Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə5/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

1.4. Kütləötürmənin əsas tənliyi

Verilmiş kütləötürmə prosesini həyata keçirildiyi aparatın ölçülərini tapmaq üçün prosesin sürətini bilmək lazımdır. Kütləötürmə prosesinin sürəti vahid səthdən vahid zamanda keçmiş maddənin kütləsinə, yəni dM/dAbərabərdir. Digər tərəfdən, kütlə mübadiləsi prosesinin sürəti prosesin hərəkətverici qüvvəsilə düz, kütləötürməsinə müqavimətlə R tərs mütənasibdir. Deməli, yazmaq olar:



və ya
. (1.3)
K kəmiyyəti kütləötürmə əmsalı adlanır, o bir fazadan digər fazaya vahid səthdən vahid zamanda hərəkətverici qüvvə vahidə bərabər olduqda keçmiş maddənin kütləsini göstərir. Kütləötürmə əmsalı prosesin intensivləşdirilməsi səviyyəsini əks etdirir: K-nın qiyməti nə qədər çoxdursa, verilmiş miqdarda maddənin ötürülməsi üçün bir o qədər kiçik ölçülü aparat tələb olunur. Kütləötürmənin intensivliyinə görüşən fazaların qarşılıqlı təsirlərinin intensivliyini və xarakterini müəyyənləşdirən hidrodinamiki və konstruktiv faktorlar daha çox təsir edirlər.
Adətən kütləəötürmə prosesi zamanı hərəkətverici qüvvə dəyişdiyindən Kor - nin orta qiymətlərindən istifadə olunur. Onda (1.3) tənliyi inteqral şəklində aşağıdakı kimi yazılar:
. (1.4)
Qatılıqların vahidlərindən asılı olmayaraq, hərəkətverici qüvvə və yaor bərabərdir:

burada c – verilmiş faza axınının özəyində komponentin işçi (faktiki) qatılığı, ct komponentin digər fazadakı faktiki qatılığı ilə tarazlıqda olan onun verilmiş fazadakı qatılığı, yəni tarazlıq qatılığı.
(1.1) və (1.3) tənliklərinin müqayisəsindən görünür ki, kütləvermə β və kütləötürmə K əmsallarının ölçü vahidləri eynidir. Kütlə mübadiləsi prosesinin hərəkətverici qüvvəsinin ifadə edilməsi üsulundan asılı olaraq həm β K-nın ölçü vahidləri, həm də onların hesabı üçün tənliklər dəyişəcəkdir.



Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə