BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
215
Rəsulullah (s.ə.s.) həyatda ikən müsəlmanlar hər mövzuda ol-
duğu kimi əhkam mövzularında da bilmədikləri şeyi ondan soru-
şurdular. Ancaq Hz. Peyğəmbərin vəfatından sonra meydana çıxan
yeni hadisılər qarşısında səhabilər öz ictihadlarına yer verməyə
başladılar. Tabeun dövründə daha da sürətlənən əhkam təfsiri
hərəkatı hicri II əsrdə bir təfsir məktəbi kimi formalaşdı. Müqatil b.
Süleymanın (vəfatı-150-767) təfsiri ilk əhkam təfsiri hesab olunur.
Bu sahədə şöhrət tapmış müfəssirlər və bu müfəssirlərin əsərləri
aşağıdakılardır:
1. əş-Şafii (vəfatı-204/819), Əhkamul-Quran.
2. ət-Tahavi (vəfatı-321/933), Əhkamul-Quran.
3. əl-Cəssas (vəfatı-370/980), Əhkamul-Quran.
4. Əbu Bəkr İbn Ərəbi (vəfatı-543/1148), Əhkamul-Quran.
5. əl-Qurtubi (vəfatı-671/1272), əl-Cami li əhkamil-Quran.
H. Fəlsəfi təfsir
Müsəlman filosoflar Qurani-kərimi başdan-sona qədər təfsir et-
məmişlər. Ancaq onlar Qurandaki bəzi ifadə və kəlmələr haqqında
fikir yürütmüşlər. Quranı təfsir edən filosoflara misal olaraq İbn
Sina (vəfatı-1037), Fərabi (vəfatı-950) kimi filosofları və “ İxvanus-
Səfa” cərəyanına mənsub alimləri göstərə bilərik.
Filosofların vəhyə və peyğəmbərliyə baxışı fərqli olduğu üçün
onlar Quranı təfsir edərkən daha müstəqil hərəkət etmişlər. Mə-
sələn, İbn Sina vəhyi Hz. Peyğəmbərin Cəbrayılla danışması kimi
izah etmir. Ona görə vəhy insanlara verilən “ sezgi qüvvəsidir”. O,
Quranın rəmzlərdən ibarət olduğunu və bu rəmzləri də ancaq özü
kimi xəvass alimlərinin
295
anlayacağını söyləmişdir.
295 Dərin elm sahibləri
TƏFSİR ÜSULU VƏ TARİXİ
216
İbn Sinaya görə Qurandakı “ ərş” kəlməsindən məqsəd doqqu-
zuncu fələkdir. Həmçinin o, “cənnət”i və “sirad körpüsü”nü fəlsəfi
tərzdə izah etmişdir. Ona görə əqli aləm cənnət, xəyal aləmi isə
cəhənnəmdir. Duyğu aləmi isə qəbir həyatıdır. İbn Sina cin ifadəsini
gizlənmək, ins kəməsini isə yaxınlaşmaq deyə təvil etmişdir.
Verdiyimiz bu misallardan aydın olur ki, filosoflar ayələri daha
çox batini şəkildə təvil etmişlər. Onların bu metodu digər İslam
alimlərinin tətbiq etdikləri metodlardan çox fərqlidir.
V. QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
A. Anlama
Anlamaq əslində çox geniş bir məfhumdur. Üz hərəkətlərinin,
göz-qaş və əl-qol hərəkətlərinin də anlama ilə əlaqəsi vardır. Möv-
zumuz Quranın anlaşılması olduğu üçün burada anlama məsələsi
dil baxımdan ələ alınacaqdır. Anlamada dörd əsas ünsür vardır:
1. Anladan/Danışan/Yazan
2. Anlayan/Dinləyən/Oxuyan
3. Anladılan/Danışılan/Yazılan
4. Anlama
Yuxarıdakı maddələri Quranı anlamağa tətbiq etdikdə belə bir
mənzərə qarşımıza çıxır:
1. Allah (Anladan)
2. İnsan (Anlayan)
3. Quran (Anladılan)
4. Anlama
QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
217
Buradan belə nəticə çıxara bilərik ki, anlama, hər hansı bir sözlə,
yazı ilə, kitabla üz-üzə gələn insanın zehnində meydana gələn bir
şeydir. Yəni anlamanın ortaya çıxdığı yer insan zehni və şüurudur.
Anlamanın ortaya çıxması üçün yuxarıdakı ünsürlərlə yanaşı digər
bəzi ünsürlər də vardır ki, bunlar aşağıdakılardır:
1. Anlamanın şərtləri
a. Müştərək dil
Bir sözün və ya mətnin anlaçılması üçün o sözün və ya mətnin
sahibi ilə onu dinləyən və oxuyanın ortaq dilə sahib olması lazım-
dır. Müştərək dil deyildikdə ərəb, türk, ingilis, fransız və ya başqa
hər hansı bir dil nəzərdə tutulmur. Müştərək dil deyildikdə həm
danışılan dilin eyni olması, həm də danışanın dinləyənin marağını,
ehtiyaclarını, elmi səviyyəsini və təcrübələrini nəzərə alması qəsd
olunur.
Quranı anlamaq üçün də ilk dövrdə yaşayan müsəlmanların
danışdığı ərəb dilini, onların mədəniyyətini, adət-ənənələrini, həyat
tərzini və s. bilmək lazımdır.
b. Sözün söyləndiyi mühit
Bir sözün və ya mətnin anlaşılması üçün sözün söyləndiyi yer,
zaman, sözün söyləndiyi insanların psixoloji, zehni, əxlaqi, dini, iq-
tisadi, siyasi, sosial və digər vəziyyətlərini bilmək vacibdir.
c. Sözün söylənməsini zəruri edən səbəb və sözün məqsədi
Danışan bir səbəbə görə danışır. Yəni sözün söylənmə və ya-
zılmasının insanda daxili və xarici səbəbləri vardır. İnsanlar bəzən
rahatlamaq üçün bir şey söylər və ya yazar. Bəzən başqalarının
ehtiyaclarına cavab olsun deyə danışar. Bəzən isə digər insanları
xəbərdar etmək, onlara öyüd-nəsihət vermək, bəzən onlara olan sev-
gisini dilə gətirmək, hirsini boşaltmaq üçün və yaxud da digərlərini
TƏFSİR ÜSULU VƏ TARİXİ
218
aldatmaq üçün danışar. Sözün qısası sözlər, insanın içindəki və ya
xaricindəki səbəblər nəticəsində ortaya çıxır. Yəni insan danışarkən
onun bir məqsədi olur. Məhz səbəblər məqsədi anlamada bizə yar-
dım edir.
Allah-təala ayələri müəyyən məqsədləri həyata keçirmək üçün
endirmişdir. Məqsəd insanlara dünya və axirətdə xoşbəxt olmanın
yollarını göstərməkdir. Buna görə də Quranı anlayarkən ayələrin
enmə səbəbini bilmək və mətnlə tarix və cəmiyyət arasındakı əlaqə
çərçivəsində Allahın məqsədlərini bilmək zəruridir.
2. Anlamanın mərhələləri
a. Mətni hərfi/ləfzi mənada anlamaq
Bir mətn hansı dildədirsə əvvəlcə o dilin xüsusiyyətlərinə və
qaydalarına görə başa düşülməlidir. Bu da mətnin dil baxımın-
dan təhlil olunmasını lüzumlu edir. Mətn tarixin müəyyən bir
dövründə ortaya çıxmışsa, onun başa düşülməsi üçün dilin tarixi
inkişafı tədqiq olunmalıdır. Çünki dil, daim dəyişir. Buna görə də
Quranı anlamaq üçün onun nazil olduğu dövrdəki Hicaz bölgəsinin
ərəbcəsini müxtəlif yönləri ilə araşdırmağa ehtiyac vardır.
b. Mətn sahibinin məqsədini anlamaq/mətni təfsir etmək
Səhabilər Quranın məqsədlərini daha rahat anlaya bilirdilər.
Onlar vəhyin nüzulunun birbaşa şahidi idilər. Lakin sonrakılar Al-
lahın məqsədini anlayarkən
1) elmi, tarixi araşdırmalar apararaq Quranın nazil olduğu döv-
rün şəraitini öyrənəcəklər
2) tarixdən günümüzə qədər olan bəşər tarixini və İslam toplu-
munun tarixi mərhələlərinə nəzər salacaqlar.
Dostları ilə paylaş: |