QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
219
3) Yaşadıqları mühitin şərtlərini gözəl şəkildə təhlil edib Qura-
nın onlar üçün olan aktual dəyərini təsbit edəcəklər.
B. Quranın anlaşılması metodu
Quranın anlaşılması və təfsir edilməsində metod məsələsi
tarixdə və günümüzdə müsəlman alimlərinin böyük əmək sərf
etdikləri bir məsələdir. Quranın təfsir olunması üçün metod çalış-
maları müxtəlif cərəyanların ortaya çıxmasına səbəb olmuş və ol-
maqdadır.
İslami elmlər arasında metod məsələsi ən sistemli şəkildə fiqh
üsulu tərəfindən ələ alınmışdır. Fiqh üsulu ilə yanaşı digər elmlər
də metod ortaya qoymağa çalışmışlar. Məsələn bir mütəkəllim Qu-
ranı təfsir edərkən yazılı olmasa belə məsələyə müəyyən bir me-
tod çərçivəsində yanaşmışdır. Müfəssirlər də Quranı təfsir edərkən
müəyyən metodlara sadiq qalmışlar. Onların bir çoxu təfsirlərinin
müqəddimələrində bağlı olduqları metod haqqında məlumat
vermişlər. Aşağıda Quranı təfsir edərkən istifadə oluna biləcək bəzi
qaydalara yer verilir.
1. Quranı anlama və təfsir etmədə üç əsas sahə
a. Quran mətninin nazil olduğu tarixi sahə
Bu sahədəki araşdırmalar üç istiqamətdə aparıla bilər:
1) Quranın nazil olmasından əvvəlki dövrün tədqiqi
Quranın bir çox yerində əvvəlki peyğəmbərlərin və toplumla-
rın qissələrindən bəhs olunur. Quran keçmiş cəmiyyətlərin başına
gələn hadisələrdən bəhs edərkən onların yaşadıqları bölgələrin
hələ də gözlər önündə olduğunu bildirir. Keçmiş cəmiyyətlərin
mədəniyyət qalıqları sonrakı nəsillərin ibrət almaları üçün böyük
əhəmiyyət kəsb edir. Lakin Quran bu mövzuları geniş şəkildə ələ
TƏFSİR ÜSULU VƏ TARİXİ
220
almır. Buna görə də həmin mövzuların dərin şəkildə araşdırılması-
na ehtiyac vardır.
Hicr, Əhqaf, Eykə, Mədyən kimi yer adlarının, Səmud, Ad
kimi qövmlərin yurdlarının araşdırılması, onların mədəniyyətləri
haqqında məlumat sahibi olmaq, Quranı anlamaq üçün çox mühüm-
dür. Bunları bilmək Allahın yer üzünə müdaxiləsinin səbəblərini
daha da yaxşı anlamamıza kömək edər.
Quranın nüzulundan əvvəlki dövrü araşdırarkən diqqət
edəcəyimiz əsas şeylərdən biri də onun nüzulu ərəfəsindəki
Ərəbistan yarımadası ilə dünyanın digər bölgələrindəki ümumi
vəziyyət haqqında məlumat əldə etməkdir.
Təfsirçi eyni zamanda ərəblərin mədəniyyətini, onların so-
sial, siyasi və iqtisadi nizamını, etiqadlarını, dini həyatlarını,
ədəbiyyatını, şerini və s. bilməlidir.
Bunları öyrənən araşdırmacı Quranın necə bir cəmiyyətə
nazil olduğunu biləcək və onun nüzul qayəsini, Allahın mu-
radını, məqsədini daha yaxşı anlama imkanına sahib olacaq-
dır. O, bu yolla Allahın cəmiyyətə necə müdaxilə etdiyini, onu
necə istiqamətləndirdiyini qavrayacaq, vəhyin cəmiyyətdə hansı
dəyişikliklərə səbəb olduğunu biləcəkdir.
Sadəcə Ərəbistan yarımadası haqqında məlumat sahibi ol-
maq da kifayət deyildir. Mühüm ticarət mərkəzi olan Məkkə ilə
qonşu ölkələr arasındakı ticarət əlaqələrinin meydana çıxardığı
nəticələri təhlil etmək üçün həmin ölkələr haqqında da bilgimiz ol-
malıdır. Bundan başqa Quran nazil olmadan əvvəl dünyanın digər
bölgələrindəki mədəniyyətlərin, millətlərin, dini, əxlaqi, sosial, si-
yasi, iqtisadi vəziyyətlərini bilmək də vacibdir. Bu da bizə Quranın
nazil olduğu cəmiyyətlə digər cəmiyyətləri müqayisə etmə və Qu-
QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
221
ranın nə üçün Ərəbistan yarımadsında nazil olduğunu öyrənməyə
imkan verəcəkdir.
2) Quranın nazil olduğu dövrün tədqiqi
Quranı təfsir edərkən, nüzul dövründə Ərəbistan yarımada-
sında baş verən hadisələri, ərəb cəmiyyətindəki prosesləri və o
cəmiyyətin ehtiyaclarını, Ərəbistan yarımadasındakı siyasi, iqtisa-
di, dini və əxlaqi vəziyyəti bilmək son dərəcə vacibdir. Çünki vəhy
məhz bu dövrdə gəlmişdir və cəmiyyətdə köklü dəyişikliklər bu
dövrdə baş vermişdir. Allah təala ayələri bu cəmiyyətdəki proseslərə
paralel olaraq endirmişdir. Bu dövrün dərindən incələnməsi Qura-
nın təfsirində üzümüzə yeni qapılar açacaqdır.
Ayələrin nüzul səbəbini bilmənin Quranın açıqlanmasında
böyük rolu olduğunu bilirik. Məsələn, Bəqərə surəsinin 189-cu
ayəsində belə buyurulur:
“( Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual
edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir.
Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yax-
şı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə
qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!”
Mənbələrdə bildirilir ki, cahiliyyə dövründə və İslamın ilk
illərində kim həcc və ya ümrə üçün ehram geyərdisə evinə qapısın-
dan girməzdi. Şəhərdə oturanlar isə evlərinin arxasından deşik açar
və ordan evlərinə girərdilər. Ehramlarını çıxarana qədər qapıdan
girməzdilər. Bəqərə surəsinin 189-cu ayəsində bu davranışın yax-
şılıqla, əxlaqlı olmaqla bir əlaqəsinin olmadığı bildirilir və bundan
vaz keçilməsi istənilir.
TƏFSİR ÜSULU VƏ TARİXİ
222
Nəticə olaraq deyə bilərik ki, Quranın nazil olduğu dövr ərəb
cəmiyyətini və ondakı dəyişiklikləri bilmənin, Quranın daha doğru
anlaşılmasına və təfsir olunmasına böyük faydası olacaqdır.
3) Quranın nüzulundan sonrakı dövrün tədqiqi
Bu dövr iki istiqamətdə ələ alınmalıdır. Birincisi, İslam dini-
nin və mədəniyyətinin müxtəlif yönlərini tədqiq etmək, ikinci-
si isə digər din və mədəniyyətlərin, onların İslam mədəniyyətinə
təsirlərinin araşdırmaq.
İslam mədəniyyəti içərisndə meydana gələrək inkişaf edən
elmlərin, müxtəlif dini fikirlərin incələnməsi Quranı başa düşmədə
böyük əhəmiyyət kəsb edir. Quran elmləri, Quran tarixi, təfsir ta-
rixi, hədis tənqidiçiliyi, kəlam, fəlsəfə, fiqh, məzhəblər tarixi, dinlər
tarixi sahələrində günümüzdə də yeni araşdırmalara ehtiyac var-
dır. Bu dövr nə qədər yaxşı incələnərsə, Quran da bir o qədər doğru
təfsir olunar.
Yuxarda bu dövrün iki istiqamətdə ələ alınmasının lazım oldu-
ğunu qeyd etdik və birinci istiqaməti qısa şəkildə açıqladıq. İkinci
istiqamətə gəlincə, burada görüləcək iş, digər din və mədəniyyətlər
və onların İslamla əlaqələrinin tədqiq olunmasıdır. Quranı tədqiq
edən hər bir insanın bu mövzularda ümumi də olsu məlumatı ol-
malıdır.
b. Aktual sahə (Quran və müasir dövr)
Quran universal bir kitab olduğu üçün tarixə müdaxilə edə bilir
və ona istiqamət verir. Lakin bu müdaxilə və istiqamət onun aktual
dəyərinin doğru təsbit edilməsinə və düzgün anlaşılmasına bağlı-
dır. Cəmiyyətlər dəyişkəndirlər. Günümüzdəki cəmiyyətlər, siyasi,
sosial, iqtisadi, elmi, texniki, əxlaqi, fəlsəfi və s. cəhətlərdən keç-
miş cəmiyyətlərdən çox fərqlidirlər. Buna görə də beynəlmiləl ki-
Dostları ilə paylaş: |