Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə45/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
173
b. Hz. Peyğəmbərin Quran haqqındakı bəyanları sadəcə mənası 
anlaşılmayan ayələrlə bağlıdır. Mənaları başa düşülən ayələrin Hz. 
Peyğəmbər tərəfindən təfsir edilməsinin heç bir mənası yoxdur.
c.  Günümüzə  qədər  gəlib  çatan  hədis  kitablarında  Hz. 
Peyğəmbərdən Quranın ancaq bir hissəsini təfsir edən rəvayətlərə 
rastlamaq mümkündür.
2) Rəsulullahın Quranı başdan sona qədər təfsir etdiyi iddiası
Bu iddianı ilk dəfə ortaya atan İbn Teymiyyədir (vəfatı-728/1328). 
Onun və tərəfdarlarının dəlilləri bunlardır:
a. “...İnsanlara nə nazil edildiyini onlara izah edəsən deyə sənə Qu-
ranı endirdik...”
264
 ayəsi Hz. Peyğəmbərin Quranı başdan sona qədər 
təfsir etməkdən məsul olduğunu göstərir. 
b. Səhabilərin Rəsulullahdan (s.ə.s) on ayə öyrəndikdən sonra 
o ayələrin mənalarını yaxşı qavrayıb əməl etmədikçə başqa ayələri 
öyrənmədikləri barədəki rəvayətlər də Hz. Peyğəmbərin Quranın 
bütün ayələrini səhabilərə izah etdiyini göstərir. 
c. Onlar bəşəriyyətə dünyada və axirətdə xoşbəxt olmanın yol-
larını göstərən bir kitabın başdan sona qədər təfsir edilməməsini 
qeyri-mümkün hesab edirlər. 
Lakin  bir  çox  İslam  aliminin  də  həmrəy  olduğu  kimi  Hz. 
Peyğəmbərin  Quranın  bir  hissəsini  təfsir  etdiyini  söyləmək  daha 
doğru olar. Çünki hədis kitablarına nəzər saldıqda görürük ki, Hz. 
Peyğəmbər daha çox şəriət məsələlərini və nisbətən çətin anlaşılan, 
yaxud müxtəlif mənalarda yozula bilən kəlamları təfsir etmişdir. 
264  Nəhl , 16/44.


TƏFSİR ÜSULU VƏ TARİXİ
174
2. Səhabi təfsiri
Təfsirin təşəkkülündə ikinci mərhələ səhabilər dövrünü əhatə 
edir. Səhabilər ərəb olduqları üçün ərəb dilinin üslubunu və incə-
liklərini yaxşı bilirdilər. Onlar Quranı bilavasitə Hz. Peyğəmbərin 
özündən almış, ona yaxın olmuş, onun işlərində iştirak etmiş, dav-
ranış və hərəkətlərinin şahidi olmuş, təfsirlərini eşitmişdilər. Odur 
ki, onlar Quranı başqalarına nisbətən daha yaxşı bilirdilər. 
Ancaq bu da bir həqiqətdir ki, səhabilərin hamısı Quranı eyni 
səviyyədə  anlamamışdılar.  Çünki  onlar  həm  zəka,  həm  də  elmə 
yiyələnmə imkanları baxımından bir- birindən fərqlənirdilər. 
a. Səhabilərin təfsir metodu
Səhabilər  hər  hansı  bir  ayəni  təfsir  edərkən  əvvəlcə  Qurana, 
sonra da sünnəyə müraciət edirdilər. Bu mənbələrdə heç nəyə rast 
gəlmədikdə isə özləri ictihad edirdilər. İctihadi təfsirlərində də ya 
dilə, ya da dinə çox əhəmiyyət verirdilər. Onlar etdikləri qarmma-
tik təhlillərlə sonrakı nəsillərə işıq tutmuşlar.
Səhabilər eyni zamanda nüzul səbəblərinə yer vermiş, Quranın 
nasix və mənsux ayələrini izah etmişlər. Onlar ayələri bəzən təxsis 
(xüsusiləşdirmə)  yolu  ilə,  bəzən  də  tarixi  metodla  təfsir  etməyə 
çalışmışlar.  Məsələn,  “(Ya  Rəsulum!)  Məgər  Allahın  nemətini  küfrə 
dəyişənləri (Allaha nankor olan Qüreyş kafirlərini) və ümmətini ölüm yur-
duna sövq edənləri görmürsənmi?” ayəsini İbn Abbas, “Onlar Məkkə 
kafirləridir”-deyə təxsis etmişdir.
Əhzab  surəsinin  10-cu  ayəsi  barədə  Hz.  Aişə:  “Bu  Xəndək 
günündə baş vermişdir” -deyərək ayədə bəhs olunan o şiddətli və 
qorxunc hadisənin baş verdiyi tarixi göstərərək ayəni açıqlamışdır.
Səhabilər  arasındakı  zəka,  anlayış,  elm  və  dünya  görüşü 
kimi  fərqliliklər,  eyni  zamanda  onların  bir  hissəsinin  daim  Hz. 


TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
175
Peyğəmbərin  yanında  olması,  nüzul  səbəblərini,  adət-ənənəni 
yaxşı  bilənlərlə  bilməyənlər  arasındakı  fərqlər,  onlar  arasın-
da  bəzi  ixtilaflara  səbəb  olmuş  və  ayələrlə  bağlı  müxtəlif  fikirlər 
səsləndirmələrinə gətirib çıxarmışdır. 
b. Səhabi təfsirinin dəlil olması
Səhabilərin  təfsirə  dair  söylədikləri  sözlərin  bizi  nə  dərəcədə 
əlaqədar  etdiyini  ortaya  qoymaq  üçün  əvvəlcə  bu  sözlərin  hədis 
üsulu baxımından dəyərini incələməliyik. Hədis elminə görə səhabi 
sözləri ya mərfu hədis hökmündədir, ya da mövquf xəbər sayılır. 
Əgər  səhabilərin  təfsiri,  nüzul  səbəbləri,  mübhəmətul-Quran,  na-
six, mənsux və müğəyyəbatla əlaqəli olub, ictihad etmə və müstəqil 
düşüncə  yürütmə  sahəsinə  aid  deyilsə,  bunlar  mərfu  hökmündə 
qəbul olunur. Fikir yürüdülməsi və ictihad olunması mümkün olan 
sahələrlə bağlı olan, lakin sadəcə səhabilərin öz elminə əsaslanan 
xəbərlərə  isə  “mövquf  hədis”  deyilir.  Buna  görə  də  səhabilərdən 
nəql olunan mərfu rəvayətlərin sonrakı nəsillər üçün mütləq dəlil 
olması məsələsində ixtilaf yoxdur. İslam alimlərinin əksəriyyəti bu 
cür rəvayətləri hüccət olaraq qəbul etmişlər. Bu cür rəvayətləri son-
rakı nəsillərin əsas alması həm vacibdir, həm də bu xəbərlər onlar 
üçün dəlil sayılır.
Mövquf rəvayətlərə gəldikdə isə, bu mövzuda alimlər müxtləf 
görüşlərə  sahibdirlər.  Bəzi  İslam  alimlərinə  görə  səhabilərdən 
gələn  mövquf  xəbərləri  almaq  vacib  deyildir.  Çünki  onların  bu 
rəvayətləri ictihada əsaslanır. Müctəhid də doğru söyləyə biləcəyi 
kimi, xəta da edə bilər. Lakin bəzi alimlər mövquf xəbərlərin təfsirdə 
istifadəsini zəruri saymışlar. Onlara görə səhabilərin bu xəbərləri 
Hz. Peyğəmbərdən eşitmə və ya soruşub öyrənmə ehtimalı çoxdur. 
Həm də bu rəvayətlər səhabinin öz görüşünə əsaslansa belə, onla-
rın doğru söyləmə şansları yüksəkdir. Çünki Quran onların dilində 


TƏFSİR ÜSULU VƏ TARİXİ
176
nazil olmuş və onlar 23 il ərzində Hz. Peyğəmbərdən məlumat və 
feyz  almışlar.  Buna  görə  də  Hz.  Peyğəmbərdən  sonra  Quranı  ən 
yaxşı bilənlər onlardır. 
Nəticə  olaraq  alimlər,  ictihad  etmədikləri  mövzularda  səhabi 
təfsirini  dəlil  saymışlar,  onların  ictihad  etdikləri  məsələlərdə  isə 
Əbu Hənifə başda olmaqla əksər alimlər onun sonrakı nəsillər üçün 
mütləq dəlil olmadığını söyləmişlər. 
c. Səhabi təfsirinin xüsusiyyətləri
Səhabilərin təfsir metodlarını maddələr halında belə sıralamaq 
olar:
1. Səhabilərin təfsirdəki ən əsas xüsusiyyəti, ayəni ayə, nüzul 
səbəbləri və Hz. Peyğəmbərdən eşitdikləri açıqlamalar ilə təfsir et-
mələridir.
2. Onlar Quranı başdan-ayağa qədər təfsir etməmişlər. Çünki 
onlar  Quranı  başdan-ayağa  təfsir  etməyə  ehtiyac  hiss  etmirdilər. 
Buna  görə  də  daha  çox  mənası  gizli  olan  və  çətin  başa  düşülən 
sözləri izah edirdilər.
3. Aralarında  bəzən  ihtilaflar  çıxsa  da,  bu  ixtilaflar  bir-birinə 
təzad təşkil etməyib, təfsirdə müxtəliflik (zənginlik) sayılan fərqli 
rəylərdir.
4. Əhkam ayələrini çox təfərrüatı ilə şərh etmirdilər.
5. Bu dövrdə təfsir hələ şifahi şəkildə idi.
d. Təfsirdə məşhur olan səhabilər
Suyutinin göstərdiyinə görə, Hz. Peyğəmbərə ən yaxın səhabi-
lərdən on nəfəri Qurani-kərimin təfsir sahəsində məşhur olmuşlar: 
Əbu Bəkr, Ömər ibn əl-Xəttab, Osman ibn Əfvan, Əli ibn Əbi Talib, 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə