TƏFSİR ÜSULU VƏ TARİXİ
196
a. Qurani-kərimdən bir mövzu seçərək onun müəyyən bir adla
adlandırması. Məsələn, “Quranda ədalət”, “Qurana görə qadın” və s.
b. Mövzu ilə əlaqəli bütün ayələri toplamaq.
c. Həmin ayələrin nüzul sırasına görə düzülməsi və ya ən azın-
dan bu ayələrdən məkki-mədəni olanları təsbit etmək.
ç. Toplanan ayələri təfsirlərdən araşdırmaq.
d. Ayələrin ilk olaraq nazil olduğu dövrün şəraiti çərçivəsində
ələ almaq.
e. Hər hansı bir hökmə varmadan öncə ayələrin ciddi olaraq
araşdırılması.
ə. Elmi metodlara riayət etmək.
i. Kəlmə və məfhumları təfsir etmək.
IV. BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ-
RƏYANLARI
Təfsirin tədvin edilməsinə paralel olaraq onun inkişafı zaman
keçdikcə bir-birindən fərqli cərəyanların ortaya çıxmasına zəmin
hazırladı. Bunlar insanların ehtiyaclarına görə fiqhi, etiqadi, elmi,
ictimai vs. təfsir anlayışları şəklində ortaya çıxdı. Bu şəkildə mey-
dana çıxan təfsir cərəyanlarından bəzilərini aşağıdakı kimi qruplaş-
dırmaq olar:
A. Filoloji (Lüğəvi) təfsir
Fəthlərdən sonra müxtəlif irqlərə, dinlərə, dillərə və
mədəniyyətlərə mənsub insanlar İslam dövlətinin tərkibinə qa-
tıldı. Bu da özü ilə bərabər müxtəlif problemlər gətirirdi ki, bu
problemlərədən biri də İslam dinini yeni qəbul edən bu insanların
Quranı oxuyub anlama ehtiyaclarının qarşılanması idi. Bu dövrdə
BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
197
ərəb ədəbiyyatı fars, hind və yunan ədəiyyatlarının təsiri altında
idi. Bütün bunların nəticəsində ərəb dili və ədəbiyyatı qaydalarının
təsbit edilməsi, o cümlədən Quranın filoloji təhlili məsələsi ortaya
çıxdı. Quran mətni ərəb dili qaydaları üçün vazkeçilməz bir mənbə
idi. Bununla yanaşı ərəb şeri də Qurandakı bəzi ifadələri anlamada
müraciət olunan mənbələrdən biri idi.
Hicri ikinci əsrdən etibarən dil sahəsindəki fəaliyyətlər daha da
canlandı. Sibəveyh (vəfatı-180/796), Əxfəş (vəfatı-177/793) və Xəlil
İbn Əhməd (vəfatı-170/786) kimi dilçilər bu sahədə əsərlər meyda-
na gətirdilər.
Quranı, filoloji yöndən təfsir edən alimlər öz əsərlərinə “Məa-
nil-Quran”, “Erabul-Quran”, “Qəribul-Quran” və “Məcazul-Quran”
kimi adlar verirdilər. Dil baxımdan edilən təfsirlərə misal olaraq
Fərranın (vəfatı-207/822) “Məanil-Quran”, əl-Müsənnanın (vəfatı-
210-825) “Məcazul-Quran” adlı əsərlərini verə bilərik. Sadəcə dilçi
müfəssirlər deyil, eyni zamanda bir çox müfəssir də Quranı təfsir
edərkən filoloji təhlillərə yer vermişlər. Məsələn, Zəməxşəri “Kəş-
şaf” adlı təfsirində çoxlu filoloji təhlillərdən istifadə etmiş, Quranın
ecazkarlığını və bəlağətini ortaya qoymağa çalışmışdır. Başqa bir
müfəssir olan Beydavi öz təfsirində filoloji açıqlamalara və ədə bi
izahlara geniş yer vermişdir. Nəsəfi və Əbu Həyyan kimi müfəs-
sirlər də Quranı filoloji yöndən açıqlayan müfəssirlər arasında xü-
susi yerə sahibdirlər.
B. Məzhəbi təfsirlər
Bilindiyi kimi İslam dininin meydana çıxdığı ilk əsrlərdən eti-
ba rən müxtəlif din anlayışları ortaya çıxmışdır. Bu müxtəlif anla-
yışlar ayrı-ayrı məzhəblərin zühur etməsinə səbəb olmuşdur. Bu
məzhəblər, mənimsədikləri fikirləri əsaslandırmaq üçün ilk növ-
bədə Qurani-kərimə müraciət edirdilər. Quranı təfsir edən alim-
TƏFSİR ÜSULU VƏ TARİXİ
198
lər mənimsədikləri məzhəblərin din anlayışını təfsirlərində əks et-
dirirdilər. Bu alimlərin bir hissəsi öz məzhəblərini ön plana çıxar-
madığı halda, digər bir hissəsi isə əksinə təfsirlərində öz məzhəb-
lərinin görüşlərinə daha çox yer vermişlər.
Əhli-sünnə təfsiri deyə tək anlayışa sahib təfsir məktəbindən
bəhs etmək çox çətindir. Əhli-sünnə məzhəbinə mənsub bir çox
təfsir məktəbləri vardır. Əslində biz “Təfsirin Mənbələri və Növ-
ləri” mövzusunda bəhs etdiyimiz məsələlər əsasən əhli-sünnə
məzhəbinin ümumi təfsir anlayışını da ortaya qoyur. İndi isə digər
məzhəblərin təfsir anlayışlarına yer verək:
1. Mötəzili təfsirləri
“Ayrılanlar” mənasına gələn Mötəzili məzhəbinin qurucusu Hi-
şam ibn Abdulməlik zamanında yaşayan Vasıl ibn Atadır (vəfatı-
80/131). Bu məzhəb Əməvilər dövründə ortaya çıxsa da, daha çox
Abbasilər zamanında islam düşüncəsi fəaliyyətində öz yerini al-
mışdır.
Mötəzili məzhəbi Quranı təfsir edərkən hər şeydən öncə ağı-
la böyük əhəmiyyət vermişdir. Onlara görə ağıl ilə nəql bir-birinə
zidd olarsa bu zaman ağıl əsas alınar. Onlar mütaəşabeh ayələri
təvil edərkən də ağıla çox önəm vermişlər.
Mötəzilə məzhəbinə görə Qurandakı bəzi ayələrdə simvolik
ifa dələr mövcuddur. Bu cür ayələrə həqiqi məna vermək tamamilə
səhvdir. Məsələn, onlar
نأَ� َن ْدِه َش َلَب ْاوُلاَق ْ ُكِّبَرِب َت ْسَلأَ� ْمِه ِسُفنأَ� َلَع ْ ُهَدَه ْشأَ�َو ْمُ َتَّايِّرُذ ْ ِهِروُه ُظ نِم َمَدآ� ِنَب نِم َكُّبَر َذَخأَ� ْذ
إِ
اَو
. َينِلِفاَغ اَذَه ْنَع اَّانُك َّان
إِ
ا ِةَماَيِقْلا َمْوَي ْاوُلوُقَت
“O zaman sənin Rəbbin Adəm oğullarının belindən zürriyyətlərini
çıxardı və onların özlərini şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?”-
BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
199
demişdi. Onlar: “Bəli, biz şəhadət veririrk.”- demişdilər. (Bu ona görə idi
ki,) siz qiyamət günü: “Bizim bundan xəbərimiz yox idi”- deməyəsiniz”
280
ayəsini simvolik olaraq təfsir etmişlər. Onlara görə Allah Adəm
oğlunun soyunu onların sülbündən çıxararaq onunla danışması
tamamilə təmsil və təsvirdən ibarətdir. Burada qəsd olunan Allahın
insana rübubiyyətinin və üluhiyyətinin dəlillərini təqdim etməsi
və insanların özlərinə nəzarət etmə mexanizmi olan ağılı da bu
hadisəyə şahid tutmalarıdır.
Bəzən mötəzili müfəssirləri ortaya qoyduqları qaydalara əks
olan səhih hədisləri inkar etmişlər. Bəzən də, “xəbəri-vahidə” qarşı
çıxa raq onu qəbul etməmişlər. Onlar ağıla çox əhəmiyyət verdikləri
üçün bəzi şeyləri inkar etmişlər. Məsələn, bu məzhəbə görə “sehr”
və “cadu” əslində cahil insanlara təsir etmək üçün bir vasitədir.
Fələq surəsindəki “düyümlərə üfürən qadınlar” ifadəsindən qəsd
olunan sehr edən qadınlar deyil, əksinə hiyləgər, nazları ilə kişiləri
fitnətyə salan qadınlardır. Mötəzili məzhəbinə mənsub alimlərin
bir çoxu eyni zamanda cinlərin varlığını da inkar etmişlər. Bundan
başqa onlar “xəlqul-Quran”, “rüyətullah”, “şəfaət” və “kəramət” kimi
mövzularda da bir çox məzhəblərədən fərqli düşünmüşlərdir.
Məşhur mötəzili təfsirlərə gəlincə bunlar aşağıdakılardır:
1. Əbu Müslim əl-İsfəhani (vəfatı-322/934), Camiut-təvil li
muhkəmit-tənzil.
2. Qazı Əbdülcəbbar (vəfatı-415/1024), Tənzihul-Quran anil-
mətain.
3. Əbul-Qasim əl-Mürtəza (vəfatı- 436/1044), Ğurəful-fəvaid və
dürərül-qəlaid.
4. əz-Zəməxşəri (vəfatı-538/1143), əl-Kəşşaf.
280 Əraf, 7/172.
Dostları ilə paylaş: |