Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   21   22   23   24   25   26   27   28   ...   133

 
50 
Ġnqilaba bilavasitə təkanı bədxərc kral hökumətinin 1787-ci ildə düĢdüyü dərin maliyyə böhranı verdi. Külli 
miqdarda büdcə kəsirini aradan qaldırmaq üçün kral hakimiyyəti bu dəfə imtiyazlı sinfin üzərinə də vergi 
qoymaq qərarına gəldi. Maliyyə naziri Əsilzadələr ġurasını çağırdı ki, zadəgan və ruhaniləri yeni vergidən 
xəbərdar etsin. Lakin onlar öz var-dövlətlərini xəzinə ilə bölüĢməkdən boyun qaçırdılar və bununla kifayətlən-
məyərək tezliklə hökumətin siyasətini sabotaj etməyə baĢladılar. Aristokratiyanın bu müqavimətinə 17 may 
1788-ci il tarixli kral fərmanı ilə hakimiyyətləri məhdudlaĢdırılmıĢ ali məhkəmə orqanları baĢçılıq edirdi. 
 
Əsilzadələrin baĢladıqları etiraz aksiyasına 1788-ci ilin yayında üçüncü silkin nümayəndələri də qoĢuldu. Kral 
hakimiyyətinə qarĢı ümumi narazılıqdan doğan etiraz dalğası Fransanın əksər iri Ģəhərlərini bürüdü. Xalq Silklər 
Məclisinin — fransız parlamentinin çağırılmasını tələb edirdi. Kral XVI Lüdovik 5 may 1789-cu ilə qədər Silklər 
Məclisinin çağırılacağını elan etməyə məcbur oldu. Kral həmçinin ümumi tələbə boyun əyərək söz azadlığı və 
ibtidai senzuranın ləğv olunduğunu da elan etdi; ölkəni inqilaba çağıran pamfletlər və demokratik islahat 
layihələrindən danıĢan esselər bürüdü. 
 
1789-cu ilin əvvəllərində Silklər Məclisinə seçkilər bütün ölkəni silkələyib hərəkətə gətirdi. Silklər Məclisinin 
çağırılacağı günü parlamentin köməyi ilə ölkədəki siyasi rejimi dəyiĢdirməyə ümid bəsləyən üçüncü silk xüsusi 
həsrətlə gözləyirdi. 
 
Əslində bütün ölkə köklü dəyiĢikliklər ümid və həsrətində idi. Bir çox əsilzadə və ruhanilər də üçüncü silkin 
ölkədə ümumi bərabərliyin bərqərar olması, əsas insan hüquqlarına və dövlət üzərində cəmiyyətin nəzarəti 
prinsipinə əməl edilməsi barədəki tələblərini bütövlükdə dəstəkləyirdilər. 
 
Fransa inqilabının ideoloq və siyasi xadimlərindən biri — abbat Emmanuel Jozef Siyes (1748–1836) öz məĢhur 
―Üçüncü silk‖ pamfletində fransız demokratlarının əsas vəzifələrini yığcam Ģəkildə belə ifadə etmiĢdi: ―Üçüncü 
silk nədir? Hər Ģey! Ġndiyəcən o nə olub? Heç nə! O nə olmaq istəyir? Nəsə bir Ģey!‖. 
 
Özünün ―Ġmtiyazlar haqqında‖ essesində Siyes ölkədə inqilab ərəfəsindəki feodal qaydalarını təsvir edərkən silk 
bölgüsünə söykənən mövcud siyasi sistemi amansızcasına ifĢa edir, aristokratiyanın və ruhaniliyin imtiyazlarına 
qarĢı öz qəti etirazını bildirirdi. Siyes sübut edirdi ki, bu imtiyazlar nəinki qeyri-qanunidir, eləcə də büsbütün 
əxlaqsızdır, çünki həm insanı, həm də cəmiyyəti mənəvi iflasa və pozğunluğa sürükləyir. 
 
 
 
 
 
EMMANUEL JOZEF SĠYES  
Ġmtiyazlar haqqında esse (1789) 
 
 
Xalq sadəlövhlüklə hesab edir ki, yalnız qanunda yazılan hüquqlara malikdir... 
Azadlıq hər hansı cəmiyyətdən, hər hansı qanunvericidən əvvəl yaranmışdır... 
 
 
Adətən belə deyilir ki, imtiyaz onu əldə edənlərə xoĢbəxtlik, baĢqalarına yoxsulluq gətirir. Əgər bu belədirsə, 
onda razılaĢın ki, imtiyaz yararsız bir Ģeydir. Təsəvvür edək ki, hər hansı cəmiyyət yüksək inkiĢaf edib və 
mümkün olan qədər xoĢbəxtdir; aydın deyilmi ki, onun tam dağılması üçün bir qismə hər Ģeyə icazə verib, 
baĢqalarını hər Ģeydən məhrum etmək kifayətdir?..  Bütün imtiyazlar ya qanuna tabe olmaqdan azad edir, ya da 
qanunla hamı üçün müəyyənləĢdirilmiĢ hər hansı Ģeyə müstəsna hüquq verir. Ġmtiyazların mənası da bundadır ki, 
kimlərsə ümumi qanunlara tabe olmasın, buna isə bu iki yoldan biri ilə nail olmaq olar. 
 
Hər Ģeydən öncə özümüzə sual verək: qanunun mövzusunu nə təĢkil edir? Əlbəttə, bu, kiminsə baĢqasının 
azadlığına və ya mülkiyyətinə qəsdinin qarĢısını almaqdan ibarətdir. Qanunlar əhli-keflikdən yaranmır. 
VətəndaĢların azadlığını, əfsus ki, məhdudlaĢdıran qanunlar isə sonda istənilən insan birliyi ilə ziddiyyətə girir və 
onların tez aradan götürülməsi daha yaxĢı olardı... 
 
Zəkanın uzun müddət köləlikdə saxlanılması təəssüf doğuran imtiyazların meydana gəlməsinə səbəb olmuĢdur. 
Xalq sadəlövhlüklə hesab edir ki, yalnız qanunda yazılan hüquqlara malikdir. Göründüyü kimi, xalq yaddan 
çıxarmıĢdır ki, azadlıq hər hansı cəmiyyətdən, hər hansı qanunvericidən əvvəl yaranmıĢdır; adamlar ona görə 
cəmiyyətdə birləĢmiĢlər ki, Ģərəfsizlərə qalib gəlsinlər və əldə etdikləri təhlükəsizliyin sayəsində mənəvi və fiziki 
istəklərinin qəti, çoxsahəli və məhsuldar inkiĢafına nail olsunlar. Qanunverici bizə hüquqlar vermək yox, 


 
51 
hüquqlarımızı qorumaq üçündür. Əgər qanunverici azadlığımızı məhdudlaĢdırırsa, qoy onda onun hakimiyyəti 
yalnız cəmiyyətə zərər gətirə biləcək hərəkətlərə qarĢı yönəlsin; buna görə də vətəndaĢ azadlığı qanunla yasaq 
olmayan hər Ģeyi əhatə edir. 
 
Bu əsas prinsiplərə arxalanaraq imtiyazlar üzərində məhkəməyə baĢlayaq. Qanunun asılılığından azad edən 
imtiyazlar bu məhkəmənin qarĢısında duruĢ gətirə bilmir. Belə ki, istənilən qanunda birbaĢa və ya dolayısı ilə 
deyilir: ―Yaxınlarına pislik etmə‖. Buradan da belə çıxır ki, ―imtiyazlılara yaxınlarına pislik etməyə icazə verilir‖. 
Lakin kimliyindən asılı olmayaraq heç kəsin bu güzəĢti verməyə ixtiyarı yoxdur. Əgər qanun yaxĢıdırsa, hamı 
üçün məcburi olmalıdır, əgər pisdirsə, azadlığa qəsd etdiyinə görə ləğv edilməlidir... 
 
Belə çıxır ki, bütün imtiyazlar ədalətsizliyi, Ģəri və istənilən siyasi orqanizmin yüksək amalına zidd olanları əks 
etdirir. 
 
Fəxri imtiyazlar məhv edilməli olan imtiyazların ümumi siyahısından silinə bilməz. Çünki yuxarıda deyilmiĢ 
xüsusiyyətlərdən birini — qanunla qadağan olunmamıĢ Ģeylərə müstəsna hüququ təmsil edir.  Hələ onu demirik 
ki, çox vaxt imtiyazların ikiüzlülüklə ―fəxri‖ adlandırılması ən rəzil pul maraqlarını gizlətməyə xidmət edir. 
 
Məhz bu imtiyazlar çoxlu sayda insanların alçaldılmasına yönəlmiĢdir. Ġnsanın alçaldılmasını isə xırda günah 
hesab etmək olmaz. Necə ola bilərdi ki, üç yüz min adamın Ģərəfləndirilməsi xatirinə iyirmi beĢ milyon yeddi yüz 
min adam
3
 alçaldılsın. Bunu baĢa düĢmək olmur. Bu faktın, Ģübhəsiz, ictimai maraqla ortaqlı heç nəyi yoxdur... 
 
Bir anlıq təsəvvür edin ki, imtiyazı alan adam hansı yeni hissləri keçirir.  O, özünə bərabərlərin arasında özünü 
baĢqa zümrənin nümayəndəsi, millətin içərisində isə xüsusi ayrılmıĢ millətin nümayəndəsi kimi hiss edir.  O belə 
fikirləĢir ki, əvvəla, yalnız onunla bir kastaya daxil olanlara borcludur... Cəmiyyət onu artıq maraqlandırmır. 
Sözündə və fikirlərində cəmiyyət onun üçün tezliklə xidmət etməkdən ötrü yaranmıĢ insan sinfindən, sürüdən, 
tör-töküntüdən  baĢqa bir Ģey deyildir.  O özü isə hökm etmək və həzz almaq üçün yaranmıĢdır. 
 
Bəli, imtiyazlılar həqiqətən bu fikrə gəlirlər ki, onlar baĢqadırlar... Mən imtiyazı olan hər bir vicdanlı və səmimi 
(əlbəttə, belələri varsa) adamdan soruĢuram ki, o, xalq içərisindən çıxmıĢ bir adamın mühafizəçi kimi deyil, elə-
belə onun yanında görünməsindən ikrah hissi keçirirmi, xırda bəhanələrlə, kəskin və təhqiramiz sözlər iĢlədərək 
onu baĢdan rədd etməyə çalıĢırmı?.. 
 
Burayadək mən fərq qoymadan bütün imtiyazlar haqqında danıĢırdım... Əgər Ģər və mənasızlıqlar siyahısında 
dərəcə varsa, onda irsi imtiyazlılar, Ģübhəsiz, birinci yerdə olmalıdır. Və mən bu aydın həqiqəti sübut etmək üçün 
öz dəlillərimdən geri çəkilməyəcəyəm... 
 
Gözlərimiz qarĢısında millətin itaətkarlığı Ģəraitində imtiyazlılar kütləsinin necə artdığını müĢahidə edirik. Onlar 
arxayındırlar ki, yalnız mənĢələrinə görə malik olduqları hüquq onlara Ģan-Ģöhrət və insan nəslinin bir hissəsinə 
yiyəlik etmək imkanı verir. 
 
Ġmtiyazlı cənabların təkcə özünü nəsə ayrı bir insan nəsli hesab etməsi də kifayət edərdi, amma yox... Onlar 
monarxiya rejimindəki istənilən cəmiyyət üçün özlərini bütöv bir imtiyazlı sinif kimi zəruri hesab edirlər.  Onlar 
hökumət baĢçısı, yaxud monarxın özü ilə danıĢanda özlərini taxt-tacın dayağı və onu xalqın qəsdindən qoruyan 
təbii qoruyucular kimi təqdim edirlər, əksinə, xalqa müraciət edəndə onun guya həqiqi müdafiəçilərinə çevrilirlər 
— guya onlar olmasaydı, istibdad xalqı əzib məhv edərdi. 
 
Bir az mərifəti olsaydı, hökumət baĢa düĢərdi ki, cəmiyyətə yalnız qanunun himayəsi altında yaĢayan və fəaliyyət 
göstərən vətəndaĢlar, bir də üzərinə müdafiə və qoruma funksiyaları qoyulmuĢ mühafizə hakimiyyəti lazımdır. 
 
Yeganə vacib iyerarxiya hakimiyyət aparatı iĢçilərinin arasında qoyulur; burada səlahiyyətlərin dərəcələnməsi 
vacibdir, aĢağı və yuxarı pillələr arasında həqiqi qarĢılıqlı münasibətlər yaradılmalıdır. Belə ki, ictimai mexanizm 
yalnız bu münasibətlərin əsasında hərəkətə gətirilə bilər. 
 
Bunlardan baĢqa, qanun qarĢısında yalnız bərabər vətəndaĢlar mövcuddur.  Onlar bir-birlərindən yox (bu, 
mənasız bir quldarlıq olardı), onları qoruyan, mühakimə, müdafiə və s. edən hakimiyyətdən asılı olmalıdır. 
 
                                                           
3
Sìyesä görä, 1787-cì ìl üçün Fransanín ähalìsì 26 mìlyon näfär täåkìl edìrdì — red.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə