Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18


BÖLMƏ 2. REKTİFİKASİYA VƏ ABSORBSİYA APARATLARI



Yüklə 15,93 Mb.
səhifə6/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

BÖLMƏ 2. REKTİFİKASİYA VƏ ABSORBSİYA APARATLARI


2.1. Aparatların təsnifatı

Rektifikasiya və absorbsiya aparatlarının konstruksiyaları texnoloji məqsədlərindən, axınların hərəkət istiqamətlərindən və fazaların görüşmə səthinin yaradılma üsulundan asılı olaraq olduqca müxtəlifdir.


Aparatda fazalararası görüşmə səthinin yaradılması prinsipinə görə rektifikasiya və absorbsiya aparatları şək. 2.1- də göstərilmiş sxem üzrə qruplara bölünə bilərlər.
Kolon tipli şaquli rektifikasiya və absorsiya aparatları istehsalatda daha geniş yayılmışlar. Onların ölçüləri geniş hədlərdə dəyişirlər: diametri 10 m-ə, hündürlüyü isə 80 m-ə çatır. Gövdələrinin konstruksiyasına görə kolonlar



Şək. 2.1. Rektifikasiya və absorbsiya aparatlarının fazalararası səthinin yaradılması prinsipinə görə təsnifatı


üç yerə bölünürlər:


1. Yüksək işçi təzyiqi altında işləyən, eləcə də diametri 1,0 m-dən artıq olan kolonların gövdəsi, əsasən tamamilə qaynaqla hazırlanır. Diblər silindrik gövdəyə qaynaq olunurlar. Onlara xidmət etmək üçün giriş lyukları nəzərdə tutulur. Tam qaynaqla hazırlanmış gövdəli kolonun yüksək kipliyi təmin edilir, giriş lyuklarının olması isə daxili quruluşların quraşdırılıb-sökülməsinə imkan yaradır.
2. Diametrləri 400 – 1000 mm olan aparatlarda işçi təzyiq 1,6 MPa-dan artıq olmadıqda, gövdə öz aralarında flanslarla birləşdirilən ayrı-ayrı çəmbərlərdən yığıla bilər. Qapaqlar silindrik gövdəyə sökülə bilən, yəni flanslarla birləşdirilir. Bu kolonlarda giriş lyukları nəzərdə tutulmur.
3. Gövdə tamamilə qaynaqla hazırlanır; qapaq flansla gövdəyə birləşdirilir. Gövdədə lyuklar nəzərdə tutulur. Açılan qapaq maye suvarma verilən qol borunun və paylaşdırıcının quraşdırılmasını və sökülməsini asanlaşdırır.
İçindəki təzyiqdən asılı olaraq, vakuum, atmosferizafi təzyiq altında işləyən aparatları fərqləndirirlər.
Vakuum kolonlarında, prosesin temperaturunu aşağı salmaq və məhsulun parçalanmasının qarşısını almaq (mazutun ayrılması, stirol və sintetik yağlı turşular istehsalı və s.) üçün təzyiq atmosfer təzyiqindən aşağı olur, yəni seyrəklik yaradılır.
Atmosfer kolonlarına, adətən yuxarı hissəcində işçi təzyiq atmosfer təzyiqindən azacıq artıq olan aparatlar aid edilir. İzafi təzyiq distilatın buxar axını yolunda, kolondan sonra yerləşən boru xətlərinin və aparatların müqavimətlərini dəf etmək üçün yaradılır. Kolonun aşağı hissəsindəki təzyiq, əsasən içindəki quruluşların müqavimətlərindən asılıdır və atmosfer təzyiqindən xeyli artıq ola bilər (məsələn, etilbenzol və ksilollar qarışığını ayıran kolon, neftin ilkin emalı qurğusunun atmosfer kolonu).
Təzyiq altında işləyən kolonlarda təzyiqin qiyməti atmosferdən xeyli yüksək ola bilər (qazfraksiyalayıcı qurğu, sabitləşdirici kolonlar, absorberlər və b.). Bu aparatlar, əsasən atmosfer təzyiqində qaynama temperaturları 40°C-dən alçaq olan qarışıqların ayrılmasında, yəni kolonun yuxarısında maye suvarmanın yaradılması üçün baha soyuducu agentlərin əvəzinə sudan istifadə edilməsi üçün tətbiq edilirlər.
Ümumiyyətlə, rektifikasiya və absorbsiya aparatlarında təzyiqin seçilməsi ayrılan qarışıqların xassələrindən asılı olmaqla, iqtisadi-texniki cəhətdən əsaslandırılmalıdır.
Kolon aparatlarında boşqablı, doldurmalı nazik təbəqəli kontakt quruluşları (şək. 2.2) geniş yayılmışdır. Kontakt quruluşlarının tətbiq sahəsi ayrılan qarışıqların xassələri, aparatdakı təzyiq, buxar (qaz) və maye üzrə yüklənmələrlə və i.a. müəyyənləşir.
Boşqablı aparatda (şək. 2.2, a) fazalararası kontakt buxarın (qazın) boşqabdakı maye qatının içindən keçdiyi zaman baş verir.
Doldurmalı kolonlarda (şək. 2.2, b) buxar (qaz) və maye arasındakı kontakt xüsusi doldurma cisimlərin səthlərində, eləcə də onlar arasındakı sərbəst fəzada baş verir.
Nazik təbəqəli kolonda (şək. 2.2, c) fazalar şaquli və ya maili səth üzrə axan mayenin nazik təbəqəsinin səthində görüşürlər.
Neft emalı və kimya sənayelərində boşqablı və doldurmalı aparatlar daha geniş tətbiq edilirlər.

a b c

Şək. 2.2. Kolon aparatların əsas tiplərinin sxemləri:


a boşqablı; b doldurmalı; c nazik təbəqəli; 1 kolonun gövdəsi; 2 boşqabın lövhəsi; 3 axıdıcı quruluş; 4 dayaq şəbəkəsi; 5 doldurma qatı; 6 paylaşdırıcı; 7 boru şəbəkəsi;
8 borucuq



Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə