DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə18/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

64
Dərələyəz mahalının kameral təsviri 
5.Hüseyn Məhəmməd oğlu 50 y.(ölüb). Arvadı Xədicə 
40 y; oğlu Həsən 15 y. (ölüb); qızı Səkinə 6 y.
6. İmamqulu Əlihətəm oğlu 40 y; arvadı Fatma 25 y; 
oğlu Həsən 7 y.
7. Sadıq Məhəmməd oğlu 35 y (ölüb); arvadı Səkinə 20 
y; qızı Zeynəb 5 y.
8. Şahgəldi Qasım oğlu 25 y (ölüb).
9.Məmmədrza  Hüseyn  oğlu  40  y(ölüb);  arvadı  Xədi-
cəbanu 30 y; oğlu Rza 10 y. (Qarabağa köçüblər, hansı kən-
də getdikləri məlum deyil).
 4 yerli, Türkiyədən gəlmə 2 erməni ailəsinin siyahısı.
Kənd Rusiya hökumətinin vaxtında, sağ tərəfdən Arpa 
çayına tökülən Yelpin çayının sahilində salınıb. Aşağı Dan-
zik kəndinin 6 verstliyindədir. Bu kəndin ərazisi Girə Gən-
zək deyilən yerlə birlikdə 14 verstdir, 100 xalvar əkinə ya-
rarlı yeri var, ancaq onun onda biri suvarılır. Əkin yerlərinin 
və kəndin kənarları otluq və biçənəkdir.
Buğda, arpa, darı, pambıq, bostan bitkiləri əkilir.
Müsəlmanların 15 öküzü, 11 inəyi, 4 buzovu, 17 ke-
çisi var. 
3 baxımsız qalmış və gündə 15 batman taxıl üyüdən 1 
işlək dəyirman var.
Torpaqlar Hüseynəli Sultana məxsusdur.
№12. HEŞİN KƏNDİ
Qaraçorlular
1.Kəndxuda  Məhəmməd  Hüseyn  oğlu  50  y;  arvadı 
Gülü 40 y; 2 oğlu var: Məmmədyar 20 y.(onun arvadı Hürü 
15  y);  Orucəli  3  y(ölüb);  qızı  Şərəbanu  6  y. (Qeyd:  ailə 
Dərələyəzin  Por  kəndinə  köçüb).
2. Nəbi Zaman oğlu 20 y; qardaşı Abbas 10 y(ölüb); 
bacısı Mələk 5 y; anası Yetər 35 y.


65
(1831-ci və 1842-ci illər)
Bu ailə Dərələyəzin Por kəndinə köçüb.
3. Məmmədalı Kərbəlayi Rəfi oğlu 50 y(ölüb); anası 
Nabat 30 y; oğlu İbrahim 12.
4. Musa Məmmədcəfər oğlu 25 y; arvadı Zeynəb 19; 2 
oğlu var: Aslan 8 y; Cəfər 5 y.
 Bu ailə Şərur nahiyəsinin Zeyvə Düdəngə kəndinə 
köçüb.
5. İsmayıl Hüseynalı oğlu 30 y(ölüb); arvadı Nənə xa-
nım 20 y; oğlu Əli 5 y(ölüb); qızı Bibixanım 2 y(ölüb). 
6. Kərbəlayi Vəliməmməd Məmmədalı oğlu 70 y; arva-
dı Sevgili 30 y; 2 oğlu var: Məhəmməd 17 y (ölüb). Qəhrə-
man 8 y(ölüb); qızı Mələk 5 y.
7. İman Hüseyn oğlu 60 y; arvadı Tavar 40 y; 2 oğlu 
var: Hüseyn 20 y; (onun arvadı Şahpəri 15 y); Məhərrəm 
19  y(ölüb). 
 5, 6 və 7 nömrəli ailələr Dərələyəzin Hors kəndinə 
köçüblər.
8. Məmmədhüseyn Məhəmməd oğlu 40 y; arvadı Hürü 
30 y; oğlu Məmmədsadıq 12 y(ölüb); 2 qızı var: Zeynəb 15; 
Şərəbanu 6 y. 
Ailə Dərələyəzin Hors kəndinə köçüb.
9.Kazım Kərbəlayi Rəfi oğlu 60 y(ölüb); arvadı Mələk 
40  y;  2  oğlu  var:hüseynəli  25; (onun  arvadı  Ummu  15); 
Həsənalı 8; qızı Nənəxanım 5 y. 
Ailə İrana köçüb.
10. Hətəm Əlibxan oğlu 50 y; arvadı Gülüstan 35 y; 
oğlu  Məhərrəm  20  y;  qızı  Nərgiz  15.
11. Əliməmməd Məmmədalı oğlu 50 y; arvadı Pəri 19 
y; oğlu Məmmədalı 18 y. (onun arvadı Gülüstan 15 y); qızı 
Tükəzban 4 y.
10, 11 və 12 nömrəli ailələrin Hors kəndinə köçdüyü 


