TƏFSİR ÜSULU VƏ TARİXİ
200
2. Şiə təfsirləri
Şiəlik Hz. Peyğəmbərin vəfatından sonra xəlifəliyə Hz. Əli və
onun əhli-beytinin daha layiq olduğunu müdafiə edən qrupa verilən
addır. Bu məzhəbi digər məzhəblərdən ayıran əsas nöqtə “imamət”
məsələsidir. Bu məzhəb öz içərisində Zeydiyyə, İsmailiyyə,
İmamiyyə kimi bir çox qollara ayrılır. Lakin şiə məzhəbləri arasın-
da ən böyük məzhəb İmamiyyə (Cəfəri) məzhəbidir. Buna görə də
biz bu məzhəbin təfsir anlayışını ələ alacağıq.
İmamiyyə məzhəbinin təfsir anlayışını açıqlamadan əvvəl onun
inanc əsasları üzərində durmaq lazımdır. Əhli-sünnə və şiə məz-
həbləri tövhid, nübüvvət və məad kimi inanc əsaslarında eyni gö-
rüşlərə sahibdirlər. Lakin bu məzhəblər arasında bəzi fərqli cəhətlər
də vardır ki, bunların da başında imamət inancı gəlir. İmamət inan-
cı ilə əlaqədar daha dörd məsələ vardır. Bunlar ismət, mehdilik,
ricət və təqiyyədir.
a. İmamət: İmam dini və dünyəvi liderdir. Şəriətin qorunması
məsələsində Hz. Peyğəmbərin vəkilidir.
b. İsmət: İmam Peyğəmbər (s.ə.s) kimi zahirdə və batində doğu-
luşundan vəfatına qədər bütün pis şeylərdən məsumdur.
c. Mehdilik: Yerüzünə zülm və ədalətsizlik hakim olduqdan
sonra Mehdi zühur edəcək və dünyaya ədalət gətirəcəkdir.
d. Ricət: Gözlənən imam gəldikdən sonra Allah-təala ölənlərin
bir hissəsini öldükləri şəkildə yenidən dirildəcək, onların bəzilərini
yüksəldəcək, bəzilərini isə alçaldacaqdır. Kimin haqlı, kimin də
haqsız olduğunu ortaya çıxaracaqdır.
e.Təqiyyə: Cəmiyyətdən və ya hər hansı bir fərddən müxtəlif
şəkillərdə qorunmaq, mənsub olduğu məzhəbi, o məzhəbin ma-
BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
201
lını, öz canını və inancını gələcək zərər və ziyanlardan mühafizə
etməkdir.
İmamiyyə məzhəbinə görə Quran təfsirində əsas alınacaq
rəvayətlər imamalardan nəql olunan rəvayətlərdir. Quranın
həm zahiri, həm də batini mənası vardır. Quranın zahiri tövhid,
nübüvvət və risalətə dəvət, batini isə imamət, vəlayət və bunlarla
əlaqədar şeylərdir. Zahir və batin məsələsində imamiyyə məzhəbi
sufilərlə eyni düşünməkdədir. Ancaq sufilərə görə batini mənanı
rüsux sahibləri, imamiyyə məzhəbinə görə isə imamlar və onlardan
feyz alanlar anlayar.
Bu məzhəbə mənsub müfəssirlər Quranda imam Mehdinin zü-
hur edəcəyinə işarə edildiyini və
... ُهَّانُ ُصنَتَلَو ِهِب َّا ُنِمْؤُتَل...
“... Əlbətdə ona inanacaqsınız və ona yardım edəcəksiniz...”
281
ayəsindən də bunun qəsd edildiyini söyləmişlər.
Kəlam mövzularında İmamiyyə məzhəbi Mötəzili məzhəbinə
daha yaxındır. Məsələn, bu məzhəb alimləri
ُهُكِر ْدُت َّال َرا َصْبأَلا ُكِر ْدُي َوُهَو ُرا َصْبأَلا
“ Gözlər Onu idrak etməz, O gözləri idrak edər”
282
ayəsini əsas ala-
raq “ rüyətullah” (Allahın görülməsi) məsələsini qəbul etməmişlər.
Bundan başqa imamiyyə müfəssirləri ٌةَر ِظاَن اَهِّبَر ىَلِإ “... öz Rəbbinə
baxacaqlar”
283
ayəsini isə“ Rəbbinin səvabını gözləyirlər” deyə təfsir
etmişlər.
Həmçinin İmamiyyə müfəssirləri Nisə surəsinin
281 Ali İmran, 3/81.
282 Ənam, 6/103.
283 Qiyamə, 75/22-23.
TƏFSİR ÜSULU VƏ TARİXİ
202
ِهِب ُتْعَتْمَتْسسا اَمَف ّنُ ْنِم َّانُه َروُجأُ� َّانُهوُتآ�َف
“ ... Onlardan faydalandığınıza görə mehrlərini qayda üzrə özlərinə
verin...”
284
ayəsini mütə nikahına dəlil saymışlar. Bundan başqa
bu məzhəbə görə dəstəmazda ayaqlar məsh edilməlidir. Bəqərə
surəsinin
َّانِمْؤُي َّاتَح ِت َكِ ْشُمْلا ْاوُحِكنَت َل َو
“ ... iman etmədikcə bütpərəst qadınlar-
la evlənmyin
285
...” ayəsinə əsaslanaraq müşriklərlə və əhli-kitabdan
olanlarla evlənməyin haram olduğu qənaətinə gəlmişlər.
İmamiyyə məzhəbinin əsas təfsirləri bunlardır:
1. Hicri III əsrin sonu və IV əsrin əvvəllərində yaşayan Əli İbn
İbrahim əl-Qumminin təfsiri.
2. Əbu Cəfər Məhəmməd İbn Həsən İbn Əli ət-Tusi (vəfatı-
460/1068), ət-Tibyan.
Şiə fəqihi olan Tusinin qələmə aldığı bu əsər ilk şiə təfsirlərin-
dən hesab olunur. Təfsirdə rəvayət və dirayət metodundan istifa də
olunmuşdur. Bu əsər 10 cilddən ibarətdir.
3 .Əbu Əli əl-Fəzl İbn Həsən ət-Təbrəssi (vəfatı-538/1153),
Məcməul-bəyan fi təfsiril-Quran.
Bu təfsirin müqəddiməsində oxuyucuya bəzi Quran elmləri
barədə məlumatlar verilmişdir. Şiə təfsirləri arasında ən mükəmməl
təfsirlərdən biri hesab olunur. Qrammatik qaydalara ciddi əməl
olunmuş, bəlağətə geniş yer ayrılmışdır.
4. Məhəmməd İbn Mürtəza (vəfatı-1091/1680), əs-Safi.
5. Məhəmməd Hüseyn ət-Təbatəbai, əl-Mizan fi təfsiril-Quran.
Bu əsər 20 cilddən ibarətdir. Bu təfsir də ən məhşur təfsirlərdən
hesab olunur.
284 Nisa, 4/24.
285 Bəqərə, 2/221.
BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
203
6. Mir Məhəmməd Kərim Bakuvi, Kəşfül-Həqayiq an Nükətil
Ayəti vəd Dəqayyiq
Daha əvvəl də bəhs etdiyimiz bu əsər üç cilddən ibarət olub
həmyerlimiz Məhəmməd Kərim Bakuvi tərəfindən yazılmışdır.
3. Xaricilərin təfsiri
Əvvəlcə Hz. Əliyə yardım edən, daha sonra isə “ təhkim hadi-
səsində” Əbu Musa əl-Əşərini hakim təyin etdiyi üçün küfrə düşdü-
yü qənaətinə gələrək ona müxalif olan qrupa “ Xaricilər” deyilmşdir.
Xaricilər Quranın zahirini əsas almışlar. Quran ifadələrindəki
əsas məqsədləri gözardı etmişlər. Məsələn, onlara görə bir adam
bir yetimin malından az miqdarda yesə belə Nisə surəsinin 10-cu
ayəsində buyurulduğu kimi onun cəhənnəmdə yanması vacib olar.
Ancaq o adam yetimi öldürər və ya qarnını yarasrsa o cəhənnəmdə
yanmaz. Çünki bu barədə nəss yoxdur. Bundan başqa xaricilər
əməlin imanın bir parçası olduğunu söyləmişlər. Buna görə də
əməli tərk edən imanı da tərk etmişdir.
Xarici məzhəbinə aid təfsirlər olduqca azdır. Bir də bu məzhə-
bin sadəcə İbadiyyə qolu günümüzə qədər gəlib çatmışdır. Ən məş-
hur İbadiiyyə təfsiri Məhəmməd İbn Yusif İftiyyeşin (vəfatı- 1332/
1914) “ Himyənuz-zad ilə dəril-məad” təfsiridir.
C. Elmi təfsir
Bu təfsir cərəyanı Quranda müxtəlif elmlərə, kəşf və icadla-
ra işarə olunduğu fikrindən meydana çıxmışdır. Mənbələrin bil-
dirdiyinə görə elmi təfsir dirayət təfsirinin doğuşu ilə ortaya çıx-
mışdır ki, bu da daha çox Abbasilər dövrünə təsadüf edir. Elmi
təfsiri sistemli olaraq ilk dəfə ələ alan əl-Qəzali (vəfatı-505/1111)
olmuşdur. O bu sahədə “ Cəvahirul-Quran” adlı əsər meydana
gətirmşdir.
Dostları ilə paylaş: |