DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   2   3   4   5   6   7   8   9   ...   73

6
Dərələyəz mahalının kameral təsviri 
Naxçıvan xanlığının, 1828-ci ildən isə Rusiyaya İmperiya-
sının tərkibində olduğu da məlumdur. 1588-ci və 1724-cü 
illərdə bu ərazi qısamüddətli də olsa, osmanlılar tərəfindən 
işğal edilmiş, amma 1603-cü ildə I Şah Abbas, 1735-ci ildə 
isə Nadir şah (1735-ci ildə Nadir hələ şah deyildi, II Təh-
masibin  sərkərdəsi  olaraq  Təhmasibqulu  xan  adlanırdı, 
1736-cı ildə özünü şah elan edəndən sonra əvvəlki Nadir 
adını özünə qaytarıb Nadir şah olaraq 1747-ci ildə sui-qəsd 
nəticəsində öldürülənə qədər dövləti idarə etdi) tərəfindən 
osmanlılardan geri alınmışdır.
Dərələyəzin adına inzibati-ərazi vahidi kimi  ilk dəfə 
Şərəf  xan  Bidlisinin  “Şərəfnamə”  əsərində  rast  gəlirik. 
Şərəf xan yazır ki, Şah I Təhmasib(1524-1576) Xoy və 
Sökmənabad şəhərlərinin, eləcə də onların ətraf əraziləri-
nin  idarəçiliyini  dümbülü  tayfasına  vermişdi  və  onların 
hakimliyi atadan oğula keçirdi. Bu imtiyaz Şah Təhmasi-
bin oğlu Məhəmməd Xudabəndənin (1578-1587) dövründə 
də davam etmişdir. Dümbülü tayfasının əmiri  Hacı bəyin 
vəfatından  sonra  Məhəmməd  Xudabəndə  onun  oğlu  Əli 
bəyi  bu  vəzi fəyə  təyin  edir,  Süleyman-Saray  mahalını  və 
Abanay maha lının yarısını da onun idarəsinə verir. Müəl-
lif yazır: “O, (Əli bəy-N.Ə.) həmin vilayətin əmiri olaraq 
Şərurda bir neçə il yoxsulluq içində yaşadı. Çünki həmin 
vilayət  qarmaqarışıq lıqlar  nəticəsində  süquta  uğramış  və 
boşalmışdı, heç bir gəlir vermirdi.  Naxçıvana tabe olan 
Şərur və Dərə-yi Əlkisin vergilərindən müəyyən məbləğ 
alırdı və burada, Şərurda da öldü” (Ş.Bidlisi, “Şərəfnamə”, 
I c.,  M, 1967, səh 362). Qeyd edək ki, 1728-ci il tarixli 
“İrəvan əyalətinin icmal dəftə ri”ndə Sədərək nahiyəsində 
dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərə-
bəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kənd-


7
(1831-ci və 1842-ci illər)
lərində yaşadığı qeydə alınmışdır (“Naxçı van sanca ğının 
müfəssəl dəftəri”. Bakı, 2001, s.361-362).
Erməni alimi A.D.Papazyan bu sözü “Dərə-ye Ələqis” 
kimi  verir  (А.Д.Папазян.  «Аграрные  отношения  в 
Восточной Армении в XVI-XVII веках». Ереван, 1972, 
с.50).
“Şərəfnamə”nin orijinalında (əsər fars dilində qələmə 
alınmışdır)  bu  söz  “Dərə-ye  Əlkis”  kimi  oxunur  (Sche-
ref-nameh pur Scheref, prince de Bidlis. Sv.Petersburqe. 
1860, P.I, p.315 (fars dilində). Əsəri Sankt-Peterburq İm-
perator Akademiyasının üzvü V.Velyaminov-Zernov çapa 
hazırla mışdır).
İrəvan əyalətinin 1590-cı ilə aid müfəssəl dəftərini tə-
dqiq  etmiş  tarixçi  alim  H.Məmmədov-Qaramanlıya  görə, 
XVI əsrin sonlarında Dərələyəz inzibati-ərazi vahidi kimi 
mövcud  olma mışdır  (“Naxçıvan  sancağının  müfəssəl 
dəftəri”.  Bakı,  2001,  səh.287).  1590-cı  ilə  aid  müfəssəl 
dəftərdə  İrəvan  əyalətinə  daxil  olan  27  nahiyə  arasında 
Dərələyəz doğrudan da yoxdur, halbuki onunla qonşu olan 
nahiyələrin hamısının adı çəkilir. Həmin nahiyələr bunlar-
dır: İrəvan, Kerpi, Gərni, Vedi(sənəddə Vadi kimi verilmiş-
dir), Aralıq, Talin, Armavir, Aylik(?), Abaran,  Şərəbxana, 
Ağcaqala, Naxçıvan, Məvazeyi Xatun, Mülkü Arslanlı, Qa-
rabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar-zebil, 
Əlincə, Sis yan, Ordubad, Azadcıran, Şorlut və Dərənürgüt  
(H.Karagöz.  1590  tahririne  göre  Nahçıvan  kazası.  Is-
parta,2001.  Səh.17). 
Həmin  təhrir  dəftərinin  hazırlanmasından  cəmi  6  il 
sonra, 1596-1599-cu illərdə qələmə alınmış “Şərəfnamə”-
də  adının  çəkilməsinə  baxmayaraq,  1590-cı  ilə  aid  “İrə-
van əyaləti niun müfəssəl dəftəri”ndə Dərələyəzin olma-


8
Dərələyəz mahalının kameral təsviri 
ması düşünməyə əsas verir ki, Şərəfxan Bidlisinin yazdığı 
kimi, qarmaqarışıqlar nəticəsində buralar tamam boşalmış 
və adam yaşamadığından, qeydə düşməmiş, yaxud da son-
radan Dərələyəz nahiyəsinə daxil edilən kəndlər başqa bir 
nahiyənin, ola bilsin ki,  Bazar çayı nahiyəsinin tərkibin də 
olmuşdur. H.Məmmədov (Qara manlı) Dərələyəzin 1590-cı 
ildə Bazarçay nahiyəsində siyahıya alınmış 3 kəndinin adı-
nı çəkir: Kələdək, Yengicə və Moz. Məlumat üçün deyək 
ki, sovet hakimiyyəti dövründə Bazarçayı Sisyan rayonu-
nun tərkibində, Dərələyəzin yaxın lığında yer ləşən kənd idi.
İstər 1727-ci ilə aid olan  “Naxçıvan sancağının müfəs-
səl dəftəri”i, istərsə də 1728-ci ilə aid olan “İrəvan əyalətinin 
icmal dəftəri”nə görə  Dərələyəz mahalı Naxçıvan sancağı-
nın həm ərazi, həm də məskunlaşmış yaşayış məntəqələri-
nin sayına görə ən böyük mahalı idi. 1727-ci ildə bura da 
99 kənd və 5 məzrəə qeydə alınmış və bu kəndlərin 68-də 
yaşayış var idi.
O vaxt belə bir praktika vardı-ərazini ələ keçirən hökm-
dar oraları özü məskunlaşdırır, oranı düşmən ordusuna tərk 
etmək məcburiyyətində qalanda isə əhalini də özü ilə köçü-
rüb apa rırdı, bu isə həmin adamlar üçün böyük faciə olmaq-
dan  başqa,  ərazilərin  də  boşalmasına  səbəb  olurdu.  Belə 
kütləvi  köçürül mələr  Şah  I Abbasın  hakimiyyəti  illə­rində 
öz kulminasiyasına çatmışdı. 
1727-ci ilə aid “Naxçıvan sancağının müfəssəl dəftə-
ri”ndə də bu cür hadisənin izlərinə rast gəlmək mümkün-
dür, məsələn, Dərələyəz mahalının Sallı kəndini təsvir edən 
Osmanlı  məmuru  yazmışdır  ki,  “kəndin  əhalisi  qızılbaş 
(səfəvi  tərəfdarı-N.Ə.)  olduğu  üçün  qaçıb  getmişdir”. 
Deməli, adları  vergi siya hısına (müfəssəl dəftərə) düşən-
lər osmanlı tərəfdarı sayıl malıdır ki, Nadir xan İrəvan va 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə