Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   14   15   16   17   18   19   20   21   ...   133

 
36 
mümkün olsun. Və beləliklə, bu cür insan necə adlanmasından (çar, sahib, senyor, yaxud daha baĢqa cür) asılı 
olmayaraq o onun hakimiyyəti altında olanlarla nisbətdə necə təbii vəziyyətdədirsə, bütün qalan insanlıqla 
nisbətdə də eyni dərəcədə təbii vəziyyətdədir. Axı iki insanın daimi qaydaları, kimin haqlı olduğu barədəki 
mübahisələrini həll edəcək dünyada ümumi hakimləri yoxdursa, deməli, onlar hələ də təbii vəziyyətdədirlər və 
bunun bütün narahatlıqlarını duyurlar, təbəə üçün, daha düzgün desək, hakimi-mütləqin qulu üçün bir kədərli 
fərqlə ki, adi təbii vəziyyətdə o öz hüququ barədə danıĢmaq və onu var gücüylə qoruyub saxlamaq cəhdində tam 
azaddır; indi isə onun mülkiyyətinin taleyi hökmdarın iradəsindən və Ģıltağından asılı olduğundan, o nəinki heç 
yerə müraciət edə bilmir, həm də Ģüurlu varlıqların adi vəziyyətindən də bir pillə aĢağıda durubmuĢ kimi öz 
hüququ barədə danıĢmaq və onu müdafiə etmək azadlığından məhrumdur;  beləliklə də o, heç nə ilə məhdud-
laĢmayan təbii vəziyyətdə yaĢayan, üstəlik də təriflərlə və hakimiyyətlə pozulmuĢ adamdan gözlənilə biləcək hər 
cür fəlakət və narahatlıqlar qarĢısında büsbütün acizdir. 
 
Mütləq hakimiyyətin insanların qanını saflaĢdırdığını və insan təbiətinin alçaqlığını islah etdiyini düĢünən hər 
kəsin bizim, yaxud hər hansı dövrün tarixini oxuması kifayətdir ki, bunun əksinə əmin olsun. Amerika 
meĢələrində azğın və ədalətsiz olanlar taxt-taca yiyələndikdən sonra çətin ki, bundan yaxĢı ola biləydilər, əlbəttə, 
bu zaman elmi və dini köməyə çağıracaqlar ki, onun öz tələbləri barədə törətdiklərinə haqq qazandırsınlar, buna 
Ģübhə edənləri isə qılınc dərhal susmağa məcbur edəcəkdir. Mütləq monarxiyanın müdafiəsinin nələrə gətirib 
çıxardığını, hökmdarlardan necə millət atası düzəltdiyini və bu növ idarəçiliyin öz zirvəsinə çatdığı mülki 
cəmiyyəti necə bir ―səadət və təhlükəsizliyə‖ yetirdiyini bilmək üçün Seylon haqqındakı yaxın zamanların 
hekayəsi ilə (Robert Noksun kitabı — red.) tanıĢ olmaq kifayətdir. 
 
Doğrudur, dünyada mövcud olan digər idarəçilik formalarında olduğu kimi, mütləq monarxiyada da təbəələrin 
qanuna müraciət hüququ var, hakimlər isə hər hansı mübahisələri həll etməklə təbəələr arasında baĢ verə biləcək 
hər hansı zorakılığın qarĢısını ala bilər. 
 
Hər kəs bu cür vəziyyəti zəruri hesab edir və inanır ki, bunu məhv etməyə çalıĢan Ģəxs cəmiyyətin və insanlığın 
qəddar düĢmənidir və ağlı baĢında olan adam heç vaxt öz Ģəxsi hüququnun məsuliyyətini öz üzərinə götürməz və 
öz Ģəxsi qərarı ilə bu hüququ müdafiə etməz. Bir halda ki hər bir insan özünə, eləcə də sevdiyi adamlara 
münasibətdə tərəfgirliyə yol verir, umu-küsülərin və xoĢagəlməz hadisələrin də sonu görünməyəcək. Əlbəttə, 
insanlar bir yerdə ümumi razılığa gəlib rəhbərlik üçün müəyyən adamları seçməsələr və hər Ģeyi bu seçilmiĢ 
adamlar həll etməsələr, onda onların razılığı olmadan bir adamın o birinin ağası, yaxud hakimi olmasına heç bir 
əsas qalmayacaq. 
 
Lakin bu, insanlığa və cəmiyyətə olan əsl məhəbbətdən, bir-birimizə bəsləməyə borclu olduğumuz mərhəmət 
hissindənmi irəli gəlir? Buna inanmaq çətindir. Axı bu ona oxĢayır ki, öz qüdrətini, öz mənfəətini, yaxud öz 
əzəmətini sevən hər bir insan özünün əylənməsi və mənfəəti naminə tər töküb can qoyan heyvanların bir-birinə 
ziyan vurmasına, yaxud bir-birini məhv etməsinə yol vermir və təbii ki, elə yol verməməlidir; bu heyvanların da 
qayğısına ağanın onları guya sevdiyinə görə deyil, baĢqa səbəbə — ağanın özünə olan məhəbbətinə və bu 
heyvanların ağaya verdiyi mənfəətə görə qalırlar. 
 
Bircə soruĢmaq qalır ki, bu cür vəziyyətdə bu mütləq hakimin zorakılığına və zülmünə qarĢı hansı müdafiədən, 
hansı mühafizədən söhbət gedə bilər? Artıq bu sualın özü yolverilməz görünə bilər. Və onlar sizə cavab verməyə 
hazırdırlar ki, elə təhlükəsizlik barədəki xahiĢin özünə görə ölüm cəzası düĢür. Və onlar razılaĢacaqlar ki, təbəə 
ilə təbəə arasında qarĢılıqlı barıĢıq və təhlükəsizlik naminə qaydalar, qanunlar və hakimlər olmalıdır. Lakin 
hökmdara aid bütün Ģeylərdə o, hakimi-mütləq olmalı, bütün hal və vəziyyətlərdən yüksəkdə durmalıdır; bir 
halda ki o, hamıdan çox ziyan vurmaq və hamıdan çox pislik eləmək imkanları və hüququna malikdir, demək, o, 
bunları edəndə heç bir ədalətsizlik baĢ vermir. Siz soruĢsanız ki, bu ən güclü əlin törətdiyi zərərdən necə 
qorunmaq olar, bunu sui-qəsd və qiyam səsi hesab edərlər. Belə çıxır ki, insanlar təbii vəziyyəti buraxıb 
cəmiyyətə daxil olduqda guya razılığa gəliblər ki, bir nəfərdən baĢqa hamı qanunlara əməl etməlidir və yalnız 
həmin o bir nəfər əvvəlki kimi təbii vəziyyətin hakimiyyətlə birgə böyüyüb pozğunluğa çevrilən bütün 
azadlıqlarını özündə saxlamalıdır. Bu ona oxĢayır ki, guya insanlar o qədər axmaqdırlar ki, safsar, yaxud 
tülkülərin vurduğu ziyandan yaxa qurtarmağa çalıĢır, onları Ģirlər basıb yeyəndə isə bundan çox razı qalır və hətta 
özlərini təhlükəsizlikdə hiss edirlər... 
 
 
―İdarəçilik haqqında iki traktat‖ 
 
 
 
 


 
37 
10. CON LOKK 
Vicdan azadlığı haqqında 
 
 
 
Ġnsanın Ģəxsi əqidəyə (hətta yanlıĢ olsa belə), təkrarsız daxili aləmə malik olmaq hüququnu dərk etməsi Qərbi 
Avropanın ictimai Ģüurunda dini reformasiya uğrunda kütləvi hərəkat dövründə yayılmağa baĢlamıĢdır. Burada 
çoxsaylı protestant cərəyanlarının və təriqətlərin meydana gəlməsi, təriqətçilərin öz əqidələrini inadkarlıqla 
müdafiə etməsi cəmiyyətdə dini dözümlülük ideyasının yaranmasına, vahid dövlət dininin tətbiqindən imtina 
edilməsinə səbəb oldu. Hələ Birinci Ġngiltərə inqilabının gediĢində independent və leveller partiyaları əsas 
tələblərdən biri kimi etiqad azadlığını irəli sürürdülər. 
 
Lokkun ―Dini dözümlülük haqqında məktub‖u demokratik ədəbiyyatın klassik əsərlərindən hesab olunur. Ġnsanın 
öz müqəddəratını təyin etməsinin tərəfdarı olan Lokk dini etiqad azadlığını dövlətin insanı məhrum edə 
bilməyəcəyi əsas ―təbii hüquq‖lardan biri kimi qəbul edirdi.  Lokk ―Dini dözümlülük haqqında məktub‖u 1685-ci 
ildə Hollandiyada mühacirətdə olarkən yazmıĢdır. Məhz bu vaxt Fransa kralı XIV Lüdovik protestantlara dini 
etiqad azadlığı verən Nant Ediktini (1598) ləğv etmiĢ, bunun nəticəsində Fransanı 200 minə yaxın protestant tərk 
etmiĢdi. ―Dini dözümlülük haqqında məktub‖ ġanlı Ġngiltərə inqilabının qələbəsindən və ingilis demokratlarının 
bir neçə nəslinin uğrunda uzun müddət mübarizə apardığı ―Dini dözümlülük haqqında akt‖ qəbul olunandan 
sonra — 1698-ci ildə Ġngiltərədə dərc olunmuĢdur. Lokk ―Dini dözümlülük haqqında məktub‖unda qızğınlıqla 
kilsənin dövlətdən ayrılması və dini etiqad azadlığı uğrunda çıxıĢ edib. Lokkun fikrincə, bu azadlıq yalnız 
protestant təriqətlərinə aid olmalı və katoliklərə Ģamil edilməməli idi. Ġngiltərədə katoliklərin və yəhudilərin Ģəxsi 
və siyasi hüquqlarının məhdudlaĢdırılması ondan sonra 150 il davam etmiĢdir. 
 
 
 
 
CON LOKK 
Dini dözümlülük haqqında məktub (1685) 
 
 
Və qoy heç kəs xristianlığa bu qədər yad olan amansız təqibləri dövlətə 
qayğı və qanunların yerinə yetirilməsi adı altında gizlətməsin və əksinə, qoy 
heç kəs başqa dinə istinadla pərdələnərək özü üçün tam hərəkət azadlığı və 
cəzasızlıq mühiti yaratmağa çalışmasın... 
 
 
Remonstrantlar kollegiyasında ilahiyyat professoru,  
tiraniyanın düşməni, amsterdamlı cənab möhtərəm Limborxa sülhün dostu və zülmün 
düşməni ingilis Con Lokkdan 
 
 
Hörmətli cənab, xristianların qarĢılıqlı dini dözümlülüyü haqqında mənim fikrimə dair sənin sualına qısa cavab 
verirəm: mən onu əsl kilsənin əsas meyarı sayıram... Əgər insanları od və qılıncla məlum ehkamlara etiqad 
etməyə və onları yad ibadətləri yerinə yetirməyə məcbur etmək lazım gəlirsə və bu zaman onların mənəviyyatı 
haqqında  fikirləĢilmirsə, əgər kimsə baĢqa dinə qulluq edənləri inanmadıqları Ģeyə etiqad etməyə məcbur edərək 
öz dininə döndərirsə, Ġncilin ona inanan xristianlara icazə vermədiyi Ģeyləri etməyə imkan yaradırsa, onda mən 
Ģübhə etmirəm ki, belə adam özünün etdiyinə etiqad bəsləyənlərdən ibarət böyük insan kütləsi əldə etməyə 
çalıĢır; lakin kim inanar ki, o, xristian kilsəsi yaratmaq istəyir?.. 
 
Və qoy heç kəs xristianlığa bu qədər yad olan amansız təqibləri dövlətə qayğı və qanunların yerinə yetirilməsi adı 
altında gizlətməsin və əksinə, qoy heç kəs baĢqa dinə istinadla pərdələnərək özü üçün tam hərəkət azadlığı və 
cəzasızlıq mühiti yaratmağa çalıĢmasın... 
 
Hər şeydən əvvəl, mən dövlət məsələləriylə dini məsələləri bir-birindən fərqləndirməyi, kilsə və dövlət arasında 
həddi lazımi dərəcədə müəyyənləşdirməyi vacib sayıram. Əgər bu edilməsə, onda ruhun xilasını, yaxud dövlətin 
xeyrini özünə ya doğrudan da əziz sayan, ya da yalandan göstərən adamlar arasında mübahisələrə son qoymaq 
mümkün olmayacaqdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə