Dərs vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiq etmişdir. Əmr №01-I/18



Yüklə 15,93 Mb.
səhifə62/72
tarix29.11.2023
ölçüsü15,93 Mb.
#143259
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   72
C fakepathD rs v saiti - Kütl mübadil si avadanl qlar

lb˃4l1 olduqda:

lb˂4l1 olduqda:
,
burada b ̶ bandajaltı örtüyün eni, mm.
Gövdənin tacdan sol tərəfdə (böyük uzunluğa) təsir edən burucu moment Mb1, N∙mm-lə:

Şək. 5.18. Baraban gövdəsinin hesabına aid sxem

burada η ̶ intiqalın f.i.ə.
Bandajaltı örtükdə təsir edən maksimal kəsici qüvvə, N-la:

Aralıq və bandajaltı hissəsində örtüklərin qovuşuğundakı kəsici qüvvə
.
Hesabi gərginliklər:
gövdənin aralıq hissəsində
; (5.33)
bandajaltı hissəsində
; ; (5.34)
örtüyün aralıq və bandajaltı hissələrinin qovuşuğunda:
; . (5.35)
Bu ifadələrdə və ̶ uyğun olaraq, gövdənin aralıq və bandajaltı hissələrinin en kəsik sahələrinin ətalət momentləri, mm4; Dba ̶ bandajaltı örtüyün xarici diametri, mm; və ̶ uyğun olaraq, aralıq və bandajaltı örtüklərin en kəsik sahələrinin müqavimət momentləri, mm3; və ̶ uyğun olaraq, gövdənin aralıq və bandajaltı hissələrinin en kəsiklərinin statik momentləri, mm3; φ ̶ qaynaq tikişinin möhkəmlik əmsalı; c ̶ hesabi qalınlığa edilən konstruktiv əlavə.
Gövdənin möhkəmlik şərtləri aşağıdakı kimi yazılır:
; ; ; ; , (5.36)
burada [σ]g ̶ hesabi temperaturda gövdənin materialı üçün buraxılan gərginlik: Cт 3 tipli poladlar üçün [σ]g 30 N/mm2 (MPa); [τ]g ̶ hesabi temperaturda gövdənin materialı üçün buraxılan toxunan gərginlik, N/mm2.
Əgər hesabi gərginliklər buraxılanlardan xeyli azdırsa, onda sb, sba-nın kiçik qiymətləri qəbul olunaraq, hesablama təkrarlanır.
Bandajlar. Barabanlı maşınlar üçün bandajlar ən məsul hissələrdir. Bandajın sıradan çıxması maşının uzun müddət bahalı və əməktutumlu təmirə dayanmasına səbəb olur. Ona görə də, bandajın hesabi istismar müddəti 10÷15 il qəbul edilir. O 25, 35, 45 markalı poladlardan tökmə, məsul avadanlıqlar üçün isə döymə üsulu ilə hazırlanır.
Bandajın uzunömürlüyünün artırılması barədəki mülahizələr diyircəyin materialı seçildikdə nəzərə alınır. Diyircək bandajdan 3 – 4 dəfə çox dövr etdiyindən bərabərmöhkəmlilik nöqteyi-nəzərindən o bandajdan möhkəm olmalıdır. Ancaq bandajın istismar müddətini artırmaq üçün diyircək bandaja nisbətən az möhkəm materialdan hazırlanır. Məsələn, bandaj 45Л poladından hazırlandıqda, diyircək üçün 35Л poladı seçilir, çünki diyircəyin dəyişdirilməsi mürəkkəb əməliyyat deyildir.
Bandajlar əyilmədə möhkəmliyə və buraxılan kontakt gərginliyinə hesablanır. Bandaja düşən yük dayaqlarda yaranan reaksiya qüvvələridir.
Sərbəst geydirilmiş bandajlı maşınlar işlədiyi zaman gövdə yükün təsiri altında deformasiya olunur və başmaq vasitəsilə bandajın daxili səthinə toxunur. Hesabat sxemində aşağıdakı sadələşmələr qəbul olunur: gövdə və bandaj ancaq alt yarım səthlərilə toxunurlar; bandaja düşən yük sinusoidal qanunla: dəyişir (P ̶ dayağın reaksiyası; R ̶ bandajın orta radiusu); başmaqların sayı 18-dən artıq olduqda toxunma fasiləsiz hesab olunur.
Yüklənmiş bandaj statiki həll olunmayan konstruksiyadır (şək. 5.19, a). Sistemin statik həll olunmazlığı istənilən üsulla açılır və hesablamanın nəticələrinə görə bandajda əyici momentlərin epürü qurulur (şək. 5.19, b). Epür şaquli oxa nəzərən simmetrikdir; 2ψ = 60º bucağında əyici moment dayaq diyircəklərilə kontakt yerlərində, yəni α = 150º və α = 210º olduqda, maksimal qiymətə çatır.
Gövdəyə sərt bərkidilmiş bandaj şək. 5.20, a-da göstərilmiş sxemdəki kimi bütün çevrəsi boyu bərabər paylanmış və intensivliyi olan yüklə yüklənmiş hesab edilir. Statik həll olunmazlıq açıldıqdan sonra əyici momentlər epürü qurulur. O 2ψ = 60º olduqda, şək. 5.20, b-də göstərildiyi kimi alınır; α = 150º və α = 210º olduqda, maksimal əyici moment .

Şək. 5.19. Sərbəst geydirilmiş bandaj: a ̶ yüklənmə sxemi; b ̶ əyici momentlər epürü


Əyici momentlər təsirindən bandajda yaranan gərginlik:


. (5.37)



Şək. 5.20. Sərt bərkidilmiş bandaj: a ̶ yüklənmə sxemi; b ̶ əyici momentlər epürü.


Bandajın müqavimət momenti W onun en kəsiyinin formasından asılıdır. Eni bb və hündürlüyü hb olan düzbucaq en kəsikli bandajın müqavimət momenti . Əyilmədə buraxılan gərginlik [σ]ə konkret material üçün yüklənmənin dəyişən işarəli sikli nəzərə alınmaqla seçilir. Bandajların istismar təcrübəsi göstərir ki, polad bandajlar üçün [σ]ə ≈ 50 MPa qəbul etmək olar.
Bandajın enini və dayaq diyircəyinin işçi uzunluğunu kontakt möhkəmliyi şərtinə görə hesablayırlar. Bu halda bandaj və diyircəyə uzunluğu b1 olan silindrlərin oxları müstəvisində təsir edən qüvvəsilə sıxılan iki silindr kimi baxılır. Silindrlərin materialının izotrop olduğu, deformasiyanın isə elastikliyi qəbul edilir. Bandaj və diyircəklərin kontakt yerlərində deformasiya olunmuş sahələr yaranır. Material bu sahələrdə həcmi gərginlikli hal şəraitlərində olur. Mühəndislik hesablamaları üçün Hers düsturu ilə maksimal kontakt gərginliyinin tapılması kifayətdir. Paralel oxlu iki silindrin kontaktı zamanı maksimal sıxıcı gərginlik bərabərdir:
, (5.38)
burada qk ̶ kontakt xəttinin vahid uzunluğuna düşən qüvvə ( , bb ̶ bandajın eni); E1, E2 ̶ bandaj və diyircəyin uzununa elastiklik modulu; R r ̶ bandaj və diyircəyin kontakt səthlərinin radiusları.
Bandaj və diyircək eyni elastiklik modullu materialdan hazırlanarsa, (5.37) düsturu sadələşir:
.
25, 35 və 45 markalı poladlar üçün buraxılan kontakt gərginliyini k] uyğun olaraq 400, 500 və 600 MPa götürmək məsləhət görülür.
Dayaq diyircəkləri. Dayaq diyircəyinin eni bd bandajın enindən bb ən azı gövdənin temperatur deformasiyası
Δl və söykənmə diyircəkləri və bandajların yan səthləri arasındakı araboşluğunun Δ1= 20 ÷ 40 mm cəmi qədər artıq olmalıdır:
.
Dayaq diyircəyinin diametrini dd bandajın xarici diametrindən Dbx asılı olaraq həddlərində qəbul edirlər.
Söykənmə diyircəkləri. Söykənmə diyircəyinin sürüşmədən bandajın yan çəpləndirilmiş səthi boyu yırğalanmasını təmin etmək üçün diyircəyin konus səthinin təpəsi barabanın oxunda olmalıdır (şək. 5.21). Əgər söykənmə diyircəyi barabanın dayaq diyircəklərindən sürüşməsinin qarşısını alırsa, onda ona təsir edən K yükü maili yerləşmiş barabanın ağırlıq qüvvəsinin G oxboyu toplananı olacaqdır:
.
Diyircəyin yan səthinə normal qüvvə T1 bərabərdir:

burada γ – konusun təpə bucağı: ; dso



Şək. 5.21.Söykənmə diyircəyinə qüvvələrin təsiri sxemi
söykənmə diyircəyinin orta diametri; Dbsöykənmə diyircəyinin eninin ortasına toxunma yerində bandajın diametri.
Söykənmə diyircəyi kontakt gərginliyinə bu düsturla hesablanır:
;
burada hssöykənmə diyircəyinin hündürlüyü.



Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə