TƏFSİR ÜSULU VƏ TARİXİ
148
formasında işlədilmişdir. Burada xitab Hz. Peğəmbərədir. Üçüncü
felin cəm formasında işlədilməsinə gəldikdə İbnül-Ənbari bunun
Hz. Peyğəmbəri ucaltmaq üçün belə işlədildiyini söyləyir.
18) Xitab zatadır, ancaq qəsd olunan başqasıdır (Xitabul-ayn
vəl-muradu ğayruhu)
“ Ey Peyğəmbər, Allahdan qorx, kafirlərə və münafiqlərə itaət
etmə!...”
199
Burada da xitab Hz. Peyğəmbərədir. Ancaq qəsd olunan
möminlərdir. Çünki Hz. Peyğəmbər onsuz da bu kimi şeylərdən
uzaq dururdu.
19) Öyüd-nəsihət və ibrət xitabı (Xitabul-etibar)
“ (Saleh) onlardan üz döndərdi və dedi: “Ey mənim camaatım, artıq
mən öz Rəbbimin risalələrini sizə çatdırdım və sizə öyüd-nəsihət etdim.
Lakin siz nəsihət verənləri sevmirsiniz”
200
20) Şəxsə xitabdan sonra başqasına yönəlmək (Xitabuş-şəxs
summəl-udulu ilə ğayrihi)
“ Əgər onlar (köməyə çağırdığınızda) sizə hay verməsələr..”
201
ayəsində xitab Hz. Peyəmbərədir. Ayənin davamındakı “... onda bilin
ki, o (Quran), Allahın bilgisi ilə nazil olbdu və Ondan başqa heç bir Tanr
yoxdur! Artıq siz təslim (müsəman) olarsınızmı?” ifadələri kafirlərə
olan xitabdır.
21) İltifat xitabı (Xitabut-təlvin)
“ Artırmaq məqsədilə insanlara sələmlə verdiyiniz malın faizi...”
202
ifadəsindəki xitab ikinci şəxsə olduğu halda, ayənin sonundakı
“ belələri (öz mükafatlarını qat-qat artırmış olurlar” ifadəsi ilə üçüncü
şəxsə xitab olunmuşdur.
199 Əhzab, 33/1.
200 Əraf, 7/79.
201 Hud, 11/14.
202 Rum, 30/39.
QURAN ELMLƏRİ
149
22) Ağıl sahiblərinə xitab edərcəsinə cansızlara olan xitab
(Xitabul-cəmadət xitabu mən yəqilu)
“...Ey dağlar və quşlar! onunla birlikdə (Allaha) təriflər deyin!...”
203
23) Təhrik xitabı (Xitabut-təhyic)
“Ey iman gətirənlər! Allahdan qorxun və iman gətirənsinizsə sələm
alacaqlarınızın qalanından əl çəkin”
204
Bu ayədə Allah-təala onları əv-
vəlcə imanla vəsfləndirir, daha sonra isə “iman gətirənsinizsə” ifa-
dəsi ilə onları faizi tərk etməyə çağırır.
24) Qəzəb və təhdid xitabı (Xitabul-ğadab )
“... Doğrudanmı siz onlar sizə düşmən olduğu halda Məni qoyub onu
və ondan törəyənləri özünüzə himayəçilər götürürsünüz? Bu haqsızlar
üçün nə pis bir dəyişdüyüşdür!”
205
25) Qəhrəmanlığa çağıran xitab (Xitabut-təşci vət-təhriz)
“Allah sıx hörülmüş divar kimi səf bağlayaraq, Onun yolunda vu-
ruşanları sevir”
206
Burada birlikdə hərəkət etməyə və qəhrəmanlığa
çağırış vardr.
26) Nifrət xitabı (Xitabut-tənfir)
“... Bir-birinizi güdməyin və biriniz o birinizin qeybətini etməsin.
Məgər sizlərdən biri qardaşı ölərsə, onun ətini yemək istəyərmi? Siz ki
buna ikrah etdiniz. Allahdan qorxun, axı Allah tövbələri qəbul edəndir,
rəhmlidr”
207
27) Meyl və istək xitabı (Xitabut-təhənnün vəl-istidaf)
203 Səba, 34/10.
204 Bəqərə, 2/278.
205 Kəhf, 18/50.
206 Saff, 61/4.
207 Hucurat, 49/12.
TƏFSİR ÜSULU VƏ TARİXİ
150
“ De:“Ey özlərinə qarşı həddini aşmış bəndələrim, Allahın mərhə mə-
tindən əlinizi üzməyin...”
208
28) Məhəbbət, sevgi xitabı (Xitabut-təhbib)
“ O zaman İbrahim öz atasına dedi: “Ata, sən nə üçün qulağı eşitməyən,
gözü görməyən və səni heç bir şeydən qurtara bilməyənə ibadət edirsən?”
209
29) Aciz qoyma xitabı (Xitabut-taciz)
“ Əgər bəndəmizə nazi etdiyimizə sizin bir şübhəniz varsa, onda ona
bənzər bir surə gətirin...”
210
30) Yalanlama xitabı (Xitabut-təkzib)
“... De: “Əgər siz düz danışırsınızsa Tövratı gətirib oxuyun!”
211
31) Heyfslənmə bildirən xitab (Xitabut-təhsir vət-tələhhüf)
“ De: “Hikkənizdən gəbərin! ”
212
32) Şərəfləndirmə xitabı (Xitabut-təşrif)
Bu xitab növü Quranda “ qul” sözü ilə işlədilmişdir.
33) Mövcud olmayana xitab (Xitabul-mədum)
“ Ey Adəm övladı”
213
xitabı indiki və gələcək nəsillərə şamildir.
S. Quranda sual və cavablar
Qurani-kərimdə müxtəlif suallar və bunlara verilən müxtəlif
cavablar vardır ki, bunları on üç başlıq altında toplamaq olar:
1) Sualın arxasınca dərhal verilən cavab
208 Zumər, 39/53.
209 Məryəm, 19/42.
210 Bəqərə, 2/23.
211 Ali-İmran, 3/93.
212 Ali-İmran, 3/119.
213 Əraf, 7/26.
QURAN ELMLƏRİ
151
“ Səndən nəyi infaq edəcəklərini soruşsalar, de: “Artıq qalanı”...”
214
2) Munfasıl cavab. Bu da iki cür olur.
a) Sualla cavab eyni surədə olur. Məsələn , “ Onlar dedilər: “Bu
necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır...”
215
sualına
yenə həmin surənin iyirminci ayəsində belə cavab verilir : “ Səndən
əvvəl də ancaq yemək yeyən və bazarlarda gəzib dolaşan peyğəmbərlər
göndərmişdik...”
b) Sualla cavab ayrı-ayrı surələrdə olur. Məsələn “... “ Mərhəmətli
nə olan şeydir...”
216
sualının cavabı Rəhman surəsinin 1-3 ayələrində
verilmişdir: “ Mərhəmətli (Allah) Quranı öyrətdi, insanı xəlq etdi”.
3) Sualın cavabı gizli olur
“ Əgər Quranla dağlarhərəkətə gətirilsəydi, yaxud yer parça-parça
kəsilsəydi və onunla ölülər dilə gətirilsəydilər belə...”
217
ayəsinin cavabı
gizlidir. Bu gizli cavab da belədir: “ o ancaq Quran idi”.
4) Sual zikr olunmadan verilən mücərrəd cavab
“... Axı Allah sizin imanınızı itirməz...”
218
Bu, qiblə dəyişdirilmədən
əvvəl Betytül-məqdisə yönəlib namaz qılanların namazılarının
qəbul olunub-olunmaması barədə verilən sualın cavabıdır.
5) Bir suala iki cavab
“ Onlar dedilər: “Barı bu Quran iki şəhərdən birində olan böyük bir
adama nazil ediləydi!”
219
Bu sulaın iki cavabı vardır:
a. “ Onlar sənin Rəbbinin mərhəmətini bölürlər?”
220
214 Bəqərə, 2/219.
215 Furqan, 25/7.
216 Furqan, 25/60.
217 Rəd, 13/31.
218 Bəqərə, 2/143.
219 Zuxruf, 43/31.
220 Zuxruf, 43/32.
Dostları ilə paylaş: |