TƏFSİR ÜSULU VƏ TARİXİ
204
Bu janrda təfsir yazan və bunu ən yaxşı tətbiq edən isə Fəxrəddin
ər-Razidir (vəfatı-606/1209). Ondan sonra isə bu sahədə bayrağı
Məhəmməd əl-Mursi (vəfatı-655/1257) və Suyuti (vəfatı- 911/1505)
almışdır.
XIX əsrdə Avropanın təsiri ilə İslam aləmində ortaya çıxan inti-
bah hərəkatı ilə yanaşı elmi təfsir hərəkatı da yenidən canlandı.
Məhz bu dövrdə Məhəmməd ibn Əhməd əl-İsgəndərani (vəfatı-
1306/1888) “ Kəşfül-əsrarin-nuraniyyətul-Quraniyyə” adlı bir əsər yaz-
dı. Ondan sonra da bəzi alimlər bu janrda əsərlər meydana gətirdi.
Ancaq elmi təfsir Tantavi Cövhərinin (vəfatı-1359/1940) yazmış ol-
duğu “ əl-Cəvahir fi təfsiril-Quran” əsəri ilə öz zirvəsinə çatdı. Onun
qələmə aldığı bu əsər iyirmi beş cilddən ibarətdir.
Bu təfsir janrına üstünlük verənlər bəzi dəllilər gətirərək bunu
əsaslandırmaq istəmişlər ki, onların bu dəlilləri aşağıdaklardır:
1. Quranda fiqh elm ilə əlaqədar təxminən yüz əlli ayə vardır.
Ancaq fizika, kimiya, astronomiya, biologiya, tibb və s. elmlərlə
əlaqəli ayələrin sayı isə yeddi yüz əlliyə çatır.
2. Qurandakı “... Biz kitabda heç nəyi nəzərdən qaçırmamışıq...”
286
,
“... Hər şeyi açıqlasın deyə sənə kitabı Biz nazil etdik...”
287
kimi ayələr də
buna işarə edir.
3. Mütəşabeh ayələr də bu təfsir janrını zəruriliyini göstərir.
4. “Onda əvvəllər yaşayanlar kimi sonra gələcəklər haqqında
da xəbərlər vardır. Aranızda ortaya çıxacaq məsələlərin (ixtilafların)
hökmü də vardır. Bundan başqa onun bədii mənaları tükənməz,
çox təkrar olunmaqla əskiməz”
288
hədisi-şərifi də bu təfsir anlayışı-
nı dəstəkləyir.
286 Ənam, 6/38.
287 Nəhl, 16/89.
288 Tirmizi, Fəzailul-Quran, 14.
BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
205
Bu təfsir növünü məqbul sayanlarla yanaşı ona qarşı çıxanlar da
olmuşdur. Böyük fəqih olan Şatibi (vəfatı-790/1388) elmi təfsirə eti-
raz edən alimlərin başında gəlir. Ondan başqa Məhəmməd Hüseyn
əz-Zəhəbi (vəfatı-1399/1978) və Əmin əl-Xuli də təfsirin bu növünü
qəbul etməmişlər. Onlara görə Quranı nazil olduğu dövrdə yaşa-
yan insanların bilmədiyi mənalarla təfsir etmək yol verilməzdir.
İstər dil və bəlağət, istərsə də müsəmanların etiqadı baxımdan bu
mümkün deyildir. Çünki Quran, dini və əxlaqi yönü çox olan bir
kitabdır və köklü elmi ənənəyə sahib olmayan bir cəmiyyətə nazil
olmuşdur. Allahın məqsədi elmi məsələləri açıqlamaq deyil, əksinə
tövhidi və əxlaq prinsiplərini bəşəriyyətə çatdırmaqdır.
Bundan başqa elm daim inkişaf edir və dəyişir. Elmdə bugün
doğru olan sabah səhv ola bilər. Ona görə də elmi təfsir qəbul
edilməzdir. Məsələn, Razi Bəqərə surəsinin 22-ci ayəsindəki “ O Al-
lah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı” cümləsini
təfsir edərkən bu ayənin dünyanın öz oxu ətrafında fırlanmadığına
dəlalət etdiyini söyləmişdir.
289
Nəticə olaraq deyə bilərik ki, Qurani-kərim əlbətdə fizika, ki-
miya, cəbr, həndəsə, astronomiya və s. elmilərin əsaslarını ortaya
çıxardan kitab deyildir. Ancaq Quranı sadəcə nazil olduğu dövrlə
əlaqələndirmək də doğru deyildir. Çünki Quran hər dövrə xitab
edən kitabdır. Buna görə də onu təfsir edən müfəssir yaşadığı əsrin
elmi fəaliyyətlərindən də faydalanmalıdır.
D. İşari (Təsəvvüfi) təfsir
Təsəvvüf, zühd və təqva vasitəsi ilə ruhu iztirablardan, pis
xislətlərdən təmizləmə və dünyəvi məşğuliyyətlərdən uzaq tutma
yoludur. Təsəvvüf, Quranın sezgi və duyğu yönünü təmsil edir.
289 Razi, Məfatih, II/102
TƏFSİR ÜSULU VƏ TARİXİ
206
Təsəvvüf məfhumu, Quranda mövcud olmasa da, prinsip, məqsəd
və həyat tərzi kimi vardır. Quranın əxlaq, təfəkkür, zikr, təsbeh,
təhmid, təkbir... və s. məfhumlarını mütəsəvviflər araşdırmış, bu
məfhumların keçdiyi ayələri təfsir etmişlər.
Təsəvvüfün kökləri Hz. Peyğəmbərə və səhabələrə qədər gedib
çıxır. Tabeun dövründə zühd və təqva hərəkatı daha da genişləndi
və bu hərəkat müxtəlif təfsir məktəblərinin ortaya çıxdığı bir
dönəmə təsadüf etdiyi üçün mütəsəvvüflər də Quranı təsəvvüfi
çərçivədə təfsir etməyə başladılar. Beləliklə “ işari təfsir” meydana
çıxdı.
“İşarə” kəlməsi lüğətdə “b ir şeyi göstərmək, bir şeyi üstü örtülü
ifadə etmək, kinayəli şəkildə anlatmaq” və s. mənalara gəlir. Təsəvvüf
termini kimi isə işarə, “sözdən istifadə etmədən bir məqsədi başqa-
sına bildirmək, ifadə olunması mümkün olmayan, sadəcə ilham və
kəşf yolları ilə əldə olunan bilgi və sezgi sayəsində başa düşülən
məna” deməkdir. Buna görə də təsəvvüfə eyni zamanda “işarə
elmi” də deyilmişdir.
“Sadəcə təsəvvüf ərbabının bildiyi və zahiri mənaya uyğunlaş-
dırılması mümkün olan bəzi gizli anlamlar və işarələrlə Quranın
təfsir edilməsinə isə “ işari təfsir” deyilir”. Alimləri Quranda za-
hiri məna ilə yanaşı batini mənanın da mövcud olduğunu qəbul
etmişlər. Onlara görə Quranda buna dəlalət edən nəsslər vardır.
Məsələn,
ءلُؤـَهِل اَمَف اًاثيِدَح َنوُهَقْفَي نوُد َكَي َل ِمْوَقْلا
“... Axı bu qövmə nə olub ki, heç söz də anlamırlar”
290
və
َغَبْسسأَ�َو ًاةَنِط َبَو ًاةَرِهاَظ ُهَمَعِن ْ ُكْيَلَع
290 Nisa, 4/78.
BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
207
“... Allah sizə zahir və batin nemətlərini bol-bol ehsan eylədi ...”
291
ayələri bu ayələrdəndir.
Mütəsəvvüflər Hz. Peyğəmbərdən gələn hədislər içərisində
də batini mənaya işarə edən hədislərin var olduğunu söyləmişlər.
Məsələn onlar, “ Əgər siz mənim bildiklərimi bilsəydiniz, az gülər çox
ağlayardınız”
292
hədisinin buna dəlalət etdiyini iddia etmişlər.
İşari təfsirin məqbul olamsı üçün bəzi şərlər vardır ki, onları
belə sadalaya bilərik:
1. Batini məna zahiri mənaya zidd olmamalıdır.
2. Batini mənanın doğru olduğunu göstərən başqa bir nəss və
ya dəlil olmalıdır.
3. Batini mənaya müxalif hər hansı bir şəri və əqli dəlil olma-
malıdır.
4. Sadəcə batini mənanın doğru olduğu söylənməməlidir.
İşari təfsirin ilk təmsilçiləri Həsən əl-Bəsri, Cəfər Sadiq və Ab-
dullah ibn Mübarək hesab olunur. Təsəvvüfün tam olaraq forma-
laşmadığı dövrdə yaşayan bu alimlər sadəcə Quranın bəzi ayələrini
işari şəkildə təfsir etmişlər. O dövrdə hər ayədən deyil, bəzi
ayələrdən batini mənalar çıxarılırdı. Lakin Quranın geniş mənaları
əhatə etdiyi fikri yayıldıqca, hər ayədən batini mənaların çıxarıla
biləcəyi qənaəti hasil olmağa başladı. Bu fikri mənimsəyənlər belə
düşünürdülər: Quran Allahın kəlamıdır. Kəlam da Allahın sifətidir.
Allahın sifətlərinin sonu olmadığı kimi, kəlamının da sonu yoxdur.
Ancaq Allah vəli qullarının qəlbinə bu kəlamın nə qədərini açmış-
sa, o qədərini anlaya bilərlər.
291 Loğman, 31/20.
292 Buxari, əl-Küsuf, ən-Nikah, 107.
Dostları ilə paylaş: |