DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə5/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   2   3   4   5   6   7   8   9   ...   73

15
(1831-ci və 1842-ci illər)
ölümündən sonra yerinə oğlu Şir xan keçdi. Şir xanı da oğlu 
Bədr xan əvəz etdi. Bədr xan Rusiya-İran müharibəsi za-
manı Gəncə yaxın lığında aldığı yaradan öldü. Qəbri Əhər 
şəhərində Şeyx Şihabəddinin məqbərəsinin yanındadır.
Bədr xandan sonra Qaradağ qaraçorlularına onun oğlu 
Bəşir  xan  başçılıq  edir,  lakin  o  da  çox  yaşamır.  1834-cü 
ildə  Herat  döyüşlərində  əfqanlar  tərəfindən  öldürülərək 
başı nizəyə taxıldı. Bu döyüşdə Bədr xanın başqa bir oğlu 
Şeyxəli  xan  da  öldürülmüşdür. 
Qaradağ  qaraçorlularının  başçılarından  biri  də  Hacı 
Rza xan Şir xan oğlu idi. Onun oğlu Cəfərqulu xan Herat 
döyüş lərində  böyük  şücaət  göstərdiyinə  görə  Məhəmməd 
şah Qacar tərəfindən mükafatlandırılmışdır. Cəfərqulu xan 
Qacar ordusu n da yüksək bir ünvan-əmir tümən rütbəsi al-
mışdı. Bu məşhur qaraçorlu sonralar qacarların siyasi həya-
tında mühüm rol oynamışdır (Ə.Çingizoğlu, F.Baxşəliyev. 
Qara bağın el və obaları. Bakı, 2007, səh.170).
1848-ci  ildə  Məhəmməd  şah  Qacar  Məhəmmədiyyə 
qəsrin də vəfat edərkən, vəliəhd Nəsrəddin Mirzənin Təbriz-
də oldu ğun dan istifadə edən şahzadələr, əvvəlcə buradakı 
şah xəzinə sini, onun köməyi ilə hakimiyyəti ələ keçirməyə 
cəhd etsələr də, Nəsrəddin Mirzənin anası Məhdi Ulyanın 
köməyinə gələn Cəfərqulu xan yüz əlli suvari döyüşçü ilə 
onların bu cəhdinin qarşısını almış və şah xanədanına sə-
daqətinin sübut etmişdir.
İbrahim xanın hakimiyyətinin son dövrlərindəki döyüş-
lərdə  qaraçorlulara  onun  oğlu  polkovnik  Xanlar  ağa  ko-
mandanlıq  edirdi.
Azərbaycan  Dövlət  Tarix  Arxivində  saxlanan (F.24, 
siyahı 1, saxlama vahidi 142) 1823-cü ilə aid “Qarabağ 
əyalətinin  ka me ral  təsviri”  adlı  sənəddə  Qarabağda  hə-


16
Dərələyəz mahalının kameral təsviri 
min dövrdə mövcud olan Qaraçorlu mahalı haqqında da 
məlu mat vardır. Bu sənədə görə 7 kənddən ibarət olan Qa-
raçor mahalında qaraçorluların şeylanlı, gəloxçu, təhməzli, 
şadmanlı, yurdaxlı tayfalarının yaşadığı qeyd olunur (cəmi 
538 ailə). 
Bu qaraçorlular Qarabağda qalıb yaşamağa davam edən-
lər  idi.  Haqqında  söhbət  gedən  Qaraçor  mahalı  təxminən 
indiki  Laçın  rayonunun  ərazisində  yerləşirdi.  Dərələyəzli 
qaraçorlular kimi, onlar da 1988-ci ilin məlum hadisələrin-
dən sonra yer-yurdlarından didərgin düşüb başqa yerlərdə 
məskunlaşmışlar.
Bu kitaba Dərələyəz mahalı ilə bağlı iki kameral siya-
hı daxil edilmişdir. Onlardan birincisi 1831-ci ilə aid olan 
və Ermənistan Milli Arxivində saxlanan (F.90, siy.1, sax. 
vah. 102) sənəddir. Onun müəllifi rus alimi İ.Şopen sayı-
lır, onun köməkçisi olan məmur V.Zolotnitski tərəfindən 
rusca tərtib edilmişdir.  
Özünün yazdığına görə, Türkmənçay müqaviləsindən 
(1828) sonra onu yanına dəvət edən işğalçı rus qoşunlarının 
komandanı general Paskeviç İ.Şopendən xahiş edir ki, Ru-
siya impe riyasına yenicə birləşdirilən keçmiş Naxçıvan və 
İrəvan  xanlıqlarının,  sonradan  onların  yerində  yaradılmış 
Erməni vilayətinin ərazisində tədqiqat aparsın, əhalinin et-
noqrafiyasını, sosial-iqtisadi  vəziyyətini müfəssəl şəkildə 
araşdırsın və ətraflı raport təqdim etsin. Şopen onun təklifini 
qəbul etmiş və  Erməni vilayətini qarış-qarış gəzmiş, əhali-
nin kameral, yəni adbaad siyahısını tərtib etmiş və topladığı 
materiallar üzərində uzun müddət araşdırma aparmışdır. Bu 
araşdırmaların nəticəsi olaraq «И.Шопен. Исторический 
памятник состояние Армянской области в эпоху ее 
присоединение  к  Российской  империи.  Спб.  1852» 


17
(1831-ci və 1842-ci illər)
(“Erməni vilayətinin Rusiya İmperiyasına birləşdirildi-
yi dövrdəki vəziyyətinə aid tarixi abidə”)  əsəri meydana 
çıxmışdır. 
Göründüyü kimi, çar Rusiyasında işğal etdiyi əraziləri 
uğurla idarə etmək və bir daha itirməmək üçün bu cür fun-
damental işlər görülürdü.  Əsərin girişində müəllifin verdi-
yi izahatdan belə məlum olur ki,  İ.Şopen bu işi 1829-cu 
ilin aprel ayında başlamış, 1832-ci ilin may ayında başa 
çatdırmış,  onun  irihəcmli  və  qiymətli  əsəri  1852-ci  ildə 
Sankt-Peter burqda işıq üzü görmüşdür. Bu əsər bizə də çox 
qiymətli məlumatlar verir, belə ki, burada başqa ərazilərlə 
yanaşı, Dərələyəz mahalı da kəndbəkənd araşdırılmış, hər 
kənddə  yaşayanlar  adbaad  göstərilmişdir.  Həmin  kitabı-
na yazdığı ön sözdə İ.Şopen sanki peyğəmbərcəsinə deyir: 
“Erməni vilayətinin Rusiya İmperiyasına birləşdirildiyi 
dövrün və ziyyətini təsvir edən bu kitab bir sıra inven-
tarları özündə cəmləşdirib. Bu kitabın köməyi ilə gələ-
cəkdə daim müqayisə edib deyəcəklər-nəyimiz var imiş, 
indi nəyimiz var. Qoy bu vilayətin sakinləri bu kitabı əl-
lərində tutduqları vaxt daim öz keçmişlərini yaşadıqları 
dövrlə müqayisə etsinlər.” (İ.Şopen. Erməni vilayətinin 
Rusiya  İmperiyasına  birləşdirildiyi  dövrdəki  vəziyyə-
tinə aid tarixi abidə. S.Pb. 1852. səh.VI).
Erməni  vilayətinin  istər  keçmiş  İrəvan  xanlığında, 
istərsə  də  Dərələyəz  mahalında  1831-ci  ildən  sonra  baş 
verənləri  isə oranın köklü müsəlman əhalisi üçün faciədən 
başqa cür qiymətləndirmək mümkün deyil. Kameral siya-
hıya görə, 1831-ci ildə Dərələyəz mahalında 1001 müsəl-
man, yalnız 58 yerli erməni ailəsi yaşayırdı, İranın Salmas, 
Maku və Xoy vilayət lərindən 507, Türkiyədən isə 8 erməni 
ailəsi buraya köçü rülmüşdü və hətta bu köçür mədən sonra 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə