TƏFSİR ÜSULU VƏ TARİXİ
188
rilmişdir, məsələn, Hz. Xızırın adının müəyyən edilməsin barədə
səhih hədis vardır, yaxud şəriətdə həmin rəvayətlərin səhihliyinə
şahid-sübut vardır.
Səhihliyi və ya qeyri-səhihliyi məlum olmayan rəvayətlərə
“məskut ənhu” (üstündən sükutla keçilmiş) deyilir. Bu cür
rəvayətlərin ibrətamizliyinə görə hekayət edilməsi və yaxud
təfsirlərdə verilməsi caiz sayılır, lakin onların səhihliyinə, habelə
qeyri-səhihliyinə iman gətirmək düzgün hesab edilmir. Onlar
barəsində susmağa üstünlük verilir.
“Mərfuz” (rədd edilmiş) rəvayətlər o rəvayətıərdir ki, onların is-
lam şəriətinə, yaxud əqlin hökmlərinə müvafiq olmadığı müəyyən
edilmişdir. Məsələn, Hüzeyfə ibn əl-Yəman Hz. Peyğəmbərin
belə dediyini rəvayət etmişdir: “İsrailoğulları yolunu azdıqları
zaman Allah onlara fars hökmdarı Buhtünnəsri göndərdi. Allah
Buhtünəsrə 700 illik hökmdarlıq nəsib etdi...”
271
Bu xəbər tamamilə
uydurmadır. Hz. Peyğəmbər qətiyyən belə bir söz deməmişdir.
İsrailiyyat rəvayətləri mövzu baxımından da üç qismə ayrılır:
1) Etiqad haqqındakı rəvayətlər.
2) İbadət və dini əhkamla bağlı olan rəvayətlər.
3) Vəz və nəsihətlə bağlı olan rəvayətlər.
İsrailiyyat, təfsirdə ən çox tənqid olunan mövzulardan biridir.
Çünki israiliyyat adı altında lüzumsuz bir çox bilgi təfsir kitabla-
rında özünə yer tapmış, Quranın ibrət məqsədi ilə yer verdiyi qısa
mövzular belə çox geniş şəkildə ələ alınmışdır. Bu cür rəvayətlər isə
insanları Quranın ruhundan və onun vermək istədiyi ilahi mesaj-
dan uzaqlaşdırmışdır.
271 Təbəri, əl-Camiul-Bəyan, XV/22.
TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
189
Mənbələrin xəbər verdiyinə görə israil ravayətlər Quran təfsirinə
ilk dəfə Abdullah ibn Səlam, Kəb əl-Əxbar, Vəhb ibn Münəbbih və
İbn Cüreyc kimi bəzi alimlər vasitəsi ilə daxil olmuşdur. Bunların
hamısı yəhudi və xristian əsilli olub sonradan müsəlman olmuşlar.
Onlar Tövrat və İncili çox yaxşı bilirdilər. Bunlardan başqa Abdul-
lah ibn Abbas, Əbu Hüreyrə, Abdullah ibn Əmr ibnul-As, Təmim
əd-Dari kimi səhabilər tərəfindən də bir çox israiliyyat xəbərləri
nəql olunmuşdur.
Məşhur rəvayət təfsirləri bunlardır:
1. İbn Cərir ət-Təbəri (vəfatı-310/922) , Camiu-l-bəyan an təvili-l
Quran.
2. Əbu Leys əs-Səmərqəndi (vəfatı-383/993), Təfsiru-l Qurani-l
əzim.
3. əl-Bəğavi (vəfatı-516/1122), Məalimu-t tənzil.
4. İbn Atiyyə əl-Əndəlusi (vəfatı-546/1151), əl-Müharrərü-l vəciz
fi təfsiri- kitabil- əziz.
5. İbn Kəsir (vəfatı-774/1372), Təfsirul- Quranil-əzim.
6. əs-Süyuti (vəfatı-911/1505), əd-Dürrü-l mənsur fi-t təfsir bi-l
məsur.
b. Dirayət təfsiri
Rəvayətlərlə kifayətlənməyib ərəb dili və ədəbiyyatı, dini,
fəlsəfi və müsbət elmlərə əsaslanan təfsirə dirayət təfsiri deyilir. Bu
təfsir növünə “rəy təfsiri” və ya “əqli təfsir” də deyilir.
İslam coğrafiyası genişləndikdən sonra yeni fəlsəfi fikirlərin və
məzhəblərin ortaya çıxması və nübüvvət əsrindən uzaqlaşdıqca
müsəlmanların bilgi və məlumatlarının zəifləməsi nəticəsində
həm əvvəllər üzərində durulmayan nəsslərin, həm də yenidən ələ
TƏFSİR ÜSULU VƏ TARİXİ
190
alınması lazım olan ayələrin təfsirinə ehtiyac vardı. Belə bir dövrə
təsadüf edən bu təfsirin rəvayət mənbələri ilə yanaşı ictihaddan da
istifadə etməsi zəruri idi. Bütün bunların bir nəticəsi olaraq dirayət
təfsiri ortaya çıxdı.
Dirayət təfsirini rəvayət təfsirindən ayıran əsas cəhət, müfəssirin
hər hansı bir məsələdə öz görüşünə yer verməsidir. Ancaq bu onun
rəvayət təfsirindən hem istifadə etmədiyi mənasına da gəlmir. Bu
təfsir növündə izlənən metod, əvvəlcə rəvayət təfsirində istifadə
olunan mənbələrə müraciət etmək və o mənbələrdən əldə olunan
bilgiləri ağıl süzgəcindən keçirməkdir.
Dirayət metodu ilə yazılan ilk təfsir nümunələri Mötəzilə
alimlərinə məxsusdur. VIII əsrdə yazılmağa başlayan lüğəvi təfisrlər
də dirayət metodu ilə yazılan təfsirlərədn hesab olunur.
1) Dirayət təfsirinin məqbulluğu məsələsi
Dirayət təfsirinin məqbulluğu mövzusunda alimlər iki qrupa
ayrılır: Dirayət təfsirini məqbul sayanlar və məqbul saymayanlar.
İlk əvvəl bu təfsir növünü məqbul saymayanların dəlillərini sa-
dalayaq:
a. Təfsirdə ictihad zənn ifadə edər. Zənn isə qəti bilgi deyildir.
Dirayət təfsiri də qəti bilgi olmadan Allahın yerinə danışmaqdır ki,
bu da haramdır. Belə ki,
... اَ ْنِم َرَهَظ اَم َشِحاَوَفْلا َ ِّب َر َمَّارَح اَمَّانإِا ْلُق
“ De: Rəbbim ... bir də Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi
haram etmişdir”
272
ayəsi bu təfsirin hökmünü ortaya qoyur. Bundan
başqa;
... ٌ ْلِع ِهِب َ َل َسْيَل اَم ُفْقَت َلَو
272 Əraf, 7/33.
TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
191
“ Bilmədiyin şeyin ardınca getmə...”
273
ayəsi də dirayət təfsirinin
məqbul olmadığını göstərir.
b. Dirayət təfsirini ayələrlə yanaşı bəzi hədislər də qadağan etm-
şdir. Məsələn, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “ Kim bilmədən
Quran barəsində bir şey desə cəhənnəmdəki yerinə hazır olsun”.
274
Yenə
başqa bir hədisdə belə buyurulur: “ Kim öz ictihadı ilə Quran barəsində
bir şey desə dediyi doğru olsa belə səhvdir”.
275
c. Bir çox səhabilərin Quranı öz ictihadları ilə təfsir etməkdən
çəkinmələri də dirayət təfsirinin qadağan olduğunu göstərən başqa
bir dəlildir. Hz. Əbu Bəkir bu məsələylə balı olaraq belə demişdir:
“Quran haqqına öz rəyimlə və ya bilmədən bir şey söyləsəm, hansı
yer məni üstündə daşıyar, hansı göy məni kölgəsində saxlayar?”
276
d. Mənbələrin bildirdiynə görə tabeun alimlərinin də bir çoxu
dirayət təfsirini məqbul saymamışlar. Məsələn, İbn Sirin belə de-
yir: “Übeydə əs-Səlmanidən Quranın bir ayəsi barədə soruşdum. O
dedi: “Quranın hansı məsələlər haqqında nazil olduğunu bilənlər
getdi. Allahdan qorx və doğru ol”.
277
Məsruqun isə belə dediyi
nəql olunur: “Quranı təfsir etməkdən uzaq durun, çünki o, Allahın
nəqlidir”.
278
Bu təfsir janrını məqbul sayanların dəlillərinə gəldikdə onlar
aşağıdakılardır:
a. Dirayət təfsirini qadağan edtiyi iddia edilən ayələr, hədislər
və sələf alimlərindən gələn rəvayətlər Quran ayələri haqqında
273 İsra, 17/36.
274 Tirmizi, Təfsirul-Quran, 1.
275 Tirmizi, Təfsirul-Quran, 1.
276 Təbəri, Camiul-Bəyan, I/27.
277 Təbəri, Camiul-Bəyan, I/29.
278 İbn Kəsir, Təfsir, I/17.
Dostları ilə paylaş: |