Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   20   21   22   23   24   25   26   27   ...   133

 
48 
...―Elə bir birlik formasını tapmaq lazımdır ki, o bütün ümumi gücün köməyi ilə birliyin üzvlərindən hər birinin 
şəxsiyyətini və əmlakını müdafiə etsin və qorusun, habelə onun sayəsində hər bir şəxs hamı ilə birləşməklə 
yanaşı, yalnız özü-özünə tabe olsun və əvvəl necə idisə, o cür azad qalsın‖.  Ġctimai müqavilənin həll etdiyi əsas 
vəzifə bundan ibarətdir.   
 
Bu müqavilənin maddələri aktın öz təbiəti ilə müəyyən edilmiĢdir; bu maddələrin azacıq dəyiĢdirilməsi onları 
qüvvədən və faydalılıqdan məhrum edərdi...  
 
Bu maddələr düzgün baĢa düĢülərsə, yeganə bir Ģeyi — birliyin hər bir üzvünün özünün bütün hüquqları ilə birgə 
icmanın sərəncamına tam özgəninkiləĢdirilməsini tələb edir; belə ki, birincisi, əgər hər kəs özünü bütövlükdə tabe 
etdirirsə, o zaman hamı üçün bərabər Ģərtlər yaradılır; bir halda ki, Ģərtlər hamı üçün bərabərdir, heç kəs maraqlı 
deyil ki, bu Ģərtləri baĢqaları üçün ağırlaĢdırsın.  
 
Daha sonra özgəninkiləĢdirilmə hər hansı bir müsadirə olmadan həyata keçirildiyi üçün həmrəylik mümkün 
olduğu qədərincə tam olur və birliyin heç bir üzvü daha heç nə tələb edə bilmir.  
 
Ġctimai müqavilədən onun məğzini təĢkil etməyən Ģeyləri çıxarsaq, məlum olar ki, o, aĢağıdakı müddəalardan 
ibarətdir: bizlərdən hər kəs öz Ģəxsiyyətini və bütün gücünü ümumi əmlaka qataraq ümumi iradənin ali rəhbərliyi 
altına verir və nəticədə hər bir üzv hamımız üçün olan birliyin daxilində tamın bölünməz hissəsinə çevrilir.   
 
Müqavilə münasibətlərinə girən ayrı-ayrı Ģəxslərin əvəzinə gecikdirilmədən bu birliyin aktı ümumi məclisdəki 
səslərin sayı qədər üzvdən ibarət olan Ģərti kollektiv Tam yaradır.  
 
Həmin akt nəticəsində bu Tam öz vəhdətini, öz ümumi Mənini, öz həyatını və iradəsini əldə etmiĢ olur.  Müvafiq 
olaraq digərlərinin birləĢməsi nəticəsində yaranan bu hüquqi Ģəxs vaxtilə ―vətəndaĢ toplusu‖ adlanırdı.  Hazırda 
isə ―respublika‖, yaxud ―siyasi orqanizm‖ adlanır: onun üzvləri bu siyasi orqanizmi o, passiv olanda Dövlət, fəal 
olanda Suveren, onu digər bənzərləri ilə müqayisə etdikdə isə Məmləkət adlandırırlar.  Birliyin üzvlərinə 
gəldikdə isə, onlar cəm halda ―xalq‖, ayrı-ayrılıqda ali hakimiyyətdə iĢtirak edənlər kimi ―vətəndaĢ‖ və Dövlətin 
qanunlarına tabe olanlar kimi ―təbəə‖ adlanırlar...  
 
 
VII fəsil.  SUVEREN HAQQINDA 
 
 
Bu düsturdan görünür ki, birləĢmə aktında bütün xalqın və xüsusi Ģəxslərin qarĢılıqlı öhdəlikləri var və hər bir 
fərd, necə deyərlər, öz-özüylə müqaviləyə girməklə Suverenin üzvü kimi xüsusi Ģəxslərlə əlaqədar və Dövlətin 
üzvü kimi Suverenlə əlaqədar iki öhdəlik götürmüĢ olur... Bir halda ki, hər kəs ikili qismdə çıxıĢ edir, bütün 
xalqın qəbul etdiyi qərar bütün təbəələrin Suverenə münasibət sahəsində məcburi qüvvəyə malik ola bilər, lakin 
əks səbəbdən özü ilə əlaqədar öhdəlikləri Suverenin üzərinə qoya bilməz...  Suveren özünü yalnız bir 
münasibətdə nəzərdən keçirə bildiyindən, o özü müqaviləyə girən xüsusi Ģəxs vəziyyətinə düĢmüĢ olur; əgər 
belədirsə, bütövlükdə bütün xalq üçün məcburi olan baĢlıca qanun yoxdur və ola da bilməz, onun üçün hətta 
ictimai müqavilə də məcburi deyildir...  
 
Lakin təbəələrin Suverenə münasibəti məsələsi heç də bu cür deyil; ümumi marağa baxmayaraq, Suveren öz 
təbəələrinin sədaqətini təmin etmək vasitələrini tapmasaydı, onun üçün heç bir Ģey təbəələrinin öz öhdəliklərini 
yerinə yetirəcəyinə zəmanət rolunu oynaya bilməzdi.  
 
Həqiqətən də, hər bir fərd insan kimi xüsusi, ümumi iradəyə zidd, yaxud oxĢar olmayan iradəyə bir vətəndaĢ kimi 
malik ola bilər.  
 
Beləliklə, ictimai müqavilə boĢ bir rəsmiyyətçilik olmasın deyə özündə elə bir öhdəlik ehtiva edir ki, digər 
öhdəlikləri qüvvəyə mindirə bilsin: kimsə ümumi iradəyə tabe olmaqdan imtina etsə, o buna bütün orqanizm 
tərəfindən məcbur ediləcəkdir, bu isə o deməkdir ki, onu azad olmağa zorla məcbur edəcəklər, çünki insanı 
vətəninə məxsus  edən və bununla onu hər cür məsuliyyətdən azad edən Ģərtlər belədir.  
 
 
VIII fəsil.  MÜLKĠ VƏZĠYYƏT HAQQINDA 
 
 


 
49 
Təbii vəziyyətdən mülki vəziyyətə bu keçid insanda gözəçarpan dəyiĢikliklər edir, onun davranıĢında instinkti 
ədalət hissi ilə əvəzləyir və onun hərəkətlərinə əvvəllər məhrum olduğu mənəvi xarakter verir.  Yalnız vicdanın 
səsi cismani niyyət və arzuları, hüquq isə istəyi əvəz etdikdə, yalnız o zaman indiyə qədər təkcə özüylə 
hesablaĢan insan digər prinsiplərə uyğun olaraq hərəkət etməyə və öz vərdiĢlərinin ardınca getməzdən əvvəl öz 
ağlı ilə məsləhətləĢməyə məcbur olur...  
 
Bütün bu məsələləri öz aralarında asanca müqayisə edilən müddəalarla aydınlaĢdıraq.  Ġctimai müqaviləyə 
əsasən, insan öz təbii azadlığını və onu cəzb edən, ələ keçirə biləcəyi Ģeylərə olan qeyri-məhdud hüququnu itirir; 
bunun əvəzinə vətəndaĢ azadlığını və sahibi olduğu bütün Ģeylərlə əlaqədar mülkiyyət hüququnu qazanır...  
 
 
IX fəsil.  ƏMLAKA SAHĠB OLMAQ HAQQINDA 
 
 
Ġcmanın hər bir üzvü həmin icma hazırda olduğu Ģəkildə təĢkil edildiyi zaman özünü və bütün gücünü, habelə bu 
gücün tərkib hissəsi olan əmlakını ona tabe etdirir.  Bu o demək deyildir ki, bu cür aktın nəticəsində əmlak bir 
əldən o birinə keçməklə öz təbiətini dəyiĢir və Suverenin mülkiyyətinə çevrilir.  VətəndaĢ icmasının gücü ayrıca 
bir insanın gücündən qat-qat çox olduğundan, onun sahibliyi də faktik olaraq daha möhkəm və danılmazdır.  Belə 
ki, Dövlət öz üzvlərinə olan münasibətdə Dövlətdə bütün hüquqların əsası sayılan ictimai müqavilənin qüvvəsinə 
əsasən onların bütün əmlakına sahibdir...  
 
Maraqlıdır ki, bu özgəninkiləĢdirmədə icma xüsusi Ģəxslərin torpaqlarını qəbul edərkən bu torpaqları heç də 
onların əlindən almır — o, yalnız bu Ģəxslərin həmin torpaqların qanuni sahibi olmasını təmin edir, iĢğalı gerçək 
hüquqa, istifadəni isə mülkiyyətə çevirir.  Bundan sonra artıq sahibkarlara ümumi əmlakın mühafizəçiləri kimi 
baxılır, onların hüquqlarını Dövlətin bütün üzvləri tanıyır və bu Dövlətin bütün gücüylə yadellilərdən müdafiə 
edilir.  
 
 
―İctimai müqaviləhaqqında, yaxud siyasi hüququn prinsipləri‖  
 
 
 
 
 
13. BÖYÜK FRANSA ĠNQĠLABI ƏRƏFƏSĠNDƏ 
Emmanuel Jozef Siyes  
 
 
1789-cu il Fransa inqilabı elə ilk günlərdən müĢahidəçilər tərəfindən Avropanın sosial və siyasi xəritəsini 
kökündən dəyiĢdirmiĢ mühüm tarixi hadisə kimi qiymətləndirildi. Bu inqilab cəmi üçcə ildə qüdrətli monarxiyanı 
yerlə yeksan elədi, təkəbbürdən dərisinə sığmayan aristokratiyanın nüfuzunu heçə endirdi və katolik kilsəsinin 
dünyəvi hakimiyyətini büsbütün aradan qaldırdı. Ġnqilab yeni respublika dövləti yaratdı, bu mütərəqqi quruluĢun 
indiyəcən dünyanın demokratik ölkələri üçün örnək olan qanunları və institutları az bir zaman içində bütün 
Avropaya yayıldı. 
 
Avropanın mühafizəkar dairələri dünya sivilizasiyasının ―axirət günü‖ndən, min ildən də çox müddətdə Avropanı 
idarə etmiĢ ―namus‖, ―Ģərəf‖, ―nəcabət‖, ―ağsaqqala hörmət‖, dini inam kimi ―əbədi‖ dəyərlərin məhvindən dəm 
vurur, liberallar isə xurafat və zorakılıq üzərində qurulmuĢ rejimin sonundan və yeni əsrin — Ġnsan Hüququ, 
Qanun və Ədalət sırasının baĢlanğıcından xəbər verirdilər. Bu, Ģəxsi və siyasi hüquqların əvvəllər heç bir hüququ 
olmayan əhalinin bütün təbəqələri arasında ildırım sürəti ilə yayılması və geniĢlənməsi prosesi idi. 
 
O zamanlar Fransa əhalisi üç silkə bölünmüĢdü. Hakimiyyət və var-dövlət ən imtiyazlı zümrənin — zadəganlığın 
və ruhaniliyin əlində cəmlənmiĢdi. Əhalinin qalan 90 faizi heç bir hüququ olmayan ―üçüncü silk‖ə aid idi. 
Vergilərin əsas ağırlığı onların belində idi və bu, azmıĢ kimi, həmin zümrə ölkənin idarə olunması üzrə hər hansı 
hüquqdan tam məhrum idi. 
 
Ġnqilab ərəfəsində Maarifçilik dövrünün Volter, Didro, Russo, Monteskyö və Dalamber kimi xadimlərinin 
demokratik dəyiĢikliklərin zərurəti barədə yaydığı ideyalar, ingilis və Amerika inqilablarının ideyaları fransız 
cəmiyyətinin bütün təbəqələrinin fikrini möhkəm məĢğul etməkdə idi. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə