Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
162
başlamışdır. O, Quranda təfsirə ehtiyacı olan nəssləri izah etmiş-
dir.  Buna  görə  də  səhabilər  Quranı  şərh  etməyə  çox  da  ehtiyac 
hiss  etməmişlər.  Ancaq  Hz.  Peyğəmbərin  vəfat  etməsi  və  İslam 
dinini  geniş  bir  əraziyə  yayılması  nəticəsində  əvvəllər  mövcud 
olmayan  problemlər  ortaya  çıxmış  və  insanlar  mənsub  olduqları 
mədəniyyətlərdən  təsirlənərək  bəzi  fikirlərini  Quranla  tə məllən-
dirmək istəmişlər. Bunu görən səhabilər Quranı təfsir etməyə başla-
mışlar və sonrakı dövrlərdə də bu təfsir fəaliyyətləri inkişaf edərək 
davam etmişdir. 
Quranın təfsir edilməsinin bəzi səbəbləri vardır ki, bunları belə 
sadalamaq olar:
1. Yuxarıdakı ayələrdən
242
 gördüyümüz kimi Quranın özü özü-
nün təfsir edilməsini istəyir.
2. Quran “səlat”, “zəkat”, “həcc” və bunlara bənzər terminlərə 
yeni mənalar yükləmişdir ki, bu mənaların təfsir olunmağa ehtiyacı 
vardır.
3.  Quranda  mübhəm,  müşkil,  mütəşabeh,  mücməl  və  mütləq 
ayələr vardır ki, bunların izah edilməsi lazımdır.
4.  Quranın  fərdi  və  ictimai  həyata  dair  qoymuş  olduğu 
hökmlərin ortaya çıxarılması və təfsir edilməsi lazımdır.
5.  Qurandakı  məcaz,  kinayə,  istişarə  və  təşbeh  kimi  ədəbi 
sənətlər mütəxəssislər tərəfindən izah edilməlidir.
6. Quranda eyni zamanda elmi həqiqətlərdən bəhs edən ayələr 
vardır ki, bunların təfsirinə ehtiyac vardır. 
242  Maidə, 5/67; Nəhl, 16/44.


ÜMUMİ MƏLUMAT
163
B. Təfsirdə fərqlilik səbəbləri
Hz.  Peyğəmbər  vəfat  etdikdən  sonra  səhabilər  hər  hansı 
bir  ayəni  təfsir  etmək  istədikdə  öncə  Qurana,  onda  tapmasalar 
Rəsulullahın (s.ə.s) sünnəsinə, onda da tapmasalar özlərinin rəy və 
ictihadlarına müraciət edirdilər. Ancaq səhabilər zamanında Quran 
başdan sona qədər təfsir edilməmişdir. Onlar daha çox mənası gizli 
olan ayələri təfsir etmişlər. Sonrakı dövrlərdə isə təfsir fəaliyyətləri 
bir xeyli genişləndi və bunun nəticəsində də fərqli-fərqli təfsir və 
izahlar çoxaldı. Bu fərqliliyin səbəblərini aşağıdakı kimi açıqlamaq 
olar:
1. Qiraət ixtilafları
Nisə surəsinin 43-cü ayəsində keçən “ləməstum” sözünü buna 
misal vermək olar. Həmzə və Kisayi bu sözü əlifsiz sülasi fel kimi, 
digər qiraət imamları isə bu feli “müfaalə” babına görə oxumuşlar. 
Birinci  qiraət  şəklinə  görə  ayədəki  bu  sözün  mənası  “toxunmaq” 
deməkdir. İkinci qiraət tərzinə görə isə bu fel “cinsi əlaqə” mənasına 
gəlir.  İmam  Şafei  birinci  qiraəti  əsas  alaraq  naməhrəm  qadınla-
ra  toxunmanın  dəstəmazı  pozacağı  haqqında  hökm  çıxarmışdır. 
İmam Əbu Həhifə isə ikinci qiraəti əsas alaraq naməhrəm qadın-
lara  əl  ilə  toxunmanın  dəstəmazı  pozmayacağı  və  burada  “cinsi 
əlaqənin” qəsd olunduğuna dair hökm vermişdir.
2. Çox mənalılıq
Quranda bəzi kəlmələr vardır ki, bunlar birdən çox mənaya gələ 
bilirlər. Fərqli mənalar daşıyan bu kəlmələr fərqli təfsir şəkiilərinin 
ortaya çıxmasına səbəb olur.
. ِيمِ َّاصل َك  ْتَحَب ْصأَ�َف  


TƏFSİR ÜSULU VƏ TARİXİ
164
“Və  bağ  yanıb  qapqara  oldu”
243
  ayəsindəki  “əs-sarim”  kəlməsini 
buna misal verə bilərik. Çünki bu kəlmə “barsız bağ, biçilmiş tarla, 
gecənin bir hissəsi, heç bir şey bitməyən qumlu ərazi” kimi mənalar da-
şıyır. 
3. İtlaq və təqyid
Quranda bəzi ayələr vardır ki, onlar həm mütləq məna, həm də 
təqyidi məna daşıma qabiliyyətindədirlər. Məsələn,
  ْنِم  َينِكا َسَم ِةَ َشَع ُماَع ْطإِا ُهُتَراَّافَكَف َناَمْيأَلا ُُّتدَّاقَع اَمِب ُك
ُذِخاَؤُي نِكـَلَو ْ ُكِناَمْيأَ�  ِف ِوْغَّالل ِب ُّللا ُ ُكُذِخاَؤُي َل  
 ْ ُكِناَمْيأَ� ُةَراَّافَك  َ ِلَذ ٍم َّايأَ� ِةَثَلَث ُماَي ِصَف  ْدَِي ْمَّال نَمَف ٍةَبَقَر  ُريِرْ َت  ْوأَ� ْمُ ُتَو ْسِك  ْوأَ� ْ ُكيِلْهأَ�  َنوُمِع ْطُت اَم ِط َسْوأَ�
.  َنو ُرُك ْشَت ْ ُكَّالَعَل ِهِت َيآ� ْ ُكَل  ُ ّللا  ُ ِّينَبُي  َ ِلَذَك ْ ُكَناَمْيأَ� ْاو ُظَفْحاَو ْ ُتْفَلَح اَذإِا
Bilmədən and içmənizə görə Allah sizi günahlandırmaz. Lakin bilə-bilə 
and-aman etsəniz sizi günahlandırar. Bunun kəffarəsi (əvəzi) isə-ailənizin 
orta yeməyindən on yoxsulu yedirtmək və ya onları geyindirmək, yaxud 
bir köləni azad etməkdir; (bunları) tapmayan üç gün oruc tutmalıdır. And 
içsəniz, andnızın kəffarəsi budur. Andlarınızı qoruyun! Allah öz ayələrini 
sizə belə aydınlaşdırır ki, bəlkə şükr edəsiniz
244
 ayəsindəki üç gün oruc 
tutma hökmü Əbu Hənifə, əs-Səvri və onların tərəfdarlarına görə 
mütləq  hökm  deyildir.  Yəni  bu  oruc  üç  gün  dalbadal  tutulmalı-
dır. Bu alimlər bu görüşlərinə dəlil olaraq Übeyy İbn Kəb və İbn 
Məsudun müshəflərindəki “mütətəbiat” sözünü almışlar.
Ancaq Şafei Übeyy ibn Kəb və İbn Məsudun müshəflərindəki 
mütətəbiat”  kəlməsini  mütəvatir  qiraət  olmadığını  söyləyərək 
bunun  bir  dəlil  olmayacağı  qənaətinə  gəlmişdir.  Buna  görə  də 
o,  üç  günlük  orucun  dalbadal  deyil,  müxtəlif  günlərdə  də  tutula 
biləcəyinə hökm vermişdir. 
243  Qələm, 68/20.
244  Maidə, 5/89.


ÜMUMİ MƏLUMAT
165
4. Ümumulik və xüsusilik ixtilafı
Bəzən də ixtilaflar hər hansı bir kəlmənin xüsusi və ya ümumi 
mənalar daşıması ətrafında cərəyan edir. Məsələn, 
... ِ ِل ْضَف نِم  ُ ّللا ُ ُه َتآ� اَم  َلَع  َساَّانلا  َنوُد ُسْ َي ْمأَ�  
Yoxsa onlar Allahın Öz mərhəmətindən insanlara bəxş etdiyi şeylərə 
görə həsəd aparırlar?...”
245
 ayəsində keçən “ən-nəs” kəlməsi buna mi-
sal veril bilər. Çünki bu söz ilə həm Hz. Peyğəmbərin, həm onun 
ailə  fərdlərinin  və  səhabilərinin  qəsd  edildiyi  bildirilir.  Bəlkə 
də  “ən-nəs”  sözünün  cəm  ifadə  etməsindən  yola  çıxaraq  onun-
la sadəcə Hz. Peyəmbərin qəsd olunmadığını deyə bilərik. Ancaq 
digər tərəfdən görürük ki, Quranda Hz. İbrahim üçün “ümmət
246
 
ifadəsi işlədilməkdədir. Buna görə də “ən-nəs” sözü ilə sadəcə Hz. 
Peyğəmbərin nəzərdə tutulduğunu demək mümkündür.
5. Mənsux və möhkəm olma ehtimalı
İxtilafın  bu  növü  həm  Quranda  nəsxin  varlığını  qəbul 
etməyənlər,  həm  də  nəsxi  qəbul  etdikləri  halda  bir  ayənin  nəsxi 
mövzusunda ittifaq etməyənlər arasında cərəyan edir. Məsələn,
... ِهِتاَقُت  َّاقَح  َ ّللا ْاوُقَّاتا ْاوُنَمآ�  َنيِ َّالا اَ ُّيأَ�  َي  
Ey iman gətirənlər! Allahdan lazımınca qorxun...”
247
 aysəini bəzi 
müfəssirlər mənsux, bəziləri isə möhkəm kimi qiymətləndirmişlərdir. 
Bu ayənin mənsux olduğunu söyləyənlərə görə “Allahdan lazımınca 
qorxmaq” bir müsəlmanın bütün varlığı ilə Allahın əmrlərini yerinə 
yetirməsi və qadağalarından da uzaqlaşması deməkdir ki, buna in-
sanların gücü çatmaz. Buna görə də Allah-təala
245  Nisa, 4/54.
246  Nəhl, 16/120.
247  Ali İmran, 3/102.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə