TƏFSİR ÜSULU VƏ TARİXİ
152
b. “
Sənin Rəbbin istədiyini xəlq edir və seçir...”
221
6) İki
suala bir cavab
“
Əgər sizə Allahın lütfü və mərhəməti olmasaydı, Allah şəfqətli və
rəhimli olmasaydı, (onda işiniz necə olardı?)”
222
Bu sualların cavabı “
ifq
hadisəsi”
ayəsidir.
7) Məhzuf cavab
“
Məgər öz Rəbbindən aydın dəlilə malik olanın .... halı bəd əməlləri
özü üçün bəzədilmiş, öz həva-həvəslərinə uymuş kəslərin halı kimidir?”
223
Bu ayənin cavabı məhfuzdur, yəni cavab yazılmasada qəsd olun-
muşdur.
8) Cavab sualla əlaqəsi olmayan
başqa bir fəsildə olur
“
İbrahimi də (peyğəmbər göndərdik). O zaman o, öz camaatına dedi:
“Allaha ibadət edin və Ondan qorxun! Əgər bilsəniz, bu, sizin üü daha
xeyirlidir.”
224
Bu ayənin cavabı yenə eyni surənin iyirmi dördüncü
ayəsində verilmişdir:
“
Onun (İbrahimin) camaatının cavabı ancaq:“Onu öldürün və ya
yandırın”-demələri oldu ...”
9) Kəlamın içərisində olan cavab
“
Sad.Öyüd-nəsihətli Qurana and olsun!...”
225
Kafirlər Hz. Mühəmmədin haqq bir peyğəmbər olmadığını
zənn edirdilər. Bu ayələr isə Hz. Mühmmədin risalətinin doğru ol-
duğunu bildir.
10) Kəlamın
sonunda olan cavab
221 Qəsəs, 28/68.
222 Nur, 24/20.
223 Mühəmməd, 47/14.
224 Ənkəbut, 29/16.
225 Sad, 38/1-4.
QURAN ELMLƏRİ
153
“
Onlar qeyb barəsində ehtimallar quraraq deyəcəklər: “Üçdürlər, dör-
düncüsü onların itidir”...”
226
Bunun cavabı isə yenə eyni ayədə veril-
mişdir: “
De: Mənim Rəbbim onların sayını daha yaxşı bilir...”
11) Sualın içərisində olan cavab
“
Onlar isə bunlara üz tutaraq soruşdular:“Nə itirmisiniz?”Dedilər:Biz
hakimin piyaləsini itirmişik...”
227
12)
Vaxta mövquf cavab
“
Rəbbiniz dedi: “Məni çağırın. Mən də avab verim...”
228
Səhabilər duaya icabətin vaxtını Hz. Peyğəmbərdən soruşurlar.
Onların bu sualına cavab olaraq Allah-təala bu ayəni nazil etdi:
“
Bəndələrim səndən Mənim haqqımda soruşsalar, Mən yaxındayam,
məni çağıranın səsinə cavab verərəm. Qoy onlar da Mənə cavab versinlər
və Mənə iman gətirsinlər ki, bəlkə düz yola qovuşalar”
229
13) Nəhy cavabı
“...
Siz əgər müttəqisinizsə, sözdə yumuşaqləq (işvə-naz) göstərməyin
ki, ürəyində mərəz olan tamah salmasın...”
230
T. Ayələr və surələr arasındakı münasibət
(Münasəbətul-Quran)
“Münasibət” kəlməsi lüğətdə “
yaxınlıq və oxşarlıq” mənalarına
gəlir. Termin olaraq “
bir- birinin ardınca gələn söz və cümlələr və ya
ard-arda anladılan hadisələr arasındakı əlaqə” deməkdir. “
Münasəbətul-
Quran” da ayə və surələr arasındakı məna baxımdan əlaqəni ortaya
çıxardan bir Quran elmidir.
226 Kəhf, 18/22.
227 Yusuf, 12/71-72.
228 Mömin, 40/60.
229 Bəqərə, 2/186.
230 Əhzab, 33/32.
TƏFSİR ÜSULU VƏ TARİXİ
154
Bilindiyi kimi Quran ayələri fasilələrlə müxtəlif səbəblərə görə
nazil olmuşdur. Ancaq ayələrin fərqli-fərqli zamanlarda nazil ol-
ması onlar arasında hər hansı bir əlaqənin olmaması demək deyil-
dir. Həm ayələr və surələr, həm də ayələrin və surələrin əvvəli ilə
axırları arsında elə bir əlaqə vardır ki, onlardan hər hansı birinin
yerini dəyişdirmək mümkün deyildir. Çünki bu Quranın tərtibi ilə
bağlıdır. Tərtib isə Quranın möcüzəvi yönlərindən biridir.
Fəxrəddin ər-Razi (vəfatı-606/1209) Bəqərə surəsinin əvvəli ilə
axırı arasında əlaqə olduğunu söyləmişdir. Ona görə Allah-təala
Bəqərə surəsinə qeybə iman edən, namaz qılan və Allahın verdi-
yi ruzini başqalarına da infaq edən möminləri öyərək başlamış,
surənin sonunda da həmin möminlərin Hz. Mühəmmədin (s.ə.s)
ümməti olduğunu bildirmişdir.
Bundan başqa Vaqiə surəsinin sonu ilə Hədid surəsinin əvvəli
arasında da əlaqə olduğu söylənmişdir. Vaqiə surəsinin son ayəsi
. ِيم ِظَعْلا َكِّبَر ِ ْس ِب ْحِّبَسسَف
“
Elə isə Uca Rəbbinin şəninə təriflər de!” ayəsidir. Bu ayənin ardın-
dan gələn Hədid surəsinin birinci ayəsində də sanki Allahın şəninə
təriflər deməsinə dəlil olsun deyə belə buyurulur:
. ُيمِكَحْلا ُزيِزَعْلا َوُهَو ِضْرأَ ْلاَو ِتاَواَم َّاسلا ِف اَم ِ َّا ِلل َحَّابَسس
“
Göylərdə və yerdə olanların hamısı Allaha təriflər deyir. O, qüdrət,
hökm və hikmət sahibidir”.
Quranın ilk surəsi ilə son surəsi arasında da digər surələrdə
olduğu kimi əlaqə vardır. Belə ki, Fatihədə Allahın sifətləri sayıl-
dıqdan sonra hidayətdən bəhs olunmuş, Nəs surəsində də hidayətə
çatmanın ancaq şeytanın şərrindən Allaha sığınmaqla mümkün
olacağı bildirilmişdir.