TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
185
Yuxarıda da qeyd etdiyimiz kimi rəvayət təfsirinin əsas qay-
naqlarından biri də ərəb dilidir. Çünki Quran ərəb dilində nazil
olmuşdur. Buan görə də müfəssir hər hansı bir ayənin üzərində
durarkən ərəb dilinin qrammatikasına mütləq müraciət etməlidir.
Ərəb şerinin də Quran təfsirində böyük əhəmiyyəti vardır.
Bu şeir ərəblərin sosial və əxlaqi davranışlarını, etiqad və dünya
görüşlərini ortaya qoyur. Onalrın dünya təsəvvürünü dərk etməyə
yardım edir. İbn Abbas: “Quranın qərib kəlmələri barədə məndən
soruşduqlarınızı şeridə axtarın. Çünki şeir ərəbin divanıdır” demiş
və ona Quranın hər hansı bir ayəsi haqqında soruşulduqda ehtiyac
varsa şeirə müracət etmişdi.
1) Rəvayət təfsirinin ümumi xüsusiyyətləri
Rəvayət təfsirinin xüsusiyyətlərini belə sadalaya bilərik:
a. Təfsirdə əsas olan rəvayətdir. Rəvayət olmdan dirayət olmaz.
Rəvayət təfsiri daha öncə gəlir və bu təfsir dirayət təfsirinin meyda-
na çıxması üçün təməl olmuşdur.
b. Rəvayət təfsirinin mənbələri Quran, sünnə və mərfu xəbər
hökmündə olan səhabi sözləridir.
c. Rəvayət təfsirində bəzən zəif və uydurma xəbərlərlə qarşılaş-
maq mümkündür.
2) Rəvayət təfsirinin zəif nöqtələri
Rəvayət təfsir metodunda Quranın Quranla və ya səhih hədis-
lərlə, və yaxud da “
mərfu” sayılan səhabi sözləri ilə təfsirlərində
heç bir şübhəyə yer yoxdur. Lakin sənəd zənciri nəzərə alınmadan
səhabilərdən və tabiilərdən gələn rəvayətlərə və ya israiliyyat ad-
lanan bəzi uydurma xəbərlərə əsaslanan təfsirləri doğru saymaq
qeyri-mümkündür. İndi isə rəvayət təfsirinin zəif nöqtələrini bir-
bir nəzərdən keçirək.
TƏFSİR ÜSULU VƏ TARİXİ
186
a) Uydurma rəvayətlər
Mənbələrin bildirdiyinə görə bəzi məzhəb mənsubları öz
fikirlərini sünnəyə əsaslandırmaq məqsədi ilə bəzən hədis uydur-
muşlar. Xüsusilə də Abbasilərə yaltaqlanmaq məqsədi ilə uyduru-
lan bu sözlər Abbasilərin cəddi olan Abdullah ibn Abbasa isnad edil-
mişdir. Bundan başqa insanları Quran oxumağa həvəsləndirmək
üçün Quranın fəzilətləri haqqında da hədislər uydurulmuşdur.
Bəzi başqa dinlərə mənsub insanlar da İslama zərbə vurmaq üçün
heç bir əsli olmayan xəbərləri təfsirlərə daxil etmişlər.
b) Rəvayətlərin təhqiq olunmadan və sənədsiz nəqli
Rəvayət təfsirinin əsas zəif nöqtələrindən biri də nəqlləri təhqiq
etmədən verməkdir. Alimlərin bir qismi Quranı təfsir edərkən
etdikləri nəqlləri araşdırmamış və bunun nəticəsində də təfsirlərə
bir çox uydurma rəvayətlər girmişdir. Düzdür, İbn Cərir ət-Təbəri
(vəfatı-311/923) kimi rəvayətləri cərh və tədil yönlərini araşdıraraq
ələ
alan müfəssirlər olmuşsa da, bunların sayı həddindən azdır.
c) İsrailiyyat
Rəvayətlərə görə İsrail, Hz. Yaqubun adı və ya ləqəbidir. Yaqub
(ə.s.) da Quranda keçən məşhur on iki yəhudi boyunun (əsbat)
atasıdır. İbrani dilində olan israil kəlməsi, isra (qul) və il (Allah)
sözlərdən törəyib “Allahın qulu” deməkdir.
Rəvayət təfsirlərinin zəif nöqtələrindən birisi də israiliyyatdır.
İsrailiyyat kəlməsi “
israiliyyə” sözünün cəmidir. İsrail rəvayətləri
yəhudi, xristian və digər dinlərə əsaslanan rəvayətlərdir. Bu
rəvayətlərdə yəhudi ünsürü xristian ünsürünə nisbətən güclü-
dür, çünki müsəlmanlar yəhudilərlə daha çox ünsiyyətdə olmuş,
Mədinədə onlarla bir icma daxilində yaşamışlar.