66
Dərələyəz mahalının kameral təsviri 
deyilsə də, Horsu yoxlayan zaman onları müəyyən et-
mək mümkün olmadı. Haraya getdikləri bilinmir.
12.  Məmmədhüseyn  Araxlı  oğlu  40  y(ölüb);  arvadı 
Yetər 30 y; 4 oğlu var: Süleyman 15 y; Abbasəli 10 y; Həzi 
8 y(ölüb); Baxşəli 5 y(ölüb); qızı (adı yoxdur) 1 y; qardaşı 
Həsən 25 y.
13. Atası bilinməyən Urmiyalı Abdulla 40 y; arvadı Bi-
bixanım 50 y.
14. Atası bilinməyən Əhmədin dul qalmış arvadı Pəri-
zad 50 y.
Əhalisi qaraçorlu olan Heşin kəndində 14 ailə, 34 kişi, 
28 qadın, cəmi 62 adam yaşayır.
(Kənd  əhalisinin  qaraçorluların  hansı  tayfasına 
mənsub  olduğu  göstərilməyib.-N.Ə.)
Bu kənd əvvəlki kənddən 6 verst şimal-qərbdə yerləşir, 
torpağı  10  verstdir.  Onun  15  xalvarı  əkinə  yararlı  dəmyə 
torpaqdır. Bulaq suyundan istifadə edirlər. Örüşləri kifayət 
qədərdir, amma az miqdarda ot biçirlər.
Buğda, arpa, tütün və bostan bitkiləri əkirlər.
55 öküz, 43 inək, 24 buzov, 304 qoyun, 177 keçi, 14 at, 
1 ulaq var. 
Bir baxımsız dəyirman var. Kənd dövlətə məxsusdur, 
lakin Hüseynəli Sultan onu 3 il əvvəl mənimsəyib.
№ 13. YELPİN KƏNDİ
İrandan köçürülən 18 erməni ailəsi yaşayır.


67
(1831-ci və 1842-ci illər)
№14. ÇANAXÇI KƏNDİ
Tatarlar
1.Kərbəlayi Süleyman Kərbəlayi Allahverdi oğlu 60 y; 
arvadı Şahpəri 50 y; 4 oğlu var: Abbas 25 y. (onun arvadı 
Xanı 18 y; oğlu Hüseyn 3 y.); Əsgər 15 y; Əkbər 13 y; Sa-
dıq 7 y; 2 qızı var: Hürüxan 12 y; Fatma 9 y. 
Ailə İrəvan qəzasına köçüb.
2. Həsəngəncalı Hüseyn oğlu 20 y; 3 qardaşı var: Sə fər 
14; Abdulla 10 y; Əli 8 y; 2 bacısı var: Pəri 9 y; Zöhrəbanu 
7 y; anası Səkinə 50 y.
3. Xudaverdi Məmmədvəli oğlu 80 y; arvadı Şərə banu 
60 y; 2 oğlu var: Tağı 25 y. (onun arvadı Pəri 15 y); Zül-
füqar 15 y; qızı Zeynəb 13 y.
Zilan kürdləri :
1.Xudo Hüsü oğlu 60 y; arvadı Qəvri 50 y; 3 oğlu var: 
Darbaz 30 y; Həsso 25 y; Musso 20 y; 2 qızı var: Zeyno 10 
y; Əminə 6 y.
İrandan köçürülən 24 erməni ailəsinin siyahısı.
Bu  kənd  Rusiya  hökumətinin  vaxtında  məskunlaşmış 
və Yelpin kəndindən 10 verst qərbdə yerləşir. Ətrafındakı 
14 verst torpaqların çoxu demək olar ki, əkinə yararlıdır. 14 
xalvarı suvarılan, qalanı dəmyədir. Çanaxçı çayının suyun-
dan istifadə edirlər. 1 xalvar biçənəyi var, ildə 2 min bağ ot 
biçilir. 
Buğda, arpa, darı, kətan, noxud, mərcimək, paxla, so-
ğan, tütün, çətənə və tərəvəz əkilir.
Müsəlmanların 3 kəli, 18 öküzü, 29 inəyi, 14 buzovu, 
360 qoyunu, 30 keçisi, 19 atı var.
3 baxımsız qalmış və hər biri gündə 1 xalvar dən üyü-
dən 2 işlək dəyirman var. 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə