Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   15   16   17   18   19   20   21   22   ...   133

 
38 
 
Dövlət, məncə, yalnız mülki nemətləri qorumaq və artırmaq üçün qurulmuĢ insanlar toplumudur. 
 
Mülki nemətlər dedikdə mən həyat, azadlıq, bədən sağlamlığı və fiziki iztirabların olmamasını, torpaq, pul, 
avadanlıq və s. kimi zahiri Ģeylərə malik olmağı nəzərdə tuturam. 
 
Bu gündəlik həyata məxsus olan Ģeylərə həm bütün xalqın, həm də hər bir vətəndaĢın ayrılıqda hüququnun təmin 
edilməsi və tam qorunması hamı üçün mütləq olan qanunlara arxalanan mülki hökmdarın borcudur... 
 
Hökmdarın bütün yurisdiksiyasının yalnız bu mülki nemətlərə Ģamil edilməsini... və heç bir halda ruhun xilasına 
Ģamil olunmaması və oluna bilməməsini, məncə, aĢağıdakılar aydın göstərir: 
 
Birincisi, ruhun xilası haqqında qayğı mülki hökmdara heç də baĢqalarından daha artıq aid deyildir. Allah bunu 
ona tapĢırmamıĢdır, çünki heç yerdə deyilmir ki, Allah insanlara baĢqalarını zorla yad dinə döndərmək hüququ 
vermiĢdir. Və adamlar da hökmdara bu cür hakimiyyət verə bilməzlər, çünki o, təbəənin əbədi xilas qayğısına bu 
dərəcədə laqeyd qala bilməz ki, istər hökmdarın, istərsə məsləhət bildiyi sitayiĢi, ya dini müti Ģəkildə qəbul etsin. 
Çünki heç kəs başqasının göstərişi ilə (hətta istəsə belə) inana bilməz, axı əsl və xilasedici dinin gücü və mənası 
məhz etiqaddadır
 
İkincisi, ruh haqqında qayğı mülki hökmdara aid edilə bilməz, çünki onun bütün hakimiyyəti məcburiyyətə 
əsaslanır. Əsl və xilasedici din isə ruhun dərin daxili inamından ibarətdir, onsuz Allahın gözündə heç nə güclü 
deyildir; insan ağlının təbiəti elədir ki, heç bir xarici qüvvə onu nəyəsə məcbur edə bilməz. 
 
Lakin sən deyə bilərsən ki, hökmdar ağlın dəlillərindən istifadə edə və bununla da baĢqa dinə inananları həqiqətə 
tərəf döndərə və onları xilas edə bilər. Qoy belə olsun, ancaq o burada digərlərindən heç nə ilə fərqlənmir: əgər o, 
nəsihət verməyə, yol göstərməyə və ağlın dəlilləri ilə azmıĢları həqiqət yoluna dəvət etməyə baĢlasa, hər bir 
vicdanlı adamın etməli olduğunu edəcəkdir... 
 
Üçüncüsü, ruhun xilas edilməsi haqqında qayğı heç bir halda mülki hökmdara aid ola bilməz, əgər razılaĢsaq da 
ki, qanunların nüfuzu və cəzanın gücü ağlın döndərilməsinə yardım edərək kəsərli ola bilərdi, hətta bu da ruhun 
xilas edilməsinə yardımçı ola bilməzdi. Çünki əgər yalnız dinlərdən biri həqiqidirsə, yalnız bir yol əbədi xoĢbəxt-
liyə aparırsa, onda adamlara yalnız bir imkan verilirsə, ümid varmı ki, haqq yoluna daha çox adam gələcəkdir: 
ağlın və vicdanın tələblərinin əksinə olaraq hökmdarın  inandığı təlimə kor-koranə riayət etmək və yalnız 
əcdadların göstərdiyi qaydada Allaha sitayiş etmək haqdırmı?.. 
 
Ġndi baxaq görək kilsə nə deməkdir? Mənə görə, kilsə insanların azad birliyidir. Onlar könüllü birləĢiblər ki, 
birlikdə, öz əqidələrinə görə düzgün yolla Allaha sitayiĢ etsinlər. Onlar əmindirlər ki, bu yola onları Allah gətirib 
və ruhlarının xilas olmasına yardım edəcəkdir. 
 
Mən təkrar edirəm ki, bu, azad və könüllü birlikdir. Heç kəs hansısa kilsənin üzvü kimi doğulmur, yoxsa dədə-
babaların inamı torpaq mülkiyyəti ilə birlikdə varislik hüququ əsasında keçərdi və hər kəs inamına görə öz 
doğumuna borclu olardı; bundan cəfəng şey düşünmək mümkün deyil. ĠĢ belədir. Əvvəldən heç bir kilsəyə, heç 
bir sektaya bağlanmamıĢ insan könüllü olaraq elə birliyə qoĢulur ki, orada Allaha xoĢ gələn, əsl dini və ayinləri 
tapdığına inanır. Onun orada tapdığı xilasa ümid kilsəyə daxil olması üçün yeganə səbəbdir, insanın orada qalıb-
qalmaması da məhz bu ümidlə müəyyənləĢdirilir. Əgər o, birdən təlimdə nə isə yanlıĢlıq, yaxud ayinlərdə 
uyğunsuzluq aĢkar edərsə, onda mütləq elə hüquqa malik olmalıdır ki, oraya sərbəst daxil olduğu kimi, istənilən 
vaxt da sərbəst çıxa bilsin... 
 
Ġndi də araĢdırmalıyıq ki, kilsənin hakimiyyəti nədir və o, hansı qanunlara tabedir? 
 
Madam ki heç bir birlik (nə qədər azad olsa da)...  qanunlara söykənməsə dərhal dağılar və yox olar, onda 
kilsənin də öz qanunları olmalıdır ki, yığıncaqların yerinə və keçirilməsi vaxtına dair müəyyən qayda gözlənilsin, 
qəbul və xaric etmək üçün Ģərtlər, nəhayət, bütün vəzifələr, onların yerinə yetirilməsi qaydaları və s. müəyyən 
edilsin. Bu birlik könüllüdür və deyildiyi kimi, hər hansı zor və məcburiyyətdən azaddır, buradan belə nəticə çıxır 
ki, qanunların yaradılması hüququ birlikdən baĢqa heç kəsə verilə bilməz, yaxud baĢqa yol olmadıqda birlik bunu 
ümumi razılıqla kiməsə tapĢıra bilər... 
 
Dini birliyin məqsədi, artıq deyildiyi kimi, Allaha birlikdə sitayiĢ etməkdən və bunun müqabilində əbədi həyat 
əldə etməkdən ibarətdir.  Buna görə də bütün təlim məhz bununla kifayətlənməli, kilsə qanunları bu çərçivələrdə 
fəaliyyət göstərməlidir. Bu birlikdə heç vaxt mülki nemətlərin, bəĢəri nemətlərin əldə olunmasından söhbət 


 
39 
getmir və gedə də bilməz; burada heç vaxt heç bir səbəblə bağlı bütövlükdə mülki hökmdarın səlahiyyətinə daxil 
olan zor tətbiq edilməməlidir... 
 
Sən deyə bilərsən ki, əgər heç bir məcburiyyət yoxdursa, kilsə qanunlarının təsir qüvvəsini hansı sanksiya təmin 
edə bilər? Cavab verirəm: elə Ģeylər ki, əgər onlar ürəyin dərinliklərində özünə yer eləməyibsə və vicdanla tam 
razılığa gəlməyibsə, onda formal sitayiĢin və hörmətin heç bir əhəmiyyəti yoxdur, bu isə o deməkdir ki, yola-
gətirmə, tövsiyə, məsləhət, öyüd — bu birliyin üzvlərini öz borcları çərçivəsində saxlamalı olan silah budur. Əgər 
bu vasitələr günahkarları islah etməsə və yanılanları haqq yoluna qaytarmasa, inadkarlıq edənləri və müqavimət 
göstərənləri, düzəlmək ümidi olmayanları birlikdən xaric edib qovmaqdan baĢqa bir Ģey qalmır. Bu, hər hansı 
digər cəza tədbirinə malik olmayan kilsə hakimiyyəti zorakılığının yüksək və ifrat ifadəsidir, bundan baĢqa, 
kəsilmiĢ bədən üzvünün bədənlə əlaqəsi qırıldığı kimi, haqqında hökm çıxarılmıĢ adam da daha bu kilsənin bir 
hissəsi deyildir. 
 
Bunu müəyyən edərək sonra baxaq görək dini dözümlülük qarĢısında hər kəs hansı öhdəlikləri daĢıyır. 
 
Birincisi, mən bildirirəm ki, heç bir kilsə, dini dözümlülük prinsipi əsasında öyüdlərə baxmayaraq, daim birliyin 
qanunlarını pozan bir adamı öz qoynunda saxlamağa borclu deyildir; çünki əgər kiməsə cəzasızlıq Ģəraitində 
qanunları pozmaq imkanı verilsə, onda birlik məhv olacaqdır, ona görə ki, bu qanunlar birləĢməni Ģərtləndirən, 
həm də bərkidən yeganə amildir. Lakin imkan verilməməlidir ki, kilsədən qovulma haqqında qərar təhqiredici 
sözlər, yaxud zor hərəkətləri ilə müĢayiət olunsun... 
 
İkincisi, heç bir Ģəxs baĢqasının mülki nemətlərinə yalnız onun istəmədiyi din və ayinlərdən imtina etdiyinə görə 
heç bir halda təcavüz etməməli, yaxud ona ziyan vurmamalıdır. Bu adamın bütün insani və mülki hüquqları 
müqəddəscəsinə gözlənilməlidir, çünki onların dinə dəxli yoxdur — xristian, yaxud bütpərəst olmasından asılı 
olmayaraq heç bir zora və qanunsuzluğa yol verilməməlidir. Xeyirxahlıq və insanpərvərlik borcu hüquqi 
yanaĢmadan da üstün olmalıdır. Bunu Ġncil buyurur, bunu ağıl və bəĢəriyyət arasında təbiət tərəfindən bərqərar 
edilmiĢ ittifaq tələb edir. Əgər kimsə haqq yolundan çəkilirsə, bu, yalnız onun özünün bədbəxtliyidir, sənin üçün 
isə heç bir zərər yetirə bilməz; buradan da o, sənin tərəfindən təhqirlərə məruz qalmamalıdır, yalnız sənin onun 
gələcək həyatının puçluğuna inandığına görə bu dünyanın nemətlərindən məhrum olmamalıdır. 
 
Din məsələlərində bir-biriylə razılaĢmayan fərdlərin qarĢılıqlı dini dözümlülüyü haqqında dediklərimi ayrı-ayrı 
kilsələr haqqında da demək istəyirəm. Bu kilsələr bir-birinə münasibətdə müəyyən mənada fərdi Ģəxslərdir və 
onlardan heç biri (hətta, məsələn, mülki hökmdarın bu kilsəyə deyil, digərinə aid olduğu halda da) digərinə 
münasibətdə heç bir üstün hüquqa malik deyildir... 
 
Bunu nümunə ilə göstərmək üçün, tutalım, Konstantinopolda iki kilsə mövcuddur: biri remonstrantlara(1), digəri 
antiremonstrantlara(2) məxsusdur. Kimsə deyə bilərmi ki, onlardan biri digərlərini onunla razılaĢmadıqlarına, 
baĢqa təlimə və ayinlərə riayət etdiklərinə görə (baĢqa yerlərdə gördüyümüz kimi) azadlıqdan məhrum, yaxud 
əmlakını əlindən ala, sürgün edə, yaxud ölümlə cəzalandıra bilər? Türk isə xristianların bir-birini necə 
amansızlıqla və qəddarcasına qırdıqlarına kənardan baxaraq sakitcə gülümsəyərdi. Əgər bu kilsələrdən birinin 
digərini təqib etmək üçün hakimiyyəti varsa, onda  soruĢmaq istəyirəm ki, ikisindən hansı biri və hansı haqla? 
Əlbəttə, mənə cavab verəcəklər ki, ortodokslar  azmıĢlara, yəni dönüklərə qarĢı. Ancaq bu təmtəraqlı və gözəl 
sözlər əslində heç nə demək deyildir. Ġstənilən kilsə özü üçün ortodoksal, baĢqaları üçün dönükdür, ona görə ki, 
hər biri inandıqlarına həqiqət, əks baxıĢlara isə yanlıĢlıq kimi baxır. Beləliklə, ehkamların həqiqiliyi, ayinlərin 
düzgünlüyü haqqında mübahisələrdə hər iki kilsə eyni dəlillərə əsaslanır və hökmdar düzgün hökm çıxara bilmir, 
heç belə hökmdar nə Konstantinopolda, nə də ümumiyyətlə, yer üzündə var. Hökm yalnız bütün insanlar 
üzərində məhkəmə quran Yeganə Ali Hökmdarındir və yolunu azmıĢı yalnız o özü günahlandıra bilər...  
 
Ancaq təsəvvür et ki, mülki hökmdar tərəflərdən birinə rəğbət bəsləyir və öz qılıncını ona verməyə hazırdır ki, 
baĢqa cür inananları onun razılığı ilə azad Ģəkildə təqib etsin. Məgər kimsə deyə bilərmi ki, xristian kilsəsi türk 
sultanından öz qardaĢlarına qarĢı hansısa hüquq ala bilər? Kafir öz hakimiyyəti ilə dini ehkamlara görə xristian-
ları cəzalandıra, bundan da baĢqa, hər hansı xristian birliyinə özünün malik olmadığı elə hakimiyyət və hüququ 
verə bilməz.  Təsəvvür et ki, xristian krallığında da vəziyyət belədir. Mülki hakimiyyət hər yerdə öz-özlüyündə 
qalır və kilsəyə xristian hökmdarın dövründə bütpərəst hökmdarın dövründəkindən çox və ümumiyyətlə, heç bir 
iqtidar verə bilməz. Yeri gəlmiĢkən, çox maraqlıdır ki, haqqın bu cəsur xidmətçiləri, yanlıĢlıqları dağıdanlar, 
parçalanmaya dözümsüzlər bütün vücudları ilə keçirdikləri dini yanğılarını, mülki hökmdarın xeyir-dua verdiyi 
hallar istisna olmaqla, demək olar ki, heç vaxt nümayiĢ etdirmirlər. Onlar hökmdarın rəğbəti və yardımı ilə 
güclənən kimi, sülh pozulur və xristian insanpərvərliyi yox olur, bu yardım olmayanda isə qarĢılıqlı dözümlülüyə 
riayət etməyə məcbur olurlar... 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə