyi 
Ģəxslər kimi baxa bilsin.  
 
Digər iki hakimiyyəti isə vəzifəli Ģəxslərə, yaxud daimi idarələrə həvalə etmək olar, belə ki, bunlar heç bir fiziki 
Ģəxsə aid deyil, onlardan biri yalnız dövlətin ümumi iradəsinin ifadəsi, digəri isə bu iradənin icraedici orqanıdır.  
 
Əgər məhkəmənin tərkibi dəyiĢməz olmamalıdırsa, onun hökmlərində elə bir sabitlik hökm sürməlidir ki, həmin 
hökmlər həmiĢə qanun mətnlərinin dəqiq tətbiqindən ibarət olsun. Əgər onlarda yalnız hakimin Ģəxsi mülahizəsi 
ifadə edilsəydi, o zaman insanların yaĢadıqları cəmiyyətin onların öhdəsinə qoyduğu vəzifələr haqqında dəqiq 
təsəvvürləri olmazdı. 
 
Hətta lazımdır ki, hakimlər müttəhimlə eyni ictimai vəziyyətdə, ona bərabər olsunlar ki, müttəhim onu 
sıxıĢdırmaq meylində olan adamların əlinə düĢdüyünü düĢünməsin.  
 
Əgər qanunverici hakimiyyət icraedici hakimiyyətə öz davranıĢlarına təminat verə bilən vətəndaĢları həbsxanaya 
salmaq hüququ verərsə, azadlıq məhv olacaqdır, yalnız bu hallar istisna edilə bilər ki, adamı cinayət törətmək 
üzrə təxirə salmadan, dərhal məsuliyyətə cəlb etmək üçün həbsə alırlar. Bu halda həbs edilənlər əslində azaddır, 
çünki onlar yalnız qanunun hakimiyyətinə tabedir.  
 
Nəzərə alınsa ki, azad dövlətdə azad hesab edilən hər bir insan özü özünü idarə etməlidir, bu halda qanunverici 
hakimiyyət orada bütün xalqa məxsus olmalı idi. Lakin bu, böyük dövlətlərdə qeyri-mümkün, kiçik dövlətlərdə 
isə böyük narahatlıqlarla bağlı olduğundan, zəruridir ki, xalq özü edə bilmədiyi Ģeylərin hamısını nümayəndələri 
vasitəsilə etsin... 
 
Öz dairəsində nümayəndələri seçmək üçün səs vermək hüququna bütün vətəndaĢlar malik olmalıdır, yalnız 
vəziyyətlərinin son dərəcə aĢağı olması səbəbindən Ģəxsi iradəyə qadir olmayan insanlar kimi baxılan vətəndaĢlar 
istisna edilə bilər.  
 
Qədim respublikaların əksəriyyətinin böyük bir nöqsanı var idi: orada xalq qətiyyən bacarmadığı icraedici 
fəaliyyətlə bağlı fəal qərarlar qəbul etmək hüququna malik idi. Onun idarəçilikdəki bütün iĢtirakı öz nümayən-
dələrini seçmək hüququ ilə məhdudlaĢdırılmalıdır... 
 
Nümayəndələr məclisini seçmək təkcə ona görə zəruri deyil ki, bu məclis hansısa fəal qərarlar çıxarsın (bu 
vəzifəni o, yaxĢı yerinə yetirmək iqtidarında deyildir), bu əsasən ona görə zəruridir ki, məclis qanunları yaratsın, 
yaxud artıq yaratdığı qanunlara necə əməl olunduğuna nəzarət etsin (bu vəzifəni o və yalnız o, yaxĢı yerinə yetirə 
bilər). 
 
Hər bir dövlətdə həmiĢə öz mənĢəyinin, var-dövlətinin, yaxud Ģan-Ģövkətinin üstünlükləriylə seçilən adamlar 
olur; əgər onlar xalqa qarıĢsaydılar, əgər hamı kimi onların da hərəsinin yalnız bir səsi olsaydı, bu halda ümumi 
azadlıq onlar üçün köləlik olardı və onlar bu azadlığı qorumaqda maraqlı olmazdılar, belə ki, qərarların 
əksəriyyəti onlara qarĢı yönəlmiĢ olardı. Buna görə onların qanunvericilikdəki iĢtirak payı dövlətdə malik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə