DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

56
Dərələyəz mahalının kameral təsviri 
242. Ələsgər bəy Usub bəy oğlu 22 y; arvadı Hürü nisə 
15 y; qardaşı Kazım bəy 20 y; bacısı Xeyrənisə 14 y; anası 
Şamağa 50 y.
243. Səməd bəy Məmmədhüseyn bəy oğlu 40 y; arvadı 
Fatma 35 y; 2 oğlu var: Ağarza 10 y; Şıxəli 7 y; 2 qızı var: 
Azad 14 y; Xeyrənisə 4 y.
244. Qədir bəy Məmmədhüseyn bəy oğlu 45 y(ölüb); 
arvadı Şahnisə 40 y; 2 oğlu var: Nəsrulla 9 y; Əsədulla 5 y.
245. Ağa bəy Məmmədhüseyn bəy oğlu 25 y; arvadı 
Pəri 18 y; qızı Şərəfnisə 1 y.
246. Hüseyn bəy Məmmədhüseyn bəy oğlu 20 y; 2 qar-
daşı var: Həsən 15 y; Əbdülrəhim 8 y.
Əhalisi tatar (türk) olan Yaycı kəndində 246 ailə, 448 
kişi, 449 qadın, cəmi 897 nəfər yaşayır.
Əhalisinin sayına və zənginliyinə görə mahalda ən üs-
tün olan bu kənd Arpaçayın 3 verstliyində, dağların Arpaça-
ya baxan sinəsində yerləşir. Onun bütün ərazisi 40 verstdir, 
bağların ərazisindən başqa, 40 xalvar suvarılan, 20 xalvar 
dəmyə əkinə yararlı torpaqları var. Sakinlər Arpaçayın və 
2 bulağın suyundan istifadə edirlər. Dərələr, əkin yerlərinin 
və bağların kənarları otlu biçənəklər, yaxındakı dağlar isə 
bol otlu otlaqlardır.
Buğda,  arpa,  darı,  çəltik,  pambıq  və  tərəvəz  əkirlər. 
Bağçılıq çox inkişaf etmişdir. Buradakı 144 üzüm bağı 122 
günlük əkin sahəsini tutur və 45 xalvar üzüm verir. Meyvə 
bağlarının sayı 7, ərazisi 4 günlük əkin sahəsinə bərabər ol-
maqla, 14 xalvar müxtəlif meyvələr, 68 min qoz verir. 130 
arı ailəsi bəsləyirlər.
3  toxucunun  və  1  bərbərin  olduğu  kənddə   gündə  1 
xalvar taxıl üyüdən 1 işlək və 4 yararsız dəyirman, 1  bo-
yaqxana var. Bu boyaqxana ildə 40 tümən gəlir verir miş, 


57
(1831-ci və 1842-ci illər)
indi isə 2 digər boyaqxana ilə birlikdə ildə 50 tümənə ilti-
zama  verilib.
Kənddə 3 kəl, 371 öküz, 144 inək, 55 buzov, 775 qo-
yun, 801 keçi, 54 at, 209 ulaq və 1 qatır saxlayırlar.
Torpaq  sakinlərə  məxsusdur,  vergilər  Axura  kəndinə 
aid  məlumatlarda  təsvir  edilib. 
№5. CAĞAZUR KƏNDİ
Tatarlar
1.Kəndxuda Cəfər Kərbəlayi İsmixan oğlu 55 y; arva dı 
Şərəbanu 40 y; 2 oğlu var: Əbülqasım 15 y; Məmməd qasım 
5 y;
2.Qasım Əlinağı oğlu 45 y; arvadı Səkinə 15 y.
3.İsmayıl Əli oğlu 50 y; arvadı Mələk 30 y; oğlu Ab-
basəli 15 y(lal-kar); qızı Şahnabat 8 y;
4. Məhəmməd Əli oğlu 30 y; arvadı Həcər 20 y.
5.Səbzəli Əli oğlu 30 y; arvadı Xədicə 25 y; 2 oğlu var: 
Mirzəli 7 y; Novruzəli 3 y. 
Dərələyəzin Yaycı kəndinə köçüblər.
Əvvəlki  kəndin  3  verstliyində  yerləşir.  Ətrafında  11 
verstə yaxın torpağı var, onun 4 xalvarı dəmyə, 5 xalvarı 
suvarılan yararlı torpaqdır.Bulaq və çay suyundan istifadə 
edirlər.
Əkin sahələrinin kənarlarından və dərələrdən ot biçir-
lər. Buğda və arpa əkirlər.
Kənddə 6 öküz, 4 inək, 5 buzov, 30 qoyun, 51 keçi, 1 
at, 1 ulaq var.
2 yararsız və gündə 10 batman dən üyüdən 1 işlək də-
yirman var.
Sakinlərin dediyinə görə, mülkün yarısı İbrahim bə yə, 
qalan yarısı isə kənd əhalisinə məxsusdur.


