QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
223
tab olan Quranın günümüzdəki cəmiyyətlərlə əlaqəsini sürdürmək
üçün, onu günümüzün şərtləri çərçivəsində yenidən ələ açıqlama-
lıyıq. Ancaq bu əlaqənin doğru və düzgün tənzimlənməsi elmi və
zehni səviyyəyə bağlıdır.
Bundan başqa keçmişdə o dövrün elmi və zehni anlayışına
görə təfsir olunan ayələr, günümüzün elmi və fikri anlayışlarına
görə yenidən izah olunmalıdır. Quranın anlaşılması və açıqlanması
üçün müasir elmin, texnikanın, iqtisadi, sosial, dini və s. anlayışla-
rın ciddi şəkildə tədqiq olunması lazımdır.
Bütün bu söylənənlərdən başa düşürük ki, Quran üzərində
qrammatik təhlillərlə yanaşı, Quranın aid olduğu dövrü və ictia-
mi sahəni araşdırmaq onun anlaşılması üçün son dərəcə əhəmiyyət
daşıyır.
c. Quran mətni üzərində lüğəvi və qrammatik tədiqiqatlar
Quran ərəb dilində nazil olduğu üçün onun dil cəhətdən araş-
dırılması mütləq lazımdır. Quranı başa düşməyə, təfsir etməyə ça-
lışan hər kəs onu lüğəvi yöndən incələmişdir.
Qurandakı bəzi kəlmələr Hz. Peyğəmbər tərəfindən açıqlanmış-
dır. Qeyri-ərəblərin İslam dinini qəbul etmələri ilə Quranın lüğəvi
yöndən tədqiqi sahəsindəki araşdırmalar sürətlənmişdir.
1) Kəlmə və ifadələrin etimoloji və semantik təhlili
Kəlmələrin də öz dünyası var. Onlar, mədəniyyət içərisində
inkişaf edir və dəyişikliklərə uğrayırlar. Quran nazil olduqdan
sonra ərəb dünyası çox fərqli mədəniyyətlərlə qarşılaşmış və bu-
nun nəticəsində də ictimai dəyişikliklər çox sürətlənmişdir. Bu da
Qurandakı bəzi kəlmələrin məna dəyişikliyinə uğramasına səbəb
olmuşdur. Bu məsələ sonralar lüğətlərdə və təfsir kitablarında ələ
alınmışdır. Lakin sistemli şəkildə ələ alınmamışdır.
QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
225
dir. Əslində bir çox yerdə “k-f-r” kökündən törəyən kəlmələr “in-
kar” mənasına gəlirlər.
2) Ərəb dili və ədəbiyyatı cəhətdən Quran ifadələrinin təhlili
Quran daha çox lüğəvi baxımdan incələnmişdir. Əslində Qu-
ranın ərəb ədəbiyytaının şahəsəri olduğunu düşündükdə, onun fi-
loloji və ədəbi yöndən araşdırılmasının önəmi ortaya çıxır. Çünki
Quranı başa düşmək üçün əvvəlcə onun mətninin təhlilinə ehtiyac
vardır.
C. Quranı anlamada və təfsir etmədə subyektivlik və onun
səbəbləri
Anlama və təfsir etmə fərdi fəaliyyətlərdir. İnsanlar bir davra-
nışı, bir mətni doğru və ya yanlış anlaya bilərlər; hətta bəzən heç
başa düşməyə də bilərlər. Sözün olduğu yerdə anlama və izah
etmədə fərqliliklər meydana çıxar. Çünki hər kəs öz təcrübəsi, dün-
ya görüşü və şüuruna görə anlayır və izah edir. Lakin tarix boyu
İslam dünyasında Quranın izahında alimlərin həmfikir olduqları
məsələlər çoxdur. İxtilaflı məsələlər onlara nisbətlə azdır. Deməli,
anlama və izah etmədə obyektivliklə yanaşı bəzən subyektivlik də
ortaya çıxır. Quranın izahında da bəzən subyektivliyin şahidi olu-
ruq ki, bunun bəzi səbəbləri vardır:
1. Quran mətninin subyektiv məna və izahlara səbəb olması
Hər şeydən əvvəl bilməliyik ki, ədəbi, dini və fəlsəfi mətnlər
subyektiv mənaların verilməsinə meyilli mətnlərdir. Quran da
dini mətn olduğu üçün onu da fərqli şəkillərdə mənalandırmaq
mümkündür. Quran özü bəzi ayələrinin mütəşabeh olduğunu, bu
ayələrin başa düşülməyəcəyini və ya çox çətin başa düşüləcəyini
bildirir. Bu da Quranın bu cür ayələrinin hər kəs tərəfindən eyni
şəkildə başa düşülməyəcəyini göstərir.