TƏFSİR ÜSULU VƏ TARİXİ
212
qitəyə yayılmasının arxasında məhz bu prinsiplər yatmaqdadır. Çox
təəssüflər olsun ki, İslamın bu dinamizmi müsəlmanların zəifliyi və
idarəçilikdəki xətaları ucbatından yerini durğunluğa tərk etmişdir.
Qərbin Şərqə meydan oxuması və Şərq üzərində qələbələr çalması
uzun zamandan bəri durğunluq içərisində yaşayan İslam dünya-
sında getdikcə canlanan bir oyanış hərəkatına səbəb olmuşdur. Bu
oyanış hərəkatının içərisində yer alan alimlər və düşüncə adamları
bu vəziyyətdən çıxış yolları axtarmağa başladılar. Əvvəllər klassik
mənada ortaya çıxan modernist təfsir get-gedə fərqli bir şəkil alaraq
İslam modernizmi (Neo-İslam modernizmi) adlandırıldı. Moder-
nist təfsir cərəyanını
iki şəkildə ələ almaq olar:
1. Klassik modernist təfsir
Bu təfsir janrı ilk dəfə Hindistan və Misirdə ortaya çıxmışdır.
Hindis tandakı nümayaəndələri Seyyid Əhməd Xan (vəfatı-1316/
1898) və Seyyid Əmir Əlidir (vəfatı-1347/1928). Misirdəki təmsilçi-
lərə gəldikdə bunlar da Cəmaləddin Əfqani (vəfatı-1315/1897), Mə-
həmməd Abduh (vəfatı-1323/1905) və Məhəmməd Əbu Zeyddir.
Həm Hindistan, həm də Misir modernistləri, pozitivizmin tə-
siri altında qalaraq peyğəmbərlərin möcüzələrini, mələk və cin
ki mi təcrübə sahəsinə girməyən gözəgörünməz varlıqları ya təvil
et miş, ya da inkar etmişər. Məsələn, Seyyid Əhməd Xan merac
ha disəsinin həqiqət olmadığını söyləmiş, Bəqərə surəsinin 260-cı
ayəsində bəhs olunan hissələrə ayrılmış ölü quşalrın Hz. İbrahimin
çağırmasıyla dirilmələrini qəbul etməmişdir. Misir modernist təfsir
məktəbinə mənsub olan Məhəmməd Əbu Zeyd də “
Davuda dağları
ve quşalrı boyun əydirdik, onunla birlikdə təsbeh edirdilər”
293
ayəsindəki
“
təsbeh edirdilər” ifadəsini, müharibədə istifadə etdiyi silahları dağ-
293 Ənbiya, 21/79.