58
Dərələyəz mahalının kameral təsviri 
Əhalisi tatar olan Cağazur kəndində 5 ailə, 10 kişi, 6 
qa dın, cəmi 16 nəfər yaşayır.
№6.XAÇİK KƏNDİ
Tatarlar
1.Tahir Allahverdi oğlu 50 y.
Cəlali kürdləri
1.Darbaz Şavo oğlu 25 y; 2 qardaşı var: Ömər 20 y; Əli 
10 y. 
Bu ailə Dərələyəz nahiyəsinin Dostəlibəy Dizə kən-
dinə köçüb.
2.Avdo Xamuş oğlu 60 y; arvadı Əsmər 50 y; oğlu Os-
man 10 y; 2 qızı var: Məmi 15 y; Xanı 11 y.
 Haraya getdikləri bilinmir.
Kənddə 15 yerli, İrandan gəlmə 4 erməni ailəsi  yaşayır.
№7.AMAĞU KƏNDİ 
Tatarlar
1.Kəndxuda  Məşədi  Murtuzaqulu  Həsən  oğlu  50  y 
(ölüb);  arvadı Hürü 30 y; oğlu Müslüm 15 y; qızı Nazlıxan 
7 y.
2.Eyvazəli Cəfər oğlu 50 y; 2 oğlu var: Məmmədəli 20 
y; onun arvadı Şərəbanu 18 y; Rzaqulu 12 y.
3.İmamverdi Əli oğlu 50 y; arvadı Gülbəyi 30 y; 2 qızı 
var: Şərəbanu 9 y; Xədicəbanu 3 y.
4.Kəlbəli Zaman oğlu 40 y; arvadı Gülü 25 y; 2 qızı 
var: Arzuxan 6 y; Səkinə 3 y.
5.Həmdəm Əli oğlu 35 y; arvadı Ummugülsüm 25 y; 
oğlu Bayram 10 y; qızı Mələk 9 y.
6.Kəlbi Hüseyn Zaman oğlu 30 y; arvadı Zöhrə 20 y; 


59
(1831-ci və 1842-ci illər)
oğlu Zaman 5 y; qızı Xədicə 2 y.
7.Əbülhəsən Abbasəli  oğlu  20  y;  arvadı  Bahar  15  y; 
qardaşı  Zeynalabdin  15  y.
 Ailə Dərələyəzin Yaycı kəndinə köçüb.
8.Əlicəfər Məmmədcəfər oğlu 15 y; anası Səkinə 40 y.
9.Əliqulu Kərbəlayi Süleyman oğlu 16 y; anası Xanxa-
nım 60 y.
Bu kənd Xaçikdən Arpa kəndinə gedən yolun sağın da, 
dərədə yerləşir. 20 verst torpağı var, onun 5 xalvarı su va-
rı lan,  30  xalvarı  dəmyədir.  Bulaqların  suyundan  istifadə 
edirlər.
Yaxınlığında  alçaq  boylu  meşə  var.  Əsasən  yanacaq 
kimi, bəzən də tikinti materialı kimi istifadə edirlər. Dərə-
lərin otu biçilir.
Buğda və arpa əkirlər.
Kənddə  31  öküz,  17  inək,  9  buzov,  141  qoyun,  104 
keçi, 4 at, 1 ulaq var.
2 yararsız, gündə 10 batman dən üyüdən 1 işlək dəyir-
man, 2 yararsız bəzirxana var, daşları salamatdır.
Sakinlərin dediyinə görə, kənd Məlik Ohan Ter-Asatur-
yana məxsusdur.
Kəndin yaxınlığında Qızılvənk adlı az zədəli monastr, 
kəndin özündə isə ambar kimi istifadə edilən kilsə var.
№8. ARPA KƏNDİ
Kənddə 14 yerli, Türkiyədən köçürülən 4 erməni ailəsi 
yaşayır.
 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə