TƏFSİR ÜSULU VƏ TARİXİ
192
heç bir bilgisi olmadan danışanlarla əlaqədərdır. Lüğəvi və dini
biliklərə əsaslanan təfsirlərdə heç bir problem yoxdur.
b. Əgər bu təfsir növü qadağan olunsaydı o zaman səhabilər
Quran təfsirində ictihad etməzdilər. Halbuki başda rəşidi xəlifələr
olmaqla İbn Abbas kimi bəzi səhabilər ictihad etmişlər. İbn Məsud
İraqda qurduğu təfsir məktəbini rəy/ictihad təməli üzərində
qurmuşdur. Hz. Peyğəmbər Quranı başdan-sona qədər təfsir
etməmişdi. Buna görə də o vəfat etdikdən sonra səhabilər bəzən
özləri də ictihad etmişlər. Məsələn, Hz. Əbu Bəkir, Nisa surəsinin
176-cı ayəsindəki “kəlalə” kəlməsini öz fikrinə görə açıqlamış və
belə demişdir: “Onu öz rəyimlə təfsir edirəm. Əgər doğrudursa
Allahdan, səhvdirsə məndəndir. Kəlalə, uşaq və ata xaricindəki
(mirasçılardır)”.
279
c. Hz. Peyğəmbər Muaz ibn Cəbəli Yəmənə vali olaraq
göndərdikdə ona Allahın kitabı və Rəsulullahın (s.ə.s) sünnəsində
tapmadığı bir mövzuda özünün ictihad etməsinə izn vermişdir.
d. Hər hansı bir mövzuda şəri nəss və qəti bilgi varsa o möv-
zuda zənn ilə əməl etmək doğru deyildir. Ancaq bunlar yoxsa o
zaman zənn ilə əməl oluna bilər. Çünki zənn də, ictihad yolu ilə
əldə olunan bilgi növüdür.
e. Tabeun alimlərinin bir hissəsi dirayət təfsirini məqbul say-
masalar da, onların əksəriyyəti Quranı rəylə təfsir etmişlər. Hətta
ictihad və rəylə təfsir tabeun dövründə sistemləşmişdir. Mücahid,
İkrimə və s. müfəssirlər bir çox ictihadlar etmişlər.
Nəticə olaraq deyə bilərik ki, dirayət təfsiri təfsirin ənənəvi me-
todlarından bir qədər uzaqlaşsa da, heç də müfəssirin öz yaradıcılıq
fəaliyyətində tam sərbəstliyini nəzərdə tutmur. Təfsirin bu janrın-
279 İbn Küteybə, Təvilu-müxtəlifil-hədis, s.29.
TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
193
da yazan müfəssirlər Quran ayələrini istədikləri kimi, sıxılmadan,
müstəqil mənalandıra bilməzlər.
2) Dirayət təfsirində yanılma səbəbləri
Dirayət təfsirindəki yanılma səbəblərini belə sadalaya bilərik:
a. Bu təfsir janrını işlədənlərin dil, sərf, nəhv, bəyan, bədi, məani,
qiraət, kəlam, fiqh üsulu, səbəbi-nüzul, nəsx kimi elmləri bilmələri
vacibdir. Əks halda Allahın qəsd etdiyi mənanı başqa tərzdə ifadə
etmələri mümkündür.
b. Müfəssir hər hansı bir ayəni təfsir edərkən araşdırmadan o
ayə barəsində əvvəlcədən hökm verərsə bu da onum səhv etməsi
ilə nəticələnə bilər. Çünki bir müfəssirin öncədən hökm verməsinin
təməlində həm keçmişdən gələn öz mədəniyyətinin, həm də sonra-
dan idxal olunan fikirlərin təsiri var.
c. Dirayət təfsirində yanılmanın səbəblərindən biri də müfəssirin
Quranı təfsir edərkən onun nazil olduğu dövrün dilini nəzərə al-
madan, müasir ərəb dili ilə təfsir etməyə cəhd etməsidir. Düzdür,
ərəb dili dirayət təfsirinin mənbələrindən biridir. Lakin unutma-
maq lazımdır ki, ərəb dili də Quranın nüzul dövrü ilə yaxından
əlaqəlidir. Belə ki, Quranın ilk nazil olduğu vaxtlarda qazanmış
olduğu mənalar, daha sonra ona yüklənəcək mənalar üçün təməl
olmuşdur.
ç. Səhih rəvayətləri nəzərə almadan şəxsi arzu və istəklərə görə
təfsir etmək də dirayət təfsirində yanılma səbəblərindən biridir.
d. Qiyamətin vaxtı, ruh, sur, dəbbətul-ərz və qəza-qədər kimi
mahiyyəti tam olaraq bilinməyən mövzularda Allahın nə qəsd etdi-
yini aydınlaşdırmağa çalışmaq da yanılmaya aparıb çıxardır.
TƏFSİR ÜSULU VƏ TARİXİ
194
Ən önəmli dirayət təfsirləri bunlardır:
1. əz-Zəməxşəri (vəfatı-538/949), əl-Kəşşaf an həqaiqit-tənzil.
2. ər-Razi (vəfatı-606/1209), Məfatihul-qeyb.
3. əl-Beydavi (vəfatı-685/1286), Ənvarut-tənzil və əsrarut-təvil.
4. ən-Nəsəfi (vəfatı-710/1300), Mədarukut-tənzil və həqaiqut-təvil.
5. əl-Xazin (vəfatı-741/1340), Lübabut-təvil fi məanit-tənzil.
6. əl-Əlusi (vəfatı-1270/1853), Ruhul-məani fi təfsiril-Quranil-əzim
vəs-səbil məsani.
7. Rəşid Rza (vəfatı-1354/1935), Təfsirul-mənar.
8. Əlmalılı Həmdi Yazır (vəfatı-1362/1942), Haq dini Quran dili.
9. Əbul-Əla əl-Məvdudi, Təfhimul-Quran.
B. Mövzui (Mövzulara görə) təfsir
“ Mövzu” kəlməsi “ tərk etdi, atdı, doğdu, iftira etdi, yaratdı, iflas
etdi, qoydu ” və s. kimi mənalar daşıyan “ vədaə” sözündən törəyən
mimli məsdərdir. Mövzui təfsir “ hər hansı bir mövzunun Quran və
ya surə bütünlüyü içərisində ələ alınıb həmin mövzu ilə əlaqəli məkki və
mədəni ayələrin toplanması, bu ayələrin nüzul sırasına görə sıralanma-
sı və elmi metodlarla incələnərək Allahın o mövzudakı muradının ortaya
çıxarılması” kimi tərif edilmişdir.
Mövzui təfsir metodunun harda və nə zaman ortaya çıxdığı
ba rə də dəqiq məlumat yoxdur. Bəzi alimlər bu təfsir janrının XX
əsrdə Misirdə, bəziləri isə Hz. Peyğəmbər dövründə meydana çıx-
dığını iddia edirlər.
Bu təfsir janrı bir metod kimi ilk dəfə XX əsrdə ortaya çıxıb sür-
ətlə yayılsa da, əslində bir çox təfsir janrları kimi mövzui təfsir janrı
nümunələrinə də Hz. Peyğəmbərin dövründə rast gəlirik. Quranın
TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
195
Quranla təfsiri metodunda olduğu kimi mövzuyla əlaqəli ayələrin
toplanması mövzui təfsirin ilk mərhələsi sayıla bilər. Səhabilərdən
bəzilərinin, xüsusilə də İbn Abbasın ondan soruşulan suallara ver-
diyi cavablar mövzui təfsirin ilk nümunələrindəndir.
Mövzui təfsir, Quranın bütünlüyünü əsas alan və surə bütünlü-
yü ilə kifayətlənən təfsir olmaq üzrə iki yerə ayrılır:
1. Quranın bütünlüyünü əsas alan mözui təfsir
Quranın bütünlüyünü əsas alan müfəssir əvvəlcə Quranın
müxtəlf şəkillərdə bəhs və analiz etməsi barədə qənaətə gəldiyi
bir mövzu müəyyənləşdirir. Sonar isə bu mövzu ilə əlaqəli ayələri
Quran surələri içərisindən seçir. Daha sonra o mövzunun əsasını
təşkil edən maddələri ayələr işığında müəyyən etməyə çalışır və
bu maddələri nizamlayır. Bundan sonra mövzunu fəsillərə ayı-
rır və bütün görüşlərinə Quran ayələri ilə dəlil gətirir. Müfəssir
mövzunu incələrkən onu cəmiyyətin həqiqət və problemləri ilə
əlaqələndirərək onları Quran işığı ilə işıqlandırmağa çalışır.
2. Surə bütünlüyü ilə kifayətlənən mövzui təfsir
Bu tərz mövzui təfsir birinci tərz mövzui təfsirə bənzəsə
də bunun çərçivəsi daha dardır. Çünki, mövzui təfsirin birinci
növündə mövzu Quran çərçivəsində ələ alınarkən, ikinci növdə isə
sadəcə bir surədəki əsas məqsəd araşdırılır. Yəni surə bütünlüyü
içərisində ələ alınan mövzui təfsir janrında surənin xüsusi və ümu-
mi hədəfləri, məqsədləri və onun əhatə etdiyi mövzuların bir-biri
ilə olan əlaqələri açıqlanır.
Müfəssirlər mövzui təfsir janrı üçün bəzi qaydalar qoymuşdur-
lar ki, Quranı bu təfsir janrına görə təfsir edən hər bir müfəssirin bu
qaydaları bilməsi lazımdır. Həmin qaydalar aşağıdakılardır:
Dostları ilə paylaş: |