QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
227
b. Elmi səviyyədəki fərqlilik
İnsanlar hər hansı bir hadisəni, sözü və ya mətni öz elmi
səviyyələrinə görə qiymətləndirir və ya izah edirlər. Hər kəsin elmi
səviyyəsi eyni deyildir. Hər fərd fəqli mühitdə yetişir.
Quran müəyyən bir dövrdə nazil olduğu üçün sonrakı insan-
lar onu anlamaq üçün elmi araşdırmalar aparmaq məcburiyyə-
tindədirlər. Tarixdə müfəssirlər, kəlamçılar, filosoflar hər zaman
Quranı öz elmi səviyyələrinə görə anlamışlar. Günümüzdə də Qu-
ranı anlama və izah etmədə, elmi səviyyədəki fərqliliklər müxtəlif
anlayış tərzlərinin doğmasına səbəb olur. Bu məsələdəki subyek-
tivliyi ortadan qaldırmaq üçün elm və fikir adamları elmi və fikri
araşdırmalarını daha yüksək səviyyəyə çıxarmalıdırlar.
c. Dünya görüşü fərqi
Dünya görüşü fərqi deyildikdə insanların fərqli cəmiyyətlərdə,
mühitlərdə, mədəniyyətlərdə və əsrlərdə yaşamaları və yetişmələri
nəzərdə tutulur. İnsanların dünya görüşü dəyişdikcə onla-
rın əşyaya, hadisələrə baxışları da dəyişir. Bu dəyişiklik iqlim
şərtlərindən və coğrafi xüsusiyyətlərdən başlayaraq elmi, fəlsəfi və
texniki fəaliyyətlərə qədər bir çox faktorun təsiri ilə baş verir. İn-
sanlar əkinçiliyin inkişaf etdiyi cəmiyyətlərdə yaşayırlarsa onların
dünya görüşü də bu cəmiyyətin şərtlərinə görə formalaşır. Modern
dövrdə yaşayan insanların dünya görüşü isə fərqli olur. Qısaca
desək dünya görüşümüz fərqliləşdikcə Qurana
məna verməmiz də
fərqli olacaqdır.