Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
156
U. Quranın fəzilətləri
Fəzilət “üstünlük” və “ şərəf” mənalarına gəlir. Quranın fəzi lət-
lə ri deyildikdə onun üstünlüyü və ucalığı nəzərdə tutulur. Quranın 
fəzilətləri haqqındakı məlumatları təfsir kitablarından, hədis məc-
mualarından və digər müstəqil əsərlərdən almaq mümkündür. 
1. Quranın fəzilətinə dair hədislər
Hz. Peyğəmbər (s.ə.s.) bir çox hədisində Quranın həm üstün-
lü yünə,  həm  də  onu  öyrənməyin,  öyrətməyin  və  oxumanın  fə zi-
lətlərinə işarə etmişdir:
a. “Sözlərin ən xeyirlisi Allahın Kitabıdır.
231
b. “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.
232
c. “ Quranı öyrənin. O, qiyamət günü əhlinə necə də gözəl şəfaətçidir.
233
d. “Hafizəsində Qurandan heç bir şey olmayan insan xaraba qalmış 
bir ev kimidir.
234
Yuxarıda  keçən  bu  hədislər  səhih  hədis  qaynaqlarında  möv-
cuddur və onların səhihliyinə heç bir şübhə yoxdur.
2. Surələrin fəzilətinə dair hədislər və onların incələnməsi
Surələrin fəzilətinə dair bir çox hədis vardır. Bunların böyük bir 
hissəsi təfsir kitablarında keçir. Bunlardan bəziləri bunlardır:
1.“Kim cümə günü Ali-İmran surəsini oxuyarsa, Allah və mələklər 
günəş batana qədər ona salat (rəhmət və istiğfar) edərlər.
235
231  Buxari, Ədəb, 70.
232  Buxari, Fazlül Bəqərə, 21.
233  Darimi, Fəzailil-Quran, 1.
234  Tirmizi, Səvabul Quran, 18.
235  Zəməzşəri, əl-Kəşşaf, I, 460.


QURAN ELMLƏRİ
157
2. “Kim Ənam surəsini oxusa, hər ayəsinə qarşılıq yetmiş min mələk 
gecə və gündüz o insanın bağışlanması üçün dua edər.”
236
3. “Kim Yunus surəsini oxusa, Yunusa (ə.s.) inanan və onu yalan-
layanların, eyni zamanda Fironla birlikdə suda boğulanların hər birinin 
əvəzinə o şəxsə on səvab yazılar.
237
 
4.  “Kim  Hud  surəsini  oxusa,  o  insana,  Nuh,  Hud,  Saleh,  Şüeyib, 
Lüt, İbrahim və Musanı təsdiq və təkzib edənlərin, qiyamətə qədər gələcək 
müttəqilərin hər birinə qarşılıq on səvab vardır.”
238
Surələrin fəziləti haqqındakı rəvayətlərə gəlincə bu rəva yətlə-
rin bir çoxu Zəməxşəri, Beyzavi və Əbus Süud Əfəndinin təf sirlə-
rində  keçir.  Burada  diqqəti  çəkən  məqam  bu  üç  müfəssirin  də 
eyni  hədisləri  nəql  etmələridir.  Mənbələrin  bildirdiyinə  görə  hər 
üç  müfəssir  bu  hədisləri,  Quranın  fəzilətinə  dair  uydurma  hədis 
nəql  etmədə  məşhur  olan  əs-Sələbi  (vəfatı-427/1035)  və  Vahidi 
(vəfatı-468/1075) kanalı ilə rəvayət etmələridir. Müfəssir əş-Şirbini 
də (vəfatı-977/1569) “əs-Siracul-munir” adlə təfsirində Zəməxşəri və 
ona tabe olaraq eyni hədisləri nəql edən Beyzavinin bir çox uydur-
ma hədisləri kitablarına aldıqlarını qeyd etmişdir. Şirbiniyə görə bu 
iki müfəssir Bəqərə, Nəhl, Kəhf, Səcdə, Yasin, Duxan, Vaqiə, Zilzal, 
Tə kasur və Nəs surələri xaric, digər 104 surənin fəziləti haqqında 
uy durma hədislər nəql etmişlər.
Quran surələrinin fəziləti haqqında bir çox hədisin uyduruldu-
ğuna dair açıq etiraflar da vardır. Məsələn, Nuh b. Əbi Məryəmdən 
(vəfatı-  173/789)  Quranın  bir  çox  surəsinin  fəziləti  haqqında  İbn 
Abbas təriqi ilə gələn bu xəbərlər sənə hardan çatıb deyə soruşul-
duqda belə cavab vermişdir: “Mən insanları Qurandan üz çevirib 
236  Zəməxşəri, Kəşşaf, II/85.
237  Zəməxşəri, Kəşşaf, II/376, Beydavi, Ənvarut-Tənzil, I/552.
238  Zəməxşəri, Kəşşaf, II/429, Beydavi, Ənvarut-Tənzil, I/523. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
158
Əbu Hənifənin fiqhi və İbn İshaqın məğazisi ilə məşğul olduqlarını 
gördüm və səvabını ümid edərək bu hədisləri uydurdum.”
239
 
İbn Hibbanın bildirdiyinə görə eyni sual Meysərə b. Abdi Rab-
bihə verilmiş, o da insanları Quran oxumağa həvəsləndirmək üçün 
bir çox fəzilət hədisi uydurduğunu bildirmişdir.
Buraya  qədər  yazılanlardan  belə  nəticəyə  gəlmək  olar  ki,  bu 
rəvayətlərin  bir  çoxu  uydurma  hədislərdir.  Hər  nə  qədər  bu  rə-
vayətlərin Quran oxumağa həvəsləndirmə mahiyyətində uydurul-
duğu  söylənilsə  də  İslam  alimlərinin  əksəriyyəti  bu  fikrə  qarşı 
çıxmışlar. Həm də surələrin fəzilətiə dair uydurulan hədislər mü-
səlmanları  daha  çox  Quranın  ləfzinə  yönəldərək  onları  əsl  məq-
səddən uzaqlaşdırmışdır.
239  Zərkəşi, Burhan, I/432.


ÜÇÜNCÜ FƏSİL
TƏFSİR TARİXİ



I. ÜMUMİ MƏLUMAT
Quranın  anlaşılması  istiqamətindəki  fəaliyətlər  əsri-səadət 
dövrü ilə birlikdə başlamışdır. Bu fəaliyətlər əvvəlcə şifahi olaraq 
başlamış, hicri II əsrin ikinci yarısından etibarən isə yazılı şəkildə 
davam etmişdir. Girişdə təfsir və onunla bağlı olan məfhumlara yer 
vermişdik. Burada da təfsir tarixi mövzusundan bəhs etməyə çalı-
şacağıq.
A. Quranın təfsir edilməsinin zəruriliyi
Quran  insanları  pis  şeylərdən  uzaqlaşdırmaq  və  onlara  yaxşı 
şeyləri  göstərmək  üçün  göndərilən  bir  mesajdır.  Onun  bu  yönü-
nü insanlara anlatma fəaliyyətlərinə təfsir deyilir. Quranın insan-
lara  anlatılmasında  ilk  müfəssirlik  vəzifəsini  yerinə  yetirən  Hz. 
Peyğəmbərdir. Belə ki,
 
Qurani-kərimin ilk təfsiri
... ُهَتَلا َسِر  َتْغَّالَب اَمَف ْلَعْفَت ْمَّال ن
إِ
اَو  َكِّبَّار نِم  َكْيَلإِا َلِزنأُ� اَم ْغِّلَب ُلو ُسَّارلا اَُّيأَ�  َي  
Ey  Peyğəmbər!  Sənə  Rəbbindən  göndəriləni  təbliğ  et.  Əgər  bunu 
yerinə yetirməsən Onun risalətini (insanlara) çatdırmamış olarsan...”
240
 
məalındakı ayəsi ilə
...ْمِ ْيَلإِا َلِّزُن اَم  ِساَّانلِل َ ِّينَبُتِل  َرْكِّلا  َكْيَلإِا اَنْلَزنأَ�َو ...
Sənə Quranı nazil edik ki, insanlara endirilən (şeyi) onlara açıqla-
yasan
241
 şəklindəki
 
ayəsinin ifadə etdikləri kimi Hz. Pey ğəmbərlə 
240  Maidə, 5/67.
241  Nəhl, 16/44.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə